Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-28/2025 17.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Qax rayonu, Oncallı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu, Oncallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, İlisu kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona tanışı Sabirabad rayonu, Qaragüney kənd sakini Şahid məxsus 2.000 manat dəyərində olan KZAP 9370 markalı, «** ZA ***» dövlət qeydiyyat nişanlı yarım qoşqunu tam qoşqu olması adı ilə aldadaraq inandırıb qəsdən 15 iyun 2024-cü il tarixdə, saat 17:30 radələrində Qax rayonu, Qazmalar kəndi ərazisində 4.000 manat pul vəsaitini əlbə-əl qaydada alıb aldatma yolu ilə Zərərçəkmiş şəxs 2.000 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Sakit də onun kimi Kamaz sürüb ailəsini dolandırır. 2024-cü ilin iyul ayının ortalarında Sakit ona zəng edərək onda olan qoşqunu satıb-satmamağmı soruşmuşdur. Ona özündə iki ədəd qoşqu olduğunu, onlardan birinin tam qoşqu, digərinin isə yarım qoşqu olduğunu və satdığını bildirmişdir. Sakit ona qiymətlərinin nə qədər olduğunu soruşmuşdur. Sakitə tam qoşqunun qiymətinin 4.000 manat, yarım qoşqunun qiymətinin isə 2.000 manat olduğunu demişdir. Sakit ona tam qoşqunu istədiyini bildirmişdir. Sakitə həmin tam qoşqunu Sabirabad rayonundan olan sürücü yoldaşı olan Həsəndən 4.000 manata aldığını, lakin pulu vermədiyini bildirmişdir. Sakit də ona qoşqunu götürəcəyini, pulunu ona verəcəyini və pulunu Həsənə verməyini bildirmişdir. Sakitlə razılaşmışdır. 15 iyun 2024-cü il tarixdə, saat 17:30 radələrində Qax rayonu, Qazmalar kəndinə gələrək ona 4.000 manat pul vermişdir. Qoşqunu da götürüb aparmışdır. Bundan sonra Bakı şəhərində gedərək Əcəmidə Xutor adlanan ərazidə Həsənə 4.000 manat pulu vurmuşdur. Bundan sonra Həsənin ot sezonu olduğundan o etibarnamə verə bilməmişdir. Sakitə Həsənin ot sezonunun bitməsini, gözləməsini demişdird. Sakit də onunla razılaşmışdır. Lakin Sakit qoşqu ilə işləməyə başlamışdır. Aradan bir müddət küçəndən sonra Həsən ona zəng edərək işlərinin qurtardığını, etibarnamə vermək istədiyini demişdir. Həmin ərəfələrdə yolu Sabirabada düşdüyü üçün onunla yaşadığı evin qarşısında görüşüb qoşqunun texpasportunu və Sakitin şəxsiyyət vəsiqəsini vermişdir. Bir müddət sonra isə X4 görüşüb ona etibarnaməni və sənədlərini vermişdir. Bir müddət sonra Sakit qoşqunu sənədləşdirmək üçün Meroya gedən zaman ona qoşqunun sənədində problem yaranmışdır. Sakit isə ona həmin problemi həll etməyini bildirmişdir. Hal-hazırda dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2024-cü ilin yay aylarında özünə məxsus olan «Kamaz A55111» markalı avtomobil üçün yük qoşqusu axtarmışdır. 2024-cü ilin iyun ayında Elmar onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onda iki ədəd kamaz qoşqunun olduğunu, onlarda birinin tam qoşqu, digərinin isə yarım qoşqu olduğunu, onunda qoşqu axtardığını demişdir. Ondan həmin yük qoşqularının sənədlərinin və qoşqunun saz vəziyyətə odluğunu soruşmuşdur. Elmar da ona həmin qoşqularda heç bir problem olmadığını və qoşqularım hər bir sənədlərinin yerində olduğunu demişdir. Elmar tam qoşqunu 4.000 manata, yarım qoşqunu isə 2.000 manata satdığını demişdir. Özünə tam qoşqu lazım olduğu üçün onunla tam qoşqu barəsində razılaşmışdır. Bundan sonra Elmar yük qoşqusunu saxladığı Qax rayonu, Qazmalar kəndinə getmişdir. 15 iyun 2024-cü il tarixdə, saat 17:30 radələrində orada həmin qoşquya baxış keçirərək 4.000 manat pulu Elmara verərək qoşqunu ondan götürmüşdür. Elmardan qoşqunu götürən zamanı Elmar ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin qoşqunun qeydiyyat şəhadətnaməsini və etibarnaməsini düzəldərək ona göndərəcəyini deyərək Elmar şəxsiyyət vəsiqəsi götürərək onun yanından uzaqlaşmışdır. Elmar ondən şəxsiyyət vəsiqəsi götürdükdən iki gün sonra onunla əlaqə saxlayaraq qoşqunun qeydiyyat şəhadətnaməsini və etibarnaməni soruşanda bir-iki günə düzəldərək verəcəyini demişdir. Elmar ilə danışdıqdan bir həftə sonra yenidən onunla əlaqə saxlayanda o müxtəlif bəhanələr gətirərək sənədləri qısa müddətdə verəcəyini demişdir. Bir ay sonra Elmar həmin sənədlərini ona Sabiradad rayon sakini Həsən adlı şəxslə yollamışdır. Həmin sənədləri səhv xatırlamırsa Hacıqabul rayonunda olduğu zaman Elmar yolladığı taksidən götürmiişdür. Taksi ilə Elmar ona məxsus şəxsiyyət vəsiqəsini, qoşqunu idarə etmək üçün etibarnaməni və qoşquya aid qeydiyyat şəhadətnaməsini yollamışdır. Sənədləri ona verən şəxs Həsən adlı şəxs olmuşdur. Belə ki, «sən demə həmin Həsən qoşqunun əsl sahibi» olmuşdur. Bunu sonradan öyrənmişdir. Həmin vaxtı sənədlərə baxan zaman qoşqunun yarım qoşqu olduğunu görmüşdür. Elmara zəng edərək həmin sənədlərin düzgün olmadığını, orada yarım qoşqu sözünün yazıldığını bildirmişdir. Elmar isə ona narahat olmamağım, Şəki Meroda sənədləşdirmək olduğunu demişdir. Daha sonra Qaxa qaytdıqdan sonra həmin sənədləri götürərək Şəki rayonunda yerləşən qeydiyyatimtahan və texniki baxış şöbəsinə yaxınlaşaraq həmin qoşqunu öz adına keçirmək istəmişdir. Orda ondan qoşquya aid sənədləri götürülmüş və bir müddət sonra həmin idarənin işçisinin ona verdiyi qoşquya aid sənəddə yarı qoşqu qeyd edldiyini bildirmişdir. Ancaq qoşqunun özündə konstruksiya dəyişikliyi olduğu üçün qoşqu yarı qoşqu kimi görünməmişdir. Buna görə də həmin sənədə uyğun olaraq qoşqunu adına keçirə bilmədiklərini demişdir. Bundan sonra Elmarla nə qədər əlaqə saxlasada hər dəfəsində ya onu aldatmış, yada telefonunu açmamışdır. Buna görə də baş vermiş hadisə barədə polis şöbəsinə gedirək şikayət ərizəsi vermişdir. Həsənin Elmarla arasında olan söhbətdən xəbəri olmamışdır. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onlar barışmışlar. Cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Qax rayon sakinləri S.Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2021-ci ilin may ayında adını xatırlamadığı Kürdəmir rayonu sakinindən «** ZA ***» dövlət qediyyat nişanlı yarım qoşqunu almışdır. Həmin vaxtı qoşunu sənədləşdirərərək öz adma keçirmişdir. Həmin yarım qoşqudan 2024-cü ilin mart ayına kimi istifadə etmişdir. Daha sonra həmin yarım qoşqunu etibarnamə əsasında tanışı Elmara istifadə etməsi üçün vermişdir. 2024-cü ilin yay aylarında Elmar ona zəng edərək yarım qoşquya müştəri tapdığını, onu satıbsatmadığı soruşmuşdur. Elmara həmin yarm qoşqunu satmaq istədiyini demişdir. Bir müddət sonra Elmar ona zəng edərək yarımqoşuya müştəri tapdığını, onu 4.000 manata satacağını, 2.000 manat qoşqunun qiymətinin, 2.000 manatda borcunu bağlayacağını demişdir. Elmarla razılaşmış və ona pulu aldıqdan sonra satacağı adama etibarnamə verəcəyini demişdir. Təxminən 2024-cü ilin avqust ayında Elmar 4.000 pulu onun kart hesabına yollamışdır. Bundan sonra Elmar ona yarımqoşqunu satdığı Qax rayonu sakini Sakit adı şəxsin şəxsiyyət vəsiqəsini etibarnamə verməyi üçün ona yollamışdır. 2024-cü ilin avqust ayınn sonlarına yaxın Sakitlə Hacıqabul rayonu ərazisində görüşüb şəxsin şəxsiyyət vəsiqəsini və etibarnaməni ona vermişdir. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Elmarın Sakiti aldatmasını sonradan öyrənmişdir. Sakitlə danışmamışdır. Elmar ona müştəri tapıdığını demiş və pulu ona yollamışdır. Özü də etibarnamə vermişdir. Elmarın Sakitə həmin yarım qoşqunu tam qoşqu adı ilə 4.000 manata satdığını bilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 04 mart 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələlərini İdarəetmə X5 Şəxs Qax Rayon X3 Hüquqi şəxs tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji, ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyildir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs və X2 barışıq ərizələrini nəzərdən keçirib, dəymiş ziyanın ödənilməsini, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 23). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 61). Qax Rayon Məhkəməsinin 4(024)05/2025 №li, 26 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o məhkəmə zalından həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan 26 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 83). Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən tərəflərin barışmasına və dəymiş ziyanın tamamilə ödənilməsinə görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan qətimkan tədbiri ləğv edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Qərardan, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-28/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-28/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver