Məhkəmə qərarları › İş №1(024)-23/2025

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-23/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-23/2025 22.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Müdaifəçi Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1999-cu il tarixdə Şəki rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç bir yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Cumakənd kəndində qeydiyyatda olan, faktiki olaraq Qax şəhəri, R.Behbudov küçəsi, ev 5-də yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Qax giriş avtomobil yolunun Qax rayonu, Əmircan kəndi ərazisindən keçən 11-ci km-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan həyat yoldaşı Şahid1 məxsus «Nissan Sanny» markalı, «az ** CL ***» dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhərindən Qax rayonu, Turaclı istiqamətində hərəkətdə olan zaman «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştiakçılarına və başqa əmlaka zərər vurmamalı, nəqliyyatın idarə olunma prosesinə daim nəzarət etməli, avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormuzlama, manevr və sair) avtomobilin yolun hərəkət hissəsi ilə təhlükəsiz və dayanıqlı hərəkətlərini təmin etməli olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq avtomobilin dayanıqlı hərəkətini təmin etməyərək idarə etməni itirib avtomobili yoldan çıxararaq beton dirəyə, daha sonra isə avtomobilin arxa sağ hissəsini yolun ehtiyat hissəsində olan ağaca vuraraq, ehtiyatsızlıqdan avtomobildə olan arxa sağ oturacaqda oturmuş sərnişin Qax rayonu,Turaclı kənd sakini Zərərçəkmiş şəxs sağ gicgah, alın nahiyyələrində əzilmiş-cırılmış, sağ əl darağının arxa səthində kəsilmiş yaralardan sonrakı çapıq toxumalar, sağ əlin İİ-İİİ-İV barmaqların açıcı vətərlərinin zədələnməsi, İİ dərəcəli travmatik şokla müşayiət olunan alın sümüklərinin qapalı yerdəyişməyən, üz sümüklərinin qapalı yerdəyişən sınıqları, baş beyinin orta dərəcəli kontuziyası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs qucağında olan azyaşlı oğlu X8 qapalı kəllə beyin travması, təpə nahiyyəsində şişkinlik, dərialtı hematoma, təpə sümüyünün qapalı yerdəyişən sınığı, baş beyində əzilmə və qansızına ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə C.E.Abbaslının yol-nəqliyyat hadisəsi zamanı aldığı təpə sümüyünün sınığı nəticəsində baş beyin maddəsində əzilmə və qansızmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, Qax şəhərində yerləşən «Qax Store» mağazasında satıcı işləmişdir. 2016-cı ildə Qax şəhər sakini Elşənlə ailə həyatı qurmuşdur. Həmin vaxtdan onlar Qax şəhərində yaşamışlar. 2023-cü ilin may ayında Elşən ailəsi üçün «Nissan Sunny» markalı, «az ** CL ***» dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili əvvəllər Elşən idarə etmişdir. Lakin Elşən Bakı şəhəri və Qax rayonu istiqamətində «Vita» sürücüsü işlədiyindən ailə işlərinə, yəni uşaqların məktəbə aparılıb gətirilməsinə, həmçinin xərçəng xəstəsi olan qaynananı həkimə aparıb gətirə bilməmişdir. Ona görə də Elşən ona avtombil idarə etməyə öyrətmiş, həmçinin o, özü avtomobil idarə etmə məktəbini oxumuş, məktəbi bitirdikdən sonra Şəki şəhərində imtahan verərək sürücülük vəsiqəsi almışdır. Bundan sonra o, özü həmin avtomobili idarə etmiş və öz işlərinə sürmüşdür. Təxminən 07 noyabr 2024-cü il tarixdə baldızı Nuranə iki azyaşlı uşağı ilə onlara gəlmiş və 12 noyabr 2024-cü il tarixədək onlarda qalmışdır. 12 noyabr 2024-cü il tarixdə Nuranə yaşadığı evə, yəni Qax rayonu, Turaclı kəndinə getmək istədiyini bildirmişdir. Saat təxminən 16:00 radələrində Nuranə ondan özünü evə aparmağı xahiş etmişdir. O, Nuranəyə həmin gün deyil sabah getməyi məsləhət görmüş, lakin Nuranə ona israrla getmək istədiyini deyərək ondan onu evə aparmağı xahiş etmişdir. Nuranənin sözünü yerə salmayaraq razılaşmışdır. Saat təxminən 16:30 radələrində Qax şəhərindən çıxaraq Turaclı kəndi istiqamətində getməyə başlamışlar. Avtomobili o idarə etmiş, Nuranə arxa sağ tərəfdə oturmuş, iki aylıq oğlu Cəsur qucağında, qızı Nəfəs isə arxa sol tərəfdə oturmuşdur. Onlar Qax rayonu, Əmircan kəndi ərazisi ilə getdiyi zaman icazə verəilən maksumal sürət həddi 90 km/saat olduğundan o, avtomobili təxminən 80 km-saat sürətlə idarə etmişdir. Həmin vaxtı qəfildən yolun sağ ehtiyat hissəsindən bir it yola doğru qaçmağa başlamışdır. O, iti vurmamaq üçün sükanı sağa çəkmişdir, avtomobilin yolun kənarına çıxdığını gördüyündən sükanı geri sola çəkmişdir. Həmin vaxtı da əks hərəkət zolağına çıxmışdır. Qarşıdan başqa avtomobil gəldiyindən avtomobilin sükanını yenidən sağa çəkmişdir. Həmin vaxtı avtomobilin təkərləri yolun sağ ehtiyat hissəsinə torpaq hissəyə çıxmış və avtomobil idarə olunmaz vəziyyətə düşərək fırlanıb yolun sağ ehtiyat hisəsində olan işıq saçan betona dəymiş və həmin qaydada gedərək arxa sağ qapısı yolun kənarında olan qoz ağacına çırpılaraq bir qədər irəlidə yola perpendikulyar şəkildə dayanmışdır. Avtomobil dayanan kimi o, tez avtomobildən düşmüş, arxaya baxdıqda Nuranənin ağrıdan inildədiyini, başında olan xəsarətdən qanın Cəsurun üzərinə axdığını görmüşdür. Nəfəsdə isə kiçik xəsarət olmuş və ağlayırdı. Cəsurda isə heç bir tərpəniş olmamış və sifəti göyərmişdir. O, həyəcanlı olduğundan Nuranəyə heç bir köməklik edə və avtomobildən çıxara bilməmişdir. Qapılar bloka düşdüyündən açılmamışdır. Yol keçən avtomobillər saxlayaraq kömək üçün gəlmişlər. Ətrafa toplaşan şəxslər təcili yardıma zəng edərək məlumat verdiklərindən bir qədər sonra təcili yardım avtomobili gələrək Nuranə və azyaşlı övladlarını xəstəxanaya aparmışlar. Başqa bir avtomobilə minərək Nuranənin arxasınca xəstəxanaya getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, Cəsur aldığı xəsarətlərdən hadisə yerində ölmüş, Nuranə ağır xəsarətlər almışdır. Nəfəsdə isə ciddi xəsarət olmamışdır. Törətdiyi əməli ehtiyatsızlıqdan törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs göstərmişdir ki, 2021-ci ildə Qax rayonu, Turaclı kənd sakini Elçin Abbasovla ailə həyatı qumuşdur. Onların birgə nikahından bir qızı və bir oğlu dünyaya gəlmişdir. Oğlu Cəsur 23 avqust 2024-cü il tarixdə dünyaya gəlmişdir. X15 Federasiyasında olmuş, o isə ərinin ailəsi ilə birlikdə yaşayır. Anası Elmira xərçəng xəstəsi olduğundan o, hərdən anasının yanında qalırdı. 07 noyabr 2024-cü il tarixdə o, yenidən Qax şəhərinə gələrək bir neçə gün anasının yanında qalmışdır. 12 noyabr 2024-cü il tarixdə oğlu Cəsur çox ağladığından o, Turaclı kəndinə yaşadığı evə getməyi qərara almışdır. Qardaşının arvadı Günay avtomobil idarə etdiyindən o, Günaydan qardaşının «Nissan Sunny» markalı avtomobili ilə onu Turaclı kəndinə yaşadığı evə aparmağı xahiş etmişdir. Günay sürücülük vəsiqəsi olduğundan həmin avtomobili idarə edirdi. Onlar təxminən saat 16:30 radələrində Qax şəhərində avtomobilə əyləşib, ata evindən çıxaraq Turaclı kəndi istiqamətində getməyə başlamışlar. Avtomobili Günay idarə etmiş, o, arxa sağ oturacaqda oturmuş, oğlu Cəsur qucağında olmuş, qızı isə arxa sol oturacaq tərəfdə oturacaqdan tutub ayaq üstə dayanmışdır. Qax rayonu, Əmircan kəndini keçdiyində o, arxa oturacaqda otursa da yola baxırdı. Həmin vaxtı qəfildən yolun sağından soluna doğru it qaçmağa başlamışdır. Günay iti görən kimi sükanı sağa çəkmiş, iti keçən kimi yenidən sükanı sola çəkmişdir. Bu zaman Günay avtomobilin idarəetməsini itirmiş və avtomobil yenidən sağa meyillənmişdir. Bu zaman o, uşaqları qucaqlayaraq «Günay saxla» deyərək qışqırmışdır. Həmin vaxtı avtomobil yolun sağ kənarına çıxaraq yolun kənarında olan işıq əks etdirən beton dirəyə çırpılmışdır. Zərbədən avtomobil fırlanmış və yaxınlıqda olan ağaca çırpılmışdır. Bundan sonra o, heç nə xatırlamamışdır. Özünə gəldiyində Qax rayon xəstəxanasında olduğunu görmüşdür. Həmin vaxtı bilmişdir ki, baş vermiş qəza nəticəsində başı yarılmış və sağ əlinin vətərləri kəsilmişdir. Övladları barədə soruşduqda ona uşaqların yaxşı olduğunu bildirmişlər. O əməliyyat olunub xəstəxanadan evə buraxıldıqdan sonra oğlu Cəsurun hadisə yerində öldüyünü bilmişdir. Qızında isə heç bir xəsarət olmamışdır. Hal-hazırda təqsirlənirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tanışı Xalid adlı şəxsin «X14» markalı avtomobilində sürücü kimi işləmiş, Bakı şəhərinə və əks istiqamətə sərnişin daşıma ilə məşğuldur. Özünə 2023-cü ilin may ayında «Nissan Sunny» markalı, «az ** CL ***» dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili o öz işlərinə sürürdü. Anası onkoloji xəstə olduğundan həmçinin uşaqlarını məktəbə aparıb gətirməli olduğundan o, arvadı Günaya avtomobil idarə etməyi öyrətmişdir. Sox vaxtı yolda olduğundan evdə lazım olan işlərə arvadı Günay avtomobillə getmişdir. Həmçinin Günay adını sürücülük məktəbinə yazdıraraq sürücülük vəsiqəsidə almışdır. 07 noyabr 2024-cü il tarixdə bacısı Nuranə onlara gəlmişdir. Həmin vaxtı Nuranə bir neçə gün onlarda qalmışdır. 12 noyabr 2024-cü il tarixdə, saat 15:00 radələrində «X14» markalı avtomobillə evdən çıxaraq sərnişinləri götürüb Bakı şəhəri istiqamətində getmişdir. Evdən çıxdığında arvadı Günay və bacısı Nuranə evdə idi. Nuranənin həmin vaxtı öz evinə getmək fikri yox idi. Saat təxminən 17:00 radələrində Günay ona başqa bir xatırlamadığı mobil telefonla zəng edərək hadisə törətdiyini, avtomobili qoz ağacına vurduğunu, Nuranənin və oğlu Cəsurun ciddi xəsarət aldığını bildirmişdir. Bundan sonra o, həmin mobil telefonun sahibi ilə danışaraq təcili yardım çağırmasını xahiş etmişdir. Özü isə avtomobili başqa şəxslə Bakı şəhərinə yola salaraq Qax rayonuna qayıtmışdır. Eyni zamanda dostu Babaya zəng edərək hadisə yerinə getməyi və lazımı köməklik etməyi xahiş etmişdir. O, yol gəldiyi zaman baş vermiş hadisə nəticəsində bacısı Nuranənin ağır xəsarətlər alaraq komaya düşdüyünü, Nuranənin oğlu Cəsurun isə aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Qax rayonuna gəldikdən sonra Günay ona Nuranənin evə aparmağı xahiş etdiyini, buna görə həmin avtomobillə Nuranəni və iki azyaşlı uşaqlarını avtomobilə mindirərək Turaclı kəndinə apardığı zaman Qax rayonu, Əmircan kəndi ərazisində qarşısına it çıxdığını, iti vurmamaq üçün sükanı sağa çəkdiyində avtomobilin idarə etməsini itirərək avtomobili birinci yol kənarında olan işıq saçan beton dirəyə vurduğunu, daha sonra isə avtomobilin qoz ağacına çırpıldığını bildirmişdir. Sabahı gün onlar Cəsurun meyiti müayinə olunduqdan sonra Turaclı kənd qəbiristanlığında dəfn etmişlər. Bacısı Nuranə isə bir neçə gündən sonra komadan ayılmışdır. Baş vermiş hadisə nəticəsində bacısı Nuranə başından ciddi xəsarət almış, həmçinin sağ əlinin vətərləri kəsilmişdir. Arvadın Günayda və bacısı qızı Nəfəsdə isə heç bir xəsarət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dostu Elşən ona zəng edərək, Bakı şəhərinə idarə etdiyi «Vita» markalı avtomobillə sərnişin apardığını, Qax rayonunda olmadığını, həyat yoldaşı Günayın ona zəng edərək, «Nissan Sanny» markalı, «az ** CL ***» dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhərindən Turaclı istiqamətində hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi törətdiyini və yardım etmək üçün hadisə yerinə getməyi xahiş etmişdir. Hadisə yerinə getmiş, orada Günayın Nuranəni avtomobillə iki azyaşlı uşaqları ilə birlikdə Turaclı kəndinə apardığı zaman Qax rayonu, Əmircan kəndi ərazisində avtomobilin qarşısına it çıxdığını, iti vurmamaq üçün sükanı sağa çəkdiyində avtomobilin idarə etməsini itirərək avtomobili birinci yol kənarında olan işıq saçan beton dirəyə vurduğunu, daha sonra isə avtomobilin qoz ağacına çırpıldığını bilmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 09 №li, 13 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, X1 meyitinin xarici və daxili müayinəsi zamanı-qapalı kəllə beyin travması, təpə nahiyyəsində şişkinlik, dərialtı hematoma, təpə sümüyünün qapalı yerdəyişən sınığı, baş beyində əzilmə və qansızına müəyyən edildi. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şarəitdə, yəni 12 noyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə canlı şəxsdə təyin edildiyi kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, ölümün baş verməsi ilə bir başa əlaqəlidir. X1 ölümünə səbəb təpə sümüyünün sınığı nəticəsində baş beyin maddəsində əzilmə və qansızma olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 17-19 saat əvvələ uyğun gəlir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 153 №li, 20 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər-sağ gicgah, alın nahiyyələrində əzilmiş-cırılmış, sağ əl darağının arxa səthində kəsilmiş yaralardan sonrakı çapıq toxumalar, sağ əlin İİ-İİİ-İV barmaqların açıcı vətərlərinin zədələnməsi, İİ dərəcəli travmatik şokla müşayiət olunan alın sümüklərinin qapalı yerdəyişməyən, üz sümüklərinin qapalı yerdəyişən sınıqları, baş beyinin orta dərəcəli kontuziyası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yardım üçün Qax MRX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 12 noyabr 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası, yol nəqliyyat hadisələrinin hallarının tədqiqi ekspertizasının 8/3641 saylı, 03 fevral 2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Nissan Sunny» markalı, «az ** CL ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən 11 fevral 2025-ci tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədiqiq edilmiş 567 №li, 12 noyabr 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş 12 fevral 2025-ci il tarixli BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, D.İ.N-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxxxxxx 1999-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə (25 sentyabr 2034-cü il tarixədək etibarlı olan) BD 722479 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxış iclas zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən tərtib olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona qarşı heç bir şikayət və tələb yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxış iclas zaman elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qax RMX- PHŞ-in 18-1-50/2-H-252-42- 228/2025 №li, 17 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də 13-14 həftəlik hamiləlik və uşaqlıqda çapıq diaqnozu ilə Qax RMX-in PHŞ-in ASM-də dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş AZ-İV 449792 №li Qax rayon Qeydiyyat şöbəsinin verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 iyul 2020-ci il təvəllüdlü X3 atası Şahid1, anası isə X7r. İş materiallarına əlavə edilmiş AZ-İV 016492 №li Qax rayon Qeydiyyat şöbəsinin verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 noyabr 2017-ci il təvəllüdlü X4 atası Şahid1, anası isə X7r. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin göstərdikləri, şahid ifadələri ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarında olan 05 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,110). Cinayət işinin materiallarında olan 05 mart 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,131). Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlrə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, onun hamilə olmasını, əməlində cəzasının ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməsinə kifayət qədər əsas olduğuna görə, azyaşlı uşağı 08 iyul 2020-ci il təvəllüdlü X3 on dörd yaşına çatanadək (08 iyul 2034-cü ilə kimi) azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi təxirə salınmalıdır. Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadın lar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Həmin Məcəllənin 79.3-cü maddəsinə əsasən uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir. Həmin Məcəlllənin 79.4-cü maddəsinə əsasən şəxs cəza çəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 79.5-ci maddəsinə əsasən şəxs cəza çəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut hesab edilən «Nissan Sunni» markalı, «az ** CL ***» dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alımalıdır. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 15 saata görə 165 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli icraya yönəldiyi vaxtdan, onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi 08 iyul 2020-ci il təvəllüdlü X3 on dörd yaşına çatanadək (08 iyul 2034-cü ilə kimi) təxirə salınsın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut hesab edilən «Nissan Sunni» markalı, «az ** CL ***» dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 15 saata görə 165 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar