Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-27/2024 07.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat: 09:30 Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş hüquqi şəxs Qax rayon Ləkit Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs – xx xxxxxx 1979-cu ildə Qax rayonu Zərnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Qax rayonu, Zərnə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs torpaq sahəsinin ətrafını mişar daşı ilə hasarlayaraq qanunsuz olaraq torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəllərində Qax rayonu, Ləkit Bələdiyyəsinin mülkiyyətinə məxsus olan Qax rayonu, Zərnə kəndinin ərazisində yerləşən 0,3911 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid kəndin perspektiv inkişaf fonduna ayrılan torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz olaraq mişar daşı ilə hasarlayaraq torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməyərək ifadəsində bildirdi ki, 2007-ci ildə bələdiyyənin qərarı ilə özünün və qardaşlarının adına torpaq sahələri almış, Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən eskiz layihələri verilmişdir. Sonra həyətin qarşısında əlavə torpaq sahəsi olmuş, həmin torpaq sahəsini həyat yoldaşının, əmisi oğlunun və yaxın qohumunun adlarına sənədləşdirmişdir. Sadəcə olaraq sənədləşmə prosesi uzun çəkmişdir. Həmin yerin alınması 2015-ci ildən nəzərdə tutulmuşdur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi və bələdiyyə sədri tərəfindən torpaq sahələri gəlib təxmini göstərmişlər. Orada heç bir iş görülməmişdir. Sonra isə həmin torpaq sahələri üçün İcra Hakimiyyətindən rəy almışdır. Rəy aldıqdan sonra orada ilk aldığı torpaq sahəsində özü üçün ev də tikmişdir. Ətrafı bağlansın deyə ora sadəcə hasar çəkmişdir. Həmin vaxt torpağın çıxarışı olmamış, sadəcə olaraq bələdiyyə memarlıq şöbəsindən rəy almışdır. Yəni torpaq üçün ilkin sənəd almışdır. Həmin hasarı ona görə çəkmişlər ki, oraya girən, mal-materiala dəyən olmasın, mal-qara girməsin. Sadəcə olaraq sərhəddini qoymuş, heç bir tikinti işləri aparılmamış, ərazi boş qalmışdır. Sonra da sənədləşmə işlərinə başlamış, sənədləşmə işləri onlardan asılı olmayan səbəblərə görə uzun çəkmiş, bir rəy üç ay müddətinə verilmişdir. Rəyləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən almışlar. Müvafiq rəyləri ilk olaraq İcra Hakimiyyətindən, sonra isə ikinci rəyi həmin orqandan almışlar. Nəticədə proses gedəgedə yekun olaraq qeyd etdiyi adamların adına Çıxarışlar alınmışdır. Sənədləşmə prosesi uzun müddət davam etmişdir. İcazə sənədləri alınanadək sadəcə həmin yerin daşı, kolkosu təmizlənmiş, başqa işlər görülməmişdir. 2024-cü ildə isə hasarlama işləri aparmışlar. Həmin vaxt artıq İcra Hakimiyyətindən rəy alınmış, lakin torpağın alqı-satqısı olunmamışdır. Bələdiyyə onlara satacağı yeri göstərmişdir. 10 ilə yaxın müddət idi ki, həmin yerdə təmizlik işləri aparmış, lakin heç bir tikinti işlərini həyata keçirməmişdir. Hasarlanan torpaq sahələri həyat yoldaşının, əmisi oğlunun və yaxın qohumunun mülkiyyətindədir. Sənəddə torpaq sahələri 0.39 ha qeyd olunub. Sadəcə olaraq torpaq sahələrinin 3 ədədi 0.28 ha olmuş, qardaşının adına olan torpaq sahəsini isə 2007-ci ildə maddi imkanı olmadığı üçün alqı-satqı müqaviləsi ilə saxlamışdır. Reyestr Xidmətinə məktub göndərilərkən, xidmət tərəfindən həmin ərazi bələdiyyə mülkiyyəti kimi göstərilmiş, buna səbəb kimi çıxarışın görünməməsi olmuşdur. O, sənədləri təqdim edərək çıxarışı əldə etmiş, ancaq çıxarışı almağa əslində ehtiyac yox idi. Çünki evin tikilməsi üçün layihə smetanı da almışdır. Yəni layihə smeta sənədləri, cizgi sənədləri olmuşdur. Sadəcə olaraq Reyestr Xidməti portalda həmin sənədləri görə bilmirdi. Ona görə də, məcbur olaraq həmin torpağı bələdiyyə torpağı kimi yazmışdır. Reyestr xidməti çıxarışı vermişdir. Reyestr Xidmətinə sorğu verilən zaman həmin orqan bələdiyyənin həmin torpaq sahəsini satıbsatmamasını bilməmişdir. Məlumat ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bazasında yerləşdirilmiş, həmin vaxt bazalar bir-birinə verilməmişdir. O sənədləri reyestr xidmətinə təqdim etdikdən sonra onlar torpaq sahələrini öz xəritələrinə daxil etmişlər. Yaşayış evini 10 il əvvəl inşa etmişdir. Evin inşa edildiyi həyətyanı torpaq sahəsinin hasarını ev tikildikdən 7-8 il sonra, 2023-cü ilin sentyabr- oktyabr aylarında inşa etmişdir. Əmisi oğlu və qohumunun torpaq sahələrini isə 2024-cü ilin may-iyun aylarında hasarlamışdır. Hətta bir dəfə fırtına olmuş və hasar uçmuşdur. Çünki həmin torpağı malqara batırırdı. 0.6 ha torpaq sahəsinin içərisində qardaşına məxsus 0.10 ha torpaq sahəsi vardır. Həmin ərazidə əvvəllər tikinti işləri aparmışdır. Yəni ev tikdikdən 7 il sonra, 2023-cü ilin sentyabr ayında hasarın inşasına başlamışdır. Ona qədər ev çölün ortasında qalmışdır, lakin əlində sənədi olmuşdur. Ancaq 0.28 ha torpaq sahəsində sonradan təxminən 2024cü ilin mart ayından tikinti işləri aparmışdır. Çünki tikinti işlərinin eyni vaxtda aparılmasına maddi imkanı yol verməmişdir. Hazırda bütün torpaq sahələrinə mülkiyyəti təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs Qax rayonu Ləkit Bələdiyyəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ifadəsində bildirdi ki, həmin torpaq sahəsi Qax rayonu Zərnə kəndində yerləşir. O Ləkit bələdiyyəsinin sədridir. Ləkit bələdiyyəsinə 4 kənd daxildir. Həmin kəndlərin əvvəllər öz bələdiyyəsi olmuşdur: Ləkit-Kötüklü, Ləkit-Malax və Zərnə bələdiyyələri. Yavər Nərməhəmmədin aldığı ərazilərin ümumi sahəsi 0.38 ha yox, 0.60 hektara yaxın ərazidir və onların hamısının Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışları vardır. Təqsirləndirilən şəxs üç torpaq sahəsini 2007-ci ildə almış, qalanlarını isə öz qohum-əqrəbalarının adına sənədləşdirməyi fikirləşmişdir. Yavər fermerdir və kənddə xeyir-şərdə tanınan adamdır. 2023-cü ildən həmin proseslər başlamışdır. Təqsirləndirilən şəxs arvadı Xəyalə və Elcan bələdiyyəyə ərizə ilə müraciət etmişlər. Əslində bu 10-15 günlük prosessdir. Bələdiyyənin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alındıqdan sonra notariat qaydasında alıq-satqı edilməlidir. Hətta illər öncədən rüsumları ödənmiş şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqsiri ucbatından sənədləşdirmə (rəsmiləşdirmə) edə bilmirlər. Hazırda həmin ərazidə bələdiyyə torpağı yoxdur. Elcan və Xəyalə adlı şəxslərin mülkiyyətləridir. Torpaqlar bələdiyyə tərəfindən özgəninkiləşdirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların ətrafına hasar hissə-hissə çəkilmişdir. Sonuncu dəfə hasar 2023-cü ilin payız aylarında çəkilmişdir. Yavərə sənədləşdirmə işlərinin həyata keçirilməsini və başlamasını o demişdir. Torpaqların sənədləşdirilməsi prosesinə başlandıqdan sonra peyk vasitəsi ilə tikintinin aparılması aşkarlanmış, şəkillərini çəkib aktlaşdırıb göndərmişlər. Sənədləşmə işləri 2023-cü ilin avqust ayında başlamış, noyabr ayında isə protokol göndərilmişdir. Qax rayon Ləkit bələdiyyəsinin hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. 2007-ci ildə bələdiyyədən torpaq sahəsi almışlar. Həmin ərazidə anbar tikmişlər. Ona görə də, məhkəmə işi açılmışdır. Həmin torpaq sahəsini alan zaman ərazini kol basmışdır. Oranı təmizləyərək taxıl anbarı tikmişlər. Hasar qardaşı Yavərin rəhbərliyi ilə çəkilmişdir. Həmin torpaq üzərində ev tikilmiş, lakin evdə hazırda heç kəs yaşamır. Təxminən 3 il əvvəl hasarın tikilməsinə başlanmış, 1 il əvvəl isə tikilib başa çatmışdır. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Torpağı 2007-ci ildə almışlar. Həmin ərazini kol-kos basmış, təmizləyib talvar tikmişlər. Hasarı və talvarı Yavərin göstərişi ilə tikmişlər. Hasarın tikintisinə keçən il yay vaxtı başlamış, qış vaxtı yekunlaşdırmışlar. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi, həmçinin uzaq qohumudur. Bələdiyyədən torpağı almışlar. Bələdiyyə sədri ona 2012-2013-cü ildə həmin torpağı göstərmişdir. Yavər tikinti aparan vaxtı ondan xahiş etmişdir ki, onun da torpaq sahəsinin ətrafını hasarlasın. Aldıqları sahə istifadə edilməmiş daşlıq ərazi olmuş, kol basmışdır. Torpağı təmizləmişlər. Hasarın tikilməsi üçün min ədəd daş almışdır. Bundan sonra Yavər torpaq sahəsini özü hasarlamış, qalan xərcləri özü çəkmişdir. Həmin torpaq sahəsi özünün mülkiyyətindədir və Yavərə heç bir aidiyyatı yoxdur. Yavərə olan borcunu işləyib ödəyəcəkdir. Hal-hazırda torpağı Yavərə satmaq fikri vardır. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Münasibətləri yaxşıdır. Özünün mülkiyyətində olan torpaq sahəsi Təqsirləndirilən şəxs torpaq sahəsi ilə yanaşı yerləşir. Torpaq sahəsini bələdiyyədən alan zaman Yavərin adına rəsmiləşdirmək mümkün olmadığı üçün onun adına rəsmiləşdirmişlər. Torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı xərcləri Yavər çəkmişdir. Sonra isə həmin torpağı əmisi oğlu Yavərə satacaqdır. Torpaq sahəsi sənədlə özünə məxsus olsa da, üzərində hasarı Yavər inşa etdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, icraata qəbul edilməsi və iş üzrə istintaq aparılması qərara alınmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyinə, Qax rayon İcra Hakimiyyətinə və Qax rayon Polis Şöbəsinə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra-Xidmət) Şəki ərazi şöbəsinin əməkdaşları tərəfindən Qax rayonu Zərnə kəndi ərazisində monitorinq keçirilmişdir. Monitorinq zamanı vətəndaş Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 0.30 hektar (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin 10 hektar hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Sözügedən faktlarla bağlı yuxarıda göstərilən Əsasnamənin 9.5-ci bəndini nəzərə alaraq. Azərbaycan Respublikası daxili işlər orqanı tərəfindən torpaq sahəsinin özbaşına tutulmasının zəbt edilməsinin), həmçinin torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı həyata keçirilən tikinti işlərinin qarşısının alınması məqsədilə müvafiq araşdırmanın aparılmasını və fakt təsdiqini tapdığı təqdirdə təqsirkar şəxsin məsuliyyətə cəlb olunmasını, eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyi, Şəki Rayon İcra Hakimiyyəti tərəfindən həmin faktın baş verməsinin torpaqayırma qaydalarına, eləcə də tikinti norma və şərtlərinə uyğun olub-olmamasının araşdırılmasını, uyğunsuzluq aşkar edildikdə öz səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsini, nəticəsi barədə Xidmətə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 12 saylı Şəki Ərazi İdarəsinin Qax RPŞ-nə ünvanladığı 01 mart 2024-cü il tarixli, 3-21-3-39/2-1043/2024 nömrəli məktubundan görünür ki, Qax rayonu, Zəmə kəndində yerləşən torpaq sahəsində çöl ölçmə işlərinin aparılması ilə bağlı mütəxəssisin iştirakının təmin edilməsi barədə müraciətlərinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, idarənin mütəxəssisi tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsilə ölçmə işləri aparılmış və döngə nöqtələrinin kordinatları götürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi Təqsirləndirilən şəxs məxsus **********86 reyestr nömrəli torpaq sahəsində inşa edilmişdir. Anbar binasının 0.0031 ha hissəsi **********85 reyestr nömrəsi ilə qeydiyyata alınmış Şahid3 adına xüsusi mülkiyyətdə, yerdə qalan 0,0890 ha hissəsi isə bələdiyyə mülkiyyətində inşa edilmişdir. Bundan başqa tikililərin və torpaq sahəsinin ərazisinin daş hasarla əhatəyə alındığı sahəsinin 0,20 ha hissəsi həmin vətəndaşlara məxsus xüsusi mülkiyyətdə, yerdə qalan 0,3911 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aiddir. Qax RİH başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X10, Qax RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X7, Qax RİH başçısının Ləkit kənd İƏD üzrə nümayəndəsi X8, Ləkit Bələdiyyəsinin sədri Nümayəndə və Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli Baxış Aktından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən rayon İcra Hakimiyyətinə daxıl olmuş xx.xx.2023-cü il tarixli 3-21-3/2-18387/2023 nömrəli məktubun araşdırılması məqsədi ilə rayonun Zərnə kəndi ərazisində vətəndaş Təqsirləndirilən şəxs məxsus torpaq sahəsində olmuşlar. Məktubda rayonun Zərnə kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən 0.30 ha torpaq sahəsinin 0.10 ha hissəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icazə hüququ olmadan tikinti işlərinin aparılması faktı Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinin mütəxəssisləri tərəfindən aşkar olunduğu bildirməklə, sözügedən həmin faktın baş verməsinin torpaqayırma qaydalarına, eləcədə tikinti norma və şərtlərinə uyğun olub-olmamasının araşdırılması, uyğunsuzluq aşkar edilməsi ilə bağlı səlahiyyətlərinə aid müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. Məktubun icrası ilə bağlı Zərnə kəndi ərazisində qeyd olunan əraziyə baxış keçirilmişdir. Yerdə olarkən vətəndaş Təqsirləndirilən şəxs tərəfindən hər biri 0.10 ha olmaqla 6 ədəd həyətyanı torpaq sahəsinin kənarının çay daşı və mişarlanmış əhəng daşından tikilmiş hasar divarı ilə bağlamışdır. Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilmiş və məlum olmuşdur ki, hasarlanmış ərazinin Zərnə bələdiyyəsinin 07 fevral 2007-ci il tarixli 02 saylı qərarı ilə 0.10 ha hissəsi Təqsirləndirilən şəxs, 0.10 ha hissəsi Şahid3 satılmış, həmçinin 0.10 hissəsi isə Zərnə bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə X1. Təqsirləndirilən şəxs adında olan 0.10 ha həyətyanı torpaq sahəsinə ilkin torpaqayırma sənədləri əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 451450 nömrəli xx.xx.2014-cü il tarixli plan ölçu sənədi işlənilmişdir. Təqsirləndirilən şəxs Ləkit bələdiyyəsindən aldığı 0.10 ha torpaq sahəsində tikintialtı sahəsi 238 kv.m olan yardımçı (altıaçıq) binanın tikintisinə başlanıldığı, binanın divarlarında hörgü işləri aparılaraq yarımçıq saxladığı aşkar edilmişdir. Əvvəllər tikilmiş fərdi yaşayış evi isə X3 məxsus 0.10 ha torpaq sahəsində yerləşir. Hasarla kənarı bağlanmış ərazinin qalan hissəsi hər biri 0.10 ha olmaqla 3 ədəd sahənin zəbt olunduğu müəyyən olunmuşdur. Zərnə bələdiyyəsinin 30 mart 2007-ci tarixli 03 qərarı ilə Təqsirləndirilən şəxs verilmiş 0.10 ha torpaq sahəsinə bitişik zəbt olunmuş torpaq sahəsində qabarit ölçüləri 22.8x40.8m olan anbar binasmın tikintisinin çatdırıldığı məlum olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, zəbt olunmuş hər biri 0.10 olmaqla 0.30 ha torpaq sahəsinin alınması ilə bağlı vətəndaş tərəfindən ərizə ilə Ləkit bələdiyyəsinə müraciət olunmuşdur. Lakin hazırda vətəndaşın adına zəbt olunmuş sahələrinə aid eyni zamanda anbar bınasında və yardımçı (altıaçıq) bınasında tikinti işlərinin aparılması ilə bağlı hər hansı bir hüquqmüəyyenedıcı sənədlərin olmadığı, özbaşına tikildiyi müəyyən olunmuşdur. Vətəndaş “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismara verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq anbar binasının sənədləşdirilməsinə başlanıldığını, anbar binası üçün layihə sənədləri xüsusi razlıq (lisenziya) almış məhdud məsuliyyətli cəmiyyətinə hazırlatdığını bildirmişdir. Qax rayon Ləkit Bələdiyyəsinin verdiyi 29 mart 2024-cü il tarixli 11 nömrəli məktubundan görünür ki, Qax rayonu Zərnə kəndində yerləşən, Ləkit bələdiyyəsinin mülkiyyyətinə məxsus 0.3911 ha və 0.089 ha torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar deyil, yaşayış məntəqələri torpaqları katerqoriyasına aid kəndin prespektiv inkişaf fonduna ayrılan ərazidir. «Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında» 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat aşkar olunmamışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 08 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirildiyi yer Qax rayonu Zərnə kəndi ərazisində yerləşən Qax rayonu Ləkit bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Torpaq sahəsi Zərnə kəndinə gedən yolun sağ tərəfində yerləşir. Torpaq sahəsinə baxış zamanı ətrafının mişar daşları ilə əhatə olunması müəyyən edilmişdir. Həmin torpaq sahəsinin yaxınlığında, yəni sağ tərəfində tikili vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin tikilinin qardaşı Şahid4 məxsus torpaq sahəsində, qardaşının razılığı ilə Məhyəddinlə birlikdə tikdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ətrafını hasarladığı yer bələdiyyə mülkiyyətinə məxsus olmuşdur. Həmin yerin şərq hissəsində Təqsirləndirilən şəxs məxsus torpaq sahəsi, cənub tərəfində isə yol yerləşir. Qax RİHB-nın Ləkit kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 125 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Zərnə kəndində qeydiyyatdadır və onun ailə tərkibi onun özündən, arvadı X4, oğlu X11 və qızı X5 ibarətdir. Qax RİHB-nın Ləkit kənd İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid4 atası X13, anası isə X9r. AZ-İİ № 053421 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 nikahları 12 iyun 2011-ci il tarixdə Qax rayon Qeydiyyat şöbəsində 69 nömrə ilə qeyd edilmişdir. Xİİ-ЖГ 461553 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid4 atası X13, anası isə X9r. Təqsirləndirilən şəxs “Elektron Məhkəmə İnformasiya Sisemi”ndə olan qohumluq məlumatlarından görünür ki, X14 xx.xx.2013-cü il tarixdə, X16 xx.xx.2011-ci il tarixdə doğulmuşlar. «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə» 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 və Şahid2 Nurməhəmməd oğlunun barəsində CM-nin 188.1ci maddəsi ilə cinayət işinin başlanması, Təqsirləndirilən şəxs barəsində isə CM-nin 188.2 və 188.3-cü maddələri ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Ləkit Bələdiyyəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 12 saylı Şəki Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 08 saylı məktubdan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan respublikası Qanununun tələblərinə uyğun olaraq Ləkit Bələdiyyəsi mülkiyyətinə aid torpaqlarından 0.10 ha torpaq sahəsi üzərində Ləkit Bələdiyyəsinin mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilməsi, qeydiyyata alınmış hüququn məhdudlaşdırılması (yüklülüyü) haqqında daşınmaz əmlakın dövlət reyestrindən Arayışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün müvafiq göstərişin verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Ləkit Bələdiyyəsinin 27 noyabr 2023-cü il tarixli 12 saylı iclasının protokolundan görünür ki, X18 kəndində yerləşən həyətyanı məqsədi ilə bilavasitə satılması nəzərdə tutulan üç ədəd 0.10 ha torpaq sahələrinin məqsədli təyinatının həmin ərazinin yerquruluşu-təsərrüfat planına, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə, yaşayış məntəqəsinin baş planına ərazinin planlaşdırılması və tikintisi layihəsinə uyğun olub-olmadığının, həmin yeri başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilib-verilmədiyinin, habelə elektrik, rabitə, qaz, su kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşib yerləşmədiyinin, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədi ilə müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə müraciət edilməsi və bələdiyyəyə məxsus həyətyanı sahələr üçün həmin torpaq sahələrinin bilavasitə satılması məqsədilə ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmasının məqsədə müvafiq hesab edilməsi və prosedura başlanması, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın (torpaq sahəsinin) təsvirinə. bu əmlak (torpaq sahəsi) üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına, (yüklülüyünə) dair arayışın və plan ölçü sənədinin verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 12 saylı Şəki Ərazi idarəsindən xahiş etmişdir. Qax rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin verdiyi 13 fevral 2024-cü il tarixli rəylərdən görünür ki, satılması nəzərdə tutulan torpaq sahələri kəndin prespektiv inkişaf planına uyğun ərazidədir. Ərazidə başqa tikinti nəzərdə tutulmamışdır. Torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edərək qanunauyğun qaydada satılmasına etiraz etmirlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 verdiyi reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, Qax rayonu Zərnə kəndində yerləşən 0.10 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri X27 verdiyi reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, Qax rayonu Zərnə kəndində yerləşən 0.10 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Şahid3 mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 verdiyi reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, Qax rayonu Zərnə kəndində yerləşən 0.0961 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Şahid1 mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 verdiyi reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, Qax rayonu Zərnə kəndində yerləşən 0.0925 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Şahid2 mülkiyyətinə verilmişdir. Qax RMX PHŞ-nin verdiyi 29 mart 2024-cü il tarixli, 18-1-50/2-302/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda yoxdur. Qax rayon Ləkit Bələdiyyəsinin sədri Nümayəndə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Ləkit Bələdiyyəsinin Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilməsə də, onun tərəfindən qeyd olunan əməlin törədilməsi onun ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma –səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 188.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 188.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hasarlama işlərini həyata keçirdiyi torpaq sahələri hazırda arvadının və digər şəxslərin mülkiyyətində olsa da, təqsirləndirilən şəxsin hasar tikərkən torpaq sahələri üzərində qanunvericilikdə qeyd edildiyi kimi mülkiyyət, istifadə və icarə hüququ olmamış və şəxs hüququ olmadan həmin işləri həyata keçirməkdə haqlı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində çıxarışın əldə olunması üçün müvafiq orqana müraciət etməsini, lakin rəy alınmasının, sənədləşmə işlərinin uzun müddət davam etməsi səbəbindən mövcud vəziyyətin yaranmasını qeyd etsə də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi özünümüdafiə xarakteri daşıyır, ittihamı təkzib edən sübut kimi qəbul edilməməlidir. Belə ki, cinayət işinin materiallarında olan Qax RİH-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qax rayonu, Zərnə kəndində yerləşən Təqsirləndirilən şəxs tərəfindən hər biri 0.10 ha olmaqla 6 ədəd həyətyanı torpaq sahəsinin kənarı çay daşı və mişarlanmış əhəng daşından tikilmiş divarla bağlanmışdır. Həmçinin Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, torpaq sahələrinin daş hasarla əhatəyə alındığı yerdə qalan 0.3911 ha hissəsi bələdiyyə mülkiyyətinə aiddir. Ləkit bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, həmin torpaq sahələri Ləkit bələdiyyəsinin mülkiyyətində olmaqla kəndin perspektiv inkişaf fonduna ayrılan ərazidir. Beləliklə Təqsirləndirilən şəxs ərazidə hasarlama işlərini həyata keçirərkən həmin torpaq sahələri Qax rayonu Ləkit bələdiyyəsinin mülkiyyətində olmuşdur. Hazırda isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin təqsirləndirilən şəxs haqqında şikayət və tələbinin olmamasını və üzərində hasar tikintisi aparmış olduğu torpaq sahələrinə arvadının və digər şəxslərin adına mülkiyyəti təsdiq edən sənədləri (çıxarışı) almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi mümkün edir. Bu nəticəyə gələn zaman məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, onun ilk dəfə məsuliyyətə cəlb edilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə maddi sübut, maddi ziyan, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8000 (səkkiz min) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldığı gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №1(024)-27/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-27/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver