Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-3/2024 14.03.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 10:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi,məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X4 və onun nümayəndəsi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ölənə qədər ünvan 1 ünvanında yaşamış, 04 yanvar 2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bеlə ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan tanışı Zərərçəkmiş şəxs məxsus olan “İnfiniti QX4” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə, etibarnamə olmadan idarə edərək 17 sentyabr 2022-ci il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Güllük kəndi ərazisində Qax şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq avtomobili sərxoş vəziyyətdə idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yol hərəkətinin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, yolun sola döngəli hissəsində idarə etdiyi “İnfiniti QX4” markalı avtomobilin hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunları etməyərək, idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq yolun kənarında olan fındıq ağaclarına dəyərək avtomobil aşmış, ehtiyatsızlıqdan törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün akremion ucunun sınığından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmiş, özü isə 04 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Neyrocərrahiyə xəstəxanasında ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Мəhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi qismində tаnınаrаq dindirilmiş X16 оğlu ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Kamal 17 sentyabr 2022-ci il tarixdə tanışı Qax şəhər sakini Zərərçəkmiş şəxs məxsus “İnfiniti QX4” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobildə yol qəzası keçirmiş, onurğasından ağır xəsarət almış, həmin vaxtı sükan arxasında deyil sağ ön oturacaqda olmuşdur. Kamal Bakı şəhəri, Neyrocərrahiyyə xəstəxanasında ölmüşdür. Zərərçəkmiş şəxs hadisə vaxtı avtomobili oğlu Kamalın idarə etməsini desə də, onun söylədikləri yalandır. Çünkü ekspert rəylərinin birində Zərərçəkmiş şəxs sükan arxasında olması qeyd edilmişdir. Lakin baş vermiş yol-nəqliyyat hadisəsində Zərərçəkmiş şəxs təqsiri olduğu halda oğlu Kamal təqsirli bilinmişdir. Zərərçəkmiş şəxs tərəfindən Şahid2nin əməkdaşı Elvin müəllim vasitəsi ilə onun şikayətçi olmaması üçün onun ailəsinə maddi yardım göstərilməsi təklif olunmuş, o Qax rayon Notariat ofisinə dəvət olunmuş, orada ilkin olaraq 10000 manat verilməklə hissə-hissə olmaqla hər ay pul verilməsi təklif edilmişdir. İbtidai istintaq obyektiv aparılmamışdır. Kamal xəstəxanaya çatdırılarkən onlara məlumat verilməmiş, təxminən 4-5 saat sonra öyrənmişlər. Əvvəlcədən Kamalın xəstəxanada olmasını bilsəydilər onu Bakı şəhərində olan xəstəxanalardan birinə çatdırar, Kamal həyatda qalmış olardı. Zərərçəkmiş şəxs Kamalın xəstəxana xərclərini qarşılamamış, Kamalla maraqlanmamışlar. Kamalın təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və onun barəsində olan cinayət işinin bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “İnfiniti QX4” markalı, **-HS-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. 17 sentyabr 2022-ci il tarixdə Zaqatala rayonu, Çobankol kəndində adı olmayan kafedə əmisi oğlu Akif, dostları Zaqatala rayon sakinləri Dilqəm, Mətləb, Fazil, Şəmistan və Qax şəhər sakini dostu Təqsirləndirilən şəxs ilə oturub yemək yemiş, o və Kamal spirtli içki içmişlər. Yeyib-içdikdən sonra Qax şəhərinə qayıtmaq istəmişlər. Kamal stolun üstündən avtomobilin açarlarını götürərək avtomobili özünün sürəcəyini demişdir. Kamala hər ikisnin sərxoş olduğunu deyərək təkidlə etiraz edərək ayıq sürücü çağırmasını desə də, Kamal inadla avtomobili özünün sürəcəyini bildirmişdir. O, ayıq sürücü çağırmış, lakin Kamal yenidən etiraz edərək avtomobili özünün sürəcəyəni bildirmişdir. Bundan sonra Kamal sükan arxasına keçmiş, özü isə qabaq sağ oturacaqda oturmuşdir. Kamal avtomobili sürətlə yerindən tərpətmiş, yola düzəldikdən sonra yüksək sürətlə idarə etmişdir. O, dəfələrlə Kamala avtomobili yavaş sürməsini demiş, sükan arxasından enməsini və ayıq sürücü vasitəsilə getmələrini təkid etmişdir. Qax rayonu, Güllük kəndi ərazisində yolda hərəkətdə olan zaman Kamal avtomobili yüksək sürətlə idarə etmiş, avtomobilin qəfildən yolun nahamar hissəsində yuxarıya qalxaraq yerə düşmüş, Kamal həmin vaxtı qışqırmış, avtomobil yolun kənarına çıxaraq aşmışdır. Kamaldan özünü necə hiss etdiyini soruşmuş, Kamal isə boynundan başqa bədəninin heç bir hissəsini tərpədə bilmədiyini demiş, eyni zamanda da üzrxahlıq edərək qaynatasından borc alaraq onun avtomobilini təmir etdirəcəyini demişdir. Avtomobildən yanacaq axma və yanğın baş vermə ehtimalı ola biləcəyini düşünərək Kamalı avtomobildən çıxarmaq məqsədi ilə özü çalışsa da, avtomobil deformasiyaya uğradığı üçün çıxa bilməmiş, səslənərək kömək çağırmağa başlamışdır. Hadisə yerinə adamlar yığılmağa başlamış və onları avtomobildən çıxarmışlar. Bundan sonra Kamal xəsarət aldığı üçün onu təcili yardım avtomobili ilə xəstəxanaya çatdırmışlar. Özü çiynindən xəsarət almış, müalicə olunduqdan sonra evə buraxılmışdır. Yol-nəqliyyat hadisəsi Kamalın təqsiri ucbatından baş versə də, Kamal öldüyü və dostu olduğu üçün və vicdanı qəbul etmədiyindən Kamalın arvadı ilə əvvəlcə 10000 manat, sonra isə Kamalın övladı 18 yaşına çatanadək hər ay 250 manat ödəmək barədə aralarında danışıqlar getsə də, sonradan Kamalın ailəsi razılaşmamışlar. Təqsirləndirilən şəxs onun dostu olmuş, hətta əvvəllər Kamal işsiz olduğu üçün özünə məxsus obyektdə qəssablıq etmək üçün ona yer də vermişdir. Yəni Kamala hər zaman yardım etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Elsəvər Mustafayev onun qohumudur. Kamalı Elsevər vasitəsi ilə tanımış, onunla da dostluq münasibəti olmuşdur. 17 sentyabr 2022-ci il tarixdə Zaqatala rayonu, Çobankol kəndində yerləşən kafedə özü, dostları Şəmistan, Fazil, Mətləb, Dilqəm, Elsevər və Kamal oturub yemək yemişlər. Digərləri spirtli içki içsə də, özü içməmişdir. Elsevər Kamalla oraya özünə məxsus olan “İnfiniti” markalı avtomobillə gəlmiş, həmin günü saat təxminən 22 radələrində yemək yedikdən sonra durub getmək istəmişlər. Elsevərlə Kamala sərxoş olduqları üçün onları aparmalarını təklif etmiş, Elsevər razı olsa da Kamal razılaşmamış, Elsevərin avtomobilinin açarını götürərək “maşını mən sürəcəm” demişdir. Həm Elsəvər, həm özü və masada əyləşən digər dostları Kamala maşını sürməməsini təkid etsələr də Kamal inad edərək özünün sürəcəyini demiş və masanın üstündən avtomobilin açarlarını götürərək sükan arxasına əyləmişdir. Elsevər könülsüz olaraq qabaq sağ oturacaqda əyləşmiş, Kamal avtomobili sürətlə yerindən tərpədərək sürüb çıxıb getmişdir. Bundan təxminən yarım saat sonra Kamalın yol-nəqliyyat hadisəsi törətməsini öyrənmişdir. Məhkəmə iclasında şahidlər Şahid4 Mirvan oğlu, Şahid5 Mirvan oğlu, Şahid6, Şahid7 digər Şahid3lə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərdi ki, o Qax rayonu Güllük kəndində yaşayır. 17 sentyabr 2022-ci il tarixdə, təxminən saat 23:50 radələrində evdə olan zaman, çöldə səs-küy və kiminsə qışqıraraq “kömək edin” dediyini eşitmişdir. Bundan sonra oğlu Röyalla birlikdə çölə çıxmış və “İnfiniti” markalı avtomobilin yolun kənarında fındıqlıq əraziyə aşdığını görərək avtomobilə yaxınlaşmışdır. Avtomobildə sürücü və 1 nəfər sərnişin olmuşdur. Oğlu Röyal və həmkəndlisi Akiflə birlikdə sürücü və sərnişini avtomobildən çıxartmaq istədikdə avtomobilin hər iki qapısı açılmamış, sürücü əyləşən tərəfdən avtomobilin qapısının açıq şüşəsindən sürücünü çölə çıxartmışdır. Sürücü ortaboylu olmuş, üzərində az miqdarda qan olmuşdur. Sürücüdən özünü necə hiss etdiyini soruşduqda onlara boynunun ağrıdığını bildirmişdir. Digər sərnişin isə qabaq sağ oturacaqda əyləşmiş, onu sürücü əyləşən tərəfdən qabaq sol qapının şüşəsindən çıxartmışlar. Həmin şəxs sürücüyə nisbətdə daha bədəncə iri və hündürboy olmuş, üzərində xeyli miqdarda qan ləkəsi olmuşdur. Hər iki şəxsi təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salmışlar. Məhkəmə iclasında Şahid10 Şahid8la eyni məzmunlu ifadə verərək onun göstədiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərdi ki, hadisə 2022-ci ilin payız aylarında baş vermişdir. Axşam saat təxminən 12-yə qalmış olardı. Həmin vaxtı atası, anası və o evdə olmuşlar. Həmin vaxtı çöldən möhkəm səs gəlmişdir. Əvvəlcə atası, sonra isə o yola çıxmışdır. Orada avtomobilin aşdığını görmüşdür. Avtomobilin içərisində olan iki nəfər qışqıraraq onları çıxarmasını xahiş etmişlər. Onlar avtomobildə olan insanları tezliklə xilas etmək istəmişlər. Onlar əvvəlcə avtomobilin qapılarını açmaq üçün müdaxilə etsələr də, avtomobil aşdığı üçün qapıları açmaq mümkün olmamışdır. Bundan sonra təcili tibbi yardıma və polisə zəng etmişlər. Məcbur olub fövqaladəyə zəng edərək avtomobilin qəzaya düşdüyünü və içərisində iki nəfər sərnişinin sıxılıb qaldığı barədə məlumat vermişlər. Fövqaladə halların əməkdaşı hadisənin harada baş verdiyini soruşduqda yerini bildirmişlər. Bundan sonra isə atası yola çıxaraq yol ötən maşınlara əl etmişdir. Səs-küyə qonşusu Akif dayı da gəlmişdir. Akiflə birlikdə arxa şüşədən sərnişinləri çıxarmaq istədikdə mümkün olmamış, avtomobilin sol tərəfindən çıxarmaq istəmiş, lakin mümkün olmamışdır. Avtomobilin sağ tərəfindən müdaxilə etmək istədikdə sərnişinlərdən birinin vəziyyəti ağır olduğu üçün müdaxilə etməkdən çəkinmişlər. Təcili tibbi yardım avtomobili gəldikdən sonra avtomobilin sağ tərəfindən, yəni sürücü olan tərəfdən daha ağır yaralı, tərpənə bilməyən şəxsi çıxarmış, digəri isə özü çıxmışdır. Həmin şəxs zalda oturan Elsəvər adlı şəxs olmuşdur. Daha ağır xəsarət almış şəxsi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Digər şəxsin necə getdiyini bilmir. Avtomobilin sağ tərəfi dedikdə avtomobil burun hissəsi əks tərəfə olmaqla aşdığı üçün sükan olan sol tərəfi sağa düşmüşdür. Ona görə də, sükan tərəfi sağ tərəf adlandırır. Şahid14 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Qax PRŞ-nin İQ-nun müstəntiqi L.Ədilovun xx.xx.2022-ci il tarixli HK- 1/543 saylı qərarı əsasında Təqsirləndirilən şəxs Əliyar oğlu xx.xx.2022-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində tərəfindən, şöbə rəisinin qərar üzərindəki dərkənarı ilə təlimatda qeyd olunan qaydalara tam uyğun obyektiv məhkəmə-tibbi ekspertizadan keçirilmişdir, Həmin vaxt yəni müayinə zamanı Təqsirləndirilən şəxs Əliyar oğlu çarpayıda arxası üstə uzanmış vəziyyətdə olub, süni tənəffüs aparatı altında, boyun və nəfəs yollarının traxeostomik borusunda olduğundan danışa bilmirdi. O, Təqsirləndirilən şəxs hadisənin nə vaxt və necə baş vermə səbəbi barədə suallar verərək soruşmuşdur. Yanındakı tibb bacısı Hüseynli Mənsimə xanımın iştirakı ilə Kamala suallar vermiş və Kamal hadisə vaxtı sükan arxasında olmasını və avtomaşını idarə etməsini bildirmişdir. Kamal özünün baş hərəkətləri ilə verilən digər suallara da cavab vermişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-ın 1828 saylı stasionar xəstənin tibbi kartasında qeyd olunanlara əsasən onun, xx.xx.2022-ci il tarixdə saat 24 radələrində Qax-Zaqatala yolunda sürücü qismində avtomobil qəzasına uğradığını bir daha özünün baş hərəkətləri ilə təsdiqlədi və sonradan bədənindəki xəsarətlərlə tanış olmuşdur. Məhkəmə-tibbi ekspetizasının sonunda Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixli 1300 saylı canlı şəxsin ekspertizası barədə ekspert rəyi və sonralar Şahid2-nin İQ-nun müstəntiqinə izahat yazılaraq istintaq orqanına təhvil verilmişdir. Təqsirləndirilən şəxs adına tərtib etdiyi rəydə və Şahid2-nin İQ-nun müstəntiqinə yazdığı izahatda heç bir qərəzlik yoxdur, nəticələr müstəntiqin qoyduğu suallara uyğun olaraq, qaydalara müvafiq tərtib etmişdir, rəy və izahat əsaslı və obyektivdir, yuxarıda göstərilənləri bir daha təsdiq edir. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərdi ki, o Qax rayonu Güllük kəndində yaşayır. Ona məxsus fərdi yaşayış evinin yanında fındıq bağı vardır. O, çox vaxt öz evində deyil, qızı X2 evində yaşayır. 17 sentyabr 2022-ci il tarixdə, axşam vaxtı ona məxsus fındıq bağı sahəsinə “İnfiniti” markalı avtomobilin yolnəqliyyat hadisəsi nəticəsində daxil olması və aşmasını görməmiş, hadisə vaxtı oraya getməmiş, baş vermiş hadisə haqqında qohumu Vüqar ona demişdir. Məhkəmə iclasında Şahid12 ifadəsində göstərdi ki, Şahid2-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 17 sentyabr 2022-ci il tarixdə avtopatrul xidmətində olmuşdur. Həmin günü saat təxminən 23:38 radələrində Qax rayonu, Güllük kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar olaraq Şahid2-nin Növbətçi Hissəsindən aldığı məlumat əsasında qeyd olunan əraziyə getmiş, orada “İnfiniti” markalı avtomobilin aşdığını, hadisə yerinə gələndə təcili tibbi yardım maşınının 2 nəfəri avtomobilə mindirib Qax RMX-ya apardığını öyrənərək Qax RMX-ya getmişdir. Qax RMX-da həmin şəxslərin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olması məlum olmuşdur, Zərərçəkmiş şəxs qan içində olmuş, Kamalın üzərində qan olmamışdır. Elsevərdən və Kamaldan avtomobili kimin sürməsini soruşduğunu, Kamal ona avtomobili özünün idarə etdiyini, Elsevərin isə qabaq sağ oturacaqda əyləşdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid13 Şahid12 ilə eyni məzmunlu ifadə verərək onun göstədiklərini təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o Şahid2-də rəis müavini vəzifəsində çalışır. X11 Mustafayevin ona maddi yardım göstərilməsi ilə bağlı razılaşma əldə etmək istədiklərini bildirsə də o bununla bağlı Qax rayon Notariat ofisinin notariusundan heç bir xahiş etməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, o Qax rayon Notariat ofisinin notariusu vəzifəsində işləyir. Əlyar Kamalov notariat ofisinə müraciət edərək Elsəvər Mustafayev tərəfindən ona 10000 manat pul veriləcəyi, bundan sonra nəvəsi 18 yaşına çatanadək hər ay 250 manat pul ödəyəcəyi barədə razılaşma əldə olunduğunu, lakin bunu notariat qaydada həyata keçirilməsini istədiyini bildirmişdir. O, Əlyar Kamalovdan müqavilə formasını gətirib-gətirmədiyini soruşmuş, Əlyar Kamalov həmin formanın özündə olmadığını bildirmişdir. Bundan sonra o müqavilə forması hazırlayaraq Əlyar Kamalova vermişdir. Əlyar Kamalov bundan sonra notariat ofisinə gəlməmişdir. Qax rayon Polis şöbəsinin rəisi müavini Elvin Məmmədov notariat ofisinə həmin məsələ ilə bağlı deyil, öz şəxsi işinə görə gəlmişdir. İşin İ cildinin 32-33-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 501 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət: sağ körpücük sümüyünün akremion ucunun sınığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İşin İ cildinin 120-124-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 1300 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib edilmiş stasionar xəstənin tibbi kartasının kserosurətində qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və qərarda ekspertiza qarşısında qoyulmuş suallara uyğun aşağıdakı nəticəyə gəlir: Vətəndaş Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər-cərrahi əməliyyatdan sonrakı vəziyyət; tetraplegiya, C5 (V boyun fəqərəsinin) dermatomundan aşağı anestaziya, çanaq funksiyalarının pozulması ilə qeyd olunan, onurğanın boyun travması, onurğa beyninin əzilməsi, C5 (V boyun) fəqərəsinin travmatik çıxığı, listezi (sürüşməsi) C5-C6 (V-Vİ boyun) fəqərəarası diskin travmatik yırtığı, bu nahiyədə onurğa beynin kəskin cırılması və əzilməsi, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni, sürücü qismində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. İşin İ cildinin 108-112-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 22/725R nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş “İnfiniti” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının 01 (bir) ədəd başlıq hissəsi, ön sağ hissədən 01 (bir) ədəd tutacağı, lyukunun 01 (bir) ədəd alt örtük hissəsi üzərində şərti olaraq 1 və 2 rəqəmləri ilə işarələnmiş 1 №-li böyük və 2 №-li kiçik qanabənzər ləkələr insan qanıdır. “İnfiniti” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının 01 (bir) ədəd başlıq hissəsi üzərində olan qan nümunələri, ön sağ hissədən 01 (bir) ədəd tutacaq üzərində olan qan nümunələri, lyukunun 01 (bir) ədəd alt örtük hissəsi üzərində şərti olaraq “1” rəqəmi ilə işarələnmiş 1 №-li böyük qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. “İnfiniti” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin lyukunun 01 (bir) ədəd alt örtük hissəsi üzərində şərti olaraq “2” rəqəmi ilə işarələnmiş 2 №-li kiçik qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. İşin İ cildinin 147-148-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 8/3421 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İnfiniti QX4” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “İnfiniti QX4” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “İnfiniti QX4” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin İ cildinin 146-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 85 (səksən beş) manat təşkil edir. İşin İ cildinin 224-231-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 01/MEŞ saylı məhkəmə tibbi eksertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ölümü xx.xx.2023-cü il tarixdə saat 06:30-da Respublika Neyrocərrahiyyə xəstəxanasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur.
2. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər onurğa beyninin boyun şöbəsinin əzilməsi ilə müşayiət olunan onurğa sütununun V boyun fəqərəsinin çıxığı və V- Vİ boyun fəqərələri arası diskin travmatik yırtığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş və onun ölümünə səbəb olan onurğa beyninin boyun şöbəsinin əzilməsi ilə müşayiət olunan onurğa sütununun V boyun fəqərəsinin çıxığı və V-Vİ boyun fəqərələri arası diskin travmatik yırtığı xəsarətlərinin xarakterini, lokalizasiyasını. iş materiallarındakı məlumatları, avtomaşının ban hissəsində və salonunda olan deformasiya və yerdəyişmə xüsusatlarını nəzərə alaraq demək olar ki, Təqsirləndirilən şəxs həmin xəsarətləri alarkən avtomaşının salonunda ön-sağ oturacaqda ola bilərdi. İşin İ cildinin 234-239-cu vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 634/2022-MTKŞ saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs özünün məhkəmə-tibbi müayinəsinə və 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs meyitinin məhkəmə-tibbi ekspertizasına, adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
1. Vətəndaş Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün akromial ucunun sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmiş, yaranma müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Mərhum Təqsirləndirilən şəxs onurğa beyninin boyun şöbəsinin əzilməsi ilə müşayiət olunan onurğa sütununun V boyun fəqərəsinin çıxığı və V-Vİ boyun fəqərələrarası diskin travmatik yırtığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişlər, ölümlə bilavasitə səbəbli əlaqəsi vardır, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər.
2. Mərhum Təqsirləndirilən şəxs və vətəndaş Zərərçəkmiş şəxs aşkar edilən xəsarətlərin xarakteri və lokalizasiyası, qəzaya uğramış avtomobilin əsasən sağ tərəfinin kəskin deformasiyaya uğramasını nəzərə alaraq qəza vaxtı Zərərçəkmiş şəxs sükan arxasında, mərhum Təqsirləndirilən şəxs isə avtomaşının salonunda ön-sağ oturacaqda olması qənaətinə gəlməyə əsas verir. Belə ki, hadisəni ilkin olaraq sürücü hiss edərək özünü sükanla təsbit etdiyindən xəsarətlər daha yüngül və az, sərnişin isə özünü təsbit etmədiyindən daha hərəkətli olduğundan xəsarətlər daha ağır və çoxsaylı olurlar. İşin İİ cildinin 21-27-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2023-cü il tarixli T233/2023 saylı komisyon ekspertiza rəyindən görünür ki, mərhum Təqsirləndirilən şəxs onurğa beyninin zədələnməsi, çanaq üzvlərinin funksiyasının pozulması və tetraplegiya ilə müşayiət olunan fəqərələrarası diskin travmatik yırtığı, Zərərçəkmiş şəxs isə sağ körpücük sümüyünün akromial ucunun sınığı olmuşdur. Qəzaya uğramış “İnfinti” markalı avtomobilə ekspert tərəfindən xx.xx.2023-cü il də baxış zamanı əsasən avtomobilin ban hissəsi salona doğru basılmış, alın şüşəsinin sınması, deformasiyaya uğramış ban hissəsinin salonun ön sağ sərnişin yerinə doğru daha çox sirayət etməsi, panelin ön sağ hissəsinin oturacağa doğru sıxılaraq deformasiyaya məruz qalması müəyyən edilmişdir. Mərhum Təqsirləndirilən şəxs, vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyyələr qəzaya düçar olmuş avtomobildə aşkar zədələri nəzərə alaraq hadisə vaxtı mərhun Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağında vətəndaş Zərərçəkmiş şəxs isə sükan arxasında olmasına uyğun gəlir. Lakin, qeyd olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 xx.xx.2023-cü il tarixli, 01/MEŞ saylı məhkəmə-tibbi ekpertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 14 mart 2023-cü il tarixli, 634/2022-MTKŞ saylı rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X15 02 may 2023-cü il tarixli, T 233/2023 nömrəli rəylərin nəticə hissələrində göstərilən: “Mərhum Təqsirləndirilən şəxs, vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyyələr qəzaya düçar olmuş avtomobildə aşkar zədələri nəzərə alaraq hadisə vaxtı mərhun Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağında vətəndaş Zərərçəkmiş şəxs isə sükan arxasında olmasına uyğun gəlir” nəticəsi iş materiallarında olan sənədlərlə, eləcə də hadisənin birbaşa şahidi olan şəxslərin ifadələri ilə bir mənalı şəkildə inkar və təkzib olunduğundan həmin rəylərin qeyd olunan hissəsində göstərilən “mərhun Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağında, vətəndaş Zərərçəkmiş şəxs isə sükan arxasında olmasına uyğun gəlir” nəticəsi subut kmi qəbul edilməyərək rədd edilməlidir. İşin İ cildinin 5-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş 18 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “İnfiniti QX4” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq yolun kənarında olan fındıq ağaclarına dəyərək avtomobil aşmışdır. İşin İ cildinin 48-49-cu vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş 04 noyabr 2022-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərardan və protokoldan görünür ki, Qax Rayon Mərkəzi Xəstəxanasında Zərərçəkmiş şəxs 5 qram qan nümunəsi götürülmüşdür. İşin İ cildinin 10-cu vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş cinayət işi materiallarına əlavə edilmiş 18 sentyabr 2022-ci il tarixli, 496 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmuşdur. İşin İ cildinin 16-cı vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş cinayət işinin materiallarına əlavə edilmiş BD270756 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İnfiniti QX-4” markalı, **-SH-*** nömrəli avtomobil Zərərçəkmiş şəxs məxsusdur. İşin İ cildinin 24-cü vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş 03 oktyabr 2022-ci il tarixdə DİN BDYPİ Şəki RQİTBŞdən daxil olmuş məktubda göstərilmişdir ki, Zaqatala rayonu, Çobankol kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs etibarlılıq müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan “BC” kateqoriyalı, AE 716013 nömrəli sürüclük vəsiqəsi almışdır. Zərərçəkmiş şəxs adına xx.xx.2017-ci il tarixdə **-BL-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200” markalı minik, xx.xx.2019-cu il tarixdə **-BN-*** dövlət qeydiyyat nişanlı, “Qaz 330202 14” markalı yük və xx.xx.2022-ci il tarixdə **-SH-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti” QX4 markalı minik avtomobilləri qeydiyyata alınmışdır. Qax şəhəri, N.Hikmət küçəsi, ev 41-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Əliyar oğlunun adına sürücülük vəsiqəsi və adına etibarnamənin olması aşkar edilməmişdir. İşin İ cildinin 38-39-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 03 noyabr 2022-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “İnfiniti” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobildən qanabənzər ləkələr olan hissələri, avtomobilin sərnişin oturan yeri, yəni, qabaq sağ oturacağın başlıq hissəsi, əl tutan hissəsi və lyukun alt örtük hissəsi Şahid2nin inzibati binasının həyətində götürülmüşdür. İşin 90-96-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış X4 istintaq orqanına verdiyi 06 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin bəraətverici əsaslar olmadan xitam edilməsinə etiraz etmişdir. İşin 186-187-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin qərarla X8 Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. İşin İ cildinin 97-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bеlə ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan tanışı Zərərçəkmiş şəxs məxsus olan “İnfiniti QX4” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə, etibarnamə olmadan idarə edərək 17 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Qax rayonu, Güllük kəndi ərazisində Qax şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq avtomobili sərxoş vəziyyətdə idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yol hərəkətinin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, yolun sola döngəli hissəsində idarə etdiyi “İnfiniti QX4” markalı avtomobilin hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunları etməyərək, idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq yolun kənarında olan fındıq ağaclarına dəyərək avtomobil aşmış, ehtiyatsızlıqdan törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün akremion ucunun sınığından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X1 arxasında Təqsirləndirilən şəxs deyil Zərərçəkmiş şəxs göstərdikləri ilə bağlı qeyd edir ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs təqsiri nəticəsində baş verməsi zərərçəkmiş şəxsin ifadəsi, hadisə baş veməzdən əvvəl və hadisədən sonra onun sükan arxasında əyləşdiyini bilavasitə görərək təsdiq edən şahidlər Şahid3, Şahid4 Mirvan oğlu, Şahid5 Mirvan oğlu, X5, Şahid7, Şahid8, Şahid10, Şahid9 ifadələri, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının rəyi, Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞnin Xətai rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan tanışı Zərərçəkmiş şəxs məxsus olan “İnfiniti QX4” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə, etibarnamə olmadan idarə edərək 17 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Qax rayonu, Güllük kəndi ərazisində Qax şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq avtomobili sərxoş vəziyyətdə idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yol hərəkətinin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, yolun sola döngəli hissəsində idarə etdiyi “İnfiniti QX4” markalı avtomobilin hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunları etməyərək, idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq yolun kənarında olan fındıq ağaclarına dəyərək avtomobil aşmış, ehtiyatsızlıqdan törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün akremion ucunun sınığından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, ölmüş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə ölmüş təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqi varisi X8 cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası CPM–in 39.1.5–ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3–1–ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5–ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106–1.4–cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan əməldir. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs öldüyündən, onun barəsində ittiham hökmü çıxarılaraq, təqsirli bilinsə də, cəza təyini istisna edilməlidir. Belə ki, işdə olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 01/MEŞ saylı məhkəmə tibbi eksertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ölümü xx.xx.2023-cü il tarixdə saat 06:30-da Respublika Neyrocərrahiyyə xəstəxanasında baş vermişdir. Azərbaycan Respublikası CPM–in 44.2.1–1–ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5–ci maddəsində nəzərdə tutulmuş halda – ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 196-198-ci maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, mərhum Təqsirləndirilən şəxs hüquqi varisi məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımadığından o, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərcinin ödənilməsindən azad edilməlidir. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 196.4-cü maddəsinə əsasən dövlət büdcəsi hesabına aid edilməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus olan “İnfiniti QX4” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil və 01 (bir) ədəd torbada “İnfiniti” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturan yeri, yəni qabaq sağ oturacağın başlıq hissəsi, həmin yerdə olan əl tutan hissəsi və avtomobilin lyükunun alt örtük hissəsi Zərərçəkmiş şəxs geri qaytarılmalı və Şahid2-nin aidiyyatı xidmət sahəsində saxlanılan 01 (bir) ədəd zərfdə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus qan nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yоxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358–ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi :
Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Respublikаsı CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və CPM-in 39.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə ona cəza təyin edilməsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinin hesabına aid edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus olan “İnfiniti QX4” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil və 01 (bir) ədəd torbada “İnfiniti” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturan yeri, yəni qabaq sağ oturacağın başlıq hissəsi, həmin yerdə olan əl tutan hissəsi və avtomobilin lyükunun alt örtük hissəsi Zərərçəkmiş şəxs geri qaytarılsın. İş üzrə maddi sübut olan və Şahid2-nin aidiyyatı xidmət sahəsində saxlanılan 01 (bir) ədəd zərfdə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia yоxdur. Hökmdən elаn оlunduğu аndаn 20 gün müddətində Qax Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və аpellyаsiyа prоtesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir.
Hakim: Malik Qarayev.