Məhkəmə qərarları › İş №1(024)-23/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-23/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-23/2024 02.05.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 11:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin BİMDİ müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs-xx.xx.1974-cü ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Qax rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 1(024)- 40/2022 saylı hökmünə əsasən CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmamış, işləməyən, Qax rayonu Qaxbaş kəndində pasport qeydiyyatında olan və həbs olunana qədər orada yaşayan, barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, 2023-cü ilin avqust ayında Qax rayonu, Qaxbaş kəndi yaxınlığında yerləşən meşəlik ərazidə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını qırıb yaşadığı evə gətirərək yaşadığı evin həyətində yerləşən istifadəsiz mal tövləsində qurudub təmiz çəkisi 395,55 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq özündə saxlayaraq daşımış, 15 fevral 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Qax rayonu Qaxbaş kəndində yerləşən evinin qarşısında həmin narkotik vasitədən təmiz çəkisi 1,38 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı Şahid4 10 manata satmış, 15 fevral 2024-cü il tarixdə saat 22:47-də Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsindəki tövlənin içərisində olan yeşikdə 2 (iki) ədəd sellofan torbada təmiz çəkisi 380 qram və 12,82 qram, 2 (iki) ədəd siqaret qutusunda hər birinin təmiz çəkisi 0,84 qram və 0,51 qram ümümilikdə təmiz çəkisi 394,17 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qax rayonu Qaxbaş kəndində yaşayır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir və İİ qrup Qarabağ müharibəsi əlilidir. Həm Prezident təqaüdü, həm də əlilliyə görə pensiya alır. Hərdənbir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 15 fevral 2024-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı evdə olduğu zaman tanışı Laşa ondan özünə istifadə etmək üçün narkotik vasitə yəni marixuana təşkil etməsini xahiş etmişdir. O da Laşaya 10 manat müqabilində yaşadığı evin həyətində sol tərəfdə yerləşən yararsız vəziyyətdə olan tövlənin giriş qapısının yanında özü üçün saxladığı qurudulmuş marixuanadan bir qədər götürərək satmışdır. Bir müddət sonra yaşadığı evə polis əməkdaşları gəlmiş, onu Qax rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra üzərinə baxış keçirilmiş, qanunsuz hər hansı bir əşya və yaxud narkotik vasitə aşkar edilməmişdir. Sorğu zamanı xx.xx.2024-cü il tarixdə Laşaya 10 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana satdığını və həmin marixuananı yaşadığı evin tövləsində gizlətdiyini etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə Qax rayonu Qaxbaş kəndinin ərazisində yerləşən yaşadığı evin həyətində yerləşən yararsız vəziyyətdə olan tövlənin içərisinə baxış keçirilmiş və orada gizlətdiyi qurudulmuş marixuana aşkar edilmişdir. Həmin marixuananı 2023-cü ilin avqust ayında Qax rayonu Qaxbaş kəndi ərazisində yerləşən meşədə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığaraq əldə etmiş və evin həyətindəki tövlədə gizlətmişdir. Hərəkətindən peşman olduğunu, İİ qrup Qarabağ Müharibəsi əlili olmasını, Prezident təqaüdçüsü olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 fevral 2024-cü il tarixdə Qax rayonu, Qaxbaş kənd sakini Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumat daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və Şahid4 cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirmişlər. 15 fevral 2024-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid4 Qax rayonu, Qaxbaş kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirilmiş, üstünə şəxsi axtarış keçirilmiş, baxış zamanı əynindəki qara rəngdə olan gödəkçənin sağ çöl çibindən 01(bir) ədəd salfet kağızına bükülmüş kəskin iyli, yaşıl rəngli qurudulmuş narkotik vasitəyə yəni marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Şahid4 aşkar olunan bir ədəd salfet kağızına bükülmüş kəskin iyli, yaşıl rəngli qurudulmuş narkotik vasitəyə yəni marixuanaya bənzər kütlənin nə olduğunu soruşduqda onun həmin salfet kağız bükümdə olan kütlənin qurudulmuş marixuana olduğunu, tanışı Qax rayonu Qaxbaş kənd sakini Mahmud adlı şəxsdən 10 manat pul müqabilində aldığını etiraf etmişdir. Bundan sonra həmin yaşıl rəngli kəskin iyə malik, qurudulmuş marixuanaya bənzər kütlə salfet kağızla birlikdə “Kinlee” markalı elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisi ümumilikdə 2,73 qram təşkil etmişdir. Həmin kütlə maddi sübut əhəmiyyət kəsb etdiyindən qablaşdıraraq, möhürlənərək götürülmüşdür. Bundan sonra Qax rayonu, Qaxbaş kənd sakini Mahmud adlı şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, Mahmud adlı şəxsin Qax rayonu, Qaxbaş kəndində yaşadığı evdə olması müəyyən edilmiş, bundan sonra Mahmud adlı şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, Mahmud adlı şəxs həyətdə yararsız vəziyyətdə olan tövlənin qiriş qapısının yanında sağ tərəfdə yerdə taxta qutunun içərisindən 2 ədəd ağ sellofan torbanı onlara təqdim etmişdir. Həmin ağ sellofan torbanın içərisində qəzetə bükülmüş narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, daha sonra iki ədəd siqaret qutusunun içərisində ayrı-ayrılıqda şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuanadan bir qədərini 10 manat müqabilində Şahid4 satdığını etiraf etmişdir. Narkotik vasitəyə bənzər qurudulmuş kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 560 qram olmuşdur. Həmin kütlələr qablaşdırılıb şöbənin 108 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində əvvəlcədən tanıdığı Qax rayon Qaxbaş kənd sakini Mahmud adlı şəxsin yaşadığı evə getmiş, ondan bədənində ağrılar olduğu üçün ağrını kəsməyə görə narkotik vasitə yəni marixuana təşkil etməsini xahiş etmişdir. Mahmud ona yaşadığı evdən gətirdiyi bir ədəd ağ salfet bükümdə narkotik vasitə olan marixuananı 10 manata satmışdır. O, yaşadığı evə doğru gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Qax rayonu polis şöbəsinə dəvət etmişlər. Qax RPŞ-nə gedərək üzərinə baxış keçirilmiş, Mahmuddan aldığı bir ədəd ağ salfet bükümdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin kütlənin qurudulmuş marixuana olduğunu və 10 manat müqabilində Qax rayonu Qaxbaş kənd sakini Mahmud adlı şəxsdən aldığını etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün, şahidlərin ifadələri, həmçinin, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da sübuta yetirilmişdir. İşin 74-75-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/166 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunan 560 qr, marixuanaya bənzər kütlə.” yazısı, digər yazılar, adlar və imzalar yazılmış 01 ədəd kağız paketin içərisindəki 01 ədəd sellofanın içərisində olan: - 01 ədəd qəzet kağızına bükülmüş, təmiz çəkisi-380,00qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - 01 ədəd sellofon bükümdə, təmiz çəkisi 12,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - 01 ədəd siqaret qutusunda, təmiz çəkisi 0,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - Digər 01 ədəd siqaret qutusunun içərisindəki 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - 01 ədəd sellofon bükümdə, təmiz çəkisi-4.42, qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil Tədqiqata təqdim olunmuş, üzərində”Şioşvili.L.M üzərindən götürülmüş ağ salfetə bükülmüş 2,73 qr, marixuanaya bənzər kütlə”yazısı, yazılar, adlar və imzalar yazılmış 01 ədəd kağız paketin içərisindəki 01 ədəd salfet kağızı bükümündə, təmiz çəkisi-1,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuanalar ilə Şahid4 üzərindən aşkar olunmuş qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İşin 160-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin verdiyi 16 mart 2024-cü il tarixli 369 N-li rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 161-163-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının 27 fevral 2024-cü il tarixli 138 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən özü əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İşin 71-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 34.55 manatdır. İşin 148-150-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Qax Rayon Məhkəməsinin 18 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madddəsi ilə təqsirli bilinib 10 ay 16 gün müddətində azadlıqdan məhrum edilmiş, Qax Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.2-ci madddəsi ilə təqsirli bilinib 03 il 06 ay il müddətində azadlıqdan məhrum edilmiş, 15 iyul 2017-ci il cəzasının sonu ilə azad edilmiş, Qax Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1, 66.2, 69.3-cü madddələri ilə təqsirli bilinib 02 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökm üzrə cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmişdir. İşin 209-233-cü vərəqələrində olan Qax Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 1(024)-40/2022 saylı hökmündən görünür ki, X5 CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 113-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-nin verdiyi xx.xx.2024-cü il tarixli 266 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qaxbaş kəndində yaşayır. İşin 114-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 62-63-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövləyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 2 ədəd ağ rəngli sellofan torbada olan qəzetə bükülmüş narkotik vasitəyə bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iki ədəd siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələr çəkildikdə 560 qram təşkil etmişdir. İşin 154-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qax rayon Kənd Təsərrüfatı İdarəsinin Baş X1 iştirakı ilə Təqsirləndirilən şəxs çətənə bitkisinin kollarını yığdığı əraziyə baxış keçirilmiş, həmin ərazidə yabanı halda narktoik tərkibli çətənə bitkisinin kollarının yetişməsinin mümkün olması müəyyən edilmişdir. İşin 144-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon X4 Hüquqi şəxsin 24 fevral 2024-cü il tarixli, 18-1-50/2- 199/2024 saylı məktubundan və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 1997-ci ildən Qax RMX-nın PHŞ-nin Poliklinika şöbəsində ruhi-əsəb xəstəliyi üzrə F23.3 reaktiv psixoz diaqnozu ilə dispanser qeydiyyatındadır və narkoloji kabinetdə dispanser qeydiyyatında deyil. İşin 42-43-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həmin gün saat 21:41-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 105-109-cu vərəqələrində olan Qax rayon məhkəməsinin 16 fevral 2024cü il tarixli 4(024)-7/2024 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən saat 21:35-dən hesablanmaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 141-142-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, X5 2023-cü ilin avqust ayında Qax rayonu, Qaxbaş kəndi yaxınlığında yerləşən meşəlik ərazidə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını yığdığı yeri və şəraiti göstərmişdir İşin 170-174-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin 19 mart 2024-cü il tarilxi sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, iş üzrə 1 ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 393,97 qram olan qurudulmuş marixuana və 1 ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 1,33 qram olan qurudulmuş marixuana 10 manatlıq pul əskinazı və 2 ədəd disk maddi sübut kimi tanınmış, 1 ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 393,97 qram olan qurudulmuş marixuana 1 ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 1,33 qram olan qurudulmuş marixuana və 10 manatlıq pul əskinazı təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış olduqdan sonra saxlanması üçün Qax RPŞ-yə verilmiş, 2 ədəd disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, YTəqsirləndirilən şəxs oğunun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 cinayət əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsüf edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İ Qarabağ müharibəsi Qazisi olmaqla, İİ qrup əlil olmasını, Prezident təqaüdçüsü olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 1(024)-40/2022 saylı hökmünə əsasən CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmamış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Yuxarıda qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən onun barəsində Qax rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 1(024)-40/2022 saylı hökmü üzrə məhkumluq ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törədən zaman azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğu üçün onun əməlində cinayətin residivi yoxdur. Onun əməlində CM-in 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, Qax rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə CM-nin 234.1 və 237.1-ci maddələri ilə təyin edilmiş və onun tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs İİ qrup əlil olduğu üçün 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan, 1 ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 393,97 qram olan qurudulmuş marixuana və 1 ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 1,33 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməli, 10 manatlıq pul əskinası dövlət nəfinə keçirilməli, 01 ədəd “DVD” diski cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347,349, 351, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 237.1-ci maddələri ilə təyin edilmiş 01 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının onun tərəfindən çəkilməmiş 01 (bir) il 06(altı) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə iki gün hesabı ilə hesablanaraq üzərində 09 (doqquz) ay 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 15 fevral 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İş üzrə maddi sübut kimi Qax rayon polis şöbəsində saxlanılan, 1 ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 393,97 qram olan qurudulmuş marixuana və 1 ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 1,33 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilsin, iş üzrə maddi sübut olan 10 manatlıq pul əskinası dövlət nəfinə keçirilsin və 01 ədəd “DVD” diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar