Məhkəmə qərarları › İş №1(024)-2/2025

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-2/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-2/2025 26.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1986-cı il tarixdə Kəlbəcər rayonu, İstisu qəsəbəsində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi hüquqşünas kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan, faktiki olaraq Qax rayonu, Fıstıqlı kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə, saat 12:30 radələrində ictimai yerdə yəni, Qax şəhəri, Azərbaycan prospektində yerləşən özünə məxsus hüquqşünas kimi fəaliyyət göstərdiyi «Hüquq Xidmətləri» adlı iş otağının içərisində heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, nalayiq söyüşlər söyərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək oraya gələn Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, daha sonra xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə yumruqla qəsdən vuraraq ona xəsarət yetirmiş, cinayət törətməkdə iştirakı olmayan şəxslər tərəfindən ayrıldıqdan sonra Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirərək təkrarən 10 dəqiqə sonra, yəni, saat 12:40 radələrində iş otağının qarşısındakı yolda Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruqla qəsdən vurmuş, zərbələrin təsirindən Zərərçəkmiş şəxs yolun kənarındakı arxın içərisinə yıxılmış, arxın içərisində Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə təpiklə vuraraq onun sağ İİİ və V əldarağı səviyyəsində sıyrıqlar, hər iki gözaltı nahiyədə qançırlar, sağ yanağında hematoma, burun sümüklərinin qapalı yerdəyişən sınığı, üz sümüklərinin çox saylı qapalı yerdəyişən sınıqları, baş-beyin silkələnməsi xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə təkrar xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qax şəhəri, Azərbaycan prospektində yerləşən ona məxsus bir otaqlı «Hüquq Xidmətləri» adlı ofisdə mülki işlərlə bağlı vətəndaş qəbul edir. Vətəndaşlara hüquq məsləhətləri verir, mülki iddia ərizələri yazır. İş sistemində asan imza ilə iş olan zaman Əfsanə adlı xanım ona kömək edir. Əfsanə xanıma hər kömək edəndə 5-10 manat zəhmət haqqı verir. Qax şəhər sakini Murad adlı şəxs Əfsanə xanımı sevdiyi üçün mütəmadi olaraq onu görmək üçün onun iş yerinə gəlmişdir. Bu hal dəfələrlə təkar olunduğundan onun vətəndaş qəbul etməsinə narahatçılıq yaratmış, bu barədə Əfsanə xanıma xəbərdarlıq edərək Murada iş yerinə gəlməməsini demişdir. 08 iyun 2024-cü il tarixdə, təxminən saat 12:30 radələrində iş yerində olan zaman, iş yerinin yanında ayaqqabı ustası kimi işləyən Şixamir də onun otağında olmuşdur. Həmin vaxtı Əfsanə xanım da gəlmişdir. Əfsanə xanım içəri daxil olduqdan sonra onun arxasınca sevgilisi Murad içəri daxil olub «Əfsanəyə bir dəqiqə olarmı» demiş, o isə Murada «olmaz» demişdir. Murad içəri daxil olduqda, «o günü də otağa gəlmisən, içəriyə girmisən», «burada yaşayış evləri var, qız istəyirsən, burda olmaz, ayıbdır» dedikdə, Murad da ona «bura hər kəs girə bilər, yaxşı etmişəm» demişdir. Murada «səhv etmisən» deyərək, əsəbləşdiyi üçün sol əli ilə onun sağ üz nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Murad da bundan sonra ona yumruq və təpik atmağa başlamış, həmin yumruğun biri onun sol göz nahiyəsinə dəymiş, lakin təpiyi dəyməmiş, orada olan Şixamir Muradı çölə çıxartmışdır. O, Əfsanəyə Muradı başa salmasını və çıxıb getməsini demişdir. Şixamir ondan ayaqqabı təmiri ilə bağlı iş yerinin qarşısına nömrəsini yazmaq üçün nömrəni «A4» formasında çıxartmasını xahiş etdiyi üçün əlaqə nömrəsini yazıb aparıb vermək üçün ofisdən çölə çıxmış, ofisin qarşısında Muradla Əfsanənin söhbət etdiyini görmüşdür. Murada nə üçün getmədiyini dedikdə ona kinayəli şəkildə gedib gözünün altının qanın təmizləməsini demişdir. O, əlini gözünün altına vurduqda həqiqətən gözünün altının qanadığını görmüş, bundan sonra əsəbləşmiş, sol əli ilə ilə Muradın sol göz nahiyəsinə yumruq vurmuşdur. Bundan sonra Muradla dalaşmağa başlamışlar. Murad ona yumruq və təpik atmış, Muradın atdığı təpiyin biri onun sağ ayaq nahiyəsinə, birinin isə sağ əl nahiyəsinə dəymiş, Muradın isə ayağı sürüşərək arxa yıxılmışdır. Arxın içərisində bir dəfə Muradın sifət nahiyəsindən təpiklə vurmuş, orada olan Şixamir onları ayırmışdır. Daha sonra otağa getmiş, oraya gələn polislərin Muradı xəstəxanaya apardıqlarını görmüşdür. Bundan sonra özü də xəstəxanaya getmişdir. Hadisə 08 iyun 2024-cü il tarixdə, təxminən saat 12:30 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən ona məxsus ofisin, yəni, iş otağının içərisində və 08 iyun 2024-cü il tarixdə, təxminən saat 12:31 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən ona məxsus ofisin, yəni, iş otağının qarşısında baş vermişdir. Hadisə vaxtı orada özü, Murad, Əfsanə xanım və Şixamir olmuş, oraya hadisə zamanı kənardan heç kimin gəlməmiş, lakin, sonradan yolla keçən tanımadığı 2-3 nəfər şəxslər baxmaq üçün oraya toplaşmışlar. Dava-dalaş ümumilikdə 5-6 dəqiqə davam etmiş, Murada birinci dəfə ofisin içərisində bir dəfə şillə vurmuş, daha sonra ofisin qarşısında bir dəfə sifət nahiyəsinə yumruq və yerdə bir dəfə sifət nahiyəsinə təpiklə vurmuşdur. Murad konkret olaraq ona ofisin içərisində sifət nahiyəsinə yumruq vurmuş, daha sonra ofisin qarşısında Murad təpiklə əl nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hadisə zamanı o və Murad tərəfindən heç bir nalayiq söz işlənməmiş, Murad da ona xəsarət yetirmişdir. Məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qax şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-də əczaçı işləyir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Qax şəhəri, Azərbaycan prospektində ofisi vardır və ofisdə hüquqşünas kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs ofisində ona köməklik edən Əfsanə ilə təxminən 2 aya yaxındır ki, tanışlığı vardır və bir-birilərini sevmişlər. Əfsanəyə görə Qax şəhəri, Azərbaycan prospektində yerləşən Xəyala məxsus ofisə bir-iki dəfə getmiş, onunla 3-5 dəqiqə söhbət edib sonra isə geri qayıtmışdır. 08 iyun 2024-cü il tarixdə, təxminən saat 12:30 radələrində Əfsanənin işlədiyi Qax şəhəri, Azərbaycan prospektində yerləşən ofisə getmişdir. Oraya getməkdə məqsədi ona işıq idarəsindən sənəd gəldiyini, həmin sənədə dair aydınlıq gəlinməsi üçün onu Əfsanəyə göstərmək olmuşdur. Əfsanə ilə telefonla danışıb həmin ofisin qarşısına getmiş, təxminən saat 12:30 radələrində, qapını açıb içəridə olan Təqsirləndirilən şəxs Əfsanə xanıma 5 dəqiqə olarmı demişdir. Təqsirləndirilən şəxs ona içəri girməməsini demiş, bundan sonra içəri girmişdir. Təqsirləndirilən şəxs ona buralara tez-tez gəldiyini, bu küçədə onu ümumiyyətlə görmək istəmədiyini demişdir. O, Təqsirləndirilən şəxs istədiyi yerdə gəzə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ofisin içərisində dəqiq sayını bilməsə də, çoxsaylı olaraq onun sifət nahiyəsindən davamlı olaraq yumruqla zərbələri vurmuş, əlini sifətinə tutub özünü müdafiə etməyə çalışmış, lakin o Təqsirləndirilən şəxs vurmamışdır. Əfsanə Təqsirləndirilən şəxs ayırmaq istəmiş, lakin bacarmadığı üçün çölə çıxıb yoldan köməyə adam çağırmış, ofisin içərisinə iki nəfər adlarını bilmədiyi şəxs köməyə gələrək Təqsirləndirilən şəxs ondan ayırmış və onu çölə çıxartmışlar. Onun hər iki göz nahiyəsi qaralmış, sifəti, dodaqları qanamışdır. O, yolun əks tərəfinə keçmiş, avtomobilin yanında dayanıb siqaret çəkmişdir. Həmin vaxtı Əfsanənin ofisin qarşısında dayanıb ona baxdığını görmüş və yaxınlaşıb nə olduğunu soruşmuşdur. Əfsanə ona onlara nə olduğunu bilmədiyini bildirmiş, həmin vaxtı ofisdən Təqsirləndirilən şəxs çölə çıxmışdır. Əfsanə Təqsirləndirilən şəxs «yaxşı oldu» demişdir. Təqsirləndirilən şəxs Əfsanəyə əlində olan sənədləri maşına qoyacağını demişdir. X.Ə.Hüsenyovdan nə olduğunu soruşduqda Xəyalı ona bu küçədən çıxıb rədd olmasını, buralarda bir də görmək istəmədiyini demişdir. Təqsirləndirilən şəxs üz nahiyəsində qan olduğunu, yəqin, onu vuran zaman dırnağının yanağına dəydiyini deyərək gedib üzünü təmizləməsini demiş və geri çevrilib getmək istəyən zaman, arxa tərəfdən sağ göz nahiyəsindən yumruq dəymiş, geri çevrildikdə Təqsirləndirilən şəxs yenidən onun sifət nahiyəsinə yumruqla çoxlu sayda zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs ona qarşı nalayiq söyüşlər söymüş, özünü müdafiə etmək üçün əlini sifət nahiyəsinə tutmuş, lakin, yumruqlar onun sifət nahiyəsinə dəymişdir. Özü isə Təqsirləndirilən şəxs vura bilməmiş, huşunu itirib ofisin qarşısında olan arxın içərisinə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs təpiklə onun sifət nahiyəsindən bir dəfə zərbə vurmuş, həmin vaxtı orada olan Əfsanə və adlarını bilmədiyi oraya toplaşan şəxslər Təqsirləndirilən şəxs ondan ayırmışlar. Onun sifəti qan içində olmuş, ayağa durub getmək istədikdə, hərəkət edə bilməmiş və yerdə oturmuşdur. Ətrafdakı şəxslər onu yaxınlıqda olan bulağın yanına aparıb sifətindən axan qanı yumuş, həmin vaxtı oraya polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onu Qax RMX-ya aparmışlar. Dava ümumilikdə 15-20 dəqiqə davam etmiş, hadisədən sonra oraya çoxlu sayda adamlar yığılmışdır. O, çoxlu sayda xəsarətlər almışdır. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qax şəhəri, Azərbaycan prospektində ayaqqabı təmiri ilə məşğul olur. 08 iyun 2024-cü il tarixdə, saat təxminən 12:30 radələrində Qax şəhəri, Azərbaycan prospektində Təqsirləndirilən şəxs məxsus iş ofisində olmuş, özünə məxsus nömrəni «A4» formasında çap edib iş yerinin qarşısına vurmaq üçün oraya getmişdir. Təqsirləndirilən şəxs yanında isə Əfsanə adlı xanım işləyirdi. Təqsirləndirilən şəxs printeri işləmədiyindən çölə çıxmış, həmin vaxtı Əfsanə onu geri çağıraraq Təqsirləndirilən şəxs oraya gələn adını sonradan bildiyi Murad adlı şəxsin dalaşdığını deyərək ondan kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ofisinə daxil olmuş, içəri girəndə Təqsirləndirilən şəxs Muradla dalaşdığını, Xəyalın Muradı yumruqla zərbələr vurduğunu görmüşdür. Murad isə əllərini sifətinə tutmuşdur. Muradın Xəyalı vurmasını görməmiş, Xəyalla Muradı ayırmışdır. Muradı çölə çıxardaraq yolun o biri tərəfinə keçirtmiş, daha sonra özünün iş yerinə getmişdir. Təxminən 10 dəqiqə sonra yoldan səs-küy gəldiyini eşitmiş, Xəyalla Muradın dalaşdığını görmüşdür. Xəyalın yumruqla Muradın sifət nahiyəsinə zərbələr vurduğunu, Muradın yolun kənarında arxın içərisinə yıxıldığını görmüşdür. Onlara yaxınlaşaraq ayırmaq istədikdə, Xəyal arxın içərisində Muradın sifət nahiyəsinə təpiklə bir dəfə vurmuşdur. Xəyalı Muraddan ayırıb kənara aparmış, daha sonra oraya polis əməkdaşları gəlmişdir. Muradı Qax RMX-ya aparmışlar. Dava iki dəfə baş vermiş, hər dəfə təxminən 10 dəqiqə çəkmiş, ətrafa xeyli adam toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qax Rayon Polis X7 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Tərtib olunmuş qrafik əsasında 08 iyun 2024-cu il tarixdə Qax Rayon Polis X7 Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid4la birlikdə Qax şəhəri ərazisində xidmətdə olmuşlar. Qax şəhəri, Azərbaycan prospektində hərəkətdə olan zaman yolun kənarında təxminən 9-10 nəfər şəxsin toplaşdığını görərək yaxınlaşmış və iki nəfər şəxsin mübahisə etdiyini, ətrafda olan şəxslərin onları ayırdığını görmüşlər. Özlərini təqdim etdikdən sonra həmin şəxslərin adları sonradan ona məlum olan Qax şəhər sakini Zərərçəkmiş şəxs və Kəlbəcər rayon sakini Təqsirləndirilən şəxs olduğunu, Zərərçəkmiş şəxs sifətinin qan içində olduğunu görmüşlər. Daha sonra Zərərçəkmiş şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abbasov X2 Nəzir Mahir oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmtiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Fərid MMC-də regional mühasib vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs isə onun tanışı olmuş, onlar iki ay sevgili münasibətində olmuşlar. Onlar bir-biri ilə ailə qurmaq münasibətində olmuşlar. Qax şəhəri, Azərbaycan prospektində Təqsirləndirilən şəxs məxsus «Hüquq Xidmətləri» adlı iş ofisinin olduğunu, həmin ofisdə təxminən 01 il, 06 ay əmək müqaviləsi bağlamadan işləmişdir. Təqsirləndirilən şəxs sənəd işlərində köməklik etmiş, gördüyü işə görə günlük 25-30 manat pul alırdı. 08 iyun 2024-cü il tarixdə, təxminən saat 12:30 radələrində ofisdə olarkən, Təqsirləndirilən şəxs ofisdə içəridə idi. Həmin vaxtı Zərərçəkmiş şəxs ofisə gələrək ona «1 dəqiqə olarmı» soruşmuş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs «içəri gir» demişdir. Zərərçəkmiş şəxs bundan sonra içəri girmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs «sənə deməmişəm, buralara gəlmə» söyləmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs «hamı bura gələ bilər» demişdir. Bundan sonra Təqsirləndirilən şəxs heç bir səbəb olmadan Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, Zərərçəkmiş şəxs isə əlini üzünə tutub özünü qorumağa başlamışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmamasını demiş, onları ayırmaq istəmiş, lakin ayıra bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən dayanmadan çox saylı yumruqla zərbələr vurmuşdur. Çölə çıxaraq köməyə adam çağırmış, həmin vaxtı oraya gələn Şixamir və adlarını bilmədiyi şəxslərin ofisin içərisində Xəyalı Muraddan ayırmış, Muradı çölə çıxartmışlar. Zərərçəkmiş şəxs çölə çıxmış, o da onun arxasınca çölə çıxmışdır. Lakin Təqsirləndirilən şəxs ofisdə qalmışdır. Şixamir və adlarını bilmədiyi şəxslər oradan getmişlər. Ofisin qarşısında olan yolda Zərərçəkmiş şəxsla söhbət etmiş, Muraddan «sizə nə oldu» deyə soruşmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs ofisdən çıxmışdır. O Təqsirləndirilən şəxs «çıxma. Murad getsin, sonra çıxarsan» demişdir. Təqsirləndirilən şəxs isə əlində olan sənədi göstərib «sənəd aparıram» demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs «sənə demədim, get burdan» demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs «bura dövlətin yoludur» demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs «get gözünün altının qanını sil» demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən dəqiq sayını bilmədiyi, yəni, çoxlu sayda yumruqla zərbələr vurmağa başlamışdır. Zərərçəkmiş şəxs zərbələrin təsirindən yolun kənarında olan arxın içərisinə yıxılmış, Təqsirləndirilən şəxs arxın içərisində Zərərçəkmiş şəxs sifət nahiyəsinə təpiklə vurmuş, oraya gələn Şixamir və adlarını bilmədiyi şəxslərin yenidən Xəyalı Muraddan ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müraciət edərək bildirmişdir ki, onda xəsarət var. Göndəriş verildi. Tədqiqat aparılmış və rəy verilmişdir. Rəydə göstərilmiş şəraitdə xəsarət alınması mümkündür. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinin 74 №li, 24 iyun 2024-cü il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəs zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ İİİ və V əl darağı səviyyəsində sıyrıqlar, hər iki gözaltı nahiyədə qançırlar, sağ yanağında hematoma, burun sümüklərinin qapalı yerdəyişən sınığı, üz sümüklərinin çoxsaylı qapalı yerdəyişən sınıqları, baş beyin silkələnməsi-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yardım üçün Qax RMX-ya müraciət etdiyi vatxdan bir qədər əvvəl olmaqla 08 iyun 2024-cü il tarixdə insanın bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertizası X6 Şəxsin 47 №li, 10 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradı nəzərə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin emosional halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş 30 iyul 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qax rayon İHB-ın Qum kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qum kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikasının «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X8 Qax Rayon Mərkəzi X4 Şəxsin 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi əsəb xəstəlikləri üzrə dispanserində qeydiyyatda deyildir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş-zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsi ilə bağlı cinayət əməlini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirilmişdir. Onu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamasını, onun himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması kimi hallara da diqqət yetirilməlidir. Buradan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunmuş, şəxs üzərində zor tətbiq etməsi ilə davam etdirilmişdir. Törədilmiş əməl təkarar olaraq davam etdirilmişdir. Bu da törədilmiş əməlin ictimai təhlükəliyini daha artırmış, Təqsirləndirilən şəxs törətdiyi əməlin təhlükəliyini dərk etmək amalına gətirmişdir. Cinayət işinin materiallarında olan 22 iyul 2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə, saat 11:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur (səh.,42). Cinayət işinin materiallarında olan 24 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 102). Təqsirləndirilən şəxs dindirilməsi 24 iyul 2024-cü il tarixdə, saat 09:15 radələrində başlamış, həmin tarixdə saat 09:55 radələrində bitmişdir (dindirmə protokolu) (səh.,109). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında 24 iyul 2024-cü il tarixli Qax Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 119). Cinayət işinin materiallarında olan 24 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Qərarda qeyd olunmuşdur ki, qərarla 24 iyul 2024-cü il tarixdə, saat 10:20-də tanış olmuş və qərarın surətini almışdır. (səh., 122). Cinayət işinin materiallarında olan 24 iyul 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 122). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, onun alternativ cəza ilə islah olunmanın qeyri-mümkünlüyünü nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdən, 24 iyul 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «26» may 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs olunmalı və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində cəza çəkirlər. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 23 saata görə 253 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən «01» (bir) il müddətinə, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «01» (bir) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq, qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «02» (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdən, 24 iyul 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «02» (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «01» (bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı «26» may 2025-ci il tarixdən hesablansın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 23 saata görə 253 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ013501 0000**********, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs edilsin və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar