Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-37/2025 16.10.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxx 1994-cü il tarixdə Qax rayonu, Şotavar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç bir yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qax rayonu, Şotavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 05 aprel 2025-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Qax rayonu, Şotavar kəndində yerləşən ərzaq mağazasına mağazanın giriş qapısının qıfılını dəmir armaturla vurub sındırmaqla qanunsuz daxil olaraq oradan 43 manat pulu, hər birinin dəyəri 5 manat olmaqla, ümumi dəyəri 15 manat olan üç ədəd «Göz Muncuğu», hər birinin dəyəri 5 manat olmaqla, ümumi dəyəri 25 manat olan beş ədəd «5X», hər birinin dəyəri 2 manat olmaqla, ümumi dəyəri 20 manat olan 10 ədəd «Uğurlu 7», hər birinin dəyəri 1 manat olmaqla, ümumi dəyəri 13 manat olan 13 ədəd «Qızıl» adlı Azər Lotereyaya aid kuponları, bir ədədinin dəyəri 4 manat olmaqla, ümumi dəyəri 8 manat olan 2 qutu «Kent 4» markalı siqareti, bir ədədinin dəyəri 4 manat olan 1 qutu «LD» markalı siqareti, bir ədədinin dəyəri 3 manat olan 1 qutu «Viceroy» markalı siqareti və bir ədədinin dəyəri 2 manat olmaqla, ümumi dəyəri 10 manat olan «GO» adlı spirtli içkini gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 141 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə təkrarən 06 aprel 2025-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Qax rayonu, Şotavar kəndində yerləşən ərzaq mağazasına mağazanın giriş qapısının qıfılını dəmir armaturla vurub sındırmaqla qanunsuz daxil olaraq oradan 1.350 manat dəyərində ümumi çəkisi 270 kq olan altı ədəd fındıq kisələrini gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1.350 manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləmir. Maddi imkanı zəif olduğundan və pula ehtiyacı olduğundan yaşadığı kənddə yerləşən mağazalardan oğurluq etmək fikrinə düşmüşdür. Buna görə də yaşadığı kənddə Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq etməsini düşünmüşdür. Bundan sonra 05 aprel 2025-cü il tarixdə, təxminən gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi mağazaya doğru getmişdir. Yolun kənarında yerdə olan dəmir armaturuda özü ilə götürmüşdür. Ətrafa baxmış və ətrafda heç kim olmamışdır. Gecə vaxtı olmuş və hava qaranlıq olmuşdur. Həmin mağazanın yanında çatdıqdan sonra mağazanın giriş qapısının qıfılını əlində olan dəmir armatur ilə sındıraraq mağazaya daxil olmuşdur. Mağazanın içərisində daxil olduqdan sonra oradan «Azər lotereya» aid müxtəlif növdə olan lotereya kuponlarını, 43 manat məbləğində olan 10 və 20 qəpik, dörd qutu müxtəlif markada olan siqaretlər və beş ədəd «GO» adlı alkoqol içkilərini oğurlayaraq yaşadığı ünvana aparmışdır. 05 aprel 2025cü il tarixdə səhər saatlarında oğurladığı «Azər lotereya» aid müxtəlif növdə olan lotereya kuponlarını Qax rayonu, Qorağan kəndinin ərazisində yerləşən Şahid məxsus mağazada gedərək həmin lotereya kuponlarını dəyişərək pula çevirmişdir. «Azər lotereya» aid lotereya kuponlarından 60 manat pul qazanmışdır. «Azər lotereya» aid lotereya kuponlarının bir hissəsində uduş olmadığı üçün kuponları özü ilə götürmüş və mağazanın yanında olan zibil qutusuna tullamışdır. Oğurladığı siqaretləri və «GO» adlı alkoqol içkilərini özü üçün istifadə etmişdir. 43 manat məbləğində olan 10 və 20 qəpiyi xərcləmişdir. Həmin 60 manat pulu və 43 manat məbləğində olan 10 və 20 qəpiyi öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 06 aprel 2025-ci il tarixdə, təxminən gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi mağazaya doğru getmişdir. Ətrafda heç kim olmamışdır. Hava qaranlıq olmuşdur. Həmin mağazanın yanına çatdıqdan sonra mağazanın giriş qapısının qıfılını əlində olan dəmir armatur ilə sındıraraq mağazaya daxil olmuşdur. Mağazanın içərisinə daxil olduqdan sonra orada fındıq kisələrinin olduğunu görmüşdür. Həmin fındıq kisələrinin içərisindən altı ədəd fındıq kisəsini oğurlayaraq yaşadığı ünvana aparmışdır. Yaşadığı ev Zərərçəkmiş şəxs2 işlətdiyi mağazaya yaxın olduğu üçün mağazadan oğurladığı altı ədəd fındıq kisələrini yaşadığı evə aparanda çox çətinlik çəkməmişdir. 06 aprel 2025-ci il tarixdə səhər saatlarında oğurladığı altı ədəd fındıq kisələrini kəndin girişində fındıq qəbul edən tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 məxsus təxminən 30 ədəd müxtəlif növdə olan lotereya kuponları oğurlamışdır. Lakin, lotereya kuponlarının hansı növdə olmasını xatırlamır. Mağazalara daxil olan zaman əldə etdiyi dəmir armaturu yolun kənarından tapmışdır. Oğurluq etdikdən sonra isə dəmir armaturu tullamışdır. Lakin haraya tullaması yadına gəlmir. Fındıq kisələrini yaşadığı evə aparan zaman onu heç kim görməmişdir və bu barədə heç kimə heç nə deməmişdir. Fındıq kisələrini yaşadığı evin yanında gizlətmiş və səhər saatlarında kənddə fındıq alan tanımadığı şəxslərə satmışdır. Oğurladığı lotoreya kuponlarını Şahid satan zaman ona kuponları Qax şəhərindən almasını demişdir. Şahid ona heç nə deməmişdir. Hər iki mağazadan oğurluq cinayətini tək törətmişdir. Bu barədə heç kimə heç nə deməmiş və heç kimin onun oğurluq etməsindən xəbəri olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qax rayonu, Şotavar kəndinin ərazisində 20 il olar ki, ərzaq mağazası vardır və həmin mağazanı özü işlədir. Hər gün səhər saat 08:00 radələrində mağazanı açır və axşam saatları 20:00 radələrində mağazanı bağlayır. 04 aprel 2025-ci il tarixdə, saat 20:00 radələrində həmişəki kimi mağazanı bağlayaraq yaşadığı evə getmişdir. 05 aprel 2025-ci il tarixdə, saat 08:00 radələrində mağazaya gələndə mağazanın giriş qapısına bağladığı qıfılın sınmış vəziyyətdə olmasını görmüşdür. Lakin qapı örtülü olmuşdur. Mağazanın giriş qapısını əli ilə itələyərək qapını açmışdır. Mağazanın içərisinə daxil olanda mağazadan oğurluq olmasını bilmişdir. Belə ki, mağazadan «Azər lotereyaya» aid üç ədəd hər birinin qiyməti 5 manata olan «Göz Muncuğu», beş ədəd hər birinin qiyməti 5 manata olan «5X», on ədəd hər birinin qiyməti 2 manata olan «Uğurlu 7» və on üç hər birinin qiyməti 1 manata olan ədəd «Qızıl» adlı lotereya kuponları oğurlanmışdır. Ümumilikdə 73 manat dəyərində olan «Azər lotereyaya» aid lotereya kuponları oğurlanmışdır. Bundan başqa, mağazadan 43 manat məbləğində olan 10 və 20 qəpik oğurlanmışdır. İki ədəd hər birinin dəyəri 4 manat olan «Kent 4» markalı siqaret, bir ədədinin dəyəri 3 manat olan «Viceroy» markalı siqaret, bir ədəd dəyəri 4 manat olan «LD» markalı siqaret oğurlanmışdır. Ümumilikdə 15 manat dəyərində siqaretlər oğurlanmışdır. Həmçinin mağazadan beş ədəd 10 manat dəyərində olan «GO» adlı alkoqol içkisinin oğurlandığını aşkar etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qax rayonu, Şotavar kəndinin ərazisində on il olar ki, ərzaq mağazası vardır. Həmin mağazanı özü işlədir. Hər gün səhər saat 08:00 radələrində mağazanı açır və axşam saatları 20:00 radələrində mağazanı bağlayır. 05 aprel 2025-ci il tarixdə, saat 20:00 radələrində həmişəki kimi mağazanı bağlayaraq yaşadığı evə getmişdir. 06 aprel 2025-ci il tarixdə səhər saat 08:00 radələrində mağazaya gələndə mağazanın giriş qapısına bağladığı qıfılın sınmış vəziyyətdə olmasını görmüşdür. Lakin qapı örtülü olmuşdur. Mağazanın giriş qapısını əli ilə itələyərək qapını açmışdır. Mağazanın içərisinə daxil olanda mağazadan oğurluq olmasını aşkar etmişdir. Belə ki, mağazaya baxan zaman orada saxladığı iyirmi ədəd fındıq kisəsindən altı ədəd fındıq kisəsinin oğurlandığını aşkar etmişdir. Lakin mağazadan başqa heç nə oğurlanmamışdır. Mağazanın içərisindən oğurlanan fındıq kisəsinin hər birinin çəkisi 45 kq idi. Altı ədəd fındıq kisəsinin ümumi çəkisi 270 kq idi. 1 kq fındığın qiyməti 5 manatdır. Bu hesabla mağazanın içərisindən altı ədəd fındıq kisəsini oğurlanması nəticəsində ona 1.350 manat maddi ziyan dəymişdir. Həmin oğurluq 05 aprel 2025-ci il tarixdən 06 aprel 2025-ci il tarixə keçən gecə baş vermişdir. Polis Şöbəsində ona məxsus mağazadan oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olmasını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Qax rayonu, Qorağan kəndinin ərazisində ərzaq mağazası işlədir. Həmin mağazada həmçinin «Azər lotereya» aid lotereya kuponlarının satışı ilə məşğul olur. Həmçinin, «Azər lotereya» aid uduş olunan lotereya kuponlarını qəbul edir. 05 aprel 2025-ci il tarixdə, saat 10:00 radələrində mağazada işdə olduğu zamanı əvvəlcədən tanıdığı Qax rayonu, Şotavar kənd sakini Təqsirləndirilən şəxs mağazaya gəlmişdir. Təqsirləndirilən şəxs ona «Azər lotereya» aid müxtəlif növdə uduşlu olan lotereya kuponlarını təqdim etmişdir. Təqsirləndirilən şəxs ona təqdim etdiyi lotereya kuponlarının bir hissəsində uduş olmuş, bir hissəsində isə uduş olmamışdır. N.S. Hacıyev həmin «Azər lotereya» aid müxtəlif növdə olan lotereya kuponlarından 60 manat məbləğində pul qazanmışdır. Təqsirləndirilən şəxs qazandığı 60 manat pulu ona mağazanın içərisində təqdim etmişdir. Təqsirləndirilən şəxs uduş olunmayan kuponları isə özü ilə aparmışdır. Həmin uduşlu olan kuponları Təqsirləndirilən şəxs götürərək «Azər lotereya»ın baş ofisinə yollamışdır. Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə, saat 10:00 radələrində işlədiyi mağaza gələrək ona «Azər lotereyaya» aid üç ədəd hər birinin qiyməti 5 manata olan «Göz Muncuğu», beş ədəd hər birinin qiyməti 5 manata olan «5X», on ədəd hər birinin qiyməti 2 manata olan «Uğurlu 7» və on üç ədəd hər birinin qiyməti 1 manata olan ədəd «Qızıl» adlı lotereya kuponlarını təqdim etmişdir. Həmin kuponların içərisindən iki ədəd «Göz Muncuğu», beş ədəd «5X», yeddi ədəd «Uğurlu 7» və on bir ədəd «Qızıl» adlı lotereya kuponlarında uduş olmuşdur. Bir ədəd «Göz Muncuğu», üç ədəd «Uğurlu 7» və iki ədəd «Qızıl» adlı lotereya kuponlarda uduş olmamışdır. Təqsirləndirilən şəxs ona «Azər lotereyaya» aid lotereya kuponlarını Qax şəhərindən almasını demişdir. Təqsirləndirilən şəxs tanıdığından kuponları haradan əldə etməsi barədə ondan heç nə soruşmamışdır. Polis Şöbəsində izahat verən zaman Təqsirləndirilən şəxs Qax rayonu, Şotavar kəndində həmkəndliləri Sadiq və Məhəmmədə məxsus mağazadan oğurluq etməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin kuponları Məhəmmədə məxsus mağazadan oğurlamasını bilmişdir. Təqsirləndirilən şəxs ona təqdim etdiyi kuponları oğurlaması barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığından onun kuponları oğurladığına inanmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi Şəxsinin 300 №li, 16 may 2025-ci il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törədən zaman, ondan əvvəl və ya sonra öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) aşkar olunur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlənin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və onları idarə etmək iqtidarındadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin B.Ə.S.İ.İ tərəfindən doldurulmuş 07 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* №li araşdırma materialı üzrə 07 fevral 2025-ci il tarixdə Cinayət Prosessual Məcəllənin 40.3-cü maddəsinə tələbinə əsasən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmişdir. Fakt üzrə 17 aprel 2025-ci il tarixdə cinayət işi başlanmışdır. 05 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında 05 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. 049629 №li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ-qrup əlildir. Zərərçəkmiş şəxs1 şikayət və tələbin olmamas barədə ərizə. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan iş üçün əhəmiyyətli sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, Zərərçəkmiş şəxs1 şikayət və tələbin olmamasını (bu barədə ərizə), dəymiş ziyanın tam olaraq ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və sair kimi hərəkətlər də aiddir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs1 şikayət və tələbin olmamasını (bu barədə ərizə), dəymiş ziyanın ödənilməsini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qax rayonu, Şotavar kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı Qax rayonu Şotavar kəndində yaşadığı ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Qax rayonu, ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam»qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 165 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı Qax rayonu, Şotavar kəndində yaşadığı ünvanı tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-37/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-37/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver