Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-42/2023 06.07.2023 QAX RAYON MƏHKƏMƏSİ saat: 10:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs-xx.xx.1960-cı ildə Zaqatala rayonu Gözbarax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Zaqatala rayonu Gözbarax kəndində pasport qeydiyyatında olmaqla, orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Onun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin dekabr ayının 10-da çoban işlədiyi Zərərçəkmiş şəxs məxsus Qax rayonu, Meşəbaş kəndi ərazisində yerləşən ferma ərazisindən dəyəri 800 (səkkiz yüz) manat olan 1 (bir) baş iribuynuzlu heyvanı, yəni, erkək cinsli dananı, cinayət əməlini davam etdirərək 2023-cü ilin mart ayının 3-də çoban işlədiyi Zərərçəkmiş şəxs məxsus Qax rayonu, Meşəbaş kəndi ərazisində yerləşən ferma ərazisindən dəyəri 800 (səkkiz yüz) manat olan 1 (bir) baş iribuynuzlu heyvanı, yəni, erkək cinsli dananı gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1600 (min altı yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs məxsus Qax rayonu, Meşəbaş kəndi ərazisində yerləşən fermada çoban işləyir. Həmin fermada Mikayıla məxsus olan 120 baş iri buynuzlu və 300 baş xırdabuynuzlu heyvanlar vardır. Təxminən 5 ildir ki, Mikayıla məxsus xırda buynuzlu heyvanlara qulluq edərək fermada qalmışdır. İribuyunzlu heyvanlara isə başqa bir şəxs çobanlıq edir. Mikayıl ona hər ayda 300 manat zəhmət haqqı vermişdir. Mikayıla məxsus xərdabuynuzlu heyvanları Qax rayonu, Meşəbaş kəndi ərazisində otaran zaman həmin yerdə xırdabuynuzlu heyvan otaran Ənvər adlı şəxslə tanış olmuşdur. 2022-ci ilin dekabr ayında ona pul lazım olduğu üçün Mikayıla məxsus iribuynuzlu heyvanın birini oğurlayıb satmaq fikrinə düşmüş, heyvan otaran zaman Ənvərə yalandan Mikayıla məxsus iribuynuzlu heyvanların içərisində özünə məxsus heyvanının olduğunu, onu satmaq istədiyini bildirmişdir. Ənvər 2022-ci ilin dekabr ayının 10-da Qax rayonu, Meşəbaş kəndi ərazisində yerləşən Mikayıla məxsus fermaya gəlmiş, Mikayıla məxsus 1 (bir) baş erkək cinsli dananı göstərib özünün olduğunu bildirmişdir. Ənvər ondan heyvanın oğurluq olub-olmadığını soruşduqda Ənvərə heyvanın özünə məxsus olmasını, heç bir narahatçılığın olmayacağını deyib inandırmış, Ənvər heyvana 300 manat pul verəcəyini bildirdikdə onunla razılaşmışdır. 1 (bir) baş iribuynuzlu erkək cinsli dananı Ənvərə 300 manata satmışdır. Bundan sonra yenidən pula ehtiyacı olduğu üçün, 2023-cü ilin mart ayının əvvəlində Mikayıla məxsus iribuynuzlu heyvanın birini oğurlayıb satmaq fikrinə düşmüş, bundan sonra yenə Ənvərlə razılşaraq 1 (bir) baş iribuynuzlu heyvanının 2023-cü ilin mart ayının 3-də Qax rayonu, Meşəbaş kəndi ərazisində yerləşən Mikayıla məxsus fermada 250 manata satmışdır. 2023-cü ilin mart ayının 10-da Mikayıl iribuynuzlu heyvanları sayarkən iki baş heyvan əksik çıxmışdır. Mikayılla birlikdə Qax rayonu, Meşəbaş kəndi ərazisində heyvanları axtarmış, lakin Mikayıl heyvanları tapa bilmədiyi üçün oğurlanması barədə Qax RPŞ-yə şikayət etmişdir. Polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuş, etdiyi cinayət əməlini etiraf edərək Mikayıla məxsus 2 (iki) baş iribuynuzlu erkək cinsli dananı oğurlayıb Ənvər adlı şəxsə satmasını bildirmişdir. Heyvanları oğurlayaraq Ənvərə satmasından Mikayılın xəbəri olmamış, pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. Əməlindən səmimi peşmandır. Oğurladığı danaları Mikayıla qaytarmışdır. Hadisədən sonra zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmışdır. Mikayıl da onu bağışlamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qax rayonu, Meşəbaş kəndinin ərazisində ona məxsus ferma vardır. Həmin fermada 120 baş iri buynuzlu və 300 baş xırdabuynuzlu heyvanlar vardır. Təqsirləndirilən şəxs ona məxsus fermada xırdabuynuzlu heyvanlarına baxaraq çobanlıq edir. İribuyunuzlu heyvanlara isə başqa şəxs çobanlıq edir. Təqsirləndirilən şəxs ayda 300 manat əmək haqqı ödəyir. 2023-cü ilin mart ayının əvvəllərində fermada olarkən iki baş iribuynuzlu erkək cinsli danaların olmadığını öyrənmiş, Əhmədlə birlikdə həmin heyvanları fermanın və Qax rayonu, Meşəbaş kəndinin ərazisindən axtarmış, lakin tapa bilməmişlər. Həmin heyvanların oğurlandığını düşünərək 28 mart 2023-cü il tarixdə Qax RPŞ-nə ərizə ilə müraciət edərək məlumat vermişdir. Daha sonra ona məxsus 120 baş iribuynuzlu heyvanlardan 2 baş heyvanı oğurlayan şəxsin Əhməd olması məlum olmuşdur. Oğurlanan 2 (iki) baş iribuynuzlu heyvanlar erkək cinsli danalar olmuş, hər birinin diri çəkisi 90-110 kiloqram olmuş, hər birinin qiyməti 800 (səkkiz yüz) manat olmuşdur. Həmin iki baş iribuynuzlu erkək cinsli danaların oğurlanması nəticəsində ona ümumilikdə 1600 (min altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ondan üzr istəyərək ona dəymiş maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Qax rayonu, Meşəbaş kəndi ərazisində özünə məxsus torpaq sahəsi vardır. Həmin torpaq sahəsində buğda əkir. 2022-ci ilin dekabr ayında torpaq sahəsinə getmiş, həmin vaxtı orada mal-qara otaran Əhmədadlı çoban Mikayıl adlı şəxsə məxsus heyvanlara çobanlıq etdiyini bildirmiş, Əhməd adlı şəxslə xeyli söhbət etdikdən sonra Əhməd ona 2 (iki) baş heyvanının olduğunu, onlardan birini satmaq istədiyini bildirmişdir. Əhməd heyvanın özünün olmasını ona demiş, bundan sonra 2022-ci ilin dekabr ayının 10-da Qax rayonu, Meşəbaş kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus olan fermaya gəlmiş, Əhməd ona 1 (bir) baş iribuynuzlu heyvanı göstərmişdir. Əhməddən heyvanın oğurluq olub-olmadığını soruşduqda ona məxsus olmasını, heç bir narahatçılığın olmayacağını deyib onu inandırmışdır. Əhmədlə razılaşaraq 1 (bir) baş iribuynuzlu erkək cinsli dananı 300 manata almışdır. 2023-cü ilin mart ayında sahədə olan zaman Əhməd ona yenidən 1 (bir) baş heyvanının olduğunu, satmaq istədiyini demişdir. 2023-cü ilin mart ayının 3-də Qax rayonu, Meşəbaş kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya gəlmiş, Əhməd 1 (bir) baş iribuynuzlu erkək cinsli dananı göstərib özünə məxsus olmasını bildirmiş, yenidən Əhməddən heyvanın oğurluq olub-olmadığını soruşduqda, Əhməd ona heyvanın özünə məxsus olmasını, heç bir narahatçılığın olmayacağını deyib onu inandırmışdır. 1 (bir) baş iribuynuzlu erkək cinsli dananı Əhməddən 250 manata almışdır. 2023-cü ilin mart ayının axırlarında Mikayıl adlı şəxs onun yanına gələrək ona Əhmədin satdığı 2 (iki) baş heyvanın ona məsus olduğunu demiş, bundan sonra Əhmədin ondan xəbərsiz heyvanları oğurladığını bilmişdir. Mikayıla 2 (iki) baş heyvanı təhvil vermişdir. İşin 47-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 08 may 2023-cü-ci il tarixli 9/2666 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2 baş hər biri erkək cinsli, hər birinin ümumi diri çəkisi 90-110 kiloqram olan iribuynuzlu heyvanların 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1500,00 (2 baş x 750 man) manat müəyyən edilir. İşin 46-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin 4-5-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus Qax rayonu, Meşəbaş kəndi ərazisində yerləşən ferma ərazisindən 02 (iki) baş iribuynuzlu erkək cinsli dananın oğurlandığını göstərmişdir. İşin 41-42-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının 10-da çoban işlədiyi Zərərçəkmiş şəxs məxsus Qax rayonu, Meşəbaş kəndi ərazisində yerləşən ferma ərazisindən 1 (bir) baş iribuynuzlu erkək cinsli dananı, 2023-cü ilin mart ayının 3-də 1 (bir) baş iribuynuzlu erkək cinsli dananı oğurladığı yeri və şəraiti göstərmişdir. İşin 48-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 19 may 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 2 (iki) baş iribuynuzlu heyvan maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs geri qaytarılması iş üzrə nəzərə alınmışdır. İşin 49-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o ona məxsus fermadan oğurlanmış 2 (iki) baş iribuynuzlu heyvanı təhvil aldığını göstərmişdir. İşin 56-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş şəxsiyyət vəsiqəsini məlumatlarından görünür ki, Səfərov X1 rayonu Gözbarax kəndində yaşayır. İşin 37-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın Gözbarax kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 35-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməklə onunla barışıq əldə etməsini CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir. Onun əməlində cəzanı ağırlaşdıran halların olmaması, şəxsiyyəti, ailəsinin həyat şəraiti, əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması bu nəticəyə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini, cəzasını iş yerində çəkməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 02 (iki) baş iribuynuzlu erkək dananın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İş üzrə maddi sübut olan 02 (iki) baş iribuynuzlu erkək dananın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-42/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-42/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver