Məhkəmə qərarları › İş №1(024)-29/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-29/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-29/2024 31.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat 12:53 -də Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, məhkəmə iclasının katibi – (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs Qax Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1967-ci il tarixdə Qax rayonunun Qax Gürcü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, işsiz, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs torpaq sahəsinin ətrafını dəmir məftil ilə hasarlayaraq və torpaq sahəsində fərdi yaşayış evi tikməklə qanunsuz olaraq torpaq üzərində mülkiyyət hüququnu pozmuş və özbaşına tikinti işləri aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2011-ci ilin sentyabr ayının əvvəllərində Qax Bələdiyyəsinin mülkiyyətinə məxsus olan Qax şəhəri, Cavanşir Rəhimov küçəsində yerləşən 0,05 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz olaraq dəmir məftil ilə hasarlayaraq torpaq üzərində mülkiyyət hüququnu pozmuş və 2023-cü ilin avqust ayının əvvəllərində həmin ərazidə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz olaraq fərdi yaşayış evi tikməklə özbaşına tikinti işləri aparmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Qax rayon İcra Hakimiyyətində 2011ci ildən torpaq növbəsindədir. Həmin yerə nəzarət etmiş, daşını, qumunu kolunu təmizləmişdir. Bələdiyyəyə müraciət etmiş, bələdiyyə də razılaşmış, müvafiq sərəncam vermişdir. O. belə başa düşmüşdür ki, əgər bir insan bir yerə baxarsa ilk öncə həmin şəxsə ərazi təklif olunur. Demişlər ki, belə bir qayda yoxdur. O, bələdiyyəyə müraciət etmişdir ki, yer var, artıqdır və ona ayrılmalıdır. Bələdiyyə də razılaşmış, sərəncam da vermişdir. Şəki şəhərindən 3-4 nəfər mütəxəssis gəlmiş, yeri ölçmüş və göstərmişlər ki, bura onun ərazisidir. O, soruşmuşdur ki, bura özünün yeridirsə tikinti apara bilərmi? Onun da aldığı materiallar yağışın, suyun altında qalmışdır. Həmin ərazinin 4 tərəfi də açıq olmuş, bir tərəfi qonşu, bir tərəfi çaylaq olmuşdur. Həmin torpağa insanlar zibil atmış, çünki ərazi sonuncu cərgədə olmuşdur. O özü ustadır. Həmin torpaq sahəsi üzərində tikili inşa etməyə başlamışlar. 1-2 həftə keçmiş, Mahir müəllim başda olmaqla 3-4 nəfər gəlmişdir. Həmin şəxslərdən biri özünü Qax rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim etmiş, digəri isə Şəki şəhərindən hansısa idarənin işçisi kimi təqdim etmişdir. Həmin şəxslər ona qeyri-qanuni tikinti apardığını demişlər. O isə həmin ərazinin ona göstərildiyini, ona məxsus olduğu və tikinti apara biləcəyini ona dediklərini bildirmişdir. Ondan tikintini dayandırmasını tələb edərək Akta imza etdirmişlər. O imza etdikdən sonra tikintinin üzərinə bir daş olsa belə qoymamış, tikintini meşə kimi ot alaq basmışdır. Yəni cinayətə meyilli, evi tikən adam olsaydı indiyə qədər tikib qurtarardı. Ya da ki, torpaq sahəsinin ətrafını göstərə bilər ki, heç bir tərəfi bağlı deyil, bu yandakı metal toru oraya qoymuş, heç metal toru oradan götürməmişdir. İkinci bir hərəkət belə etməmişdir. Onun təqsiri bu qədərdir, qalan heç bir təqsiri yoxdur. Sahənin bir tərəfinə metal toru ona görə çəkmişdir ki, ora insanlar zir-zibil tökmüş və mal-qara keçirdi. Torpaq sahəsinin ətrafı açıqdır. Metal toru çəkməkdə məqsədi zir-zibil atılmasının qarşısına almaq olmuşdur. Ona tikinti başlaya biləcəyi deyilməsəydi o tikilini inşa etməyəcəkdi. O, elə başa düşmüşdür ki, yer göstərildikdən sonra yaşamaq üçün ev inşa edə bilər. Tikilini keçən il bu vaxtları inşa etməyə başlamışdır. Tikilinin hündürlüyü isə təxminən 1.5 metr olar. Hazırda tikilini sökməmişdir. Sökməməkdə də məqsədi ona tikilini saxlamasını, sənədləşdirib sonra tikməsini demələri olmuşdur. Üzərindən illər keçdikdən sonra bu işi açmışlar. Şahidla bağlı deyə bilər ki, onun uşaqları 2011-ci, Şahid isə 2020-ci ildən torpaq növbəsində dayanıb. Elmar 1-ci dəfə və 2-ci dəfə torpaq aldıqda dözmüşdür. Bələdiyyədən nə üçün ona torpaq vermədiklərini soruşduqda torpaq ayıracaqlarını demişlər. Bu məsələ uzandığı üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Şahid torpaq sahəsi həmin 5 sot torpaq sahəsi ilə həmsərhəddir. Şahid 2024-cü ildə onun torpaq sahəsinin yanından Qax şəhərində qeydiyyatda olmadığı halda bir pay onun torpaq sahəsinin qarşısından torpaq almış, sonra ikincisini almış, daha onra üçüncü dəfə aşağı hissədə torpaq almaq istəyən zaman o demişdir ki, necə olur ki, 30 il özü baxan torpaq sahəsindən özünün uşağına yer düşmür?. Bu səbəbdən mübahisə düşmüşdür. Ola bilər ki, savadı olmadığı üçün hüquq mühafizə orqanlarına düzgün müraciət etməmişdir. Lakin demək istəmişdir ki. yəni bu adam 20 faiz yeri artıq bağlamışdır. Hazırda həmin torpaq sahəsinə mülkiyyətini təsdiq edən sənəd yəni çıxarışı almışdır. Məhkəmədən barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxs Qax Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs təxminən 20-25 ildir ki. tanıyır. Aralarında ədavət və düşmənçilik yoxdur. Həmin torpaq sahəsi uzun müddətdir ki, Təqsirləndirilən şəxs həyətinin kənarında və istifadəsində olmuşdur. Torpaq sahəsi kol-kos basan bir ərazi olmuşdur. Oradan əyri bir kanal keçir. Həmin ərazidən başqa kol-kos basan başqa torpaq sahəsi də olmuş və həmin sahəni isə başqa vətəndaşa göstərmişlər. Həmin şəxs də iki-üç dəfə onlar barəsində Baş prokurorluq daxil olmaqla digər orqanlara şikayət etmişdir ki, onun yerini nə üçün Təqsirləndirilən şəxs verirlər. Halbuki kanal düzələn zaman həmin şəxsin yerinin ortasından düşmüş, kanalın da qorunma məsafəsi saxlanmışdır. Əvvəl 5 metr, hazırda isə hər tərəfdən 10 metr qorunma zolağı saxlamışlar. Həmin adamın yeri ləğv olunmuş və az bir yer qalmışdır. Təqsirləndirilən şəxs isə həmin yeri kol-kosdan təmizləyib ot sahəsi kimi istifadə etmişdir. Xalis Mənənfovun uşağının 2011-ci ildən bələdiyyədə ərizəsi vardır. Torpaq sahəsinin sənədləşdirilməsindən ötrü dəfələrlə reyestr idarəsinə müraciət etmişlər. Həmin idarə tərəfindən köhnə xəritələrdə həmin ərazi əkin torpağı kimi göstərildiyi üşün onlara uzun müddət sənəd verməmişlər. Dəfələrlə müraciət edilmiş, xəritə təzələndikdən sonra mümkün olacağı bildirilmişdir. 2023-cü ildən şəhərin xəritəsi təzələnmiş, baxılıb ölçüldükdən sonra sənədləşdirməyə başlamışlar. Qonşusu ilə mübahisəsi isə Təqsirləndirilən şəxs inadkarlığından olmuşdur. Qonşusu çəpəri çəpinə tikmiş və balaca tualet inşa etmişdir. Təqsirləndirilən şəxs da çəpərin düzəldilməsini və tualetin sökülməsini tələb etmişdir. Qonşunun yeri özünün kənarında kanala tərəf olan torpaq sahəsidir. Necə ki, təqsirləndirilən şəxsin özünün kanal istiqamətində yeri var, kanal çəkiləndən sonra qalan torpaq sahəsaidir. 4 sota yaxın torpaq sahəsi qalmış, torpaq sahəsini sənədləşdirməyə başladıqdan sonra Təqsirləndirilən şəxs orada tikinti aparmağa başlamışdır. Bələdiyyə olaraq onların da bir az səhlənkarlığı olmuşdur. Tikinti aparıldqdan sonra əmlak komitəsinin və tikinti şöbəsinin əməkdaşları ilə birlikdə əraziyə gəlib akt tərtib etmişlər. Aktı o məqsədlə tərtib etmişlər ki, Təqsirləndirilən şəxs tikintini saxlasın və torpağı sənədləşdirdikdən sonra tikinti aparsın. Həmin müddətdə də təqsirləndirilən şəxs tikinti işlərini dayandırmışdır. Əslində torpaq sahəsinə hasar çəkilməmişdir, yer tərəfdən Təqsirləndirilən şəxs camaat zibil atmasın deyə sim və metal tor ilə kənarını bağlamışdır. Sənədləşmə işləri də tamamlanmış, sənədlər alınmışdır. Çıxarış da əldə olunmuşdur. Çıxarışa baxaraq onlar qərar da vermişlər. Təqsirləndirilən şəxs torpaq sahəsinin kənarına dəmir tor çəkərkən nə üçün etdiyini soruşduqda oraya camaat tərəfindən zibil atıldığını, ərazinin çirkləndiyini, ot sahəsi kimi istifadə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs torpaq sahəsində tikinti aparmasını deməmiş, bələdiyyə sədrinin də bu sözü dediyini eşitməmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, məhkəmədən ona cəza təyin edilməməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2017-2018-ci illərdən tanıyır. Onunla düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsinin qarşısnda ona məxsus torpaq sahəsi var və o həmin yeri bağlayaraq oraya toyuq buraxırdı. Həmin ərazidən ötrü aralarında biraz narazılıq olmuşdur. Hazırda qonşudurlar. Təqsirləndirilən şəxs torpaq sahəsini kol-kosdan təmizləyərək kənarını bağladığını təsdiq edir. Təqsirləndirilən şəxs 5 sot torpaq sahəsinin kənarını bağlamış və həmin torpaq sahəsində tikinti aparmışdır. Həyətdə hin tikmiş və həyətda tualet olmuşdur. Təqsirləndirilən şəxs xahiş etmişdir ki, bu vəziyyətdə qalsın. Barı çəkilərkən bir tərəfi düz, o biri tərəfi isə bucaq şəklində açıq olmuşdur. Yəni çəkiləndə səhv olmuşdur. Təqsirləndirilən şəxs barısının belə qalmasını xahiş etmişdir. Çünki divarın çəkilməsinə xərc çəkmişdir. Həmin tikililəri sökmüşdür. Hazırda Təqsirləndirilən şəxsla aralarında heç bir mübahisə qalmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və istintaqın aidiyyəti üzrə göndərilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və ibtidai araşdırmanın aparılması üçün istintaq aidiyyatı üzrə Qax RPŞ-nin İQ-na göndərilməsi qərara alınmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsindən Qax rayon Prokurorluğuna daxil olmuş 06 aprel 2024- cü il tarixli, 3-21-3-39/2-1491/2024 nömrəli məktubundan görünür ki, tərtib edilmiş yerquruluşu planında sözügedən ərazidə yerləşən Şahid faktiki istifadəsində olan ümumi 1087 kv.m torpaq sahəsi, Şahid mülkiyyətində olan **********82 nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsi, Qax bələdiyyəsinin mülkiyyətində olan **********61 nömrəli çıxarışda göstərilən 0,04 ha torpaq sahəsi, Təqsirləndirilən şəxs məxsus **********62-10301 nömrəli texniki pasportda göstərilən 0,05 ha torpaq sahəsi, yarımçıq tikilinin yerləşdiyi Təqsirləndirilən şəxs özəlləşdirmək istədiyi mübahisəli 442 kv.m torpaq sahəsi göstərilmişdir. TEKUİS (X5 İnformasiya Sistemi) məlumat bazasında mübahisəli tikilinin yerləşdiyi və Təqsirləndirilən şəxs özəlləşdirmək istədiyi torpaq sahələrinin hər ikisi Qax bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax Bələdiyyəsinə ünvanladığı 14 dekabr 2021-ci il tarixli, **********50 nömrəli məktubundan görünür ki, Qax Bələdiyyəsi Ərazisində yerləşən 0.043 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmış, müraciətin icrasının təmin edilməsi məqsədi ilə sözügedən torpaq sahəsinə dair rəylərin alınması üçün idarə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidmətinin Şəki ərazi şöbəsinə müvafiq sorğu göndərilmiş, həmin sorğuya cavab verildikdən sonra əlavə məlumat veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax Bələdiyyəsinə ünvanladığı 04 mart 202-ci il tarixli **********85 nömrəli məktubundan görünür ki, Qax Bələdiyyəsi Ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 04.03.202-ci il tarixli 85 saylı müraciətə Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsində baxılmış, müraciətin icrasının təmin edilməsi məqsədi ilə sözügedən torpaq sahəsinə dair rəylərin alınması üçün idarə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidmətinin Şəki ərazi şöbəsinə müvafiq sorğu göndərilmiş, həmin sorğuya cavab verildikdən sonra əlavə məlumat veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax Bələdiyyəsinə ünvanladığı 20 iyul 2022-ci il tarixli, **********55 nömrəli məktubundan görünür ki, Qax Bələdiyyəsi Ərazisində yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi idarəsində baxılmış, müraciətin icrasının təmin edilməsi məqsədi ilə sözügedən torpaq sahəsinə dair rəylərin alınması üçün idarə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidmətinin Şəki ərazi şöbəsinə müvafiq sorğu göndərilmiş, həmin sorğuya cavab verildikdən sonra əlavə məlumat veriləcəyi bildirilmişdir. «Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında» 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat aşkar olunmamışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirildiyi yer Qax şəhəri, C.Rəhimov küçəsində yerləşən Qax bələdiyyəsinin mülkiyyətinə aid və Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş 0.05 ha torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsinin ətrafı Təqsirləndirilən şəxs tərəfindən dəmir məftil ətrafına çəkilərək zəbt olunmuşdur. Həmin torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən kərpic daşından fərdi yaşayış evi tikilmiş, lakin hazırda tikinti dayandırılmışdır. Təqsirləndirilən şəxs dediyinə görə xx.xx.2023-cü ildə Qax RİHB-nın aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən monitorinq aparılan zaman tikilinin inşa edildiyi torpaq sahəsi ona məxsus olmadığından tikintinin danaydırlması barədə ona xəbərdarlıq olunmuşdur. İkinci baxışın keçirildiyi yer Şahid tərəfindən zəbt olunması iddia edilən mübahisəli torpaq sahəsidir. Sonuncu özünə məxsus həyətyanı torpaq sahəsinə 0.04 ha torpağı kol-kosdan təmizləyərək qulluq etmiş və özəlləşdirilməsi üçün bələdiyyəyə ərizə ilə müraciət etdiyini, çıxarışın hazır olduğunu, lakin qonşusu Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olduğu üçün bələdiyyə ilə aralarında alqı-satqı müqaviləsi bağlanmadığını bildirdi. Daha sonra Şahid evinin həyətyanı sahəsində tikdiyi sanuzelə baxış keçirilmiş, həmin sanitar qovşağın 1.20 metr hissəsinin Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt etdiyi ərazidə olması müəyyən edilmişdir. Baxış zamanı lazımi ölçülər götürülərək 12 saylı Şəki Ərazi idarəsinin əməkdaşları tərəfindən kadastr vurulmuşdur. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 573 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi onun özündən, arvadı X1, qızları X3, X2 və oğlu X4 ibarətdir. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qax Bələdiyyəsinin 06 oktyabr 2023-cü il tarixli iclasının protokolunun 15 saylı qərarının Çıxarışından görünür ki, Qax şəhərində yerləşən həyətyanı sahə üçün Rəşid Behbudov küçəsindən 500 kv.m və ya 0.5 ha torpaq sahəsinin bilavasitə satılması məqsədi ilə ayrılmasının qanuna uyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma proseduruna başlanması məqsədə müvafiq hesab edilərək prosedura başlanması, torpaq sahəsinin planı və ölçüsünün, normativ ölçüsünün, normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların, Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın (torpaq sahəsinin) təsvirinə, bu əmlak (torpaq sahəsi) üzərində dövlət reyetrində qeydiyyataa alınımş hüquqlara və onların məhdudlaşdırılmasına, (yüklülüyünə) dair Arayışın və plan ölçü sənədinin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsinədən xahiş edilməsi qərara alınmışdır. Qax rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin verdiyi 25 sentyabr 2024-cü il tarixli rəydən görünür ki, satılması nəzərdə tutulan torpaq sahələri şəhərin perspektiv inkişaf planına uyğun ərazidədir. Ərazidə həyətyanı məsədi üçün verilməsi məqsədə müvafiqdir. Torpaq sahəsinin mülkiyyətçisini müəyyən edərək qanunauyğun qaydada satılmasına etiraz edilmir. Torpaq sahəsinin faktiki vəziyyətinin əks etdirən müayinə (baxış) Aktından görünür ki, Qax bələdiyyəsinin ərazisində yerləşən 0,0442 ha torpaq sahəsinə yerində (naturada) baxış zamanı müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, mərz vurulmamışdır. X2 tərəfindən istifadə olunur və bir hissəsi metal torla bərkidilmişdir. Qax Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə ünvanlanan məktubdan görünür ki, Təqsirləndirilən şəxs şikayəti araşdırılmış, onun Cavanşir Rəhimov küçəsində 0.05 ha olmaqla qonşu qardaşı Vaqif Mənəfovun R.Behbudov küçəsində 0.05 ha torpaq sahələri vardır. Sözü gedən zəbt etdiyi iddia edilən torpaq sahəsi onun həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Həmin torpaq sahəsinin Qax Bələdiyyəsinin mülkiyyətində olması ilə əlaqədar Reyestr Xidmətinə göndərilən sorğuya cavab olaraq bildirilmişdir ki, torpaq sahəsi xəritədə pay torpaq sahəsi kimi işlənmişdir. Bu səbəbdən hal-hazıradək həmin torpaq sahəsinə kadastr vurulmamışdır. Şəhərin yeni xəritəsi işlənmiş və təsdiq olunmaq üçün Dövlət Əmlak Məsələləri Komitəsinə göndərilmişdir. Xəritə təsdiq edildikdən sonra bu məsləyə yenidən baxılacaqdır. Qax rayon X8 Rəyasət heyətinin 27 avqust 1993-cü il tarixli 40 nömrəli iclas protokolundan Arxiv Çıxarışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabnetinin 31 may 1993-cü il tarixli 266 nömrəli qərarına əsasən Qax şəhərində yaşayan və torpaq növbəsində olan vətəndaşlara, ocümlədən Təqsirləndirilən şəxs fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 24.0 ha torpaq sahəsində adam başına 0.05 ha olmaqla 480 vətəndaşa torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qax şəhəri, Cavanşir Rəhimov küçəsində yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Qax Bələdiyyəsinin mülkiyyətindədir. Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov və alıcı Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü il tarixli bağlanmış AN – İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Qax Bələdiyyəsi tərəfindən mülkiyyətində olan Qax şəhəri, Rəşid Behbudov küçəsində yerləşən 0.0442 ha torpaq sahəsi 3315 manat müqabilində alıcı Təqsirləndirilən şəxs satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsinin verdiyi reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, Qax şəhəri Rəşid Behbudov küçəsində yerləşən 0.0442 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Təqsirləndirilən şəxs mülkiyyətinə verilmişdir. . Qax RMX PHŞ-nin verdiyi 12 aprel 2024-cü il tarixli, 18-1-50/2-357/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyil. Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda tikinti və inşa işləri aparılan torpaq sahəsi ilə Çıxarış alınan torpaq sahəsi Qax şəhəri, Cavanşir Rəhimov küçəsində deyil, Qax şəhəri, Rəşid Behbudov küçəsində yerləşir. Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, bələdiyyənin Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma–səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 188.2-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş üzrə müdafiəçi cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin şəxsiyyətində müsbətə doğru ciddi dəyişikliklər olduğunu nəzərə alaraq şəraitin dəyişməsi ilə bağlı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs şəraitin dəyişməsi nəticəsində cinayət məsuliyyətindən azad olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 74-cü maddəsi cinayət törətmiş şəxsin iki şərtlə cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutur: şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə və şəxs böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətdikdə. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyasında qeyd edilmişdir ki, şəraitin dəyişməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə aşağıdakı şərtlər daxilində mümkündür. a) Törədilən cinayətin böyük ictimai təhlükə törətməyən, yaxud da az ağır cinayətlər kateqoriyasına aid olması, b) Şəraitin dəyişməsi ilə şəxsin təhlükəlilyinin, yaxud da əməlin ictimai təhlükəliliyinin aradan qalxması. Bu halda şəxsi cinayət məsuliyyətindən azad etmə təhqiqat və istintaq orqanının və yaxud da məhkəmənin hüququdur, lakin vəzifəsi deyildir. Həmçinin Kommentariyada qeyd olunmuşdur ki, şəraitin dəyişməsi ilə cinayət məsuliyyətindən azad etmə instutu həm cinayət işinin istintaq dövründə, həm də iş məhkəmədə baxılan dövrdə tətbiq edilə bilər. Şəraitin dəyişməsi istintaq zamanı, yaxud da məhkəmədə işə baxılan zaman baş verməlidir. Şəraitin dəyişməsi dedikdə cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi sürətdə dəyişməsi anlaşılır. Belə hallarda şəraitin dəyişməsi fərdi xarakterdə olub ancaq şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerinin dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi qulluğa getməsində və s. ifadə oluna bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliklər nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini-ictimai təhlükləliliyini itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 sentyabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət-Prosessual Məcəlləsinin 40-cı maddəsi də müvafiq halların sistemini müəyyən edir, lakin həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan hallardan fərqli olaraq, bu maddədə sadalanan hallar cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Qərarda həmçinin qeyd olunur ki, cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini, aidiyyatı orqanın nümayəndələrinin xəbərdarlığından sonra tikintini dayandırmasını və qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin, yəni Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması şəxsin müsbət davranışı olmaqla cinayət törətdikdən sonra şəxsin ictimai təhlükəli olmamasından xəbər verir. Belə ki, Təqsirləndirilən şəxs torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi ona dəlalət edir ki, o cinayətə meyilli şəxs deyildir və törətdiyi cinayət əməlinin nəticələrini aradan qaldırmışdır. Şəxs ailəsi üçün torpaq sahəsi əldə etmək məqsədi ilə müvafiq orqanlara müraciətlər etmiş, torpaq sahəsinin ayrılması üçün gözləmiş, lakin həmin torpaq sahəsinə mülkiyyət sənədi əldə etməyi gözləmədən ərazini hasarlamış və üzərində tikinti işləri aparmışdır. O, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etməklə ona istinad edilən Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama və CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparması ilə bağlı cinayət əməli öz maddi əlamətini, yəni ictimai təhlükəliliyini itirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi ilə törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən, 188.2-ci maddəsi ilə törətdiyi cinayət isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə həmçinin ittiham aktında zəbt olunan torpaq sahəsinin ölçüsünə və yerləşdiyi əraziyə də qərarda münasibət bildirməyi zəruri hesab edir. Belə ki, istintaq orqanı tərəfindən işin ibtidai araşdırılmasının nəticələrinə dair tərtib olunmuş ittiham aktında Təqsirləndirilən şəxs tərəfindən Qax şəhəri, Cavanşir Rəhimov küçəsində yerləşən 0.05 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və icarə hüququ olmadan qanunsuz olaraq zəbt olunduğu və üzərində tikinti işləri aparıldığı qeyd olunmuşdur. Halbuki, qeyd edilən torpaq sahəsi istintaq müddətində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmadığından dəqiq ölçüsü və kadastr məlumatları vurulmamış, nəticədə ünvanı ünvan 4 olan AR İN yanında ƏMDX DƏDK və R PHŞ-nin 12 saylı Şəki Əİ-nin verdiyi xx.xx.2024-cü il tarixli məktubdan və yerquruluşu planından, zərərçəkmiş hüquqi şəxs Qax bələdiyyəsinin verdiyi xx.xx.2024-cü il tarixli məktubdan, təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi torpaq sahəsinin adına rəsmiləşməsini sübut edən çıxarışdan, torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, zəbt edilmiş torpaq sahəsi Cavanşir Rəhimov küçəsində deyil, Qax şəhəri, Rəşid Behbudov küçəsində yerləşir və torpaq sahəsinin faktiki ölçüsü 0.0442 ha-dır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cəzadan azad etmə isə, məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2 maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1, 321, 344-347-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə Q Ə R A R A A L D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci və 188.2-ci maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı onun şəxsiyyətinin ictimai təhlükəli olmadığı müəyyən edildiyindən cinayət məsuliyyətindən azad edilsin, onun barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan qərar elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün qərar qаnuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar