Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-3/2025 09.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Qax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən sərxoş vəziyyətdə 14 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində ictimai yerdə yəni Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafedə Qax şəhər sakini Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək mübahisə yaradaraq özünün üstünlüyünü cəmiyyətə nümayiş etdirmək məqsədilə ucadan nalayiq ifadələr işlətmiş, ətrafda olan şəxslərin rahatlığını və istirahətini pozmuş, kənar şəxslərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək əvvəlcə yumruqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə sifət nahiyəsindən vurmaqla burnunda sıyrıqla nəticələn dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş, daha sonra silah qismində istifadə etdiyi və stolun üzərindən götürdüyü bir ədəd pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən bir dəfə vurmaqla təpə nahiyəsinin sağ ön səthində sıyırqla nəticələnən və dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş, daha sonra isə oradan götürdüyü stulla Zərərçəkmiş şəxs qəsdən bir dəfə sağ əlindən vurmaqla sağ əlin 5-ci daraq sümüyünün yerdəyişən sınığı ilə nəticələnən və dərəcəsinə görə isə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran bədən xəsrəti yetirmiş, bundan sonra sonuncu yerə əyilən zaman yumruqla qəsdən bir dəfə onun sağ kürəyindən vurmaqla sağ kürəkdə əzilmə ilə nəticələn və dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə, saat 18:00 radələrində tanışları Elmar və Elnurla birlikdə pivə içmək üçün Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafeyə getmişlər. Kafedə yarım saat yeyib-içmiş, saat təxminən 19:30 radələrində oturduqları stolun yanındakı stola iki nəfər gəlib əyləşərək pivə sifariş etmişlər. O, sərxoş olduğu üçün söyüş söymüş, bu zaman yanında əyləşən Ramiz ona yaxınlaşıb iradını bildirərək sakitləşməsini, istirahət etmək üçün oraya gəldiklərini, söyüş söyməməsini demişdir. Ramizə qışqırmaq istədiyini demiş, lakin Ramiz yenidən ona irad bildirdikdə əsəbiləşərək Ramiz nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra Ramiz Elmara onu göstərib sakitləşdirməsini xahiş etmişdir. Ramizlə aralarında dava düşmüş, ayağa qalxaraq Ramizin üstünə getmiş, ona yumruq atmışdır. Yumruq Ramizin burnuna dəymiş, Ramiz onu itələdikdə isə stolun üstündəki pivə bakalını götürüb Ramizin baş nahiyəsinə vurmuşdur. Bundan sonra dava düşmüş, dava zamanı stulu Ramizə vurmaq istəyən zaman stul Ramizin sağ əlinə dəymişdir. Ramiz əlini tutub əyilən zaman ona yumruq atmış, yumruq Ramizin sağ kürəyinə dəymişdir. Bundan sonra oraya polis əməkdaşları gəlmiş, izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafenin həyətində dayısı Nizami ilə birlikdə təzəcə pivə içməyə oturmuşlar. Həmin vaxtı onların yanında olan stolda tanımadığı üç nəfər pivə içirdi. Nahid nalayiq ifadələr işlədirdi. Onların olduğu stola yaxınlaşıb Nahidi sakit olmasını, istirahət etmək üçün oraya gəldiklərini demişdir. Nahid qışqırmaq istədiyini demiş, yenidən ona irad bildirən zaman Nahid onu nalayiq ifadələrlə təhqir etmiş, onların yanında olan Elmarada Nahidi göstərib sakitləşdirməsini xahiş etmişdir. Bundan sonra Nahidlə aralarında dava düşmüş, Nahid ayağa qalxıb onun üstünə gələrək ona yumruq atmış, yumruq onun burnuna dəymişdir. O, Nahidi itələmiş, həmin vaxtı Nahid stolun üstündə olan pivə bakalını götürüb onun başına vurmuşdur. Bundan sonra dava düşmüş, dava zamanı Nahid stulu götürüb onu vurmaq istəyən zaman sağ əlinə dəymiş, əlini tutub əyildikdə Nahid yumruq atmış, yumruq onun sağ kürəyinə dəymişdir. Bundan sonra oraya polis əməkdaşları gəlmişlər. Dava ümumilikdə 15-20 dəqiqə davam etmiş, hadisədən sonra oraya çoxlu sayda adamlar yığılmışdır. O xəsarət almışdır. Hal-hazırda onlar barıımşlar, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Tofik oğlu ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə, saat 18:00 radələrində tanışları Elmar və Nahidlə birlikdə Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafeyə pivə içməyə getmişlər. Təxminən saat yarım yeyib-içmişlər. Həmin günü saat təxminən 19:30 radələrində oturduqları stolun yanındakı stola iki nəfər əyləşərək pivə sifariş etmişlər. Nahid sərxoş olduğu üçün söyüş söymüşdür. Yaxınlıqda olan stolda əyləşən adını sonradan öyrəndiyi Ramiz onlara yaxınlaşıb Nahidə irad bildirib sakit olmasını, istirahət etmək üçün oraya gəldiklərini, söyüş söyməməsini demişdir. Nahid qışqırmaq istədiyini demiş, Ramiz Nahid irad bildirən zaman Nahid onu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra Ramiz ona Nahid göstərib sakitləşdirməsini xahiş etmişdir. Bundan sonra Nahid Ramiz arasında dava düşmüşdür. Nahid ayağa qalxıb Ramizin üstünə getmiş, ona yumruq atmış, yumruq Ramizin burnuna dəymiş, Ramiz Nahidi itələmişdir. Nahid stolun üstündə olan pivə bakalını götürüb Ramizin baş nahiyəsindən vurmuşdur. Bundan sonra dava düşmüşdür. Dava zaman Nahid stul götürüb Ramizi vurmaq istəyən zaman stul Ramizin sağ əlinə dəymişdir. Ramiz əlini tutub əyilən zaman Nahid ona yumruq atmış, yumruq Ramizin sağ kürəyinə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid1 Tofik oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qax RPŞin PPXB-in polis nəfəri vəzifəsində xidmət edir. 14 sentyabr 2024-cü il tarixdə polis serjantı Şahid6lə Qax şəhərində post patrul xidmətində olduqları zaman saat təxminən 19:30 radələrində Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafedə bir neçə nəfər şəxsin əlbə-yaxa olduqlarını görmüş, kafeyə daxil olanda adını sonradan öyrəndikləri Təqsirləndirilən şəxs stulla Ramiz adlı şəxsin sağ əlindən, daha sonra isə yumruqla sağ kürək nahiyəsindən vurduğunu görmüş, onları ayırmışdır. Həmin şəxsləri PŞ-ə dəvət etmiş, polis şöbəsində hadisə barədə müvafiq araşdırma aparılması üçün şöbə rəhbərliyinə raportla müraciət etmişlər. Həmin şəxslərin şəxsiyyətini müəyyən edən zaman Qax şəhər sakinləri Zərərçəkmiş şəxs, Şahid1, Təqsirləndirilən şəxs, Elmar Şıxəmirov olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlcə stulla sağ əlindən, daha sonra isə, yumruqla sağ kürək nahiyəsindən vurmuş onlar kafeyə gələndə dava artıq başlamışdır. Həmin vaxtı Ramizin başından qan gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafedə işləyir. 14 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində kafenin mətbəxində olan zaman kafenini girişində səs-küy eşitmişdir. Çölə çıxan zaman tanımadığı şəxslərin dava etdiklərini görmüşdür. Dava edən şəxslərdən biri üzdən tanıdığı Nahid adlı şəxs stolun üstndə olan pivə bakalıın götürərək Ramiz adlı digər müştərinin başına vurmuşdur. Bundan sonra Nahid stulu götürərək Ramizə vurmuş, stul Ramizin əlinə dəymişdir. Ramiz yerə əyilən zaman Nahid onun sağ kürəyinə yumruq vurmuşdur. Daha sonra kafeyə polis əməkdaşları gəlmiş, dava edən şəxsləri polis şöbəsinə dəvət etmişlər. O, Nahidin Ramizin başına vurduğu pivə bakalını polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində yenicə Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafenin həyətində bacısı oğlu Ramizlə birlikdə təzəcə pivə içmək üçün əyləşmişlər. Həmin vaxtı onların yanında olan stolda tanımadıqları üç nəfər şəxs əyləşib pivə içmişlər. Həmin şəxslərdən adını sonradan öyrəndiyi Natiq adlı şəxs nalayiq ifadələr işlətmişdir. Ramiz həmin şəxslərin əyləşdiyi stola yaxınlaşaraq Nahidə sakit olmasını, istirahət üçün gəldiklərini demiş, Nahid isə Ramizə qışqırmaq istədiyini demişdir. Ramiz yenidən irad bildirən zaman Nahid onu nalayiq ifadələrlə təhqir etmişdir. Ramiz həmin stolda olan Elmar adlı şəxsə Nahidi göstərərək sakitləşdirməsini demişdir. Bundan sonra onların arasında dava düşmüşdür. Nahid ayağa qalxaraq Ramizin üstünə gəlmiş, Ramizə yumruq atmış, yumruq Ramiziin burnuna dəymişdir. Ramiz Nahidi itələmiş, Nahid stolun üstündə olan pivə bakalını götürüb Ramizin başına vurmuşdur. Bundan sonra dava düşmüş, dava zamanı Nahid yerdən stulu götürərək Ramizi vurmuş, stul Ramizin sağ əlinə dəymişdir. Ramiz əlini tutub əyilən zaman Nahid ona yumruq atmış, həmin yumruq Ramizin sağ kürəyinə dəymişdir. Bundan sonra polis əməkdaşları gəlmişlər.Hadisə zamanı orada Ramiz adlarını sonradan öyrəndiyi Nahid, Elmar, Elnur və başqa tanımadığı kafenin şəxslər olmuşdur. İş materiallarında olan və məhkəmə baxış iclası zamanı tədqiq olunmuş sənədlər: 28 sentyabr 2024-cü il tarixdə fakt üzrə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan 11 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 94). Cinayət işinin materiallarında olan 11 oktyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,111). İş üzrə keçirilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinin 241 №li, 23 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər aşkarlanmışdır: sağ əlin 5-ci daraq sümüyünü yerdəyişən sınığı, təpə nahiyəsinin sağ ön səthində sıyrıq, burnunda sıyrıq, sağ kürəkdə əzilmə-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəində göstərilən müddətdə və şəraitdə, yəni 14 sentyabr 2024-cü il tarixdə əmələ gəl bilərdilər, a) bəndində göstərilən onun sağlamlığının uzun müddətdə pozulmasna səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, b) bəndində göstərilən birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş 21 sentabr 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri təqsirli bilinib «01» (bir) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qax Rayon Məhkməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məcləsinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi «01» (bir) il müddətinə azaldılmışdır. 01 aprel 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarı 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Qax rayon İHB-ın Qax şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikasının «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X8 Qax Rayon Mərkəzi X3 Şəxsin 18 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi əsəb xəstəlikləri üzrə dispanserində qeydiyyatda deyildir. 14 sentyabr 2024-cü il tarixli, 01122 №li sərxoşluq vəziyyətinin tibbi müayinə protokoluna əsasən hadisə zamanı Təqsirləndirilən şəxs 1.498 qram promil sərxoş olmuşdur. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş-zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilmə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə bağlı cinayət əməlini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirilmişdir.Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında qeyd olunduğu kimi xuliqanlıq ictimai qaydanı kobud surət pozan əməldir. Xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Həmin Məcəllənin 221.1-ci maddəsinin dispozisiyasından məlum olur ki, xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyekti insanların sağlamlığı, şərəf və ləyaqəti, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Xuliqanlıq formal tərkibli cinayət olduğundan Cinayət Məcəlləsinin 221-ci maddəsində qeyd olunan hərəkətlər törədildiyi andan başa çatmış hesab edilir. Xuliqanlıq subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar şəxs ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini, habelə Cinayət Məcəlləsinin 221-ci maddəsində sadalanan xuliqanlıq hərəkətlərinin törədildiyini dərk edir və bunu arzu edir. Bu cinayətin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə barışmazlıq, nifrət zəminində və sair törədilən hərəkətlər xuliqalnlıq kimi tövsif oluna bilməz. Xuliqanlığın məqsədi təqsirkarın zərərçəkmiş şəxsi kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti olsada, onu öz iradəsinə tabe etməkdən ibarətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Buradan görünür ki, cinayətin əsas obyekti ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Təqsirkarın şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair qərardadından görünür ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Buradan görünür ki, Təqsirləndirilən şəxs qəsdən sərxoş vəziyyətdə 14 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində ictimai yerdə yəni Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafedə Qax şəhər sakini Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vuran bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq cinayəti törətməsi tam olaraq sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə müşaiyyət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrind cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması kimi hallara da diqqət yetirilməlidir. Buradan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunmuş, şəxs üzərində zor tətbiq etməsi ilə davam etdirilmişdir. Törədilmiş əməl silah qismində əşyadan istifadə edilməklə törədilmişdir. Bu da törədilmiş əməlin ictimai təhlükəliyini daha artırmış, Təqsirləndirilən şəxs törətdiyi əməlin təhlükəliyini dərk etmək amalına gətirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi, onun əvvllər Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmasını, onun həmin cəzadan nəticə çıxarmamasını, islah olunmadığını, alternativ cəza ilə islah olunmanın qeyri-mümkünlüyünü nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs olunmalı və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində cəza çəkirlər. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Qax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd pivə bakalı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən «01» (bir) il müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı «09» sentyabr 2025-ci il tarixdən hesablansın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). İş üzrə maddi sübut olan bir ədəd pivə bakalı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs olunsun və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-3/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-3/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver