Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-21/2025 05.06.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 iştirakı ilə xx xxx 1987-ci il tarixdə Balakən rayonu, Qullar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə, saat 08:15 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonu, Güllük kəndi ərazisindən keçən 15-ci km-də etibarnamə əsasında idarə etdiyi «Mersedes Vito» markalı, «az ** DH ***» dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhərindən Zaqatala rayonu istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hisəssinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək idarə etməni itirərək avtomobili Zaqatala rayonu istiqamətində sağ kənarında yerləşən ağaca vurmuş, nəticədə ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs sağ əlin arxa səthində qançır, sağ V əl darağı sümüyünün distal ucunun bucaq şəkilli yerdəyişən sınığı, sağ və sol bud sümüyünün qapalı yerdəyişən qəlpəli sınığı ilə müşayiət edilən və sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda heç bir yerdə rəsmi olaraq işləməsə də taksi fəaliyyəti ilə məşqul olur. «Mersedes Vito» markalı, «az ** DH ***» dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil Balakən rayon sakini X5 məxsusdur. Həmin avtomobillə arabir taksi kimi işləyib ailəsini dolandırır. 06 yanvar 2025-ci il tarixdə gecə saatlarından Bakı şəhərindən çıxıb yaşadığı Balakən rayonuna qayıtmışdır. Avtomobildə özündən başqa tanışı Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs qabaqda onun yanında əyləşmişdir. Saat 08:15 radələrində Qax rayonu, Güllük kəndində üzü Zaqatala rayonu istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olan zaman yorğun olduğundan idarə etməni itirmişdir. Avtomobilin yolun üzü Zaqatala rayonu istiqamətində sağ kənarında yerləşən ağaca dəyib dayanmışdır. Bundan sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım əməkdaşları onları Qax RMX-ya yola salmışdır. Törətdiyi əməldən peşmandır. Əməli ehtiyatsızlıqdan törətmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 06 yanvar 2025-ci il tarixdə gecə saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Vito» markalı, «az ** DH ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb yaşadığı Balakən rayonuna qayıtmışdır. Avtomobildə Təqsirləndirilən şəxs və özündən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs avtomobili idarə etmişdir. Özü isə qabaqda onun yanında əyləşmişdir. Saat təxminən 08:15 radələrində Qax rayonu, Güllük kəndində üzü Balakən rayonu istiqamətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yolun Zaqatala rayonu istiqamətində sağ kənarında yerləşən ağaca dəymişdir. Həmin vaxtı telefonla məşğul olmuşdur. Hadisə anidən baş vermişdir. Bundan sonra zərbənin təsirindən özündən getmişdir. Ayılan zaman Qax RMX-da olduğunu görmüşdür. Təqsirləndirilən şəxs həmin vaxtı yorğun olduğundan yuxulu olmuş və buna görə də hadisə baş vermişdir. Hadisə zamanı sağ əl, sağ və sol ayaq nahiyələrindən xəsarət almışdır. Hal-hazırda onlar barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X7 göstərmişdir ki, onun avtomobilinə ziyan dəymişdir. Lakin o mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 yanvar 2025-ci il tarixdə səhər saatlarında Şəki şəhərinə işə gedərək Qax rayonu, Güllük kəndində yol kənarında bir ədəd «Mersedes Vito» markalı avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində ağaca dəyib dayanmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra baş vermiş hadisə 102 xidmətinə məlumat vermişdir. Daha sonra isə orada olan tanımadığı şəxslərin köməkliyi ilə həmin şəxsləri TTYS-in əməkdaşları vasitəsilə Qax RMX-ya yola salmışdır. Bundan sonra işə tələsdiyindən Şəki şəhərinə getmişdir. Hadisə nəticəsində avtomobildə xəsarət alan iki nəfər şəxsi görmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qax RPŞ-in DYPB-in YPX inspektoru kimi xidmət aparır. Vəzifəsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. 06 yanvar 2025-ci il tarixdə, saat 08:40 radələrində Qax RPŞ-in növbətçi hissəsindən Qax rayonu, Güllük kəndində yol-nəqliyyat hadisə olması barədə məlumat daxil olduqda əməliyyat-istintaq qrupu ilə birlikdə həmin əraziyə yollanmışdır. Hadisə yerinə çatanda Zaqatala rayonu istiqamətində yolun sağ kənarında bir ədəd «Mersedes Vito» markalı, «az ** DH ***» dövlət qeydiyyat nişanlı avtomobilin ağaca dəyib dayanmış vəziyyətdə olduğunu görmüşdür. Hadisə zamanı xəsarət almış səmiş və sürücü xəstəxanaya aparılmışdır. Daha sonra müstəntiq hadisə yerinə baxış keçirib foto şəkillər çəkib protokol tərtib etmişdir. Tərtib edilmiş protokola hal şahidləri və iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra «Mersedes Vito» markalı, «az ** DH ***» dövlət qeydiyyat nişanlı avtomobili Qax RPŞ-in NH duracağına yerləşdirmişdir. Qax RMX-da hadisə nəticəsində xəsarət almış şəxslərin Balakən rayon sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olması ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/197 №-li, 17 fevral 2025-ci il tarixli məhkəmə yol nəqliyyat hadislərinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «X10» markalı, «az ** DH ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hisəssinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin X11 tərəfindən verilmiş 06 saylı, 24 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin arxa səthində qançır, sağ V əl darağı sümüyünün distal ucunun bucaq şəkilli yerdəyişən sınığı, sağ və sol bud sümüyünün qapalı yerdəyişən qəlpəli sınığı-bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yarm üçün Qax RMX PHŞ-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 06 yanvar 2025-ci il tarixdə baş vermiş YNH nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 15 yanvar 2025-ci il tarixdə BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Balakən Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib «10» (on) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikasının Milli Məcləsinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzasının çəkilməmiş «05» (beş) ay, «26» (iyirmi altı) gün hissəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədiqiq edilmiş 06 yanvar 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin başlanması haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işin başlanmışdır (səh., 01). Cinayət işinin materiallarında olan 07 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan olunmuşdur. (səh., 94). Cinayət işinin materiallarında olan 07 mart 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 114) Azərbaycan Respublikasının DİN-in BDYPİ-in Şəki RQİ və TB şöbəsi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli cavabdan görünür ki, xx xxx 1987-ci il təvəllüdlü Balakən rayonu, Qullar kənd sakini Təqsirləndirilən şəxs etibarlılıq müddəti 22 iyun 2024cü il tarixdən 22 iyun 2034-cü il tarixədək olan BB 350203 №li «B1,B,C1,C» katerqoriyalı sürücülük vəsiqəsi almışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxış iclas zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən tərtib olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli 2 №li qərarında, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi, 17ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: «Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-in 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.» Mülki iddiaçı qismində X7 tanınsa da, mülki qaydada iddia ərizəsi ilə müraciət etməmişdir. Məhkəmə X1 yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəyməməsini, qeyd edilən cinayətin törədilməsi nəticəsində yalnız onların əmlakına maddi zərər vurulmasını nəzərə alaraq hesab edir ki, onun mülki iddiaçı qismində iştirakına xitam verilməli və mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Cinayət Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir.Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 263-cü maddənin qeydinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyətə cəlb edilir. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə ərizə) nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 12 saata görə 132 manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd «Mersedes Vito» markalı, «az ** DH ***» dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmalıdır. İş üzrə və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı ödədiyi üçün xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 12 saata görə 132 manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). İş üzrə maddi sübut olan bir ədəd «Mersedes Vito» markalı, «az ** DH ***» dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilsin. X4 mülki iddiaçı qismində iştirakına xitam verilsin. Qeyd edilən cinayətin törədilməsi nəticəsində əmlakına maddi vurulmuş ziyanla bağlı mülki qaydada X5 məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması ilə əlaqədar araşıdırması aparılması üçün qərarın surəti Qax rayon prokurorluğuna göndərilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-21/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-21/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver