Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-41/2025 17.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 994-cü il tarixdə Qax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, heç yerdə işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Qax şəhər sakini Zərərçəkmiş şəxs ona 9.300 manat pul verməsini xahiş etmiş, 9.300 manat pulu iki gün müddətində mülkiyyətində olan «Volksvagen» markalı, «az ** HV ***» dövlət qeydiyyat nişanlı avtomobilin kreditini bağlayıb, daha sonra avtomobili satıb qaytaracağına dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs 9.300 manat pulu onun kirayə yaşadığı 15 avqust 2024-cü il tarixdə, saat 15:00 radələrində Qax şəhəri, M.Araz küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında əlbə-əl alıb əldə edərək və verdiyi vədinə əməl etməyib pulunu qaytarmayaraq Zərərçəkmiş şəxs 9.300 manat miqdarında, yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 avqust 2024-cü il tarixdə Vasifə zəng etmiş və onunla Qax şəhəri, H.Əliyev prospektində yerləşən Qax bələdiyyəsinin qarşısında görüşmüşlər. Həmin vaxtı onun pula ehtiyacı var idi. Onun «Volksvagen» markalı, «az ** HV ***» dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobili kreditlə 2023-cü ildə dəqiq ayı və günü yadında qalmayan vaxtı 13.000 manata almış və avtomobili kreditə salıb pulunu kredit formasında ödəmişdir. Hər ay avtomobil üçün 385 manat pul ödəniş etmişdir. 2024cü ilin avqust ayına avtomobilin 8.750 manat krediti qalmışdır. Pula ehtiyacı olduğu üçün avtomobilin kreditini tam ödəyib, satmasını düşünmüşdür. Buna görə də Vasifə ona 9.300 manat pul verməsini, avtomobilin kreditini bağlayıb, avtomobili iki gün müddətində 11.000 manata satacağını və 9.300 manat pulunu iki gün müddətində qaytaracağına dair vəd vermişdir. Vasif həmin ərəfələrdə öz evini 43.000 manata satmış, özünə başqa yerdə torpaq alıb ev tikmək və toy etmək fikri olmuşdur. Buna görə də Vasifin pulunun olmasını bilirdi. Vasifdə onu tanıdığından sözünə inanmış və həmin pulu ona ödəyəcəyini demişdir. Vasifə narahat olmamasını, iki gün müddətində pulunu qaytaracağına söz vermişdir. 15 avqust 2024-cü il tarixdə, saat 15:00 radələrində Vasifin Qax şəhəri, M.Araz küçəsində yerləşən kirayə yaşadığı evin qarşısına gəlmişdir. Vasif 9.300 manat pulu ona yaşadığı evin qarşısında əlbə-əl vermişdir. Bundan sonra pulu alıb getmiş və Vasifə yenidən pulunu iki gün müddətində qaytaracağına söz vermişdir. Avtomobilin kreditini bağlamış və avtomobili təxminən 10 gün sonra 9.800 manata satmışdır. Vasif həmin ərəfələrdə ona zəng etmiş, Vasifə narahat olmamasını, hələ avtomobili satmamasını demişdir. Lakin artıq avtomobili satmışdır. Daha sonra avtomobili satıb əldə etdiyi pula ayrı-ayrı şəxslərə olan borcunu ödəmiş və özünə yeni iş qurmağı düşünmüşdür. Hal-hazırda dəymiş ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 avqust 2024-cü il tarixdə, dostu Mahmud ona zəng etmiş və onunla görüşmək istədiyini demişdir. Mahmudla Qax şəhəri, H.Əliyev prospektində yerləşən Qax bələdiyyəsinin qarşısında görüşmüşdür. Mahmudla söhbət edən zamanı Mahmud ona özünə məxsus «Volksvagen» markalı avtomobilinin olduğunu, həmin avtomobilinin kreditdə olmasını, 11.000 manat avtomobilin kreditinin qalmasını demişdir. Mahmud ondan 11.000 manat pul istəmişdir. Daha sonra Mahmud ona avtomobilin kreditini bağlayıb, avtomobili iki gün müddətində 15.000 manata satacağını və 11.000 manat pulunu iki gün müddətində qaytaracağına dair vəd vermişdir. Mahmudu tanıdığından onun sözünə inanmışdır. Həmin ərəfələrdə öz evini 43.000 manata satmışdır. Özünə başqa yerdə torpaq alıb ev tikmək və toy etmək fikri olmuşdur. Buna görə də, Mahmuda ailəsinə məxsus fərdi yaşayış evini 43.000 manata satdığını, evin pulundan götrürüb ona verəcəyini, iki gün müddətində pulunu qaytarmasını və onu pis vəziyyətdə qoymamasını demişdir. Mahmud ona narahat olmamasını, iki gün müddətində pulunu qaytaracağına söz vermişdir. 15 avqust 2024-cü il tarixdə, saat 15:00 radələrində Mahmud Qax şəhəri, M.Araz küçəsində yerləşən kirayə yaşadığı evin qarşısına gəlmişdir. 9.300 manat pulu evin qarşısında Mahmuda əlbə-əl vermişdir. Mahmudda pulu alıb getmiş və yenədə ona pulunu iki gün müddətində qaytaracağına söz vermişdir. Həmin puldan 1.700 manat pulu əvvəl almış, həmin məbləği qaytarmış, 9.300 manat pulu isə qaytarmamışdır. Hal-hazırda onlar barışmışlar, şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş 06 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Bundan başqa həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, tərəflər barışmış, şikayət və tələb yoxdur. Dəymiş ziyan tam olaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş «Bir Bank» mədaxil qəbzinə əsasən 2.325 manat məbləğində pul dövlət büdcəsinə köçürülmüşdür. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, dəymiş ziyan ödənilmiş, zərərçəkmişlə barışmış, şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 26). Cinayət işinin materiallarında olan 02 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 61). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə Qax Rayon Məhkəməsinin 4(024)20/2025 №li, 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «01» (bir) ay, «15» (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə Qax Rayon Məhkəməsinin 4(024)23/2025 №li, 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ410400 **********0344). İş üzrə mülki iddia və xüsusi müsadirə olunan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, dəymiş ziyanı tamamilə ödəndiyindən, vurulmuş ziyanın 25 % miqdarında pul dövlət büdcəsinə ödəniş edildiyindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsın (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ410400**********0344). Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-41/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-41/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver