Məhkəmə qərarları › İş №1(024)-24/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-24/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-24/2023 20.04.2023 QAX RAYON MƏHKƏMƏSİ saat: 12:55-də Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəlieyv Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs–xx.xx.1977-ci ildə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan,barəsində Qax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, о, qəsdən, 16 yanvar 2023-cü il tarixdə tanışı X2 Qax rayonu, Əlibəyli kəndində 50 (əlli) manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,057 qram narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımış, 16 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu, Əlibəyli kəndi ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, ona məxsus olan “Vaz 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nömrəli avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü əyləşən oturacağının alt hissəsindən 1 (bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,057 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zaqatala rayonunda özünə məxsus olan “VAZ-2107” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir. Təxminən bir-neçə aydır ki, “heroin” adlanan narkotik vasitədən istifadə edir. Vüqar ona narkotik vasitə olan heroini tapacağını vəd etmişdir. O, Vüqarın mobil nömrəsini götürüb onunla əlaqə saxlayacağını bildirmişdir. 16 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Vüqarın mobil nömrəsinə zəng edərək ona Qax rayonu Əlibəyli kəndinə gələcəyini və heroini təşkil etməsini demişdir. Vüqarla Qax rayonu Əlibəyli kəndində görüşüb, ona 50 manat pul vermiş, Vüqar isə ona sellafon bükümdə olan narkotik vasitə olan heroini vermişdir. O, özünə məxsus olan avtomobildə sürücünün əyləşdiyi oturacağın altına həmin vasitəni qoymuşdur. Bundan sonra saat 17 radələrində Əlibəyli kəndini tərk edən zaman kəndin çıxışında mülki geyimdə olan polis əməkdaşları onun avtomobilini saxlayaraq, özlərini təqdim etdikdən sonra onları Qax RPŞ-nə dəvət etmişlər. Qax RPŞ-nin inzibati binasında onların razılığı və hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər. Baxışdan əvvəl ona təklif olunmuşdur ki, üstündə qanunsuz əşya və ya narkotik vasitə varsa özü könüllü təqdim etsin. Onun üstünə baxış keçirilərkən narkotik vasitə aşkar edilməmiş, narkotik vasitə olan heroini avtomobilin ön sürücü oturacağının altında gizlətdiyini polisə etiraf etmişdir. Onun razılığı ilə avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sürücü oturacağının altından gizlətdiyi bir ədəd şüşə apmula, bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümü açan zaman içərisində heroinə bənzər xüsusi iyə malik kütlə olması müəyyən edilmişdir. Heroin tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Heroini satmaq niyyəti olmamışdır. Hazırda əməlindən çox peşman olmuşdur. Əməlindən peşman olmasını, himayəsində işləməyən arvadının və azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 yanvar 2023-cü il tarixdə Zaqatala rayonu Yuxarı Tala kənd sakini Cumaəli adlı şəxsin üzərində narktoik vasitə olan heroin saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat tədbiri hazırlanmışdır. Digər polis əməkdaşları ilə birlikdə həmin gün Qax rayonu Əlibəyli kəndi ərazisində “VAZ-2107” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobili idarə edən Cumaəli adlı şəxs saxlanılmış və özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Cumaəli adlı şəxsə onun üstünə baxış keçirmək istədiklərini demişlər. Cumaəli onlara üstünə baxış keçirilməsinə könüllü razılıq vermişdir. Polis şöbəsinə 2 nəfər hal şahidi dəvət edilərək onlara hüquq və vəzifələri izah edilmişdir. Hal şahidlərinin iştirakı ilə Cumaəlinin üstünə baxış keçirilmiş, lakin üstündə narktoik vasitə və yaxud hər hansi bir qanunsuz əşya aşkar edilməmişdir. Cumaəli adlı şəxs onlara avtomobilində sürücü oturacağının altında nartkoik vasitə olan heroini gizlətdiyini etiraf etmiş, bundan sonra Cumaəli adlı şəxsin razılığı ilə ona məxsus avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsun avtomobilinə baxış keçirilən zaman sürücü əyləşən oturacağın altından bir ədəd şüşə ampula və bir ədəd sellofan bükülü aşkar olunmuşdur. Həmin bükülünü açdıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olmasını soruşduqda, o həmin kütlənin narkotik vasitə olan heroin olmasını, həmin heroini özü istifadə etmək üçün gizlətdiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 1,27 qram olmuşdur. Həmin sellofan torbada olan bükülü sənədləşdirilərək, zərfə qoyulmuşdur. Cumaəli həmin heroinə bənzər narktoik vasitəni Qax rayonu Əlibəyli kənd sakini Vüqar adlı şəxsdən 50 manata aldığını və özü gələcəkdə istifadə etmək üçün avtomobilində gizlətdiyini demişdir. Onun həmin narkotik vasitə olan heroinə bənzər maddəni satmaq məqsədi olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Cumaəlinin üzərindən aşkarlanan psixotrop maddə olan heroinə bənzər maddə tərəzidə çəkilmiş, qablaşdırılmış və 108 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edildikdən sonra əməliyyat tədbiri iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşları X9 və X6 verdiyi ifadələrində şahid Nicat Yusiflinin ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da tam sübuta yetirilmişdir. İşin 118-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 333 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifafə etmə halları olub. Narkomaniya хəstəliyindən əzаb çəkmir. Nаrkomаniyа xəstəliyindən məcburi müаlicəyə ehtiyаcı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 43-44-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/63 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus narkotik tərkibli maddə tərəfimdən qablaşdırıldı..” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-1.057 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. 01 (bir) ədəd şüşə ampulanın içərisindəki cuzi miqdarda olan maddə hissəcikləri-heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cuzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqatdan sonra heroinin qalığı 1.007 qramdır. İşin 42-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 71.94 manatdır. İşin 33-34-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürülmə haqqında” protokoldan görünür ki, həmin gün hal şahidlərinin iştirakı ilə Qax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus “VAZ 2107” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sürücü oturacağının altından “Vaz- bir ədəd şüşə apmula və bir ədəd bükülü aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə hesab edilən metafetamin olduğunu, özünə məxsus olduğunu, tanışı Qax rayonu Əlibəyli kənd sakini Vüqar adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə çəkildikdə ümumi təmiz çəkisi 1.27 qram olmuş və kütlə qablaşdırılıb götürülmüşdür. İşin 12-13-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə saat 17:45-də tutulmuşdur. İşin 67-71-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 4(024)-03/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 110-114-cü vərəqələrində olan Qax rayon məhkəməsinin 17 fevral 2023cü il tarixli 4(024)-10/2023 saylı “həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin 120-126-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş müstəntiqin “maddi sübut kimi tanınma” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobilindən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 1.007 qram olan narkotik vasitə hesab edilən heroin və 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax RPŞ-nin aidiyyatı üzrə xidmət sahəsinə verilmişdir. İşin 94-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİH-nin Yuxarı Tala kənd İƏD-nin verdyi xx.xx.2023-cü il tarixli 205 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatdadır. İşin 95-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİH-nin Yuxarı Tala kənd İƏD-nin verdyi xasiyyətnamədən görünür ki, X1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 99-100-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin marteriallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “Labstyle Hospital”ın verdiyi hər iki ətraf venalarının Doppler USM-ni nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs hər iki ətrafda venoz çatışmazlıq İV dərəcə, səthi vena trombozu, varikoz xəstəliyi diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs dərin vena trombozu izlənilmir. Cinayət işinin marteriallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 nikahı 23 dekabr 2002-ci ildə bağlanmışdır. Cinayət işinin marteriallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X4 xx.xx.2012-ci ildə doğulmuşdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmsəi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində işləməyən arvadının olmasını və səhhəti ilə bağlı probleminin olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu və 18 yanvar 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Zaqatala və qonşu Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan, 01 ədəd sellofon bükümdə olan ümumi təmiz çəkisi 1.007 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, 01 ədəd “DVD” diskinin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 354, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulub 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu və 18 yanvar 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən bir gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 06 (altı) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Zaqatala və qonşu Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Zaqatala rayonunun yuxarı Tala kəndində yerləşən evinin hüdudlarını gecə vaxtı saat 23:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Qax rayon polis şöbəsində saxlanılan, 01 ədəd sellofan bükülüdə olan ümumi təmiz çəkisi 1.007 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala rayonu İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar