Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-4/2024 11.01.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 10:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs-xx.xx.1997-ci ildə Qax rayonu Baydarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Qax rayonu Baydarlı kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs və ya şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə, saat 23:00 radələrində ictimai yerdə yəni, Qax rayonu, Baydarlı kəndinin mərkəzində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Camaloğlu” kafesinə gələrək kafenin həyətində heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, nalayiq söyüşlər söyərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək kafenin sahibi Zərərçəkmiş şəxsla mübahisə etmiş, daha sonra xuliqanlıq niyyəti ilə kafedən çöldə yerləşən yolda kafenin sahibi Zərərçəkmiş şəxs zor tətbiq edərək kafedən əvvəlcədən götürdüyü silah qismində istifadə etdiyi pivə bakalı ilə Zərərçəkmiş şəxs sol ayaq nahiyəsinə 01 (bir) dəfə və sol qulaq nahiyəsinə 01 (bir) dəfə qəsdən vuraraq sonuncuya sol qulaq seyvanında qançır xəsarətindən ibarət sağlamlığa zərər vurmayan və sol baldır sümüyünün qapalı yerdəyişən sınığı xəsarətinə aid dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirərək, pivə bakalının sınması nəticəsində Zərərçəkmiş şəxs 3 (üç) manat dəyərində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs tanıyır. Baş verən hadisə onun yadında deyildir. Təxminən 5 və ya 6 bakal pivə içmişdir. Daha sonra sərxoş olduğu üçün baş vermiş hadisəni tam təfərrüatı ilə xatırlamır. Zərərçəkmiş şəxs vurduğunu etiraf edir. Lakin Aqşinlə ictimai yerdə deyil, kafedən çöldə dalaşmışlar. Çölə çıxarkən əlində pivə bakalı olmuşdur. Lakin bayıra dalaşmaq niyyəti ilə yox, söhbət etmək üçün çıxmışlar. Zərərçəkmiş şəxs ilə heç bir düşmənçiliyi ədavəti yoxdur. Kafedə və kafedən çöldə nalayiq söyüşlər söyməmiş, Zərərçəkmiş şəxs yolun kənarında pivə bakalı ilə vurarkən yaxınlıqda heç kim olmamışdır. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs tanıyır və onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Qax rayonu Baydarlı kəndində yaşayır və kənddə yerləşən kafeni işlədir. Əli ilə aralarında heç bir münaqişə olmamışdır. Hadisə baş verən günü Əli kafedə olmuş və içkili olmuşdur. Münaqişə yaranmasın deyə Əlini kafedən çölə çıxartmışdır. Əlinin əlində pivə bakalı olmuşdur. Çöldə Əli ilə söhbət edərək ona sərxoş olduğuna görə irad bildirmiş, həmin vaxtı Əli söyüş söyməmişdir. Əlinin kafenin içərisində də söyüş söydüyünü eşitməmişdir. Söhbət etdikdən sonra dönüb geri gələn zaman qəfildən Əli bakalla onun sol ayağına vurmuşdur. Əlinin onu vuracağını gözləməmişdir. Əlinin vurduğu bakal onun sol ayağının lülə sümüyünü iki yerə bölmüşdür. Hadisə kafedən qıraqda, yolun kənarında baş vermiş orada yalnız ikisi olmuşlar. İki aydan artıqdır ki, müalicə alır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam həcmdə ödədiyi üçün onunla barışmışdır. Ona yüngül cəza verilməsini xahiş edərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. O, Aqşini 20 avqust 2023-cü il tarixdə gecə saat təxminən 11-də Şəki şəhərində yerləşən xəstəxanaya gedərək görmüşdür. Həmin vaxtı Aqşinin ayağına sarğı qoymuşlar. Bundan sonra Aqşini evə gətirmişdir. Aqşin ona Əlinin onun ayağına pivə bakalını vuraraq ayağını sındırdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 Məmməd oğlu ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs məxsus kafedə ofisiant işləyir. Hadisə baş verən gün evə getmiş, hamama girdikdən sonra yenidən kafeyə qayıtmışdır. Aqşinin kafedə olmadığını görüb hara getdiyini soruşduqda ayağının sındığını və Şəki şəhərinə xəstəxanaya aparıldığını bildirmişlər. Hadisə baş verən zaman kafedə olmamışdır. Təqsirləndirilən şəxs kafedə və kafedən çöldə nalayiq söyüşlər söyməsini və onun Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs tanıyır. Əli onun həmkəndlisidir. Hadisə baş verən günü kafeyə gəlmiş, Əli kafenin bir tərəfində ayaq üstə dayanmış, Aqşin isə pivə aparatının arxasında olmuşdur. Onlarla görüşdükdən sonra onun mobil nömrəsinə əsgərlikdə olan oğlundan zəng gəlmiş, o da kafeni tərk edərək kafenin arxasındakı stolda əyləşib telefonla danışmışdır. Oğlu ilə danışıb qurtardıqdan sonra Aqşin ona zəng edərək yola çıxmasını demişdir. O yola çıxmış, Aqşinin kənarda oturduğunu görmüşdür. Həmin vaxtı orada Əli olmamışdır. Aqşin ondan maşını sürüb gəlməsini xahiş etmişdir. Xəsarət aldığı üçün Aqşini Şəki şəhərinə xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs kafedə və kafedən çöldə nalayiq söyüşlər söyməsini və onun Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da qismən təsdiqini tapmışdır. İşin 14-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 144 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol qulaq seyvanında qançır və sol baldır sümüyünün qapalı yerdəyişən sınığı–bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, eləcə də, yardım üçün Qax RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla, yəni, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sol baldır sümüyünün qapalı yerdəyişən sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, sol qulaq seyvanında qançır isə sağlamlığaı ZƏRƏR VURMAYAN xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət sol baldır sümüklərinin sınığının yetirilmə mexanizminin təhqiqat yolu ilə araşdırılması daha məqsədə müvafiqdir. İşin 58-59-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat təxminən 23 radələrində sərxoş vəziyyətdə Qax rayonu Baydarlı kəndində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi kafeyə daxil olmuş, onun sərxoş olmasını görən Zərərçəkmiş şəxs onu kafedən çıxartdığını, daha sonra kafedən çölə çıxaraq çöl tərəfdə olan yolu göstərərək Zərərçəkmiş şəxsla aralarında mübahisənin həmin yerdə baş verdiyini, sərxoş olduğundan Zərərçəkmiş şəxs kafedən onun çıxartmasından əsəbiləşərək əlində olan pivə bakalı ilə Zərərçəkmiş şəxs sol qulaq nahiyyəsindən 1 dəfə vuraraq xəsarət yetirdiyini göstərmişdir. İşin 63-64-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat təxminən 23 radələrində sərxoş vəziyyətdə Qax rayonu Baydarlı kəndində yerləşən kafeyə daxil olaraq söyüşlər söydüyünü, müştəriləri narahat etdiyini, onu çölə çıxartmaq istədiyini, daha sonra kafedən çöldə Təqsirləndirilən şəxs onunla mübahisə edərək əlində olan pivə bakalı ilə onun sol ayaq nahiyyəsinə 1 dəfə, sol qulaq nahiyyəsinə 1 dəfə qəsdən vuraraq ona xəsarət yetirdiyi, qeyd olunan yerləri əyani olaraq göstərdiyi qeyd edilmişdir. İşin 21-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX PHŞ-dən daxil olmuş 16 sentyabr 2023-cü il tarixli, 18-1-50/2-869/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMXnın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İşin 70-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 30 sentyabr 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 01 (bir) ədəd zərfdə olan pivə bakalının qırılmış alt hissəsinin yarısı maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax rayon polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İşin 10-11-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 30 avqust 2023-cü il tarixli “baxış keçrilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Qax rayonu, Baydarlı kəndinin girişində yolun kənarında yerləşən kafe və Qax rayonu, Baydarlı kəndinin girişində yolun kənarıdır. Hadisə yerinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi pivə bakalının qırılmış alt hissəsinin yarısı hadisə yerindən aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İşin 43-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax Rayon İstehsal-İstehlak Kooperativinin 21 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, 01 ədəd pivə bakalının 2023-cü ilin avqust ayı üçün orta bazar qiyməti ümumilikdə 3 (üç) manat təşkil edir. İşin 20-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Qıpçaq kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 433 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Baydarlı kəndində qeydiyyatdadır, onun ailə tərkibi onun özündən, atası X1, anası Məmmədova Mələk Şahid qızı, qardaşı X3, arvadı X5 və qızı xx.xx.2021-ci il təvəllüdlü X4 ibarətdir. İşin 38-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Qıpçaq kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsinə əsasən. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulmuşdur. CM-nin 221.1-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Lakin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əlindəki pivə bakalı ilə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi sübuta yetirilsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, ətrafda onların ikisindən başqa heç kəs olmadığı üçün ictimai qaydanın kobud surətdə pozuması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə nəticələnən xuliqanlıq hadisəsinin baş verməsi müəyyən edilməmişdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Məhkəmə cinayət işi ilə əlaqədar aşağıdakı qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılaraq əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-ci maddəsinə əsasən, Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən, Yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələr arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin ifadələrinin sübut qismində etibarlılığına və dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cinayət işinin ibtidai istintaqı müstəntiq tərəfindən səthi aparılmış, istintaqın tam, obyektiv və hərtərəfli araşdırılması üçün kifayət qədər zəruri tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 24-cü maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır və ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Beləliklə Məhkəmə cinayət işinin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı ifadə vermiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və iş üzrə şahidlər, məhkəmə istintaqında eyni hadisə ilə bağlı fərqli ifadələr verməklə ziddiyət yaratmışlar. Lakin həmin şəxslər məhkəmə istintaqı zamanı verdiyi ifadələrini təsdiq etməklə Təqsirləndirilən şəxs kafedə və kafedən çöldə nalayiq söyüşlər söymədiyini və onun Zərərçəkmiş şəxs vurmadığını bildirmişlər. Bununla da araşdırılmış subutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığı müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Hurk Niderlanda qarşı işi üzrə xx.xx.1994-cü il tarixli qərarında da məhkəmə qeyd edir ki, təqdim edilmiş arqumentlər işin nəticəsi üçün önəmlidirsə məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cinayət işinin ibtidai istintaqı müstəntiq tərəfindən səthi aparılmış, istintaqın tam, obyektiv və hərtərəfli araşdırılması üçün kifayət qədər zəruri tədbirlər görülməmişdir. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 8-ci bəndində vurğulanmışdır ki, Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənini 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmə hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi nəzərindən qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibi vardır, həmin əməl Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-59.1.12, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməli, cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonu Baydarlı kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Qax RPŞ-də saxlanılan 01 ədəd zərfdə olan pivə bakalının qırılmış alt hissəsinin yarısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin və barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Qax və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Baydarlı kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Qax RPŞ-də saxlanılan 01 ədəd zərfdə olan pivə bakalının qırılmış alt hissəsinin yarısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş ziyanın ayrıca mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah olunsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-4/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-4/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver