Məhkəmə qərarları › İş №1(024)-39/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-39/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-39/2023 01.06.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 12:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs–xx.xx.1985-ci ildə Qax rayonu, Güllük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu, Turaclı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 7,45 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan müddətdə əldə edib özündə saxlayaraq daşımış, 13 aprel 2023-cü il tarixdə, saat 22 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu, Güllük kəndi ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,12 qram və əynindəki qara rəngli idman gödəkcəsinin sol içəri tərəfindən şəffaf sellofanın içərisində olan ağ rəngli kağız bükümdə təmiz çəkisi 7,33 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, yay fəslində meşə ərazisində olan yabanı narkotiklərdən yığıb əldə edərək istifadə edir. Hal-hazırda üzərindən çıxmış marixuananı xx.xx.2023-cü il tarixdə yaşadığı Qax rayonu, Turaclı kəndinin mərkəzində olan bulağın yanından tapmışdır. xx.xx.2023-cü il tarixdə həmin bulağın yanından keçərkən yolun kənarında şəffaf sellofon torba görmüş, torbanın içərisinə baxarkən orada narkotik vasitə olan marixuananın olduğunu görmüşdür. Həmin torbada olan marixuananı özü istifadə etmək üçün götürərək cibində saxlamışdır. Qurudulmuş marixuananı bir hissəsini ayıraraq ağ-gümüşü rəngli siqaret kağızına bükmüş, şalvarının cibinə qoymuş, qalan hissəsini isə əynində olan idman gödəkçəsinin içərisinə qoymuş, evə gedən zaman yolda gizlətmişdir. 13 aprel 2023cü il tarixdə təxminən günorta vaxtı əvvəllər tanıdığı Qax rayonu, Ləkit kənd sakini Səfərlə görüşmüş, həmin vaxtı həmkəndlisi Hüseyin də onun yanında olmuşdur. Hüseyinlə birlikdə Səfərə məxsus “Niva” markalı avtomobillə Zaqatala və Balakən şəhərinə getmiş, Balakən şəhərində Xəstəxananın yaxınlığında yerləşən çayxanada çay içdikdən sonra geri qayıtmışlar. Avtomobildə olarkən üzərində olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməyə başlamış, Səfər və Hüseyin də onlara narkotik verməsini xahiş etmişlər. O qurudulmuş marixuananı doldurduğu siqareti çəkmək üçün Səfərlə Hüseyinə vermişdir. Həmin günü saat 22 radələrində dostu Hüseyinlə birlikdə Səfərin “Niva” markalı avtomobili ilə geri qayıdarkən Zaqatala-Qax yolunun Güllük kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman polis əməkdaşları avtomobili saxlatmış, onlardan üzərlərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına etiraf etdikdən sonra, polis onları Qax RPŞ-yə gətirmişlər. Polis şöbəsinin binasında üzərinə baxış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən gümüşü rəngli kağızda saxladığı və əynindəki idman gödəkçəsinin içərisində sellofon torbanın içərisində olan ağ kağız bükümdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkarlanaraq elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı elektron tərəzidə çəkərkən ağ-gümüşü rəngli kağızda saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın kağızla birlikdə 0,77 qram, sellofon torbanın içərisində olan ağ kağız bükümdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın isə kağızla birlikdə 11,01 qram çəkidə olmuşdur. Daha sonra bu barədə protokol yazılmış, həmin protokolu imzalamışdır. Hüseyin və Səfər onun üzərində narkotik vasitə olduğunu bilməmiş, kağıza büküb çəkdiyi narkotik vasitəni dostları Hüseyinə və Səfərə təmənnasız vermiş, satmamışdır. Hazırda əməlindən çox peşman olmuşdur. Əməlindən peşman olmasını, himayəsində işləməyən arvadının və üç azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Qax RPŞ-nin baş əməliyyat müvəkkilidir. 13 aprel 2023-cü il tarixdə Qax rayonu, Turaclı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olması, mütəmadi olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması bardə əməliyyat məlumatı daxil olmuşdur. 13 aprel 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Güllük kəndi ərazisində saxlanılaraq Qax RPŞnə gətirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqdsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əvvəlcə əynindəki qara rəngli idman gödəkcəsinin sol içəri tərəfindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kağız büküm və əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kağız bükümün və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində nə olduğunu soruşduqda, həmin 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kağız bükümün və 01 (bir) ədəd gümüşüağ rəngli kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə çəkisi 0,77 qram olmuşdur. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Daha sonra bu barədə protokol yazılıb iştirakçılara ucadan oxunmuş, özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşları Şahid3 Qazi oğlu və Şahid4 verdiyi ifadələrində Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs 1 (bir) il olar ki tanıyır. Özünə məxsus “NİVA” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 13 aprel 2023-cü il tarixdə günorta saatlarında Tərlan ona zəng edərək onu yaşadığı Qax rayonu, Turaclı kəndindən Balakən rayonuna aparmasını xahiş etmişdir. Tərlanın yanında əvvəllər tanıdığı Hüseyin adlı şəxs də olmuşdir. Tərlandan Balakən rayonuna nə məqsədlə getdiyini soruşduğunu, Tərlanın ona orada yaşayan qohumlarına baş çəkmək üçün getdiyini demişdir. Balakən rayonuna çatanda Tərlan yolda maşını saxlatmış, maşından düşərək qohumlarının evinə gedəcəyini deyərək onu gözləməsini xahiş etmişdir. Hüseyinlə birlikdə yolda dayanaraq Tərlanı gözləmiş, Tərlan təxminən yarım saat sonra gəlmiş və onlar avtomobilə əyləşib Qax rayonuna geri qayıtmışlar. Yolda Tərlan siqaret yandıraraq çəkməyə başlamış, ona və Hüseyinə narkotik vasitədən çəkməyi təklif etmiş, onlar da çəkmişlər. Qax rayonu, Ləkit kəndinin ərazisindən Qax şəhəri istiqamətində hərəkət edən zaman polis əməkdaşları onları saxlamış, Tərlan polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Həmin vaxt Tərlanın üzərində narkotik vasitə olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da tam sübuta yetirilmişdir. İşin 119-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 687 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 38-39-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/353 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş bitki kütlələri.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 7,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin bükümün içərisində təmiz çəkisi- 0,19 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqatdan sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 7.41 qram, narkotik vasitələrə aid olmayan kütlənin qalıq çəkisi 0.17 qramdır. İşin 37-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 34.55 manatdır. İşin 24-29-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürülmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, yəni ki, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə və əynindəki qara rəngli idman gödəkcəsinin sol içəri tərəfindən şəffaf sellofanın içərisində olan ağ rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 87-89-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 20 aprel 32023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 7,41 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Qax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İşin 121-130-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin 24 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 01 (bir) ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işini materiallarına əlavə edilmişdir. İşin 10-11-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 22:40da tutulmuşdur. İşin 68-69-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” qərarından görünür ki, X2 15 aprel 2023-cüil tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir İşin 83-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan Təqsirləndirilən şəxs Qax rayonu Turaclı kəndində qeydiyyatdadır. İşin 95-84-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Turaclı kənd İƏD-nin verdyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 114-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin marteriallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 nikahı 30 oktyabr 2011-ci ildə bağlanmışdır. Cinayət işinin marteriallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş AZ-İV № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qızı X6 xx.xx.2013-cü ildə, AZ-İİİ № 464540 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qızı X5 xx.xx.2014-cü ildə, AZ-İİİ № 770691 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 isə xx.xx.2016-cı ildə doğulmuşdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmsəi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində işləməyən arvadının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində 3 (üç) azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonu Turaclı kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan, 01 ədəd sellofon bükümdə olan ümumi təmiz çəkisi 7.41 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, 01 ədəd “DVD” diskinin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə olan 34.55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 354, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulub 13 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi alt) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Qax və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonunun yuxarı Turaclı kəndində yerləşən evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Qax rayon polis şöbəsində saxlanılan, 01 ədəd sellofan bükülüdə olan ümumi təmiz çəkisi 7.41 qram narkotik maddə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar