Məhkəmə qərarları › İş №1(024)-28/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-28/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-28/2024 06.06.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 10:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəlieyv Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1997-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, Vətən müharibəsi iştirakçısı, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edərək xeyli miqdarda saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq satış məqsədi olmadan 2023-cü ilin sentyabr ayında Qax rayonu, Güllük kəndi yaxınlığında yerləşən çayın kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını qırıb həmin yerdə qurudaraq 385 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib orada olan ağacın dibinə basdıraraq saxlamış, 24 mart 2024-cti il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu, Güllük kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə dəvət olunmuş, polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara jilet gödəkçəsinin sol içəri hissəsindən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 385 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, i Vətən Müharibəsi iştirakçısıdır. Ağrıları olduğu üçün hərdənbir narkotik vasitə olan marixuana qəbul edir. 2023-cü ilin sentyabr ayında Qax rayonu Güllük kəndinə çaya balıq tutmağa gəlmiş, çayın kənarında yabanı halda bitən narkotik tərkibli çətənə kollarının iki ədədini çıxarıb quruması üçün kənara atmışdır. Təxminən 15 gün sonra həmin kolların quruduğunu görərək təmizləyib sellofan torbaya yığmış və yaxınlıqdakı ağacın dibinə basdırmışdır. 24 mart 2024-cü il tarixdə saat 16 radələrində gizlətdiyi narkotik bitkisini özü ilə aparmaq üçün Qax rayonu Güllük kəndinə gəlmiş, narkotik vasitəni gizlətdiyi yerdən götürüb əynindəki qara jiletin içərisinə gizlətdikdən sonra Zaqatala şəhərinə getmək üçün avtomobil yolunun kənarına gəlmişdir. Bir müddət sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitəni qanunsuz gəzdirdiyinə görə şübhəli olduğunu bildirərək Qax RPŞ-nə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında onun razılığı ilə üzərinə baxış keçirilmiş, əynindəki qara rəngli jilet gödəkcənin içəri hissəsində həmin sellofan torbada olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı isə üzərindən aşkar olunan kütlənin narkotik vasitə hesab olunan qurudulmuş marixuana olduğunu və özü çəkmək üçün yığaraq qurutduğunu etiraf etmişdir. Hazırda əməlindən çox peşman olmuşdur. Əməlindən səmimi peşman olmasını, 2016-cı il aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı olmasını, himayəsində işləməyən həyat yoldaşı və bir azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o Qax rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 mart 2024-cü il tarixdə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqdəsi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və 24 mart 2024-cti il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Güllük kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirilmiş və onun razılığı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ondan üstündə qeyri-qanuni hər hansı bir əşya və yaxud narktoik vasitə olub-olmaması soruşulmuş, əgər varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli jilet gödəkcənin içəri hissəsində iç-içə keçirilmiş qara rəngli sellofan torbanı çıxarıb onlara təqdim etmişdir. Həmin torbanı açdıqda Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanı açdıqda kəskin iyli, yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunan kütlənin nə olduğunu soruşduqda həmin kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğu, özünə məxsus olduğunu və 2023-cü ildə Güllük kəndi yaxınlığında çətənə kollarını qıraraq gələcəkdə özü çəkmək üçün qurutduğunu bildirmişdir. Həmin narktoik vasitə olan marixuanaya bənzər kütlənin sellofan torba ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisi 400 qram təşkil etmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 24 mart 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyi üçün Qax RPŞ-nə aparılmışdır. Nəcməddin sağlam həyat tərzi keçirmiş, 2016-cı il Aprel döyüşlərində və Vətən Müharibəsində iştirak etmişdir. Onun hər hansı narkotik vasitələrdən istifadə etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində 24 mart 2024-ci il tarixdə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqdəsi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradıldığını, qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydalarının izah edildiyini, bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirdiklərini, 24 mart 2024cti il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Güllük kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edildiyini, daha sonra şəxsi axtarış istintaq hərəkətini qeydə almaq üçün təhqiqatçı tərəfindən mütəxəssis dəvət edildiyini, sonra mütəxəssisin, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əvvəlcə əynindəki qara rəngli jilet gödəkcənin sağ yan cibindən “Winston'’ markalı açılmış içərisində 4 ədəd siqaret, və alışqanı təqdim etdiyini, daha sonra həmin gödəkcənin içəri hissəsində iç-içə keçirilmiş qara rəngli sellofan torbanı çıxarıb təqdim etdiyini, sonra üstünə şəxsi axtarış zamanı başqa əşya aşkar edilmədiyini, götürülmədiyini, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanı açdıqda kəskin iyli, yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildiyini, Təqsirləndirilən şəxs aşkar olunan kütlənin nə olduğunu soruşduqda onun həmin kütlənin nəşə olduğunu, həmin narkotikin özünə məxsus olduğunu, Güllük kəndi yaxınlığında çətənə kolundan qurutduğunu və sonra yığıb saxladığını, az-az istifadə etdiyini satmaq məqsədi olmadığını bildirdiyini, bundan sonra həmin yaşıl rəngli kəskin spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər kütlənin sellofan torba ilə birlikdə elektron tərəzi vasitəsilə çəkildiyini, ümumilikdə 400 qram təşkil etdiyini, bundan sonra həmin aşkar olunan kütlənin iş üçün maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün birlikdə qablaşdırıldığını, möhürlənərək götürüldüyünü, aşkar edilənlərə baxış keçirildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilənlərin özünə qaytarıldığını, şübhəli şəxs Təqsirləndirilən şəxs Qax RPŞ-nə gətirilərkən və Qax RPŞ-də olarkən hər hansı bir formada təzyiq olub-olmadığını soruşduqda ona heç bir təzyiqin olmadığını bildirdiyini, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklif daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da tam sübuta yetirilmişdir. İşin 122-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 37-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2- 17/306 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütlə. ” sözləri, adlar və imzalar yazılmış 01 ədəd sellofon bağlamanın içərisindəki, təmiz çəksi-385,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq çəkisi 384.9 qram təşkil edir. İşin 36-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 35.97 manatdır. İşin 25-28-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 24 mart 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı 1 ədəd zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra 385 qram olan qurudulmuş marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. İşin 107-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala rayon X3 Hüquqi şəxsin 01 aprel 2024-cü il tarixli, 18- 1-78/2-436/2024 saylı məktubundan görünür ki, Muxtarov X2 RMX-nın PHŞ-nin Poliklinika şöbəsində psixiatrik və narkoloji kabinetdə dispanser qeydiyyatında deyil. İşin 12-13-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə saat 17:25-də tutulmuşdur. İşin 77-82-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 26 mart 2024-cü il tarixli 4(024)-14/2024 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtia edilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İşin 112-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş müstəntiqin “maddi sübut kimi tanınma” haqqında qərarından görünür ki, 01 ədəd zərfdə olan 13 aprel 2024-cü il tarixli qərarla 01 zərfdə ümumi təmiz çəkisi tədqiqatdan sonra 384,9 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax RPŞ-nin aidiyyatı üzrə xidmət sahəsinə verilmişdir. İşin 11-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narktoik tərkibli bitki olan çətənə kollarının yarpaqlarını yığdığı əraziyə baxış keçirilmiş və həmin ərazidə həmin bitki kollarının yetişməsinin mümkün olması müəyyən edilmişdir. İşin 124-126-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş müstəntiqin “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, 01 (bir) ədəd DVD diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 89-cu vərəqəsində olan Zaqatala RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 3-8212/2-401/2024 saylı Arayışdan görünür ki, Muxtarov X2 şəhəri, A.Həmidov küçəsi, döngə 4, ev 11-də qeydiyyatdadır. İşin 90-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 106-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin verdiyi xx.xx.2024-cü il tarixli 84 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək səfərbərliklə əlaqədar xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində Talış, Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Cinayət işinin marteriallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qızı X1 xx.xx.2019-cu ildə doğulmuşdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.3.1-cü bəndinə əsasən CM-nin 234.1-ci maddədə “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü, Vətən Müharibəsi iştirakçısı olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki ) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Zaqatala və qonşu Balakən rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 4, ev 11 ünvanında yerləşən evinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, o yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 384.9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, 01 ədəd “DVD” diskinin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 354, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki ) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti atlına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Zaqatala və qonşu Balakən rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 4, ev 11 ünvanında yerləşən evinin hüdudlarını gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Zaqatala rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 384.9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin və 01 ədəd “DVD” diskinin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala rayonu İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar