Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-35/2023 20.07.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1-xx.xx.1991-ci ildə Qax rayonu Lələli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan işsiz, əvvəllər məhkum olunmamış, Qax rayonu Lələli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2-xx.xx.2000-ci ildə Qax rayonu Lələli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Qax rayonu Lələli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını talamaq məqsədilə yaşayış sahəsinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək vahid niyyətlə 10 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində yaşayış sahəsinə, yəni Qax rayonu, Lələli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə hasarın üzərindən keçib qanunsuz daxil olaraq yaşayış evinin pilləkənin yanından hər birinin dəyəri 290 (iki yüz doxsan) manat olan 02 (iki) ədəd samovarı, cinayət əməlini davam etdirərək 12 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində isə Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətindən dəyəri 40 (qırx) manat olan 01 (bir) ədəd əl arabasını və dəyəri 80 (səksən) manat olan 01 (bir) ədəd dəmir nərdivanı gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını talamaq məqsədilə yaşayış sahəsinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək vahid niyyətlə 10 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində yaşayış sahəsinə, yəni Qax rayonu, Lələli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə hasarın üzərindən keçib qanunsuz daxil olaraq yaşayış evinin pilləkənin yanından hər birinin dəyəri 290 (iki yüz doxsan) manat olan 02 (iki) ədəd samovarı, cinayət əməlini davam etdirərək 12 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində isə Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətindən dəyəri 40 (qırx) manat olan 01 (bir) ədəd əl arabasını və dəyəri 80 (səksən) manat olan 01 (bir) ədəd dəmir nərdivanı gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, kömür hazırlayıb satışı ilə məşğul olur. 10 oktyabr 2022-ci il tarixdə, təxminən saat 23 radələrində dostu Ruslanla birlikdə onun iş yerinə getmişlər. Ruslanla kömürün vəziyyətinə baxıb kənd yolu ilə piyada qayıdanda yaşadığı Qax rayonu, Lələli kəndində yerləşən həmkəndlisi Fətəli kimi tanıdığı şəxsin evinin qarşısından keçmişlər. Həmin ev 10 ilə yaxındır ki boş olmuş, darvazada da hər zaman qıfıl olmuşdur. Darvazanın qapısı bağlı olduğu üçün Ruslanla birlikdə oğurluq məqsədi ilə hasardan keçib həyətə daxil olmuş, Ruslan evin yanında dayanmış, gecə saatlarında Ruslanın gözü zəif gördüyü üçün ətrafı yaxşı görə bilməmiş, özü isə evin pilləkənləri tərəfə getmişdir. Pilləkənlərin yanında olan 2 ədəd samovarları oğurlamış, birini Ruslana vermiş, digərini isə özü hasardan küçəyə keçirmişdir. Həmin samovarların hər ikisini də öz yaşadığı evə aparıb, daha sonra həmkəndliləri Məhəmməd və İradəyə sonrakı günü satmış, həmin əşyaları satanda Ruslan onun yanında olmamış, həmkəndlisi Məhəmmədə samovarı 50 manata, İradəyə isə 35 manata satmışdır. Məhəmməd ona 50 manat, İradə isə 25 manat vermiş, pulun qalanını sonra verəcəyini bildirmişdir. Əldə etdiyi 75 manat puldan Ruslana 38 manat vermiş, sonrakı günü gecə saat 2 radələrində, 12 oktyabr 2022-ci il tarixdə yenidən həmin yerə gəlmiş, küçədə dayanarkən Ruslanla yenidən oğurluq etmək barədə razılığa gəlmiş, Ruslana yolda dayanmasını, özü isə həyətə girib orada olan hər hansı qiymətli əşyalardan götürəcəyini bildirmişdir. Həyətə girəndən sonra həyətdə olan əl arabasını və dəmir nərdivanı küçəyə çıxarmış, Ruslan da ona həmin əşyaları küçəyə çıxarmağa kömək etmiş, daha sonra həmin əşyaların hər ikisini öz həyətinə gətirmiş, səhəri günü dəmir nərdivanı həmkəndlisi Süleyman adlı şəxsə 15 manata, əl arabasını isə həmkəndlisi Anar adlı şəxsə 20 manata satmışdır. Həmin əşyaları satanda Ruslan yenə də onun yanında olmamış, Anar ona əl arabasına görə 20 manat pulunu verəcəyini bildirmişdir. Əldə etdiyi 15 manat puldan Ruslana 7 manat vermiş, Ruslanla birlikdə Qax rayonu, Lələli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etmələrindən heç kimin xəbəri olmamışdır. Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun dostudur. 2022-ci ilin oktyabr ayının əvvəllərində Aslan ona Fətəli kimi tanıdığı həmkəndlisinin evindən oğurluq etməyi təklif etmiş, Aslanla razılaşmışdır. Aslan ona təkcə əşyaları aparmağa kömək etməsini demiş, 10 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində dostu Aslanla birlikdə onun iş yerinə getmişdir. Aslan kömür hazırlayıb satışı ilə məşğul olmuşdur. Aslanın iş yerinə getməkdə məqsəd kömürün sönməməsi üçün əlavə tədbirlər görmək, həm də qayıdanda oğurluq etmək olmuşdur. Aslanla kömürün vəziyyətinə baxıb kənd yolu ilə piyada qayıdanda yaşadığı Qax rayonu, Lələli kəndində yerləşən həmkəndlisi Fətəli kimi tanıdığı şəxsin evinin qarşısından keçmiş, həmin vaxt Aslanla birlikdə həmin evin həyətinə hasardan keçib daxil olmuşdur. Gözü zəif gördüyü üçün evin yanında dayanmış, Aslan isə evin pilləkənləri tərəfə getmişdir. Pilləkənlərin yanında 2 ədəd samovar olmuş, Aslan həmin samovarları götürmüş, birini ona vermiş, digərini isə götürmüş və hasardan küçəyə keçirmişdir. Həmin samovarların hər ikisini də səhəri günü Aslan satmış, həmin samovarları kimə satmasını və neçəyə satmasını bilməmiş, Aslan 2 (iki) ədəd satdığı samovarın pulundan ona ümumilikdə 38 manat pul vermişdir. Həmin günü Aslan ona həyətdə nərdivan və əl arabasının da olduğunu demiş, onları oğurlamalarını planlaşdırmışlar. 12 oktyabr 2022-ci il tarixdə, təxminən gecə saat 02 radələrində, yenidən həmin yerə gəlmiş, özü yolda dayanmış, Aslan isə həyətə girəndən sonra həyətdə olan əl arabasını və dəmir nərdivanı küçəyə çıxartmışdır. Aslana həmin əşyaları küçəyə çıxarmağa kömək etmiş, daha sonra həmin əşyaların hər ikisini Aslan öz həyətinə aparmış, səhəri günü nərdivanı və əl arabasını Aslan satmışdır. Lakin, Aslan həmin əşyaları kimə satmasını və neçəyə satmasını bilməmiş, Aslan ona əl arabasının pulunu almadığını bildirmişdir. Dəmir nərdivanı isə neçəyə satmasını ona deməmiş, lakin, ona 7 manat pul vermişdir. Aslanla birlikdə Qax rayonu, Lələli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etmələrindən heç kimin xəbəri olmamışdır. Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, təqsirləndirilən şəxslərin ona vurduqları maddi ziyanı ödədikləri üçün onlardan heç bir şikayət və tələbinin olmadığını göstərərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində şöbə rəisi vəzifəsində işləyir. Qax rayonu, Lələli kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Bakı şəhərində işlədiyindən evə gec-gec gəlmiş, 2023-cü ilin fevral ayının 1-də evə gələn zaman evdəki bəzi əşyaların oğurlandığını görmüşdür. Belə ki, yaşayış evinin həyətindən ona məxsus olan 2 ədəd 7 litr həcmi olan su samovarı, 1 ədəd dəmir nərdivan və 1 ədəd əl arabası oğurlanmışdır. Bu barədə ilkin olaraq telefon vasitəsilə zəng edib Qax RPŞ-yə məlumat vermiş, daha sonra Qax RPŞ-yə ərizə ilə müraciət etmişdir. 01 ədəd samovarın qiyməti 290 manat, 1 ədəd əl arabasının qiyməti 40 manat və 01 ədəd dəmir nərdivanın qiyməti isə 80 manat olmuş, ona ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının 11-də həmkəndlisi Aslan onun yanına gələrək pula ehtiyacı olduğunu, ona görə də samovarını ona sata biləcəyini demişdir. Aslandan samovarı neçəyə satmasını soruşduqda, 50 (əlli) manata satdığını bildirmişdir. Aslanla razılaşmış, ona 50 (əlli) manat pul verib samovarı almışdır. Aslanın samovarı ona satarkən yanında heç kim olmamışdır. Aslan samovarın özünə məxsus olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Aslanı uzun müddətdir ki, tanıyır. 2022ci ilin oktyabr ayının 11-də həmkəndlisi Aslan onun yanına gələrək pula ehtiyacı olduğu üçün samovarını satmaq istədiyini demişdir. Aslana samovara baxıb, ala biləcəyoini demiş, bundan sonra Aslan samovarı onun yanına gətirmiş, samovara baxdıqdan sonra, Aslandan oğurluq olub-olmamasını soruşmuş, Aslan isə ona samovarın ona məxsus olduğunu demişdir. Aslanı uzun müddətdir ki, tanıdığından ona inanmış, Aslandan samovarı neçəyə satdığını soruşduqda, 40 (qırx) manata satacağını demişdir. Samovora baxıb Aslana 35 (otuz beş) manat pulunun olduğunu demiş, Aslan da onunla razılaşmış, samovarı almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. 13 oktyabr 2022-ci il tarixdə kənddə olan zaman həmkəndlisi Aslanı görmüş, Aslanla söhbət edən zaman Aslan ona ailə vəziyyətinin yaxşı olmadığını, pula ehtiyacının olduğunu, dəmir nərdivanın olduğunu, onu satmaq istədiyini bildirmişdir. Aslandan dəmir nərdivanın oğurluq olub-olmamasını soruşduqda, ona məxsus olduğunu bildirmişdir. Aslanı uzun müddətdir ki, tanıdığından ona inanmış, nərdivanı 15 (on beş) manata almışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. 13 oktyabr 2022-ci il tarixdə kənddə Aslana atasına ev tikmələrinə kömək etmişdir. Həmkəndlisi Aslan da oraya gəlmiş, özünə əl arabası lazım olduğundan Qax şəhərinə gedib araba almaq istədiyini dedikdə həmin vaxtı Aslan ona əl arabasının olduğunu, onu satmaq istədiyini bildirmişdir. Aslandan əl arabasının oğurluq olub-olmamasını soruşduqda Aslan özünə məxsus olduğunu bildirmişdir. Aslanı uzun müddətdir ki, tanıdığından ona inanmış, əl arabasını 20 (iyirmi) manata satdığını bildirmişdir. Aslandan nərdivanı 20 (iyirmi) manata almışdır. İşin 86-87-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində və 12 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Qax rayonu, Lələli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. İşin 91-94-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində və 12 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Qax rayonu, Lələli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. İşin 222-223-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 16 mart 2023-cü il tarixli 9/1650 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların istismaq müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 225.00 manat müəyyən edilir. Digər 1 adda mal haqqında kifayət qədər məlumat (ölçüləri, pilləkən sayı və s.) olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün deyildir. İşin 221-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin 137-140-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 16 fevral 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı 01 (bir) ədəd samovar Şahid1 götürülmüşdür. İşin 181-184-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 28 fevral 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı 01 (bir) ədəd samovar Şahid2 götürülmüşdür. İşin 209-212-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 10 mart 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı 01 (bir) ədəd əl arabası Şahid3 götürülmüşdür. İşin 230-233-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 10 mart 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı 01 (bir) ədəd dəmir nərdivanı həmkəndlisi Şahid4 satmış və həmin 01 (bir) ədəd dəmir nərdivan Şahid4 götürülmüşdür. İşin 237-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 05 aprel 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” qərardan görünür ki, 02 (iki) ədəd samovar, 01 (bir) ədəd əl arabası və 01 (bir) ədəd dəmir nərdivan maddi sübut kimi tanınmışdır. İşin 239-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, 02 (iki) ədəd samovar, 01 (bir) ədəd əl arabası və 01 (bir) ədəd dəmir nərdivannı təhvil almışdır. İşin 15-16-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 37-38-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 fevral 2023-cü il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 106-111-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə” Qax Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 4(024)-09/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. İşin 112-117-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə” Qax Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 4(024)-09/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. İşin 118-119-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 06 fevral 2023-cü il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir İşin 122-123-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 06 fevral 2023-cü il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir İşin 213-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon Zəyəm kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İşin 219-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Zəyəm kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 185-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 186-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Qax rayonunun Lələli kəndində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Qax rayonunun Lələli kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş nikah haqqında şəhadətamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X1 nikahları 23 noyabr 2017-ci ildə qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-İV № 330544 saylı doğum haqqında şəhadətamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə doğulmuşdur. İşə əlavə edilmiş AZ-İV № 330543 saylı doğum haqqında şəhadətamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci ildə doğulmuşdur. İşə əlavə edilmiş AZ-İV № 799408 saylı doğum haqqında şəhadətamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə doğulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduğu maddi ziyanı ödədikləri üçün onlardan heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 3 (üç) nəfər azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonu Lələli kndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonu Lələli kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Ramazan oğlu və Təqsirləndirilən şəxs2 birgə qaydada alınıb müvafiq hesaba ödənilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd samovar, 01 (bir) ədəd əl arabası və 01 (bir) ədəd dəmir nərdivanın Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347- 349, 351-354, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Lələli kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Lələli kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq müvafiq hesaba ödənilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd samovar, 01 (bir) ədəd əl arabası və 01 (bir) ədəd dəmir nərdivanın Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-35/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-35/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver