Məhkəmə qərarları › İş №1(024)-35/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-35/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-35/2024 22.08.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 15:00-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qax şəhəri, S.Vurğun küçəsi, ev 11, mənzil 9-da qeydiyyatda olmaqla orada yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda əkmiş, yetişdirmiş və kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan 2023-cü ilin avqust ayının axırlarında Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən kolluq ərazidə qarşısına çıxmış yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə bitiki kolunu qırıb ondan əldə etdiyi toxumları yaşadığı evə gətirməklə saxlamış, daha sonra o, 2024-cü ilin aprel ayının ortalarında narkotik tərkibli çətənə bitki kolundan əldə etdiyi toxumları yaşadığı evin yataq otağındakı pəncərənin qarşısında olan 2 ədəd gül dibçəyinin içərisində və evin digər yataq otağının baş hissəsində yerləşən eyvanda olan 1 ədəd gül dibçəyinin içərisində əkmiş, onlara yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış, yetişdirərək kultivasiya etmiş, 27 may 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirəri zamanı sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə baxış keçirən zaman xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,40 qram olmaqla, 02 ədəd gül dibçəyinin içərisində ümumilikdə 03 (üç) ədəd, uzunluqları 6 smdən 11 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 0,19 qram əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitilləri və 01 ədəd gül dibçəyinin içərisində 01 (bir) ədəd, uzunluğu 13 sm, yaş vəziyyətdə təmiz çəkisi 0,21 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitilləri, həmçinin, 02 ədəd dibçəklərdə olan torpaq nümunələrindən ümumilikdə 7 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qax şəhərində anası ilə birlikdə yaşayır. 2023-cü ilin avqust ayında Qax rayonu Süskənd kəndinə çayda çimməyə getmişdir. Çimdikdən sonra kənarda bitmiş kolun dibində yabanı halda bitmiş çətənə bitkisinin olduğunu görmüş və onun toxumlarını yığaraq evə gətirmişdir. Əvvəllər narkotik vasitə istifadə etdiyi üçün bitkinin narkotik tərkibli bitki olmasını tanımışdır. Həmin toxumları evdə çarpayısının altında gizlətmiş, 2024-cü ilin aprel ayında 3 ədəd dibçəyin dibinə əkmişdir. Həmin toxumlardan cəmi 4 ədədi cücərmişdir. Toxumların sayının nə qədər olduğunu bilməmişdir. Toxumları evdə gizlətdiyi müddətdə narkotik vasitədən istifadə etməmiş, toxumları evdə gizlətdiyindən heç kəsin, hətta evdə birlikdə yaşadığı anasının belə məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəcə polis baş leytenantıdır. 27 may 2024-cü il tairxdə Qax şəhər sakini Laçın adlı şəxsin yaşadığı ünvanda narkotik vasitələri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında tərəflərindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmış və Laçın adlı şəxsin Qax şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və anası Ayşat xanımın razılığı ilə onların yaşadığı Qax şəhəri, Səməd Vurğun küçəsində yerləşən evinə Qax RPŞ tərəfindən yaradılan əməliyyat qrupu və təhqiqatçının iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmiş, onun yaşadığı evin yataq otağının pəncərəsinin qarşısında bir-neçə dibçəklərdən bir ədədinin dibində yetişmiş iki ədəd, bir ədəd dibçəkdə basdırılmış 1 ədəd və digər otaqda, səhv etmirsə balkonda olan dibçəklərin arasında olan balaca gül dibçəyin dibində 1 ədəd yetişmiş narkotik vasitə hesab edilən çətənə bitkisinə bənzər bitki aşkarlanmışdır. Ümumilikdə 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitili olan gül dibçəyi, içərisində 2 ədəd narkotik tərkibli çətənə bitkisinin şitili olan gül dibçəyi və içərisində torpaq olan dibçək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Həmin bitkilər dibçəklərlə birlikdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkinini narkotik vasitə hesab olunan çətənə bitkisi olduğunu, şəxsi istifadə üçün yetişdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkiləri, Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun oğlu olduğunu, Laçınla eyni ünvanda yaşadığını, oğlu Laçının narkotik tərkibli çətənə bitkisinin şitillərini yaşadığı evdə əkib-becərməsindən xəbərsiz olduğunu, bu barədə polis əməkdaşları onun yaşadığı evə gələn zaman bildiyini, səhhəti ilə əlaqədar olaraq hərəkət etməkdə çətinlik çəkdiyini, oğlu Laçının narkotik tərkibli çətənə bitkisinin şitillərini yaşadığı evdə əkib-becərdiyi üçün Qax rayon polis şöbəsinin əməkdaşlarının baxış keçirilməsi üçün evə gəldiklərini bildirdiklərini, həmin baxışda oğlu Laçının, Qax RPŞ-ın əməkdaşlarının və özünün iştirak etdiyini, baxış zamanı oğlu Laçına hüquq və vəzifələrinin izah edildiyini, həmçinin, baxışın videoçəkilişlə aparılmasının bildirildiyini, oğlu Laçının heç bir etirazının olmadığını dediyini, baxış zamanı oğlunun yataq otağında olan pəncərənin qarşısında yerləşən 1 ədəd gül dibçəyinin içərisində 2 ədəd və 1 ədəd gül dibçəyinin içərisində 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinin aşkar edildiyini, həmin şitillərin polis tərəfindən zərfdə qablaşdırılıb götürüldüyünü, daha sonra evin digər otaqlarına baxış keçirilən zaman evin digər yataq otağında eyvanda olan 1 ədəd kiçik gül dibçəyinin içərisində 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilinin aşkar edildiyini, həmin şitilin qabı ilə birlikdə polis tərəfindən zərfdə qablaşdırılıb götürüldüyünü, oğlu Təqsirləndirilən şəxs həmin bitki şitillərinin ona aid olduğu və özünün əkdiyini bildirdiyini, bundan başqa içərisində 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitili olan gül dibçəyi, içərisində 2 ədəd narkotik tərkibli çətənə bitkisinin şitili olan gül dibçəyi və içərisində torpaq olan dibçəyin polis tərəfindən qablaşdırılıb götürüldüyünü və ekspertiza tədqiqatına göndəriləcəyinin qeyd olunduğunu, digər otaqlara baxış zamanı hər hansı bir maddi sübut əhəmiyyətli əşyanın aşkar edilmədiyini, bundan sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini, oğlu Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitki şitillərini evdə dibçəklərdə əkməsindən xəbərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində X5 X1 Sektorunun baş məsləhətçisi vəzifəsində işlədiyini, 27 may 2024-cü il tarixdə Qax rayon polis şöbəsinin əməkdaşlarının onu ünvan 5 ünvanına baxış keçirilməsində aqronom kimi dəvət etdiklərini, bundan sonra dəvəti qəbul etdiyini, birlikdə ünvan 5 ünvanına yollandıqlarını, polis əməkdaşlarının adı ona baxış zamanı məlum olan ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxladıqlarını, Qax RPŞ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı Ramil Məbudov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə sonuncunun anası Şahid4 icazəsi ilə baxış istintaq hərəkətinin keçirildiyini, Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilən zaman sonuncunun öz yataq otağında olan pəncərənin qarşısında yerləşən 1 ədəd gül dibçəyinin içərisində 2 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri və 1 ədəd gül dibçəyinin içərisində 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilinə bənzər bitkinin aşkar edildiyini, həmin şitillərin baş təhqiqatçı tərəfindən zərfdə qablaşdırılıb götürüldüyünü, həmin 2 ədəd bitki şitillərinin narkotik tərkibli bitki şitilləri olduğunu və digər 1 ədədinin isə dəqiqləşdirilməsi üçün ekspertizaya göndərilməsini bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilən zaman evin digər yataq otağında eyvanda olan 1 ədəd kiçik gül dibçəyinin içərisində 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilinin aşkar edildiyini, həmin şitilin qabı ilə birlikdə baş təhqiqatçı tərəfindən zərfdə qablaşdırılıb götürüldüyünü, həmin bitki şitilinin narkotik tərkibli bitki şitili olduğunu və kultivasiya olunduğunu bildirdiyini, bundan başqa içərisində 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitili olan gül dibçəyi, içərisində 2 ədəd narkotik tərkibli çətənə bitkisinin şitili olan gül dibçəyi və içərisində torpaq olan dibçək sübut əhəmiyyəti kəsb edib-etməməsinin müəyyən olunması, yəni ki, qablarda toxumların olub-olmamasının müəyyən olunması üçün baş təhqiqatçı tərəfindən qablaşdırılıb götürüldüyünü və ekspertiza tədqiqatına göndəriləcəyinin qeyd olunduğunu, bundan sonra bu barədə protokol yazılıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini, aşkar olunmuş narkotik tərkibli bitkilərin əkilməsi tarixinin təxminən 2024-cü ilin aprel ayının ortalarına uyğun gəldiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə şöbənin istintaq qrupuna göndərilmişdir. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün həmin gün saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Baxış keçirilməsi və götürmə aparılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən yaşayış evindən 01 ədəd dibçəkdə əkdiyi 2 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri, 01 ədəd dibçəkdə əkdiyi 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitili və 01 ədəd dibçəkdə əkdiyi 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitili aşkar edilərək götürülmüşdür. Həmçinin, baxış zamanı şitillərin əkildiyi 3 ədəd dibçək və əlavə olaraq 1 ədəd içərisində torpaq olan dibçək dibçəkdə narkotik tərkibli bitki toxumları olması güman edildiyindən aşkar edilərək götürülmüş, baxış zamanı aqronom Şahid5 həmin bitkilərin iki ədədinin narkotik vasitə hesab olunan çətənə bitkisi olduğunu və onlara aqro texniki qaydada qulluq etdiyini, bir ədəd bitkinin isə dəqiqləşdirməyə ehtiyac olduğunu bildirmişdir. Həmin bitkilər götürülərək qablaşdırılmış və protokola əlavə edilmişdir. “Şəxsi axtarış aparılması barədə” 28 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən maddi sübut əhəmiyyətli hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Aqronom rəyindən görünür ki, X5 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Şahid5 ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilən baxış zamanı aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq edildiyini, daha bir bitkinin dəqiq nəyə bənzədiyini aşkar etmək mümkün olmadığı üçün ekspertizaya təqdim etməkdən ötrü qablaşdırılaraq götürüldüyünü göstərmişdir. “Diskə baxış keçirilməsi haqqında” 28 may 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilən baxış zamanı sonuncunun öz yataq otağında olan pəncərənin qarşısında yerləşən 1 ədəd gül dibçəyinin içərisində 2 ədəd və 1 ədəd gül dibçəyinin içərisində 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri və evin digər yataq otağında eyvanda olan 1 ədəd kiçik gül dibçəyinin içərisində 1 ədəd narkotik tərkibli çətənə bitkisinin şitili aşkar edilərək götürülmüşdür. Bundan əlavə, baxış zamanı şitillərin əkildiyi 2 ədəd dibçək və əlavə olaraq 1 ədəd içərisində torpaq olan dibçək sübut əhəmiyyəti kəsb edibetməməsinin müəyyən edilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərində maddi sübut əhəmiyyətli hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yaşadığı evdən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin şitillərinin toxumlarını əldə etdiyi yeri, yəni Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən kolluq ərazidən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını yığdığı yeri əyani şəkildə göstərmişdir. Azərbaycan Respublikası TƏBİB PHŞ Qax RMX PHŞ-dən daxil olmuş 03 iyun 2024-cü il tarixli, 18-1-50/2-574/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyildir. “Maddi sübut kimi tanınma haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, tədqiqatdan sonra təmiz çəkisi 0,32 qram olan, 01 ədəd zərfin içərisində olan 03 (üç) ədəd, uzunluqları 6 sm-dən 11 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 0,19 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitili, 01 ədəd zərfin içərisində olan 01 ədəd gül dibçəyinin içərisində 01 (bir) ədəd, uzunluğu 13 sm, yaş vəziyyətdə təmiz çəkisi 0,21 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitili, həmçinin, 01 ədəd sintetik kisədə olan 02 ədəd gül dibçəyinin içərisində olan 7 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları ilə birlikdə (böyük dibçəkdə 3 ədəd və kiçik dibçəkdə 4 ədəd) və 01 ədəd sintetik kisədə olan 01 ədəd gül dibçəyi maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. «Cinayət işi üzrə toplanılmış sübutların qiymətləndirilməsi haqqında» 10 iyun 2024-cü il tarixli qərardan göürünür ki, 1 ədəd “DVD” diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin «Məhkəmə-bioloji ekspertizasının» 28 may 2024-cü il tarixli, 3-16-16-2-17/488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus yataq otağındakı dibçəklərdən götürülmüş 3 ədəd bitkilər” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki, 03 (üç) ədəd, uzunuqları 6 sm-dən 11 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-0,19 qram bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş içərisində 1 ədəd bitki ilə birlikdə dibçək” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kiçik dibçəyə əkilmiş vəziyyətdə, 01 (bir) ədəd, uzunluğu 13 sm, yaş vəziyyətdə təmiz çəkisi-0,21 qram bitki şitili əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilidir. Həmin 01 (bir) ədəd dibçəkdə olan torpaq nümunəsində çətənə (kannabis) bitkisinin toxumları aşkar edilmədi. Aqronom Şahid5 rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitksinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd çətənə (kannabis) bitkisininin şitilləri inkişaflarının erkan fazasında olduqlarına görə həmin şitillərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yataq otağından götürülmüş 02 ədəd dibçəklər” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki 02 (iki) ədəd dibçəklərdə olan torpaq nümunələrində ümumilikdə 07 (yeddi) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları vardır. (Həmin toxumların 04 (dörd) ədədi kiçik dibçəkdən, 03 (üç) ədədi isə böyük dibçəkdən aşkar edildi. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yataq otağından götürülmüş 01 ədəd dibçək” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki 01 (bir) ədəd dibçəkdə olan torpaq nümunəsində narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları aşkar edilmədi. Çətənə bitkisi şitillərinin ümumi təmiz çəkisi 0.40 qram, cəmi tədqiqata sərf edildi 0.08 qram, qalıq 0.32 qram təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspetiza xərci 35.97 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin verdiyi xx.xx.2024-cü il tarixli 1022 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 3 ilə endirilmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 03 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Həmçinin, o, Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2021-ci ildə qərarı ilə 02 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi 06 iyun 2024-cü il tarixli 902 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhəri. Səməd Vurğun küçəsi. ev 11, mənzil 9-da qeydiyyatdadır. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilmişdir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan 2023-cü ilin avqust ayının axırlarında Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən kolluq ərazidə qarşısına çıxmış, yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə bitiki kolunu qırıb ondan əldə etdiyi toxumları yaşadığı evə gətirməklə saxlamış, daha sonra, 2024-cü ilin aprel ayının ortalarında narkotik tərkibli çətənə bitki kolundan əldə etdiyi toxumları yaşadığı evin yataq otağındakı pəncərənin qarşısında olan 2 ədəd gül dibçəyinin içərisində və evin digər yataq otağının baş hissəsində yerləşən eyvanda olan 1 ədəd gül dibçəyinin içərisində əkmiş, onlara yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış, yetişdirərək kultivasiya etmişdir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2№ li qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya kollarıni hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 237.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd olunanlara əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ünvan 5-da yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən (saat 00:15) xx.xx.2024-cü il tarixə kimi (saat 18:25) müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Onun Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut kimi tanınmış və Qax RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq təmiz çəkisi 0,32 qram olan, 01 ədəd zərfin içərisində, yaş vəziyyətdə 03 (üç) ədəd, uzunluqları 6 sm-dən 11 sm-dək, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitilləri, 01 ədəd zərfin içərisində olan 01 ədəd gül dibçəyinin içərisində 01 (bir) ədəd, yaş vəziyyətdə, uzunluğu 13 sm olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitili, həmçinin, 01 ədəd sintetik kisədə olan 02 ədəd gül dibçəyinin içərisində olan 7 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları ilə birlikdə (böyük dibçəkdə 3 ədəd və kiçik dibçəkdə 4 ədəd) və 01 ədəd sintetik kisədə olan 01 ədəd gül dibçəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 1 (bir) ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 35.97 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 5-da yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qax RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq təmiz çəkisi 0,32 qram olan, 01 ədəd zərfin içərisində, yaş vəziyyətdə 03 (üç) ədəd, uzunluqları 6 smdən 11 sm-dək, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitilləri, 01 ədəd zərfin içərisində olan 01 ədəd gül dibçəyinin içərisində 01 (bir) ədəd, yaş vəziyyətdə uzunluğu 13 sm, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin şitili, həmçinin, 01 ədəd sintetik kisədə olan 02 ədəd gül dibçəyinin içərisində olan 7 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları ilə birlikdə (böyük dibçəkdə 3 ədəd və kiçik dibçəkdə 4 ədəd) və 01 ədəd sintetik kisədə olan 01 ədəd gül dibçəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 35.97 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar