Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-32/2025 15.01.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Qax rayonu, Qorağan kəndində doğulmuş, evli, Azərbaycan Respubikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Qax rayonu, Qorağan kəndində qeydiyyatda olmaqla yaşayan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayında Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid3 məxsus Qax rayonu, Əlibəyli kəndinin ərazisində yerləşən xüsusi mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı 0.1970 hektar torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz olaraq qarğıdalı əkərək Zərərçəkmiş şəxs məxsus torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illərdir ki, taxıl və dənli bitkilərin əkilib-biçilməsi və satılması ilə məşğul olur. Qax rayonu, Əlibəyli kəndi ərazisində Qax İngiloy kənd sakinlərinə aid 85 hektar torpaq sahələri yerləşir. Həmin torpaq sahəsini traktorçu kimi işləyir. Şahid3 məxsus Qax rayonu, Əlibəyli kəndinin ərazisində yerləşən xüsusi mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı 0.1970 hektar torpaq sahəsində traktorçü kimi işləmişdir. Onun heç bir günahı yoxdur. İbtidai istintaq dövründə verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illərdir ki, taxıl və dənli bitkilərin əkilib-biçilməsi və satılması ilə məşğul olur. Qax rayonu, Əlibəyli kəndi ərazisində Qax İngiloy kənd sakinlərinə aid 85 hektar torpaq sahələri yerləşir. 4 ildir ki, həmin torpaq sahələrini ayrı-ayrı şəxslərdən aralarında olan şifahi razılaşma əsasında icarəyə götürüb həmin ərazilərdə özü, Novruz və Yusif taxıl və digər dənli bitkilər əkib-becərir. Həmin ərazidə Zərərçəkmiş şəxs məxsus icarə müqaviləsi əsasında icarəyə götürdüyü 0.19 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 2024-cü ilin iyun ayında əkin işləri aparmış və həmin ərazidə qarğıdalı əkmişdir. Daha sonra Novruz onunla görüşüb ona həmin yerin ona aid olmasını demişdir. Novruza həmin ərazidə 10 hektara yaxın torpaq sahəsini şifahi razılaşma əsasında vətəndaşlardan icarəyə götürdüyünü və qarğıdalı əkdiyini demişdir. Novruza orada onun yerinin olmasından xəbərinin olmadığını demişdir. Daha sonra 18 aprel 2025-ci il tarixdə qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı əkdiyi yerin 0.19 hektar hissəsinin Zərərçəkmiş şəxs məxsus olmasını bilmişdir. 2024-cü ilin iyun ayında həmin yerdə qarğıdalı əkmişdir. Hazırda həmin yerdə 2025-ci ilin aprel ayının əvvəllərində yenidən şumlama işləri aparmış və qarğıdalı əkəcəkdir. Buna görə də, hazırda həmin ərazidən çıxa bilmir. Baxış zamanı həmin yeri əkmədiyini demişdir. Lakin həmin ərazini əkmişdir və baxış zamanı həmin yerin Novruza məxsus olmasını bilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin uzun illərdir ki, taxıl və dənli bitkilərin əkilib-biçilməsi, satılması ilə məşğul olur. Buna görə Qax rayonu ərazisində müxtəlif adamlara məxsus torpaq sahələrini icarəyə götürüb taxıl əkir. 2024-cü ilin iyun ayının 5-də qarğıdalı əkmək üçün bir illik icarə müqaviləsi əsasında Qax rayonu, Qax İngiloy kənd sakini Şahid3 məxsus Qax rayonu, Əlibəyli kəndində yerləşən hissə-hissə olan 0.40 hektar torpaq sahəsini icarəyə götürmüşdür və bununla bağlı notariusda icarə müqaviləsi bağlamışdır. Daha sonra həmin yerdə qarğıdalı əkmək istəmişdir. Həmin sahəyə gedib baxarkən torpaq sahəsində başqa bir nəfər şəxs tərəfindən qarğıdalı əkildiyini görmüşdür. Belə olan halda araşdıranda həmin torpaq sahəsinin bir hissəsinin Ruhid, digər hissəsinin isə Yusif adlı şəxslər tərəfindən əkilməsi ona məlum olmuşdur. Hər iki şəxslə görüşən vaxtı həmin şəxslər ona torpaq sahəsini onlara əkmək üçün Mamuka tərəfindən verildiyini demişlər. Hər iki şəxsə əkdikləri torpaq sahəsinin ona məxsus olmasını demişdir. Həmin şəxslər onu tanımadıqlarını və aralarında olan məsələni Mamuka ilə həll etməyi ona demişlər. Mamuka ilə görüşmüş və ona məsələni izah etmişdir. Mamuka ona həmin şəxslərə torpaq sahəsi vermədiyini demişdir. Belə olan halda şikayət etmişdir. Qax RPŞ-də şikayəti üzrə iş araşdıran zaman Kadastr və Reyestr idarəsinə məkltub ünvanlanmışdır. Həmin idarədən gələn əməkdaşlar hadisə yerinə baxış keçirmişlər və əkilmiş sahənin Şahid3 məxsus olması müəyyən edilmişdir. Bundan əlavə 3.6 hektar torpaq sahəsini də müxtəlif vətəndaşlardan pulla icarəyə götürmüş və həmin torpaq sahəsi də adları çəkilən hər iki şəxs tərəfindən əkilmişdir. Əkilən həmin torpaq sahəsinin də Mamuka tərəfindən əkilmək üçün verildiyini öyrənmişdir. 3.6 hektar torpaq sahəsi üçün notariusda müqavilə bağlamasa da vətəndaşlar arasında şifahi müqavilə bağlamışdır. Qax rayonu, Əlibəyli kəndi ərazisində yerləşən ayrı-ayrı yerlərdə olan 0.19 ha və 0.197 ha torpaq sahəsini notariat qaydada təsdiq olunmuş müqavilə əsasında Şahid3 icarəyə götürmüşdür. 0.19 ha torpaq sahəsi Təqsirləndirilən şəxs və 0.197 ha torpaq sahəsi isə Şahid2 tərəfindən əkilmişdir. Hal-hazırda onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Qax şəhəri Kommunal Müəssisələr Kombinatında sürücü vəzifəsində işləyir. Uzun illərdir ki, taxıl və dənli bitkilərin əkilib-becərilməsi üçün ayrı-ayrı şəxslərdən torpaq sahəsini aralarında olan şifahi razılaşma ilə icarəyə götürür və icarəyə verir. Bunun müqabilində müəyyən qədər gəlir əldə edib ailəsini dolandırır. Qax rayonu, Əlibəyli kəndi ərazisində Qax rayonu, Qax İngiloy kənd sakinlərinə aid 85 hektar torpaq sahələri yerləşir. Təxminən 4 ildir ki, həmin torpaq sahələrini vətəndaşlardan şifahi razılşama ilə alıb Yusif və Ruhidə taxıl və digər dənli bitkilər əkib-becərmək üçün icarəyə verir. Həmin ərazidə Novruz adlı şəxs də digər vətəndaşlardan torpağı icarəyə alıb əkib-becərir. Novruz iddia edir ki, onun icarəyə götürdüyü torpaq sahəsində Ruhid və Yusif tərəfindən əkin işləri aparılmışdır. Novruzun iddia etdiyi kimi Ruhid və Yusif tərəfindən 0.4 hektar torpaq sahəsinin əkilməsi barədə heç bir məlumatı yoxdur. Həmin şəxslərə qeyd olunan torpağı əkin işləri aparmaq üçün verməmişdir. Novruzun əlavə olaraq 3.6 hektar torpaq sahəsində kimsə əkin-biçin işləri aparmamışdır. Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinidə heç kimə verməmişdir və bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-in icraçı direktorudur. Uzun illərdir ki, taxıl və dənli bitkilərin əkilib-biçilməsi və satılması ilə məşğul olur. Qax rayonu, Əlibəyli kəndi ərazisində Qax İngiloy kənd sakinlərinə aid 85 hektar torpaq sahələri yerləşir. 4 ildir ki, həmin torpaq sahəsində taxıl və digər dənli bitkilər əkib-becərir. Özünə və Ruhid adlı şəxsə torpaqları sakinlərdən icarəyə alıb verən Mamuka adlı şəxsdir. Onlara bu il ümumilikdə 15 hektar torpaq sahəsini M.T.Alakuşavili adlı şəxs orada yaşayan müxtəlif insanlardan müxtəlif ölçülərdə torpaq sahələsini şifahi razılaşma əsasında alaraq icarəyə vermişdir. Özüdə həmin ərazidə qarğıdalı əkmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ona icarəyə verilən torpaq sahəsində MMC-i tərəfindən qarğıdalı əkildiyini demişdir. N.Ş.Mənəfoava onun rəhbəri olduğu MMC-yə torpaq sahələrini icarəyə tapıb verən Mamukadadır və başqa bir adamı tanımadığını demişdir. Belə söhbətdən sonra Novruz onlardan şikayət etmişdir. Novruz tərəfindən icarəyə götürülmüş torpaq sahəsində qarğıdalı əkməmişdir və becərməmişdir. Ona Mamuka torpaqları alıb icarəyə vermişdir. Mamukanın verdiyi torpaq sahəsində əkinbiçin işləri aparmışdır. Mamuka vətəndaşlardan torpaq sahələrini icarəyə şifahi razılaşma əsasında götürdüyü üçün aralarında rəsmi müqavilə bağlanmamışdır. Qax rayonu, Əlibəyli kəndində 10 hektar torpaq sahəsini Mamuka ilə aralarında olan şifahi razılıq əsasında icarəyə götürüb həmin ərazidə əkin işləri aparır və qarğıdalı əkir. Zərərçəkmiş şəxs məxsus 0.197 hektar torpaq sahəsindədə əkin işləri aparmış və hazırda da həmin ərazini şumlamışdır. Hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən olunmuş həmin 0.197 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs özü ona vermiş və buna görə də həmin ərazidə əkin işləri aparır. Zərərçəkmiş şəxs həmin ərazini ona əkməsi üçün verməsi sonradan onun yadına düşmüşdür. Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında icarəyə götürdüyü 0.19 hektar torpaq sahəsində Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayında qarğıdalı əkməsini və 2025-ci ildədə şumlama işi aparmasını görmüşdür. Zərərçəkmiş şəxs məxsus həmin ərazini Ruhid əkmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuşdur. Qax rayonu, Əlibəyli kəndi ərazisində yerləşən Qax İngiloy bələdiyyəsinin xüsusi mülkiyyətində olan hissə-hissə 20 sot və 20 sot olmaqla, ümumilikdə 40 sot kənd təsərrüfat təyinatlı torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsini Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayında aralarında olan şifahi razılıq əsasında icarəyə vermişdir. Daha sonra isə Zərərçəkmiş şəxsla aralarında 2024-cü ilin iyun ayının 5-də rəsmi müqavilə bağlamışdır. Novruz ona icarə haqqı olaraq 400 manat pul vermişdir. Hazırdada həmin torpaq sahəsini Novruza vermişdir. Həmin torpaq sahəsini Mamuka, Ruhid və Yusif adlı şəxslərə icarəyə verməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və elan olunmuş sənədlər: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə 04 mart 2025-ci il tarixdə cinayət işi başlanmışdır. 25 iyul 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Qax rayonu, Əlibəyli kəndi ərazisində yerləşən Qax rayonu, Qax İngiloy kənd sakinlərinə məxsus torpaq sahəsidir. 18 aprel 2025-ci il tarixli hadisə yerinə təkrar baxış protokolundan görünür ki, hadisə yeri Qax rayonu, Əlibəyli kəndi ərazisində yerləşən ayrı-ayrı ərazilərdə olan Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında icarəyə götürdüyü 0.20 hektar və 0.20 hektar torpaq sahəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarıdan görünür ki, **********23 reyestr №li xüsusi mülkiyyətdə olan 0.19 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Şahid3 məxsusdur. Zərərçəkmiş şəxs ilə Şahid3 arasında 05 iyun 2024-cü il tarixdə bağlanmış və notarial qaydada tərəfindən təsdiq olunmuş icarə müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs Şahid3 məxsus **********23 reyestr nömrəli 0.19 ha torpaq sahəsini icarəyə götürmüşdür. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 12 saylı Şəki Ərazi İdarəsinin 28 aprel 2025-ci il tarixli, 3-21-3-39/2-1594/2025 №li məktubundan görünür ki, Qax rayonu, Qax İngiloy kəndində yerləşən torpaq sahəsinə dair zəruri məlumatların təqdim edilməsi barədə müraciətinə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, müraciətinizlə əlaqədar ərazi idarəsinin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə yerində baxış keçirilmiş, həmçinin, elektron məlumat bazasında sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətinə əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, **********94 reyestr №li 0.1970 ha və **********23 reyestr №li 0.1970 ha torpaq sahələri xüsusi mülkiyyət olub, Şahid3 məxsusdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin B.Ə.S.İ.İ tərəfindən doldurulmuş 29 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 30 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materialları arasında olan 29 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl istintaq zamanı kifayət qədər sübuta yetirildiyindən Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Şahid2 barəsində Cinayət Məcəllsinin 188.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Şahid1 barəsində Cinayət Məcəllsinin 188.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən- qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan iş üçün əhəmiyyətli sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 188.3--cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünün təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə, məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işinin materiallarında olan sübutlar, araşdırılmış və müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallarla təkzib olunur. Təqsirləndirilən şəxs verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməli (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs 188.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, Zərərçəkmiş şəxs şikayət və tələbin olmamasını (bu barədə ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməyə görə-üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 mart 2015-ci il tarixli Plenumunun qərarından görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra-Konstitusiya) 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməllərindən biri hesab edilir. Torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də, torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası Konstitusiya və Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilikləri ilə müəyyən olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (bundan sonra-Torpaq Məcəlləsi) Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir (Torpaq Məcəlləsinin 2-ci maddəsi). Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. İlk növbədə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Qanunverici Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzərində mülkiyyət hüququnun pozulmasını torpağın mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilən torpaqların bütün kateqoriyalarına aid etmişdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun hər bir elementinin-torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Beləliklə, Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Qanunvericiliyə müvafıq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişdirmə hesab edilməlidir. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyət hüququnun hər bir elementini müdafiə edir və Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, Zərərçəkmiş şəxs şikayət və tələbin olmamasını (bu barədə ərizə), onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qax rayonu, Qorağan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlmas cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı Qax rayonu, Qorağan kəndində yaşadığı ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Qax rayonu, ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam»qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 165 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı Qax rayonu, Qorağan kəndində yaşadığı ünvanı tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 165 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-32/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-32/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver