Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-26/2024 06.06.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 10:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, tərcüməçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs-xx.xx.1983-cü ildə Qax rayonu Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu Əlibəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta vəsiqədən təkrar istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, D, D1” kateqoriyalı 95 21 893019 nömrəli sürücülük vəsiqəsini əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 09 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 şəhəri, Zərifə Əliyeva küçəsi 104 ünvanında fəaliyyat göstərən Şəki “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu biləbilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BC502662” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “BC502662” nömrəli sürücülük vəsiqəsinin 1illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqəni dəyişdirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, D, D1” kateqoriyalı 95 21 893019 nömrəli sürücülük vəsiqəsini və həmin saxta sürücülük təqdim etməklə 09 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 şəhəri, Zərifə Əliyeva küçəsi 104 ünvanında fəaliyyat göstərən Şəki “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BC502662” nömrəli sürücülük vəsiqəsini 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X5 rayonu, Nəriman Nərimanov küçəsi 4 ünvanında fəaliyyət göstərən Bakı Səyyar “ASAN xidmət” avtobusundakı Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu biləbilə təqdim edib təkrar istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Rusiya Federasiyasında olarkən Musa adlı şəxsin köməkliyi ilə saxta yolla sürücülük vəsiqəsi hazırlatmışdır. Həmin sürücülük vəsiqəsini əldə etmək üçün heç bir məktəb oxumamış, imtahan verməmişdir. Sürücülük vəsiqəsinin saxta olmasını bilmişdir. Azərbaycana gəldikdən sonra həmin vəsiqəni 09 avqust 2021-ci il tarixdə Şəki “ASAN” Xidmətinə təqdim etmişdir. Ona xx.xx.2021-ci il tarixli və etibarlılıq müddəti xx.xx.2022-ci ilədək olan sürücülük vəsiqəsi verilmişdir. Həmin vəsiqənin etibarlılıq müddəti bitsə də, həmin vaxt yenisinin alınması üçün müraciət etməmişdir. 2023-cü ilin sentyabr ayının 19-da Qax rayonuna gəlmiş Səyyar “ASAN” Xidmətə müraciət edərək Rusiya Federasiyasında hazırlatdığı saxta sürücülük vəsiqəsini və Şəki “ASAN” Xidmətdən əldə etdiyi sürücülük vəsiqəsini təqdim etmişdir. “ASAN” Xidmətin əməkdaşı hər iki sürücülük vəsiqələrini götürərək araşdırılma aparıldıqdan sonra ona məlumat veriləcəyini bildirmişdir. Əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı övladı vardır. Ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 5-6-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-133550/2023 nömrəli məktubdan və həmin məktubun qoşmasından görünür ki, Təqsirləndirilən şəxs onun adına olan Rusiya Federasiyasının “95 21 893019” nömrəli sürücülük vəsiqəsinin Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə dəyişdirilməsi üçün xx.xx.2023-cü il tarixdə Qax rayonunda vətəndaşlara xidmət göstərən “Səyyar ASAN” xidmət avtobusuna müraciət etmişdir. Həmin zaman o, öz adına olan Rusiya Federasiyasının “95 21 893019” nömrəli sürücülük vəsiqəsini və xx.xx.2021-ci il tarixdə həmin sürücülük vəsiqəsi əsasında Şəki ASAN xidmət mərkəzində bir illik müddətə əldə etdiyi, etibarlılıq müddəti keçmiş BC502662 nömrəli sürücülük vəsiqəsini təqdim etmişdir. İşin 13-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Rusiya Federasiyasının Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 001-24143-1122 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “95 21 893019” nömrəli sürücülük vəsiqəsi Rusiya Federasiyasında verilməmişdir. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi onun adına verilmiş Rusiya Federasiyasının “95 21 893019” nömrəli və Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli BC502662 nömrəli sürücülük vəsiqələri təhvil alınmışdır. İşin 30-31-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 19 oktyabr 2023-cü il tarixli 5/1470 saylı sənədlərin məhkəmə texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 95 21 893019 saylı sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 95 21 893019 saylı sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil edir. İşin 29-cu vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 70 (yetmiş) manat təşkil edir. İşin 37-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 58-65-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında” 06 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və o CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2015-ci il tarixli “95 21 893019” nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-ci il tarixli “BC502662” nömrəli sürücülük vəsiqəsi maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-ci il tarixli “BC502662” nömrəli sürücülük vəsiqəsinin əldə edilmə mənbəyinin saxta olmasını nəzərə alaraq onun etibarsız hesab edilməsi üçün DİN-nin BDYPİ-nə məlumat verilməsi nəzərə alınmışdır. İşin 58-65-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 16 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 51-52-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X3 xx.xx.2012-ci, X4 xx.xx.2017-ci ildə doğulmuşdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsinə, onların mahiyyətinə, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, səmimi peşmançılıq bildirməsi, törətdiyi əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Bütün bunlar isə məhkəməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzasını təyin etsin. Çünki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzalar olan islah işləri və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu cinayət qanunvericiliyin fundamental prinsiplərindən olan dövlət məcburiyyət tədbirlərinə qənaət və ədalət prinsiplərinə zidd olardı. Onun əməlində cəzasını ağırlaşdıran halların olmaması, əksinə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların olması, əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması, şəxsiyyəti və ailəsinin həyat şəraiti bunu deməyə əsas verir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 29 iyun 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Cinayət Məcəlləsinə yeni məzmunda 47.2-1-ci maddə əlavə edilmişdir. Azərbaycan Respublikasının CM-nin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 iyun 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinin birinci cümləsində “Azadlığın” sözü “İctimai işlər və azadlığın” sözləri ilə əvəz edilmiş, bununla da Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində cəzanın növü və həddini müəyyən edərkən məhkəmə cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzasının təyin edilməsini, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, həmin cəzanı yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəkməsini, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsini və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmasını qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsas görmür. İş üzrə olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut hesab edilən Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2015-ci il tarixli “95 21 893019” nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-ci il tarixli “BC502662” nömrəli sürücülük vəsiqələri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs həmin cəzanı gün ərzində dörd saatdan çox olmamaqla yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İş üzrə maddi sübut hesab edilən Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2015-ci il tarixli “95 21 893019” nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-ci il tarixli “BC502662” nömrəli sürücülük vəsiqələri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-26/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-26/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver