Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-26/2025 19.06.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 1990-cı il tarixdə Qax rayonunda evli, Azərbaycan Respublikasının orta təhsilli, heç yerdə işləməyən, hkum olunmamış, Qax rayonu, ndində qeydiyyatda olan və polisin nəzarəti altına vermə» ədbiri seçilmiş -Təqsirləndirilən şəxs nun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan vaxtda Qax rayonu, Almalı kənd sakini Zərərçəkmiş şəxs ona buğda satmasını xahiş etmiş, buğdanın pulunu 6 (altı) ay müddətində qaytaracağına dair yalan vəd verib aldadaraq bu adla N.L. Məmmədovdan 1 kq 55 qəpikdən olmaqla dəyəri 16.302 manat olan 29.600 kq buğda məhsulunu Qax rayonu, Almalı kəndində alıb əldə edərək və verdiyi vədinə əməl etməyib pulunu qaytarmayaraq Zərərçəkmiş şəxs 16.302 manat miqdarında, yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Qax rayonu, Almalı kənd sakini Zərərçəkmiş şəxs onun barəsində verdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs sahibkar kimi və Qax rayon sakini kimi tanıyır. Aralarında heç bir ədavət yoxdur. 2023-cü ilin fevral ayında Qax rayonu, Almalı kəndində Zərərçəkmiş şəxsla onun anbarında görüşüb Nəzirə 29 ton 600 kq buğda almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs həmin buğdanın əvəzində həmin miqdarda ona buğda verəcəyini demişdir. 29 ton 600 kq buğdanı Nəzirə 2023-cü ilin may-iyun ayında, yəni ki, biçin vaxtı qaytaracağını demişdir. Nəzirdə onunla razılaşmışdır. 2023-cü ilin may-iyun ayında, yəni ki, biçin vaxtı buğdanın qiyməti aşağı düşmüşdür. Belə ki, 2023-cü ilin fevral ayında buğdanın 1 kq 30 qəpik olmuş, lakin 2023-cü ilin may-iyun ayında, yəni ki, biçin vaxtı buğdanın qiyməti 25 qəpik olmuşdur. Həmin vaxtı Nəzirlə görüşmüş və ona 29 ton 600 kq buğda vermək istədiyini demişdir. Nəzir ona buğdanı saxla, 2-3 ay sonra, yəni ki, 2023-cü ilin sentyabr ayında əvəzinə ona qarğıdalı verməsini demişdir. Nəzirlə razılaşmışdır. Həmin ilin sentyabr-oktyabr ayında qarğıdalı biçini vaxtı qarğıdalınında qiyməti aşağı olmuşdur. Belə ki, 1 kq qarğıdalının qiyməti 30 qəpik idisə, həmin ili 28 qəpik olmuşdur. Bundan sonra Nəzirlə görüşmüş, ona buğdanın qiymətini 30 qəpikdən hesablayıb pulunu verəcəyini demişdir. Nəzir də onunla razılaşmışdır. 29 ton 600 kq buğda 30 qəpikdən 8.880 manat etsədə, lakin, Nəzirə 9.000 manat pul verməsi barədə razılaşmışdır. Nəzirə 9.000 manat pulu hissə-hissə verəcəyini və 2024-cü ilin biçin vaxtına kimi, yəni ki, may-iyun ayına kimi pulun hamısını qaytaracağını demişdir. Nəzir də onunla razılaşmışdır. 16 noyabr 2024-cü il tarixdə isə Nəzirin yaşadığı Qax rayonu, Almalı kəndinə getmişdir. Orada yerləşən Nəzirin anbarının qarşısında ona 3.000 manat pul vermişdir. Nəzirə 3.000 manatı verəndə ona qalan 6.000 manat borcunuda verəcəyini demişdir. Lakin sonradan işləri yolunda getməyindən Nəzirə olan 6.000 manat borcunu qaytara bilməmişdir. Nəzir ona 2023-cü ilin fevral ayında 29 ton 600 kq buğda vermişdir. Buğdanı borc almışdır. Əvəzində isə həmin ilin biçin vaxtı Nəzirə buğda verəcəyini demişdir. 2023-cü ilin may-iyun ayında, yəni ki, biçin vaxtı buğdanın qiyməti aşağı düşdüyündən Nəzir buğdanı istəməmiş və qarğıdalı istəmişdir. Qarğıdalınında qiyməti aşağı düşdüyündən ona 9.000 manat pul vermək barədə razılaşmış və 3.000 manat pulunu qaytarmışdır. Nəziri aldatmamışdır. Nəzirlə buğdanı 9.000 manata razılaşıb almışdır. Ona 3.000 manat qaytarıb, qalan 6.000 manat pulunu isə qaytarmamışdır. 29 ton 600 kq buğdanı sürücüsünün adı yadında qalmayan Şaqman markalı yük avtomobili ilə aparmışdır. Həmin avtomobilin dövlət qeydiyyat nişanıda yadında qalmamışdır. Buğdanı satmışdır. Nəzirlə 9.000 manata razılaşdığından ona 3.000 manat pul verdikdən sonra qalan 6.000 manat pulunuda verəcəyini demişdir. Lakin, işləri yolunda getmədiyindən onun pulunu qaytara bilməmişdir. Nəzir ona 13.302 manat pulunu qaytarmasını deməmişdir. Hal-hazırda dəymiş ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Rəsmi olaraq heç bir yerdə işləməsədə, lakin, özü fərdi sahibkarlıqla məşğuldur və Qax rayonu, Almalı kəndində torpaq sahələri vardır. Həmin torpaq sahələrində buğda və arpa əkib satır. Qax rayonu, Çüdüllü kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onların ədavəti yoxdur. Təqsirləndirilən şəxs əvvəllər ondan bir neçə dəfə buğda, qarğıdalı toxumu və gübrə almış və pulunu da ödəmişdir. Təqsirləndirilən şəxs ondan əvvəllər aldığı məhsulu nisyə alandada vaxtında pulunu qaytarmışdır. Buna görə də onunla münasibəti vardır və ona həmişə etibar etmişdir. 2023-cü ilin fevral ayının əvvələrində yaşadığı Qax rayonu, Almalı kəndindəki özünə məxsus taxıl anbarında olan zaman Təqsirləndirilən şəxs oraya gəlmişdir. Təqsirləndirilən şəxs ona 29 ton 600 kq buğda lazım olduğunu, 2023-cü ilin avqust ayında pulunu qaytaracağını demişdir. Təqsirləndirilən şəxs buğdanın 1 kq 55 qəpikdən verəcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. 29 ton 600 kq buğda 55 qəpikdən 16.302 manat pul etmişdir. Təxminən 2-3 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona məxsus anbara tanımadığı bir yük maşını ilə gəlmişdir. Təqsirləndirilən şəxs həmin yük maşınına 29 ton 600 kq buğdanı yükləyib aparmışdır. 2023-cü ilin avqust ayında dəqiq günü yadında qalmayan vaxtı Təqsirləndirilən şəxsla yaşadığı Qax rayonu, Çüdüllü kəndində yerləşən anbarında görüşmüşdür. Anbarda təxminən 5-6 ton buğda olmuşdur. Taleh ona buğdada məhsuldarlıq ala bilmədiyini, həmin ilin qarğıdalı biçini zamanı, yəni ki, sentyabr-oktyabr aylarında qarğıdalını satıb pulunu verəcəyini demişdir. Onunla razılaşmışdır. Bundan sonra qarğıdalı sezonunda onlar görüşmüşlər. Təqsirləndirilən şəxs ona qarğıdalının da məhsuldarlıq vermədiyini, lakin, qarğıdalını satıb pulunu verəcəyini demişdir. Bundan sonra 2024-cü noyabr ayının ortalarına kimi onlar bir neçə dəfə telefon vasitəsilə danışmış və o pulunu istəmişdir. Lakin Təqsirləndirilən şəxs ona hər dəfəsində işlərinin düzgün getmədiyini, pulunu qaytaracağını demişdir. 2024-cü ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək ona 3.000 manat pul vermiş və 2024-cü ilin dekabr ayının sonlarına kimi pulu verib qurtarcağını demişdir. Lakin, bundan sonra T.S.Qubranov ona müxəlif bəhanələr gətirərək qalan 13.302 manat pulunu qaytarmamışdır. Hal-hazırda onlar barışmışlar, şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Rəsmi olaraq heç bir yerdə işləməsədə, lakin fərdi təsərrüfatla məşğuldur və Qax rayonu, Almalı kəndinə fındıq bağı və iri buynuzlu heyvanları, yəni ki, inəkləri vardır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs Qax rayonu, Çüdüllü kənd sakini Təqsirləndirilən şəxs barəsində verdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs Qax rayon sakini kimi tanıyır. Qardaşı Nəzir sahibkarlıqla məşğul olur, yəni ki, arpa və buğda əkib satır. Nəzirin yaşadığı evin yanında anbarı vardır. 2024-cü ilin noyabr ayında qardaşı Nəzirlə onun yaşadığı evin qarşısında olmuşdur. Həmin vaxtı orada onlardan başqa heç kim olmamışdır. Bir az sonra oraya Qax rayonu, Çüdüllü kənd sakini Təqsirləndirilən şəxs gəlmişdir. Taleh tək olmuşdur. Taleh qardaşı Nəzirə 3.000 manat pul vermiş və qalan 13.302 manat pulunu da qısa müddət ərzində verəcəyini demişdir. Həmin vaxtı söhbət onlar aralarında olduğundan onların söhbətinə qarışmamış və onlara heç nə deməmişdir. Daha sonra Taleh çıxıb getmişdir. Qardaşı Nəzirdən nə məsələ olmasını soruşmuşdur. Qardaşı Nəzir ona Talehə 2023-cü ilin fevral ayında 1 kq 55 qəpikdən 16.302 manat dəyərində 29 ton 600 kq buğda verdiyini, Talehin onu aldatdığını və indi isə 16.302 manat puldan 3.000 manat pul verdiyini demişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayında Qax rayonu, Almalı kəndində qardaşı Nəzirə 3.000 manat pulu verən zaman qalan 13.302 manat pulunuda qaytaracağını demişdir və həmin danışığıda eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq Qax rayonu, Almalı kəndində Zərərçəkmiş şəxs məxsus anbarda işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadəsi ilə tanış olmuşdur. Talehi Qax rayon sakini kimi tanıyır. Onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Qax rayonu, Almalı kəndində Zərərçəkmiş şəxs məxsus anbarda işləyir və aylıq maaşını alıb ailəsini dolandırır. 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq günü yadında qalmayan vaxtı müdiri Nəzir dayı ona Təqsirləndirilən şəxs buğda satdığını, həmin buğdanı anbara gələn yük avtomobilinə yükləməsini demişdir. 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq günü yadında qalmayan vaxtı markası və dövlət qeydiyyat nişanı yadında qalmayan bir ədəd yük avtomobilinə buğda yığmışdır. Lakin yükün nə qədər olması yadına gəlmir. Buğdanı yük avtomobilinə avadanlıq vasitəsilə yığmışdır. Həmin vaxtı anbarda Nəzir dayı və buğdanı alan Təqsirləndirilən şəxs olmuşdur. Nəzir dayının anbarında işləyir və yük avtomobilinə buğda yığır. Nəzir dayının Təqsirləndirilən şəxs nə qədər buğda satması və neçəyə satması barədə heç bir məlumatı yoxdur. Həmin işlər Nəzirlə Taleh aralarında olmuşdur. Talehin Nəzirlə razılaşması, onun yanında 3.000 manat pul verməsindən xəbəri olmamışdır. Taleh Nəzirə 3.000 manat pul verən zaman orada olmamışdır. Anbarda ondan başqa işçi yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş 31 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Bundan başqa həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, tərəflər barışmış, şikayət və tələb yoxdur. Dəymiş ziyan tam olaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş «Bir Bank» mədaxil qəbzinə əsasən 4.075 manat, 50 qəpik məbləğində pul dövlət büdcəsinə köçürülmüşdür. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, dəymiş ziyan ödənilmiş, zərərçəkmişlə barışmış, şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 53). Cinayət işinin materiallarında olan 02 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 101). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunma haqqında 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, T.C.Qurbanov MSY-dən azad olunmuş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (115). İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə mülki iddia və xüsusi müsadirə olunan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, dəymiş ziyanı tamamilə ödəndiyindən, vurulmuş ziyanın 25 % miqdarında pul dövlət büdcəsinə ödəniş edildiyindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsın (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Qərardan, Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-26/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-26/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver