Məhkəmə qərarları › İş №1(024)-39/2025

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-39/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-39/2025 26.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 24 avqust 1984-cü il tarixdə Neftçala rayonu, Boyat kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Neftçala rayonu, Boyat kəndində qeydiyyatda olan və yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun Qax rayonu, İbaxlı kəndi ərazisində yerləşən icarə əsasında istifadə etdiyi balıq təsərrüfatından balıq alıb sataraq pulunu verəcəyi barədə yalan vədlər verib inandırmaqla buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 15 noyabr 2024-cü il tarixdən başlayaraq ümumilikdə üç dəfə olmaqla birinci dəfə 1.960 kq çəkidə 10.310 manat dəyərində sazan, belamur və tolstolov cinsinə aid, ikinci dəfə 1.234 kq çəkidə 6.166 manat dəyərində sazan, belamur və tolstolov cinsinə aid və üçüncü dəfə isə 1.483 kq çəkidə 4.528 manat dəyərində ümumilikdə 4.677 kq çəkidə 21.004 manat dəyərində sazan, belamur və tolstolov cinsinə aid balıq alıb aldatma yolu ilə Zərərçəkmiş şəxs 21.004 manat məbləğində pul vəsatini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, balıq və əkin təssərrüfatı ilə məşğul olur. Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs 4 ildir ki, tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Balıq alveri edən zaman Samirlə tanış olmuşdur. Samirin balıq gölləri vardır. Əvvəllərdə Samirdən bir neçə dəfə balıq almışdır. 2024-cü ilin oktyabr ayının əvvələrində Samirə zəng edərək ortaq tanışı olan Ağdaş rayon sakini Şahid3 adlı şəxsin 10 ton balıq yemi axtardığını, onda satılıq balıq yeminin olub-olmadığını soruşmuşdur. Samir ona 10 ton balıq yeminin olduğunu, həmin yemin 1 kq-nı 80 qəpikdən satacağını bildirmişdir. Ona yemin kq-nı 1 manatdan satacağımı, ona hər kq-na görə 20 qəpikdən pul verməyini bildirmişdir. Samir onunla razılaşmışdır. Həmin 10 ton yemi Ağdaş rayon sakini olan Şahid3 adlı şəxsə satmışdır. Samir ona 2.000 manat pulu əlbə-əl qaydada özünə vermişdir. 2024-cü ilin noyabr ayının əvvəllərində Samir 10 ton kq-nı 80 qəpikdən 8.000 manat dəyərində özünə balıq yemi götürmüşdür. Samir balıq yeminin pulunu bir həftə ərzində verəcəyini bildirmişdir. Lakin həmin pulu dediyi vaxtda Samirə verməmişdir. Həmin ərəfələrdə Samir ona zəng edərək Qax rayonu, İbaxlı kəndində yerləşən balıq göllərini açdığını, balıq almaq istəyib-istəmədiyini soruşmuşdur. Ona balıqlarını hamısını götürəcəyini, balıqları satıqdan sonra pulunu verəcəyini bildirmişdir. 2024-cü ilin noyabr ayında dəqiq gününü xatrılmadığı vaxtı tanışı Fizulini özünə məxsus qazellə balı götürməsi üçün Samirin gölünə göndərmişdir. Həmin günü Fizuli göldən 1.960 kq çəkidə 10.310 manat dəyərində sazan, belamur və tolstolov cinsinə aid balıq gətirmişdir. Aradan təxminən iki gün keçdikdən sonra Fizulini yenidən Samirin balıq gölünə balıq gətirməsi üçün göndərmişdir. İkinci dəfə Fizuli oradan 1.234 kq çəkidə sazan, belamur və tolstolov cinsinə aid 6.166 manat dəyərində balıq gətirmişdir. Aradan təxminən 2-3 gün keçdikdən soma Fizulini yenidən Samirin balıq gölünə balıq götürməsi üçün göndərmişdir. Fizuli üçüncü dəfə göldən 1.483 kq çəkidə sazan, belamur və tolstolov cinsinə aid 4.528 manat dəyərində balıq gətirmişdir. Balıqları satıb bir həftə ərzində pulunu verəcəyini Samirə bildirmişdir. Lakin bundan sonra müəyyən problemlər olduğu üçün Samirə verdiyi vədə əməl edə bilməmiş və onun pulunu verməmişdir. Lakin sonradan Samirə olan 21.000 manat ziyanın hamısını ödəmişdir. Samirdən 21.004 manat dəyərində balıq götürmüşdür. Həmin rəqəmi yuvarlaqlaşdırıb 21.000 manat etmişlər. İlkin olaraq məsuliyyətdən yayınmaq üçün fərqli ifadə vermişdir. Samirdən 21.000 manat dəyərində balıq alıb ona 3.000 manatını ödəmiş, yerdə qalan 18.000 manat isə ödəməmişdir. Hazırda ona iş üzrə dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Samir ilə iki-üç ildir ki, tanışdır. Onları Anar adlı şəxs tanış etmişdir. Samirlə indiyə qədər heç bir problemi olmamışdır. Samir ona zəng edərək bildirmişdir ki, onda 0.60 manata yem var, kömək etsin satsınlar. O da yemi 1 manatdan dediyi yerə apar boşaltmalarını demişdir. Bildirmişdir ki, 0.40 manat yemdən onun payına düşən haqdır. Ağdaş yolunda Samir ilə görüşmüşlər. Ona 4.000 manat verməli idi. Bankdan kredit götürəcəyini, buna görə üstündə pul olmasını demişdir. Bunu problem etməmişdir. Həmçinin «Kamaz»a da verilən pula kömək etməsini istəmişdir. Bununla da razılaşmışdır. Daha sonra Samir onun kart hesabına 3.700 manat pul köçürmüşdür. Ondan Samirin satdığı yemin necə yem olduğunu, ondan almaq üçün məsləhət etmişlər. O da almaq olar deyə məsləhət etmişdir. Samir ona zəng edərək demişdir ki, yemdən ona 0.40 manat yox, 0.20 manat xeyir saxlasa olar? O da razılaşmışdır ki, yoldaşdırlar. 84 ton yem alınır. Samirin ona 16.800 manat borcu yaranır. Samir ona demişdir ki, 5 manatdan ondan balıq götürə bilər?. O isə problem olmadığını bildirmişdir. Halbuki ölkə ərazisində həmin vaxtı topdan balığın satışı 4.50 manat olmuşdur. Balığı götürmüş və aparıb paylamışdır. Sonra isə ona pulun əvəzinə İsmayıllı rayonundan 3.300 manatlıq naxa balığı göndərmişdir. Ümumi borc 21.000 manat olmuşdur. 3.300 manat çıxdıqdan sonra yerdə 17.700 manat qalmışdır. Ona verməli olduğu 16.800 manatı da həmin puldan siləndə yerdə 900 manat borc qalmışdır. 900 manat pulu Samirə vermiş, lakin götürməmişdir. Neftçala Rayon Poliş şəbəsində də bu formada ifadə vermişdir. Qax rayonunda onu müstəntiq Zöhrab Abdullzadənin otağına aparmışlar. Həmin şəxs ona hazır yazılmış formada ərizə təqdim etmişdir. Ərizədə 21.000 manatdan əlavə 8.000 manat da pul yazılmışdır. O, izah etmişdir ki, 8.000 manat pulu Samirə təqdim etmişdir. Telefonu və çeki verdikdən sonra müstəntiq otaqdan Samirə zəng edib demişdir ki, nə üçün ona 8.000 manat pulu artıq demişdir o da oraya yazmışdır. Evinə bildiriş göndərməmişdir. Özü iştirak etmədən maşınlarını göndərmişdir, Qax rayonu, İbaxlı kəndindən 21.000 manatlıq mal götürmüşlər. 21.000 manat pulun 3.300 manatını İsmayıllı rayonuna Samirin şəriki Elxan adlı şəxs üçün balıq göndərmişdir. Yerdə qalıb 17.700 manat. Həmin puldan 16.800 manatı balıq yemini satıb onunla əvəzləşdirib. Yerdə 700-900 manat pul qalmışdır. O, Qax rayonu İbaxlı kəndində olmamışdır. Müstəntiq onun ifadəsini və imzasını dəyişmişdir. Verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi q əbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, balıq təsərrüfatı ilə məşğul olur. Təsərrüfatı Qax rayonu, İbaxlı kəndində yerləşmişdir. Orada beş ədəd balıq gölü olmuşdur. Həmin gölləri icarə əsasında istifadə etmişdir. Göllərdə müxtəlif çeşiddə balıqlar olmuşdur. Lakin hazırda oradakı təsərrüfatı ilə məşğul olmur. Neftçala rayon sakini Zeynalı təxminən üç ildir ki, tanıyır. Onu balıq-alqısı ilə məşğul olan alverçi kimi tanımışdır. Əvvəllərdə ona balıq satmışdır. Zeynal əvvəllər ondan beş-altı dəfə balıq almışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində Zeynal ona zəng edərək ortaq tanışı olan Ağdaş rayon sakini Şahid3 adlı şəxsin 10 ton balıq yemi axtarmış, ondan satlıq balıq yeminin olub-olmadığını soruşmuşdur. Zeynal 10 ton balıq yeminin olduğunu, həmin yemin 1 kq-ı 80 qəpikdən satacağını bildirmişdir. Zeynalda ona yemin kqnı 1 manatdan satacağını, ona hər kq-na görə 20 qəpikdən pul verməyini bildirmişdir. Onunla razılaşmışdır. Həmin 10 ton yemi Ağdaş rayon sakini olan Şahid3 adlı şəxsə satmışdır. Zeynal 2.000 manat pulu da əlbə-əl qaydada özünə vermişdir. Bundan sonra isə həmin vaxtdan hal-hazırki vaxta kimi olan müddət ərzində Şahid3 adlı şəxsə ümumilikdə 60 ton balıq yemi satmışdır. Həmin balıq yemini ona ayrı-yarı vaxtlarda hissə-hissə satmışdır. Zeynal həmin məsələyə qarışmamışdır. Bundan sonra isə 15 noyabr 2024-cü il tarixdə Zeynal ondan 10 ton kq-nı 80 qəpikdən 8.000 manat dəyərində özünə balıq yemi götürmüş və balıq yeminin pulunu ona bir həftə ərzində verəcəyini bildirmişdir. Lakin Zeynal yemin pulunu ona verməmişdir. Həmin ərəfələrdə İbaxlı kəndində yerləşən icarə istifadə etdiyi üç ədəd balıq gölünü açmaq istəmişdir. Həmin vaxtı tanışı Zeynal zəng edərək Qax rayonu, İbaxlı kəndində yerləşən balıq göllərini açdığını, almaq istəyibistəmədiyini soruşmuşdur. Zeynalı tanıdığından və bir neçə dəfə ondan alver etdiyindən gölü açan zaman birinci ona zəng edib məlumat vermişdir. Zeynal ona balıqlarını hamısını götürəcəyini bildirmişdir. Həmin günü sürücüsü qazellə göldən 1.960 kq çəkidə 10.310 manat dəyərində sazan, belamur və tolstolov cinsinə aid balıq aparmışdır. Aradan təxminən iki gün keçdikdən sonra digər bir gölü açmışdır. Təqsirləndirilən şəxs gölə adını bilmədiyi sürücüsünü dövlət qeydiyyat nişanını xatırlmadığı ford markalı avtomobillə göndərmişdir. Həmin günü sürücüsü ford markalı avtomobillə təxminən 1.234 kq çəkidə sazan, belamur və tolstolov cinsinə aid 6.166 manat dəyərində balıq aparmışdır. Aradan təxminən iki-üç gün keçdikdən sonra üçüncü gölü gölü açmışdır. Səhəri günü Zeynal gölə adını bilmədiyi sürücüsünü dövlət qeydiyyat nişanını ford markalı avtomobillə göndərmişdir. Həmin günü sürücüsü ford markalı avtomobillə təxminən 1.483 kq çəkidə sazan, belamur və tolstolov cinsinə aid 4.528 manat dəyərində balıq aparmışdır. Zeynalın apardığı balıqlar ümumilikdə 21.000 manat dəyərində olmuşdur. Zeynal ona pulu balıqları satıb bir həftə ərzində verəcəyini bildirmişdir. Lakin Zeynal ona pulu verməmişdir. Aradan təxminən 1 ay keçdikdən sonra Zeynal ona zəng edərək verəcəyi pul qarşılığında 3.000 manat dəyərində naxa balığı gətirmək istədiyini demişdir. Onunla razılaşmışdır. Balıqları İsmayıllı rayonunda yerləşən gölə gətirməyini bildirmişdir. Təxminən 2024-cü ilin dekabr ayının ortalarında Zeynal onun İsmayıllı rayonunda yerləşən gölünə 3.000 manat dəyərində naxa balıqlarını gətirmişdir. 2025-ci ilin yanvar ayının əvvələrində isə Zeynal 8.000 manat balıq yeminin pulunu ona göndərmişdir. O həmin pulu kart hesabına göndərmişdir. Lakin Zeynalın ona 18.000 manat verəcəyi qalmışdır. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək 18.000 manat pulu verməmişdir. Mən də onun barəsində əvvəlcə Neftçala rayon PŞ-nə müraciət etmişdir. Təqsirləndirilən şəxs məni aldadaraq ümumilikdə 21.000 manat dəyərində balığını almış, 3.000 manatını qaytarsa da yerdə qalan 18.000 manatımı qaytarmamışdır. Hal-hazırda dəymiş ziyan tam ödənilməmişdir. R.Z.Zeynalovdan şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər sakini Samiri təxminən 4 ildir ki, tanıyır. Samir onun dostudur. Bir neçə dəfə Samirlə İbaxlı kəndində yerləşən balıq gölündə ona gölü boşaltmaqda köməklik etmişdir. Neftçala rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsin adını eşitmişdir. 2024-cü ilin noyab ayında dostu Samirə məxsus İbaxlı kəndində yerləşən balıq göllərində ona gölü boşaltmaqda köməklik göstərmişdir. Həmin vaxtı Samir boşaltdığı göllərdəki balıqları tanışı olan Neftaçala rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsə satmışdır. Z.S.Rüstəmov balıqları satıb ona pulu bir həftə ərzində verəcəyini bildirmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs səhv xatrılamırsa ümumilikdə üç dəfə Zərərçəkmiş şəxs gölünə maşın göndərmişdir. Təqsirləndirilən şəxs Samirdən 21.000 manat dəyərində sazan, belamur və tolstolov cinsinə aid balıq almışdır.Lakin Təqsirləndirilən şəxs sonradan Samirə verdiyi vədə əməl etməmiş, onu aldaraq 21.000 manat dəyərində pulu ələ keçirmişdir. Bir müddət sonra Samirlə danışan zaman ona Təqsirləndirilən şəxs 3.000 manat dəyərində balıq verdiyini yerdə qalan 18.000 manat pulunu vermədiyini bildirmişdir. Samirin Ağdaş rayon sakini Şahid3 adlı şəxsə Təqsirləndirilən şəxs vasitəsilə balıq yemi satmasından heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs sürücüsünün Samirə məxsus balıq gölündən ümumilikdə 21.000 manat dəyərində sazan, tolstov, belamur cinsinə aid balıq götürməyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zeynalı iki ildir ki, tanıyır. Həm də Zeynalla uzaqdan qohumluq münasibəti vardır. Arabir Zeynalın xahişi ilə ona balıq daşımaqda köməklik edir. Zeynala məxsus Qazel markalı avtomobili idarə edir. 15 noyabr 2024-cü il tarixdə Zeynal onu özünə məxsus Qazel markalı avtomobillə Qax rayonu, İbaxlı kəndinə tanışı olan Samir adlı şəxsdən balıq almaq üçün göndərmişdir. Zeynala məxsus etibarnamə əsasında idarə etdiyi Qazel markalı avtomobillə İbaxlı kəndinə gəlmişdir. Birinci gəldiyi zaman göldən 1.960 kq çəkidə 10.310 manat dəyərində sazan, belamur və tolstolov cinsinə aid balıq aparmışdır. Aradan təxminən iki gün keçdikdən sonra dəqiq günü xatrılmadığı vaxtı yenidən Zeynalı göstərişi əsasında Samirin Qax rayonu, İbaxlı kəndində yerləşən gölünə getmişdir. Həmin günü göldən 1.234 kq çəkidə sazan, belamur və tolstolov cinsinə aid 6.166 manat dəyərində balıq aparmışdır. Aradan təxminən iki-üç gün keçdikdən sonra dəqiq günü xatırlmadığı vaxtı yenidən Zeynalın göstərişi əsasında Samirin Qax rayonu, İbaxlı kəndində yerləşən gölünə getmişdir. Oradan 1.483 kq çəkidə sazan, belamur və tolstolov cinsinə aid 4.528 manat dəyərində balıq aparmışdır. Balıqların ümumi dəyəri 21.000 manat olmuşdur. Oradan ümumilikdə 4.677 kq çəkidə qarışıq növdə balıq aparmışdır. Balıqların ortalama qiyməti 4 manat 50 qəpikdən hesablanmışdır. Bundan sonra baş verənlərdən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-in İQ-un müstəntiqi X4 ifadəsində göstərmişdir ki, iş üzrə dəymiş ziyanı 21.000 manat idi. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs notarial qaydada ərizə təqdim etmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs 21.000 manat pul götürulməmişdir. Cinayət işinin materialları arasında olan bütün imzalar təqsirləndirilən şəxsə məxsusdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Cücük kəndi ərazisində özünə məxsus balıq gölü işlədir. Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs və Neftçala rayon sakini Təqsirləndirilən şəxs tanıyır. Onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2024-cü ilin oktyabr ayında balıq gölünə yem axtarmışdır. Həmin vaxtı tanışı Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs adlı tanışı olduğunu, onda balıq yeminin olduğunu demişdir. Təqsirləndirilən şəxs yemin qiymətinin və keyfiyyətinin necə olduğunu soruşmuşdur. Z.Z.Rüstməovda da ona yemin qiymətinin 1 kq-ın 1 manatdan olduğunu, yaxşı yem olduğunu demişdir. Təqsirləndirilən şəxs razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu Qax rayonu ərazisində Zərərçəkmiş şəxslə görüşdürmüşdür. Zərərçəkmiş şəxs yem barəsində danışmış və ondan 10 ton yem alacağını bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmışdır. 2024-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs 10 ton balıq yemi almış və ona 10.000 min manat pul vermişdir. Bundan sonra isə 2024-cü ilin noyabr ayında isə Zərərçəkmiş şəxs əlaqə saxlayıb ona ümumilikdə 60 ton balıq yeminin lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs də yeminin olduğunu, kq-nı 1 manatdan verəcəyini demişdir. Onunla razılaşmışdır. Həmin vaxtdan 2025-ci ilin mart ayının sonuna kimi dəqiq günü yadında olmayan vaxtlarda Zərərçəkmiş şəxs ümumilikdə 60 ton balıq yemi almışdır. Həmin balıq yeminin pulunu da Zərərçəkmiş şəxs ödəyib qutarmışdır. Samirdən birinci dəfə 10 ton balıq yemini Təqsirləndirilən şəxs vasitəsilə almışdır. Lakin həmin vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında olan məsələdən məlumatı olmamışdır. İkinci dəfə Zərərçəkmiş şəxs 60 ton balıq yemi alan zaman isə birbaşa özü Samirlə danışmışdır. Samirlə Zeynal arasında olan balıq məsələsindən məlumatı olmamışdır. Məhkəmə tərəfindən təyin olunmuş, iş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1981 №li, 05 yanvar 2026-cı il tarixli məhkəmə xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1(024) 39/2025-li cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsində olan 10 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzadan, 47-50-ci vərəqələrində olan 10 may 2025-ci il tarixli şübhəli şəxsi dindirmə protokolunda Təqsirləndirilən şəxs adından olan imzalar, 60-62-ci vərəqlərində olan 21 may 2025-ci il tarixli üzləşdirmənin keçirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalardan, i/v 63-64-də olan 12 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın 2-ci vərəqəsində «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. "xxxx" MMC-dən alınmış 14 may 2025-ci il tarixli 07/25 saylı məktubdan görünür ki, 2024cü ilin noyabr ayı üçün sazan, belamur və tolstolov cinsə aid balığın 1 kq-ın orta bazar qiyməti 4,50 manat təşkil edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 19 may 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün təqsirli bilməməsi barədə verdiyi ifadə, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, cinayət işinin materiallarında olan digər mötəbər sübutlar, araşdırılmış və müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan digər hallarla təkzib olunur. Təqsirləndirilən şəxs verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli o lub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Əməldə cinayətin obyekti kimi mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhətdən bu cinayətin törədilmə üsulu özünə məxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadə etmə nəzərdə tutur. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir. Lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli X1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olmasını, dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallarda başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73-1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət işinin materiallarında olan 10 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə tutulmuşdur ( 1 cild, səh.,33). Cinayət işinin materiallarında olan 12 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (1 cild, səh.,63). Qətimkan tədbirinin seçilməsi barədə Qax Rayon Məhkəməsinin 4(024)15/2025 №li, 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «01» (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qax Rayon Məhkəməsinin 4(024)19/2025 №li, 02 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz olunmuşdur. . Qax Rayon Məhkəməsinin 4(024)21/2025 №li, 04 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin müddəti «01» (bir) ay müddətinə uzadılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona yalan vədlər verərək pulunu ödəyəcəyini bildirmiş və özündən ikin olaraq ziyanın tam ödənilməsi barədə ərizə almışdır. Lakin Təqsirləndirilən şəxs iş üzrə özünə dəymiş ziyan olan 21.000 manatdan 13.000 manatını ödəsə də, 8.000 manatını ödəməmişdir.Pulunun qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsulliyətinə cəlb olunmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olmasını, dəymiş ziyanın qismən ödənilməsini, onun alternativ cəza ilə islah olunmasının mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdən,02 iyun 2025-ci il tarixə kimi həbsdə, 02 iyun 2025-cı il tarixdən 26 fevral 2026-cı il tarixə kimi ev dustaqlığında saxlandığı «09» (doqquz) ay, «16» (on altı) gün müddət nəzərə alınmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı Neftçala rayonu, Boyat kəndində yaşadığı ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Neftçala rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdən, 02 iyun 2025-ci il tarixə, 02 iyun 2025-cı il tarixdən 26 fevral 2026-cı il tarixə kimi həbsdə və ev dustaqlığında saxlandığı «09» (doqquz) ay, «16» (on altı) gün müddət nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddaəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizamı» qətimkan tədbiri ilə əvəz olunmalı, seçilmiş «başqa yerə getməmək barədə iltizamı» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 126 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ410400 **********0344). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdən, 02 iyun 2025-ci il tarixə kimi «həbsdə», 02 iyun 2025-cı il tarixdən 26 fevral 2026-cı il tarixə kimi «ev dustaqlığında» saxlandığı «09» (doqquz) ay, «16» (on altı) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «01» (bir) il, «07» (yeddi) ay, «02» (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «04» (dörd) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Neftçala rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 2 ünvanı tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə 126 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ410400 **********0344). Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizamı» qətimkan tədbiri ilə əvəz olunsun, seçilmiş «başqa yerə getməmək barədə iltizamı» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar