Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-20/2024 23.08.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 15:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Qulieyv Elçin Feyzullah oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki iddiaçı) Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1961-ci ildə Füzuli rayonu Əhmədalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Füzuli rayonu Əhmədalılar kəndində pasport qeydiyyatında olmaqla tutulana qədər orada yaşayan, barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Şəki PM-nin İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs qabaqacadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X5 ilə qabaqacadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Qax rayonu, Tasmalı kənd sakini Zərərçəkmiş şəxs oğlu Şahid Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətində işə düzəldəcəyi barədə yalan vədlər verib, inandırıb aldatmaqla etibarından sui-istifadə etmək yolu ilə Şahid 2023-cü ilin iyun ayının 10-da Qax rayonu, Tasmalı kəndində yerləşən “Banu” marketdə olan “MilliOn" ödəmə terminalı vasitəsilə öz adına olan “Unibank”a məxsus 5243 7544 4211 0647 nömrəli kart hesabına göndərdiyi 1300 (bir min üç yüz) manat və “Unibank"a məxsus “Leobank” mobil tətbiq vasitəsilə göndərdiyi 3700 (üç min yeddi yüz) manat pulu, 2023-cü ilin iyun ayının 24-də Qax rayonu, Tasmalı kəndində yerləşən “Banu" marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 1000 (bir min) manat pulu, 2023-cü ilin iyun ayının 26- da Qax rayonu, Qorağan kəndində yerləşən “Stop Shop” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 2000 (iki min) manat pulu, 2023-cü ilin avqust ayının 1-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 5000 (beş min) manat pulu və 2023-cü ilin avqust ayının 2-də Qax rayonu, Qorağan kəndində yerləşən “Stop Shop” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 7000 (yeddi min) manat pulu ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni, 20000 (iyirmi min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o həbs olunana qədər Füzuli rayonu Əhmədalılar kəndində yaşamışdır. Zərərçəkmiş şəxs oğlu Şahidla tanışı İzzət vasitəsi ilə tanış olmuşlar. Hidayət onu Fövqəladə Hallar Nazirliyində işə düzəltməsini xahiş etmişdir. Hidayətlə Bakı şəhərində, Xətai rayonunda görüşmüş, bu işin düzəlməsi üçün 20000 (iyirmi min) manat pul lazım olacağını demişdir. O, Hidayətin həmin işə düzəlməsi üçün Kənan Qasımov adlı şəxsə müraciət etmiş, Kənan da Hidayətdən işinin düzəlməsi üçün ilkin olaraq 2023-cü ilin iyun ayının 10da 5000 manat pul tələb etmiş, Hidayət həmin pulu onun kart hesabına göndərmişdir. Daha sonra Kənan Qasımov 1000 manat pul tələb etmiş, o da Hidayətə 1000 manat da pul lazım olduğunu demiş, Hidayət də həmin məbləği onun kart hesabına göndərmişdir. Hidayət 2023-cü ilin iyun ayının 24-də 1000 manat, 2023-cü ilin iyun ayının 26-da 2000 manat, 2023-cü ilin avqust ayının 1-də 5000 manat və 2023-cü ilin avqust ayının 2-də 7000 manat pulu onun kart hesabına göndərmişdir. Hidayətdən aldığı pulları Kənan Qasımova vermişdir. Hidayət bir müddət sonra işə girməkdən imtina etmişdir. Hidayət və atası Fərman ona zəng edərək pulu qaytarmasını tələb etmişdir. Zərərçəkmiş şəxs 20000 manat pulunu Kənan Qasımov ilə birlikdə ələ keçirmişdir. Hazırda Zərərçəkmiş şəxs vurduğu 20000 (iyirmi min) manat ziyanın 15000 (on beş min) manatını tam olaraq ödəmiş, qalan 5000 (beş min) manatını da 1 ay ərzində ödəyəcəkdir. Zərərçəkmiş şəxsla barışıq əldə etmişlər. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ildə oğlu Şahid işə düzəltmək üçün Fövqəladə Hallar Nazirliyinə getmiş, ona tövsiyyə edilən lazımi sənədləri toplamış və oğlu Hidayət sənədləri orada olan poçt qutusuna salıb evə qayıtmışdır. Bundan sonra oğlu Hidayətə zəng gəlmiş, Təqsirləndirilən şəxs adlı həmin şəxs onu işə düzəltməyə kömək edəcəyini bildirərək yenidən əlavə sənədlər toplamağı demişdir. Əkbər Hidayətlə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən çayxanada görüşmüş və yaxın adamlarının olduğunu və işə düzəldə biləcəyini deyərək bu iş üçün 20000 (iyirmi min) manat pul tələb etmişdir. Hidayətlə birlikdə sənədləri toplayıb Bakı şəhərinə getmiş, Bakı şəhərində, Əhmədli qəsəbəsində yerləşən çayxanada Təqsirləndirilən şəxsla görüşmüş və Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyində tanışlarının olduğunu və X1 Nazirliyində X6 Xidmətində işə düzəldəcəyinə söz verərək bu iş üçün 20000 (iyirm imin) manat pul tələb etmişdir. 2023-cü ilin iyun ayının əvvələrində oğlu Hidayət Əkbərin kart hesabına 5000 manat, 2023-cü ilin iyunavqust ayları ərzində 15000 manat göndərmişdir. Təqsirləndirilən şəxs bundan sonra müxtəlif bəhanələr gətirərək işin düzələcəyini demiş, lakin vədinə əməl etməmişdir. O, Əkbərin onu aldatdığını anlayaraq, ondan pulunu geriyə tələb etdikdə müxtəlif bəhanələrlə qaytaracağını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu 20000 (iyirmi min) manat maddi ziyanın 15000 (on beş min) manatını məhkəmənin gedişində verərək, ona vurduğu ziyanı qismən ödəmişdir. O da Təqsirləndirilən şəxsla ilə barışmışdır. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini, 5000 manat məbləğində mülki iddianın və dövlət rüsumunun alınmasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs oğludur. Təqsirləndirilən şəxs onu Fövqəladə Hallar Nazirliyində X6 Xidmətində işə düzəldəcəyini vəd edərək ondan 20000 (iyirmi min) manat pul tələb etmişdir. O, atası ilə bu barədə danışdıqdan sonra Əkbərin kart hesabına 5000 (beş min) manat, 2023-cü ilin iyun-avqust ayları ərzində 15000 (on beş min) manat göndərmişdir. Lakin Təqsirləndirilən şəxs onları aldatmış, vədinə əməl etməyərək onu işə düzəltməmişdir. X8 20000 (iyirmi min) manat pulu tələb etdikdə müxtəif bəhanələr gətirərək pulu ödəməkdən yayınmış, sonra isə 15000 (on beş min) manatını qaytarmışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 8-11-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs adına olan “Unibank"a məxsus 5243 7544 4211 0647 nömrəli kart hesabına 10 iyun 2023-cü il tarixdə Qax rayonu, Tasmalı kəndində yerləşən “Banu” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 1300 (bir min üç yüz) manat və “Unibank”a məxsus “Leobank” mobil tətbiq vasitəsilə 3700 (üç min yeddi yüz) manat, 24 iyun 2023-cü il tarixdə Qax rayonu, Tasmalı kəndində yerləşən “Banu” marketdə olan “MilliÖn" ödəmə terminalı vasitəsilə 1000 (bir min) manat, 26 iyun 2023-cü il tarixdə Qax rayonu, Qorağan kəndində yerləşən “Stop Shop” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 2000 (iki min) manat, 01 avqust 2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 5000 (beş min) manat və 02 avqust 2023-cü il tarixdə Qax rayonu, Qorağan kəndində yerləşən “Stop Shop” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə 7000 (yeddi min) manat pul göndərilmişdir. İşin 7-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Access” Bankın Zaqatala filialının Zərərçəkmiş şəxs barəsində olan ödəniş planından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “Access” Bankın Zaqatala filialından 36 ay müddətində 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. İşin 44-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 13 dekabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd diskə baxış keçirilmiş, diskə daxil olan zaman “WhatsApp Audio 2023-11-21 at 08.48.51 (1)” adlı, “WhatsApp Audio 2023-11-21 at 08.48.51 (2)” adlı və “WhatsApp Audio 2023-11-21 at 08.48.51” adlı 3 (üç) ədəd qovluq aşkar edilmişdir. -1 (Birinci) “WhatsApp Audio 2023-11-21 at 08.48.51 (1)" adlı qovluğa baxan zaman isə orada səsyazma aşkar olundu. Səsyazmanın 3 dəqiqə 49 saniyə olması müəyyən edilmişdir. Səsyazmada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə danışması, həmin danışıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulu qaytaracağını deməsi, Zərərçəkmiş şəxs isə bankda kreditinin olduğunu, pulunu tezliklə qaytarmasını deməsi öz əks olunmuşdur. -2 (İkinci) “WhatsApp Audio 2023-11-21 at 08.48.51 (2)” adlı qovluğa baxan zaman isə orada səsyazma aşkar olundu. Səsyazmanın 7 dəqiqə 44 saniyə olması müəyyən edilmişdir. Səsyazmada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanışı Ramin adlı şəxs ilə telefon vasitəsilə danışması, həmin danışıqda Ramin adlı şəxsin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan aldığı pulu qısa müddət ərzində qaytaracağını deməsi, pulun fazini verməsini deməsi, Zərərçəkmiş şəxs isə bankda kreditinin olduğunu, pulunu istəməsi əks olunmuşdur. Ramin adlı şəxsin Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirməsi öz əksini tapmışdır. -3 (Üçüncü) “WhatsApp Audio 2023-11-21 at 08.48.51” adlı qovluğa baxan zaman isə orada səsyazma aşkar olundu. Səsyazmanın 1 dəqiqə 06 saniyə olması müəyyən edilmişdir. Səsyazmada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə danışması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulu dostu Ramin adlı şəxsin qaytarmasını deməsi, dostu Raminin pulun faizini də qaytarmasını deməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu verməsi, pulunu ondan istəməsi, pulunu qaytarmasını deməsi öz əksini tapmışdır. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirməsi öz əksini tapmışdır. İşin 157-158-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 28 fevral 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs təqdim etdiyi 10 (on) ədəd ödəmə qəbzi və 01 ədəd “DVD” disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İşin 48-50-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 19 dekabr 2023-cü il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Xətai rayon məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İşin 72-74-cü vərəqələrində olan Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(011)-473/2021 nömrəli qərarından görünür ki, Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR-sı Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən dərhal azad edilmiş və onun üzərindən məhkumluq götürülmüşdür. İşin 63-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “ittiham elan edilməsi üçün şəxsin tutulması məqsədilə axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. İşin 118-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində saxlanılmış və Qax RPŞnə gətirilmişdir. İşin 119-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Qax RPŞ-nin İstintaq Qrupuna təhvil verildiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. İşin 148-156-cı vərəqələrində olan Qax rayon məhkəməsinin 27 fevral 2024cü il tarixli 4(024)-9/2024 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 26 fevral 2024-cü il tarixdən hesablanmaqla 1 ay 26 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işini materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 20000 manat maddi ziyandan 15000 manatını ödəmişdir. Qalan 5000 (beş min) manat məbləği isə 1 ay ərzində ödəyəcəkdir. Təqsirləndirilən şəxs ilə barışmış və heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. İşin 154-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Füzuli RİHB-nın Əhmədalılar kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli RİHB-nın Əhmədalılar kəndində qeydiyyatdadır. İşin 155-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Füzuli RİHB-nın Əhmədalılar kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 58-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X7 23 dekabr 2023-cü il tarixli, 18-1- 36/2-923/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Füzuli RMX PHŞ-in Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyildir. Cinayət işini materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddiadan görünür ki, o dəymiş maddi ziyana görə 15000 (on beş min) manat pulun və 135 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınıb ona ödənilməsini xahiş etmişdir. Cinayət işini materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X2 mülki iddia ilə müraciət etmək üçün 135 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci və 18.4.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(011)-473/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən dərhal azad edilmiş və onun üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CMnin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində CM-in 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurduğu ziyanı qismən ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət azadlıqdan məhrum etmə cəzasının 1 gününə 2 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalı və cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Füzuli rayonu Əhmədalılar kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Füzuli rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı mülki iddia verilərək təqsirləndirilən şəxsdən 15000 manat məbləğində pulun alınaraq ona verilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 179.1 və 179.2-ci maddələrinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Cinayət Prosessual Məcəllənin 183.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri). Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, cinayət işi materialları ilə zərərçəkmiş şəxsə 15000 manat məbləğdə ziyan dəyməsi təsdiqini tapsa da həmin məbləğin 10000 manatı zərərçəkmiş şəxsə ödənilmiş, 5000 manatı isə ödənilməmiş qalmışdır. Zərərçəkmiş şəxs məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu 15000 manat maddi ziyandan 10000 manatını ödədiyini göstərərək Təqsirləndirilən şəxs 5000 manat maddi ziyan məbləğinin və dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Ona görə də, mülki cavabdeh kimi təqsirləndirilən şəxsdən maddi ziyana görə 5000 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Tələbin təmin olunmuş hissəsinə uyğun olaraq 70 (yetmiş) manat dövlət rüsumu Təqsirləndirilən şəxs verilməlidir. İş üzrə maddi sübut 10 (on) ədəd ödəmə qəbzi və 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddət CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlandığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Füzuli rayonu, Əhmədalılar kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə zalında dərhal həbsdən azad olunsun və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə 5000 (beş min) manat məbləğdə pul və 70 (yetmiş) manat dövlət rüsumu alınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübutlar olan 10 (on) ədəd ödəmə qəbzi və 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Füzuli rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-20/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-20/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver