Məhkəmə qərarları › İş №1(024)-22/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-22/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-22/2024 23.04.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 10:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.2005-ci ildə Qax rayonu Güllük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Qax rayonu Güllük kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, qəsdən ilk dəfə 27 yanvar 2024-ci il tarixdə gecə saatlarında yaşadığı Qax rayonu, Güllük kəndində yerləşən fərdi yaşayış evində, bundan sonra isə 2024-cü ilin yanvar ayının 27-dən 2024-cü ilin fevral ayının ortalarınadək olan müddət ərzində mütəmadi olaraq həmin kənddə yerləşən fərdi yaşayış evində 16 yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü Qax rayonu Güllük kənd sakini Zərərçəkmiş şəxs könüllü razılığı əsasında onunla mütəmadi şəkildə təbii yolla cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Aysunla 2023-cü ilin avqust ayının 11-də Qax rayonu, Güllük kəndində ilə el adəti ilə ailə həyatı qurmuş, həmin vaxtı Aysun yetkinlik yaşına çatmadığı üçün aralarında rəsmi nikah bağlanmamışdır. Aysunla aralarında molla kəbini kəsilmişdir. Həmin vaxtı Aysunla cinsi əlaqədə olmamışdır. Aysunla ilk dəfə 2024-cü ilin yanvar ayının 27-də gecə yaşadığı Qax rayonu, Güllük kəndindəki evində onun da razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra 2024-cü ilin fevral ayının ortalarına kimi Aysunla Qax rayonu, Güllük kəndində yerləşən evlərində dəfələrlə cinsi əlaqədə olmuşdur. Daha sonra ailəlikcə işləmək üçün Bakı şəhərinə gəlmişlər. Bakı şəhəri, Suraxanı rayonunda yerləşən yaşadıqları evdə olan zaman Aysunla aralarında sözlü mübahisə yaranmış, həmin vaxtı evdə ikisi olmuş, əsəbləşdiyindən bir dəfə Aysunun sifətinə vurmuşdur. O, hərəkətlərinə görə Aysundan üzr istəmiş və barışmışlar. Hərəkətindən peşman olmasını, zərərçəkmiş Aysunla toy edəcəklərini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığını, onunla barışdığını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayında Zaqatala şəhərində yerləşən X6 kursuna gedən zaman həmkədlisi Təqsirləndirilən şəxslə tanış olmuşlar. O Eldənizlə tanış olduqdan sonra ona könüllü olaraq qoşulub qaçmış və el adəti ilə onunla ailə qurmuşdur. Yetkinlik yaşına çatmadığı üçün nikahları rəsmi qeyd olunmamış, kəbin kəsdirmişlər. 2023cü ilin avqust ayının sonlarında Eldənizlə könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşlar. Daha sonra isə Eldənizlə dəfələrlə cinsi əlaqədə olmuşlar. 2024-cü ilin yanvar ayının sonlarında Eldəniz və ailəsi ilə birlikdə Bakı şəhərində onların yaşadığı Suraxanı rayonuna gəlmiş, Bakı şəhərində olan zaman Eldəniz onu döymüşdür. Eldəniz onunla cinsi əlaqədə olan zaman 16 yaşının tamam olmamasından xəbəri olmuşdur. Onun Eldənizdən heç bir şikayəti və tələbi yoxdur. Onu bağışlamışdır. Belə ki, onlar 16 yaşı tamam olandan sonra toy edərək ər-arvad kimi yaşamaları barədə razılığa gəliblər. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edərək, bunu əks etdirən ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun qızıdır. 2023-cü ilin avqust ayının 11-də həmkəndlisi Qərib, onun arvadı Sitarə, oğlu Eldəniz və qardaşı Vəzir qızı Aysunu evlənmək məqsədi ilə oxudğu Zaqatala şəhərindəki Tibb Kollecindən qaçırmışlar. Həmin vaxtdan 2024-cü ilin fevral ayının sonlarına kimi qızı Qəribgillə birlikdə yaşamışdır. Atasının ili tamam olan kimi Eldənizlə Aysuna toy edəcəklər. Hazırda Eldənizdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs həmkəndlisi Vaqifin qızıdır. 2 il bundan əvvəl oğlu X1 arasında sevgi münasibətləri yaranmış, onlar həmin vaxtdan bir-birilərini sevmişlər. Lakin qız azyaşlı olduğundan onların evlənmələrinə icazə verməmişlər. 2023-cü ilin avqust ayının 11-də Eldəniz Aysunu könüllü olaraq qaçırmışdır. Həmin vaxtdan 2024-cü ilin fevral ayının sonlarına kimi Aysun onlarla birlikdə yaşamışdır. Aysunun 16 yaşı tamam olan kimi toy edəcəklər. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu şikayət verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zaman verdiyi ifadəsində 2022-ci ildən hal-hazıra kimi tutduğu vəzifədə yəni Qax RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində xidmət etdiyini, Qax rayonu, Güllük kənd sakini Qanuni nümayəndə tanıdığını, 2023-cü ilin avqust ayının 11-də xidməti ərazisində olan zaman Qax rayonu, Güllük kənd sakini 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxslə könüllü olaraq qoşulub qaçması barədə məlumat daxil olduğunu, dərhal polis şöbəsinə gələrək həmin məlumatı şöbə rəhbərliyinə raportla məruzə etdiyini, bundan sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə polis şöbəsinə dəvət edildiyini, Təqsirləndirilən şəxs öz valideynli ilə birlikdə polis şöbəsinə gəldiyini, Zərərçəkmiş şəxs da onlarla birlikdə polis şöbəsinə gəldiyini, həmin vaxtı Aysunun atası Vaqifə dəfələrlə zəng edib onu polis şöbəsinə dəvət etdiklərini, lakin Vaqifin Bakı şəhərində olduğunu, işlərinin olduğunu, gəlməycəyini dediyini, araşdırma zamanı Aysun öz könüllü razılığı ilə Eldənizlə birlikdə getdiyini, Eldənizin ona qarşı hər hansı bir cinsi və digər zorakılıq etmədiyini bildirdiyini, araşdırma yekunlaşanda Vaqifi dəvət edib qızını götürməsini bildirsələr də Vaqif qızının könüllü olaraq Eldənizlə getdiyi üçün ondan küsdüyünü, buna görə də qızını götürməyəcəyini göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyi və digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 36-38-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 32 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz altında 01 ədəd və sifətinin sol yuxarı hissəsində 01 ədəd qançırlar-küt əşyanın (əşyaların) təsirindən törənmişlər.Müayinədən 5-8 gün əvvəl əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmuşdur, pozulma köhnə olub, müayinədən iki həftə əvvəl olduğuna görə müddəti təyin etmək mümkün olmur. Zərərçəkmiş şəxs anal yolunda onunla qeyri-təbii yolla cinsi əlaqədə olunmağa xarakterik əlamətlər olmadı. Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə zorla cinsi əlaqədə olmaya xarakterik xəsarətlər (budların iç səthində, cinsiyyət üzvləri nahiyəsində syrıq, qançır, yara və s.) aşkar olunmadı. İşin 113-114-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2024-ci il tarixdə gecə saatlarında yaşadığı Qax rayonu, Güllük kəndində yerləşən fərdi yaşayış evində, bundan sonra isə 2024-cü ilin yanvar ayının 27-dən 2024-cü ilin fevral ayının ortalarınadək olan müddət ərzində mütəmadi olaraq həmin kənddə yerləşən fərdi yaşayış evində 16 yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü Qax rayonu Güllük kənd sakini Zərərçəkmiş şəxs könüllü razılığı əsasında onunla mütəmadi şəkildə təbii yolla cinsi əlaqədə olduğunu göstərmişdir. İşin 46-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə saat 12:15-də tutulmuşdur. İşin 123-127-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 13 mart 2024-cü il tarixli 4(024)-11/2024 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 1(024)-22/2024 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin 129-130-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 15-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Güllük kənd inzibati ərazi dairəsinin verdiyi xx.xx.2024-cü il tarixli 76 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Güllük kəndində qeydiyyatdadır. İşin 16-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Güllük inzibati dairəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 23-cü vərəqəsində olan “Qax MRX” X4 verdiyi xx.xx.2024-cü il tarixli 2- 5/2-5159/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs rayon poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respulbikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ona görə də məhkəmə bu qənaətdədir ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin ediləcək cəza heç bir halda həm təqsirləndirilən şəxsin özünə, həm də onun ailəsinə, yaxınlarına sitəm vermək xarakteri daşımamalıdır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 70.5-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ilə barışıq əldə etməsini CM-59.1.12, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 12 (on iki) gün müddətin azadlıqdan məhrum etmə cəzasının 1 gününə 1 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməsin məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin, qanuni nümayəndəsinin ondan şikayətinin və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması məhkəməyə imkan verir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanlarının tükənmədiyi qənaətinə gəlsin. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmaması, əksinə yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallar, şəxsiyyəti, ailəsinin həyat şəraiti, törətdiyi əməlin az ağır cinayətlər qrupuna aid olması da bu nəticəyə gəlməyə əsas verir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərək barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsini tətbiq etməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsini, eyni zamanda onun üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəsini aldığı gündən hesablanmasını, Təqsirləndirilən şəxs davranışına nəzarətin yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməsini, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməsini, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsini və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. İşdə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2024-ci il tarixdən 23 aprel 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 12 (on iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 1 gününə 1 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01(bir) il 04(dörd) ay, 18(on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 04(dörd) ay, 18(on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar