Məhkəmə qərarları › İş №1(024)-33/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-33/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-33/2024 29.08.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 14:30-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Adışırin qızının və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.2006-cı ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əlilliyi olmayan, işsiz, məhkumluğu olmayan, Qax rayonu Qıpçaq kəndində pasport qeydiyyatında olmaqla və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən silah qismində istifadə etdiyi əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən 28 aprel 2024-cü il tarixdə saat 22:30 radələrində ictimai yerdə, yəni Qax rayonu, Qıpçaq kəndində yerləşən küçədə rayonun Tanqıt kənd sakini Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədərək, mübahisə yaradaraq özünün üstünlüyünü cəmiyyətə nümayiş etdirmək məqsədilə ucadan nalayiq ifadələr işlətmiş, ətrafda olan şəxslərin rahatlığını və istirahətini pozmuş, kənar şəxslərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı 1 ədəd mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 sol qol nahiyəsindən qəsdən 1 dəfə vurmaqla ona sol saidində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaradan ibarət sağlamlığa zərərvurmayan bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs1 yenidən əlindəki bıçaqla zərbə endirən zaman həmin vaxt ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərərək, yəni onu intizama dəvət etməklə sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs2 döş qəfəsinin sağ hissəsindən 1 (bir) dəfə qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısında 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaradan ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yaddaşı zəifdir. Hadisənin üzərindən vaxt keçdiyi üçün dəqiq xatırlamır. Zərərçəkmiş şəxs1 Qıpçaq kəndinə gəldikdən sonra tanımışdır. Zərərçəkmiş şəxs2 isə uşaqlıqdan tanıyır. Səma qonşusu Adışirinin qızıdır. Zərərçəkmiş şəxs2 ilə aralarında sevgi münasibəti olmamışdır. 28 aprel 2024-cü il tarixdə təkcə Zərərçəkmiş şəxs1 ilə dalaşmışdır. Belə ki, həmin gün Rövşənə zəng etmiş, Rövşən yaşadığı Qax rayonu, Tanqıt kəndindən hadisənin baş verdiyi Qıpçaq kəndinə gəlmişdir. Bundan sonra Səmanın yaşdığı evin yanına getmiş, Rövşənlə görüşmüşdür. Rövşən ona anası Şəlalənin qonşusu Xatın adlı qadınla söyüş söydüyünü demiş, o isə cavabında maraqlanacağını demişdir. Dava Səmanın üstündə baş verməmişdir. Hadisə vaxtı onun əlində bıçaq olmamışdır. Sadəcə olaraq polis şöbəsində onu döyərək bıçağı onun boynuna qoymuşlar. Onun oxuma-yazması yoxdur, ya da polis şöbəsində elə ifadə yazmamışdır. Məktəbi 9-cu sinifə qədər oxumuşdur. Hərfləri tanımır. O, heç kəsə bıçaqla xəsarət yetirməmişdir. Bıçaqı polislər onların yaşadığı evə gedib gətiriblər. X11 bıçaqla vurmamışdır. Rövşənlə dalaşmış, onu yumruqla vurmuşdur. Dalaşan zaman da qohumu olan İnqilab gəlib onları ayırmışdır. O, da çıxıb evə getmişdir. Sonradan eşitmişdir ki, Səma bıçaqlanmışdır. Məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək vermiş olduğu ifadəsində əvvəllər bir dəfə oğurluq etdiyi üçün məhkum olunduğunu, Qax rayonu, Tanqıt kənd sakini Rövşən Əhmədovu tanıdığını, onunla heç bir düşmənçiliyinin və ədavətinin olmadığını, Zərərçəkmiş şəxs2 onun qonşusu olduğunu, onunla da heç bir düşməçiliyinin və ədavətinin olmadığını, əvvəllər Səmaya qarşı sevgi hisslərinin olduğunu, lakin, sonradan Səma Rövşənlə danışdığından ondan ayrıldığını, Səmaya görə Rövşənlə əvvəllər də bir neçə dəfə mübahisəsinin olduğunu, 28 aprel 2024-cü il tarixdə saat təxminən 22:00 radələrində yaşadığı evdə olan zaman Qax rayonu, Tanqıt kənd sakini Rövşənə zəng edərək istədiyi qız olan Səma ilə onun arasında olan məsələni həll etmək üçün zəng etdiyini, Rövşəndən harada olduğunu soruşduğunu, Rövşənin ona evdə olduğunu dediyini, Rövşənə yarım saat sonra Səmagilin evlərinin qarşısında görüşmələrini bildirdiyini, Rövşənin də ona oraya gələcəyini dediyini, bundan sonra yaşadığı evin mətbəxindən bıçaq götürüb evdən çıxıb birbaşa Səmanın yaşadığı evin qarşısına getdiyini, orada Rövşəni gözlədiyini, təxminən saat 22:30 radələrində Rövşənin həmin yerə gəldiyini, ona yaxınlaşdığını, əsəbi olduğundan Rövşəni nalayiq ifadələrlə təhqir etməyə başladığını, Rövşənin ona irad bildirib söyüş söyməməyini dediyini, lakin onun sözlərinə fikir vermədiyini, nalayiq ifadələr işlətməyə davam etdiyini, bundan sonra Rövşənlə aralarında mübahisə yarandığını, evdən götürdüyü bıçağı belindən çıxardıb əvvəlcə Rövşənin sol qolundan bir dəfə vurduğunu, həmin vaxt səsə Səmanın gəldiyini, Səmanın araya girib onları ayırmaq istəyən zaman yenidən Rövşənə bıçaq atdığını, həmin bıçağın Səmanın sağ qolu tərəfdən döş qəfəsinə dəydiyini, bundan sonra oraya qardaşı Ceyhunun gəldiyini, Ceyhunun onları ayırmaq istəyən zaman yıxıldığını, daha sonra qardaşı Ceyhunun ayağa qalxıb Rövşəni itələdiyini, qardaşı Ceyhunun və özünün oradan çıxıb yaşadıqları evə getdiklərini, daha sonra isə yaşadıqları evə polis əməkdaşlarının gəldiklərini, polislərin onu valideyinin iştirakı ilə polis şöbəsinə dəvət etdiklərini, onlara yalan danışmağın faydasız olduğunu görüb törətmiş olduğu hadisəni etiraf etdiyini, bıçağı könüllü olaraq polislərə təqdim edəcəyini bildirdiyini, Rövşənin onu döymədiyini, ona xəsarət yetirmədiyini, onu təhqir etmədiyini, baş vermiş hadisəni həmin vaxt orada olan İnqilab, Səadət və Elmiranın gördüklərini, Rövşənə və Səmaya bıçaq vurmaqda məqsədinin Rövşəni başa salmaq, onun Səmadan uzaqlaşdırmaq olduğunu, Rövşəni və Səmanı öldürmək kimi bir niyyətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qıpçaq kəndinə gələndən yəni 9 aydır ki tanıyır. Elvinlə ədavəti və düşmənçiliyi yoxdur. O, qaynatasına kömək etmək üçün Qıpçaq kəndinə gəlmişdir. Fındıq bağından odun gətirdikdən sonra axşam Səmagildə oturub çörək yemişlər. Həmin vaxt qonşu evdə 2-ci mərtəbədə oturan Elvinin anası Xatın adlı qadınla Səmanın barəsində nalayiq sözlər demişdir. O da Elvinə zəng edib anasının nalayiq sözlər dediyini bildirmişdir. Bundan sonra Elvin gəlmiş, onunla söhbət etdikdən sonra çıxıb getmişdir. Elvin getdikdən 15 dəqiqə sonraq DİN-nin 102 xidmətinə zəng edərək burada nalayiq sözlər işlədildiyini demişlər. Bundan sonra isə Elvin ona yenidən zəng vuraraq polisə zəng edəni söymüş, onun ana-bacısının ünvanına nalayiq ifadələr işlətmişdir. Əvvəlcə təqsirləndirilən şəxsin söyüşlərinə fikir verməmiş, Elvin daha da söyüşlərə davam etdiyindən o da əsəbləşərək Elvingilin qapının qarşısına gəlmiş, əvvəlcə Elvin, arxasınca qardaşı çölə çıxmışlar. Elvin gələn zaman bir əli arxasında olmuş, həmin əlində bıçaq olmuşdur. Həmin vaxt Səma araya girmiş, Elvin bıçaqla Səmaya xəsarət yetirmişdir. Səma qışqararaq evə tərəf qaçmış, yolda yıxılaraq qışqırmağa başlamışdır. Bu vaxt onun da əlinə nəsə dəydiyini və əlinin isindiyini hiss etmiş, əlina baxanda qan axdığını və bıçağın əlinə girdiyini bilmişdir. Eminin qardaşı onu tutaraq kənara çəkmiş, Elvini də kimsə tutaraq saxlamışdır. O da Elvinin qardaşı ilə dalaşmış, əlbəyaxa olmuşlar. Elvinin qardaşı ona vurmuş, lakin zərbə yüngül olmuşdur. Onda görmüşdür ki, əlindən qan axır. Elvin Səmanı bıçaqla vurduqdan sonra onu da bıçaqla vurmuşdur. Dava zamanı ətrafda başqa adamlar da olmuşdur. Elvin ucadan onun ünvanına nalayiq sözlər demişdir. Bundan sonra polis və təcili tibbi yardım gəlmişdir. Hadisə baş verməzdən də əvvəl polis əməkdaşları gəlmişdir. Çünki 102 xidmətinə müraciət olunmuşdur. Həmin vaxtı polis əməkdaşlarından getməmələrini xahiş edərək Elvingilin yenidən gələcəklərini demişdir. Lakin polis əməkdaşları çıxıb getmiş, hadisə baş verdiyinə görə Qıpçaq kəndinin başından yenidən geriyə qayıtmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 28 aprel 2024-cü il tarixdə səhər tezdən Elvinin anası zibil atıb qayıdarkən onu çağıraraq onun guya Elvinin istədiyi qıza “özünün Elvinə ərə getmədiyi üçün həmin qızın da Elvinə ərə getməməsini dediyini” bildirmişdir. Bundan sonra Şəlalə çıxıb getmişdir. Həmin gün axşam vaxtı təqsirləndirilən şəxsin anası Şəlalə onların qonşuları Xatıngilə gələrək onun haqqında nalayiq sözlər danışmışdır. O da Rövşənə zəng edərək onu Tanqıt kəndindən yaşadıqları Qıpçaq kəndindəki evlərinə çağırmışdır. Rövşən də evə gəlmiş və Elvinə zəng edərək anasının Səma barəsində nalayiq sözlər danışdığını demişdir. Elvin onların qapısına (doqqazına) gəlmiş, Rövşənlə məsləhətlə danışmış və çıxıb getmişdir. Elvinin anasıgil onun barəsində nalayiq sözlər deməyə davam etdikləri üçün DİN-nin 102 xidmətinə zəng etmişlər. Polis əməkdaşları gedən zaman atası Adışirin onlara getməmələrini, getdikdən sonra Elvingilin hücuma gələcəklərini demişdir. Lakin polis əməkdaşları getmişlər. Sonra isə Elvin Rövşənə zəng edərək polisə zəng edənin ünvanına nalayiq sözlər demişdir. Rövşən də qızışmış və qapıdan çıxan zaman Elvin də gəlmişdir. O, onları ayırmaq məqsədi ilə Elvinin qarşısına keçmişdir. Elvinin sağ əli arxasında olmuş, əlində bıçaq olmuş və o, Rövşəni vurmaq istəyən zaman özünə sağ tərəfdən nəyinsə dəydiyini hiss etmişdir. Elvin Rövşəni bıçaqla qolundan vurmuşdur. Bundan sonra o qışqıraraq evə getmişdir. Elvin eyni zamanda dava zamanı Rövşənin ünvanına nalayiq sözlər də demişdir. Həmin vaxt ətrafda xeyli sayda adam olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışlar. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalasının nəvəsidir. O, hadisə baş verən gün kəndin başında yerləşən kafedən evə tərəf gəlmişdir. Elvingil onun bacısıgilin yaşadıqları binada yaşayırlar. O, binaya yaxınlaşdıqda səsküy eşitmiş, orada Elvini, onun qardaşını və Rövşəni görmüşdür. Rövşənin Elvinlə dalaşdığını görməmiş, Rövşənlə Elvinin qardaşı Ceyhun dalaşmışdır. Səmanın bacısı isə onları ayırmışdır. O, dalaşanları evə ötürmüş, geri qayıdıb bacısıgilin evinə gəlmişdir. Elvini ayırarkən onun əlində bıçaq olmamışdır. Təxminən 15 dəqiqə sonra evdən çıxarkən Rövşən qışqırmışdır ki, Səmanı bıçaqlayıblar. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, 28 aprel 2024-cü il tarixdə hadisə baş verməmişdən əvvəl Səmagilin qonşularına getmişdir. O öz uşaqlarının dalaşma səs-küyünü eşidərək çölə çıxmış, balkondan düşərək Elvini və Rövşəni ayırmışdır. Həmin vaxtı nalayiq sözlər deyilməmişdir. Rövşənin əlinin yaralandığını və qan axdığını görməmişdir. Hadisədən sonra polis əməkdaşları onun evinin həyətinə gəlmiş, Elvini polis şöbəsinə aparacaqlarını bildirmişlər. O da günahı varsa aparmalarını demişdir. Onlar polis şöbəsinə getdikdən sonra müstəntiq bıçağı hara etdiyini soruşmuşdur. O, isə nə Elvində, nə də başqasında bıçaq görmədiyini və Elvingilin ancaq əlbəyaxa yumruqla dava etdiyini bildirmişdir. Müstəntiq isə ona bıçağı evdə gizlətdiyini demişdir. Bu zaman o müstəntiqə əgər elədirsə ona maşın verməsini və evə gedib bıçağı gətirəcəyini demişdir. O, dava düşməzdən əvvəl evdə kartof bişirdikdən sonra həmin bıçağı stolun üstünə qoymuş, iki nəfər polis əməkdaşı ilə evə gəlmiş, onlar qapıda gözləmiş, o isə bıçağı götürərək müstəntiqə təhvil verərkən, əgər ona bıçaq lazımdırsa götürməsini demişdir. Həmin bıçaq onun evindəki yeganə bıçaq olmuş, evində istifadə etdikləri başqa bıçaq olmamışdır. Üç gün əvvəl isə yeni bıçaq almışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs qardaşıdır, hadisənin baş verdiyi tarixi unutmuşdur. Hadisə baş verməzdən əvvəl Zərərçəkmiş şəxs1 ona zəng edərək barəsində nəsə deyildiyini bildirmişdir. O, da nə məsələdirsə axşam çayxanada oturub söhbət etmələrini təklif etmişdir. O axşam Rövşənə zəng etmiş, lakin Rövşən ona gəlməyəcəyini bildirmişdir. Bundan sonra qardaşı Elvinə Rövşəndən zəng gəlmiş, Rövşən Elvinə gəlməsini və söhbət edəcəklərini bildirmişdir. Onlar da iki qardaş çölə çıxmışlar. Rövşən küçədə olmuş və Elvinlə aralarında söz-söhbət olmuş və tutaşmışlar. Rövşən Elvinə zəng etməmişdən əvvəl onlar Qax rayonu, Qaysarlı kəndində yerləşən kafenin müdiri ilə işlə bağlı danışmağa getmək istəmişlər. Həmin vaxt Elvinə zəng gəlmiş və Elvin əsəbiləşmiş, bundan sonra onlar çölə çıxmış və dava düşmüşdür. X13 söymüş, Elvin də əsəbiləşərək Rövşəni təhqir etmişdir. Bundan sonra aralarında dava düşmüşdür. O da dalaşmaq istəmiş, lakin qohumları İnqilab ona mane olmuşdur. İnqilab onları ayırmış və evə yola salmışdır. Hadisə zamanı Elvinin Səmaya bıçaqla xəsarət yetirdiyini görməmişdir. Çünki evdən çıxanda Elvin bıçaq götürməmişdir. Onların evində 3 ədəd bıçaq var və hazırda da istifadə olunur. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumu, eyni zamanda qonşusudur. Hadisə günü evdə olmuşdur. Axşam təxminən saat 11 radələrində, çöldə səs-küy eşitsə də, yorğun olduğundan bayıra çıxmamışdır. Aqroparkda işlədiyi üçün hər gün saat 5-də işə getməli olur. O, heç bir şey görməmişdir. Müstəntiqə də ifadə vermişdir ki, təkcə səs-küy eşitmiş, dava edənləri və vuranı görməmişdir. Səhər gün eşitmişdir kimsə kimsəni bıçaqlamış, polis və təcili tibbi yardım avtomobili gəlmişdir. Adının şahid kimi kim tərəfindən polisə verildiyindən məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, yaşadıqları bina iki mərtəbəlidir və həyat yoldaşı ilə birlikdə ikinci mərtəbədə yaşayır. Hər ikisi yaşlı adamlardır. Zərərçəkmiş şəxs2 evlərinə giriş binanın ön tərəfində, onların mənzilinə giriş isə binanın arxa tərəfindəndir. Onlar binanın ön hissəsini evlərinin aynasından görürlər. Həyat yoldaşı ilə demək olar ki, hər axşam saat 9, yaxud 10-un yarısından yatırlar. Gecə saat 12-nin yarısında harayhəşirə gözünü açımışdır. Durub aynadan baxdıqda həyətdə işıq yandığını və maşın dayandığını görmüş, yoldaşını oyadaraq küçədə yaman haray olduğunu və gedib baxacağını demişdir. Fənərlə həyətə düşmüş, həyətdə polis və təcili tibbi yardım avtomobillərinin olduğunu görmüşdür. Rövşənlə Səma da orada olmuşdur. Rövşən yerdə oturmuşdur. O, kiminsə xəsarət aldığını görməmişdir. Polis Rövşəndən nə üstə dalaşdıqlarını, nə baş verdiyini soruşduqda başa düşmüşdür ki, dalaşıblar. Rövşənlə Səmaya təcili tibbi yardım avtomobilinə əyləşməyi təklif edildikdə o, evinə qayıtmışdır. Kimsə ona izahat yazıdırmışdır ki, guya o hadisəni görmüşdür. Daha sonra sahə rəisi onun ərinə zəng vurub demişdir ki, onu şahid kimi yazmışlar və gəlib ifadə verməlidir. O başqa heç nə görməmiş, dava olarkən də hadisə yerində olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər ibtidai istintaq zamanı verdiyi ifadələrə zidd ifadələr verdiyi üçün məhkəmə tərəfindən onların ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qax rayonu, Tanqıt kənd sakini Rövşən Əhmədovu tanıdığını, onunla heç bir düşmənçiliyinin və ədavətinin olmadığını, Zərərçəkmiş şəxs2 onların qonşusu olduğunu, onunla heç bir düşməçiliyinin və ədavətinin olmadığını, Rövşənlə Səmanın arasında sevgi münasibəti olduğunu, Səmaya görə qardaşı Rövşənlə arasında bir neçə dəfə mübahisə olduğunu, 28 aprel 2024-cü il tarixdə saat təxminən 22:30 radələrində yaşadığı evin qarşısında gəzişən zaman qonşusu Səmagilin evlərinin qarşısında adamların toplaşdığını gördüyünü, həmin yerə yaxınlaşan zaman orada qardaşı Elvinin Rövşənlə süpürləşdiyini gördüyünü, həmin vaxtı qardaşının əlində bıçaq olduğunu, onları ayırmaq istəyən zaman alta düşdüyünü, bundan sonra ayağa qalxıb Rövşəni itələdiyini, həmin vaxtı orada Rövşənin istədiyi qız olan Səmanın da olduğunu, orada qardaşı Rövşən ilə arasında olan davanın Səmaya görə olduğunu bildiyini, Səmanın da qoltuq altından qan gəldiyini, qardaşı Elvinin Rövşənə bıçaq vuran zaman bıçağın Səmanın sağ kürək nahiyəsindən dəydiyini, daha sonra özünün və qardaşı Elvinin oradan çıxıb yaşadığı evə getdiklərini, bir müddət sonra yaşadıqları evə polis əməkdaşlarının gəldiklərini, onların qardaşını valideyni ilə birlikdə polis şöbəsinə dəvət etdiklərini, qardaşı və anasının da polislərlə birlikdə getdiyini, Rövşənə vurmadığını, ona heç bir xəsarət yetirmədiyini. Rövşəni qardaşı Elvinin bıçaqla vurduğunu, Rövşənin onu vurmadığını, ona xəsarət yetirmədiyini, hadisə yerində 4-5 nəfərin olduğunu, onlardan İnqilab, Elmira və Səadəti xatırladığını qeyd etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid Qanuni nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs oğlu olduğunu, 28 aprel 2024-cü il tarixdə saat təxminən 22:30 radələrində evdən çıxıb çörək almaq üçün mağazaya getdiyini, küçənin başına çatan zaman qonşusu Adışiringilin evlərinin qarşısında adamların toplaşdığını gördüyünü, həmin yerə yaxınlaşan zaman orada Rövşənin və qonşusu Səmanın qan içində olduğunu gördüyünü, onlardan nə baş verdiyini soruşan zaman Səmanın ona oğlu Elvinin onu və Rövşəni bıçaqla vuraraq xəsarət yetirdiyini bildirdiyini, həmin vaxtı orada Elvinin olmadığını, evə qayıdan zaman Elvinin evdə olduğunu gördüyünü, ondan nə baş verdiyini soruşan zaman Elvinin ona Rövşənlə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı evdən götürdüyü bıçaqla əvvəlcə Rövşəni vurduğunu, daha sonra isə Rövşənə yenidən vuran zaman Səmanın araya girdiyini, həmin vaxtı bıçağın Səmaya dəydiyini bildirdiyini, bundan sonra yaşadıqları evə polis əməkdaşlarının gəldiklərini, onların onu və oğlu Elvini polis şöbəsinə dəvət etdiklərini, özünün də onlarla birlikdə polis şöbəsinə gəldiklərini, polis şöbəsində izahat verən zaman Elvinin hadisə zamanı istifadə etdiyi bıçağı könüllü olaraq təqdim etdiyini, daha sonra həmin bıçağın özünün də iştirakı ilə götürülərək qablaşdırıldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla heç bir düşmənçiliyinin və ədavətinin olmadığını, 28 aprel 2024-cü il tarixdə saat təxminən 22:30 radələrində yaşadığı evdə olan zaman küçədən səs-küy gəldiyini eşitdiyini, küçəyə çıxan zaman orada həmkəndlisi Təqsirləndirilən şəxs ilə Qax rayonu, Tanqıt kənd sakini Zərərçəkmiş şəxs1 arasında dava-dalaş olduğunu gördüyünü, onlara yaxınlaşan zaman Elvinin əlində bıçaq olduğunu, Elvinin ucadan qışqıraraq söyüş söydüyünü, onun bıçaqla Rövşənin əvvəlcə bir dəfə sol qol nahiyəsindən vurduğunu, həmin vaxtı orada olan Səmanın onların arasına girdiyini, Elvinin Rövşənə vurduğu bıçağın Səmanın sağ tərəfdən döş qəfəsinə dəydiyini, oraya gələn Elvinin qardaşı Ceyhunun araya girdiyini, Ceyhunun Rövşəni itələdiyini, Ceyhunun müvazinətini itirib yerə yıxıldığını, daha sonra isə Elvin və Ceyhun oradan çıxıb getdiklərini, Rövşən və Səmanın isə TTY maşını ilə Qax RMX-ya getdiklərini, Rövşənin Elvin və Ceyhunu vurmadığını, onlara xəsarət yetirmədiyini, Ceyhunun Rövşən və Səmaya vurmadığını, onlara xəsarət yetirmədiyini, hadisə zamanı orada 4-5 nəfərin olduğunu, orada olanlardan özünün, İnqilab, Səadət, xatırlamadığı 3-4 nəfərin olduğunu göstərmişdir. Məhkəmə iclasında ifadələri elan olunmaqla tədqiq edilmiş şahidlər X3 və Şahid4 Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrə uyğun ifadələr verərək onun göstərdiklərini təsdiq etmişlər. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməməsi barədə ifadə versə də, məhkəmə onun ifadəsini ittihamı təkzib edən əsaslı sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə şahidlərin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə zidd olan ifadə vermələri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi cinayətə görə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, ibtidai araşdırma dövründə azadlıqda qaldığından cinayət prosesi iştrakçıları olan şahidlərə təsir etmişdir. Çünki şahidlərin də ifadələrindən məlum olur ki, onlar təqsirləndirilən şəxsin həmkəndliləri olmaqla yanaşı bəziləri qohumu, digərləri isə qonşularıdır. Bu səbəbdən də məhkəmə bu qənaətdədir ki, şahidlər məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri təkzib edərək Təqsirləndirilən şəxs kömək göstərməyə yönələn ifadələr vermişlər. Şəxsin təqsirləndirildiyi cinayətə görə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər yüngül cəzaların nəzərdə tutulmaması, təqsirləndirilən şəxsin törətdiyi əməli hadisədən sonra qavrayaraq özü və ailəsi tərəfindən məhkəmə baxışı davam edən müddətdə şahidlərə qanunsuz təsir göstərilməsi nəticəsinə gəlməyə imkan verir. Ona görə də məhkəmə hesab edir ki, şahidlərin məhkəmə iclaslarında deyil, ibtidai istintaq zamanı verdiyi ifadələri daha inandırıcı və işin hallarına uyğun olduğundan ibtidai istintaq zamanı verdikləri ifadələr mötəbər sübut kimi qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” PHŞ Qax RMX PHŞnin xx.xx.2024-cü il tarixli 18-1-50/2-439/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX-nın Poliklinika şöbəsində narkoloji və ruhi əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/412 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 30 manat 60 qəpik təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 1 (bir) ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax RPŞ-nin aidiyyatı xidmət sahəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞnin sağlamlığa zərər vurmanın təyini haqqında xx.xx.2024-cü il tarixli 60 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin sağ yarısında 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara bir kənarı iti, digər kənarı isə küt olan deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, bıçaqla törədilə bilər, törədilmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞnin sağlamlığa zərər vurmanın təyini haqqında xx.xx.2024-cü il tarixli 59 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 sol saidində bir ədəd deşilmiş-kəsilmiş yara bir kənarı iti, digər kənarı isə küt olan deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, bıçaqla törədilə bilər, törədilmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Qax rayonu Qıpçaq kəndində əsas yoldan 150 metr içəridə yaşayış evlərinin qarşısında yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində aralarında baş vermiş mübahisə zamanı Qıpçaq kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bıçaqla vuraraq xəsarət yetirmişdir. Baxış gecə vaxtı təbii işıq şəraitində keçirildi. Baxış zamanı hər hansı bir maddi sübut hesab edilən əşya aşkar olunmadı və götürülmədi. “Əşyanın könüllü təqdim edilməsi zamanı götürülməsi və baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq xəsarət yetirdiyi 1 ədəd dəstəyinin uzunluğu 13 sm, tiyəsinin uzunluğu 13 sm olmaqla gümüşü rəngli metaldan hazırlanmış mətbəx bıçağını könüllü olaraq istintaq orqanına təhvil vermiş, həmin bıçaq maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdə saat 22:30 radələrində Qax rayonu, Qıpçaq kəndində yerləşən küçədə Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədərək üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi 1 ədəd mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 sol qol nahiyəsindən və onu sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs2 döş qəfəsinin sağ hissəsindən (sağ qolun qoltuqaltı nahiyəsindən) 1 (bir) dəfə vuraraq xəsarət yetirdiyi yeri və şəraiti göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 70-ci maddələri təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilməklə, 06 ay şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə isə cəza müddəti bitmişdir. Qax RİHB-nın Qıpçaq kəndi İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 223 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qıpçaq kəndində qeydiyyatdadır və onun ailə tərkibi onun özündən, atası X1, anası Qanuni nümayəndə1 və qardaşı Şahid1 ibarətdir. Qax RİHB-nın Qıpçaq kəndi İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteizə olunur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 228.4-cü və 221.2.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində özünü qismən təqsirli bilsə də onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğuna görə məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini sübut kimi qəbul edir, eləcə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi ifadələrini ittihamı təkzib edən sübut kimi qəbul etmir. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələrin fiziki zorakılıq nəticəsində verməsinə dair məhkəmə iclasında verdiyi ifadələrə tənqidi yanaşır. Bu halı ittihamı təkzib edən sübut kimi qəbul edilməsinin qeyri-mümkün hesab edir. Belə ki, ibtidai araşdırma dövründə nə təqsirləndirilən şəxsin özü, nə qanuni nümayəndəsi, nə də müdafiəçisi tərəfindən qeyd edilən hallarla bağlı ibtidai araşdırmaya prosesual rəhbərlyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verilməmiş, müstəntiqin qərarlarından və hərəkətlərindən şikayətlər verilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmin Qərarın 27-ci bəndinə əsasən Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 11-ci bəndində göstərilir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan CMnin 221.3-cü maddəsilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə, xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında aydınlıq gətirilmişdir. Həmin qərara əsasən, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. “Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin məzmununa görə silahın tətbiqi dedikdə, silahdan atəş açma başa düşülür. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi-ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. İş materiallarından göründüyü kimi xx.xx.2006-cı il təvvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cinayət əməlini törədərkən 18 yaşına çatmamışdır, yəni o, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 6 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi xx.xx.2006-cı il təvvəllüdlü Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamış olsa da, hazırkı hökmün çıxarıldığı tarixdə yetkinlik yaşına çatdığından o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «baş qa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalı və o cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı onun həbs olunduğu tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza xərci 30 manat 60 qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qax rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun həbs olunduğu 29 avqust 2024-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza xərci 30 manat 60 qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qax RPŞ-də saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar