Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-42/2024 21.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat: 11:15-də Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1994-cü ildə Qax rayonu Turaclı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu Turaclı kəndində qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilir ondan ötrü ki, meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktların şərtlərini pozmaqla qanunsuz şəkildə 2023-cü ilin noyabr-dekabr aylarında dəqiq ayı və günü istintaqa məlum olmayan vaxtda Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən Qax rayonu, Qum bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidə köküstə yaş olmaqla lapan cinsinə məxsus 1 (bir) ədəd 22 sm, 1 (bir) ədəd 31 sm və 1 (bir) ədəd 32 sm diametrlərində olmaqla 3 ədəd və qızılağac cinsinə məxsus 2 (iki) ədəd 21 sm, 1 (bir) ədəd 23 sm, 1 (bir) ədəd 25 sm, 3 (üç) ədəd 26 sm, 2 (iki) ədəd 33 sm, 1 (bir) ədəd 34 sm, 1 (bir) ədəd 41 sm və 1 (bir) ədəd 42 sm diametrlərində olmaqla 12 ədəd, ümumilikdə 15 ədəd ağacı elektrik mişarı ilə kəsərək təbiətə 4400 (dörd min dörd yüz) manat miqdarında ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Şahid5 onun qaynıdır. Xəlil orada qeyd etmişdir ki, o həmin ağacları guya noyabr-dekabr aylarında kəsmişdir. Ərizəni isə iyun ayında vermişdir. Konkret olaraq öz aralarında olan bir mübahisəyə görə ard-arda ona qarşı dəfələrlə əsassız iddialar irəli sürür, hər yerə müraciət edir ki, onu cəzalandıracaq. Səbəb isə Şahid5 qardaşı Şahid9 2024-cü ilin fevral ayında qərara gəlmişdir ki, özünə məxsus fındıq bağını sataraq özünə ev, torpaq sahəsi alsın. Xəlil də evin böyük oğlu olaraq ümumibirgə torpağı öz istədiyi kimi bölmüşdü. Mustafa ümumibirgə mülkiyyətdən çıxmaq üçün öz adına ayrıca çıxarış almalıdır ki, torpağı sata bilsin. Xəlil torpaq şöbəsində razılıq vermədiyi üçün Mustafa məcburi surətdə Xəlili məhkəməyə vermişdir. Xəlil məhkəmədən məktubu alan kimi Dəymədağlı kəndində ərdə olan bacısının yanına gedib Mustafanı Kənanın tovlamasını demiş, Kənandan qisas alacağını və s. demişdir. İki gün sonra isə Qax rayon polis şöbəsinin əməkdaşları gələrək Xəlilin onun barəsində şikayət etdiyini bildirmişlər. Şikayətində guya Xəlili tüfənglə öldürürməsi, uşaqlarına tüfəng tuşlaması qeyd edilmişdir. Onun özünə məxsus sənədli ov tüfəngi vardır. Gəlib tüfəngə baxış keçirmiş, tüfəngin sandıqda qıfıllı, sökülmüş, patronsuz vəziyyətdə olduğunu görmüşlər. Bundan sonra Xəlil onun ikinci yoldaşının əvvəlki ərindən olan uşağına işgəncə verməsi barədə ərizə yazmışdır. Daha sonra isə ekologiya idarəsinə onun qanunsuz kömür düzəltməsi, meşələri qırıb-tökməsi barədə şikayət etmişdir. Gəlib baxış keçirilmiş. görmüşlər ki, həqiqətən də onun kömür çəni olmuşdur. Öz bağında yetişən fındıq ağaclarının budanma mövsümündə ağacların çör-çöpünü budamış və quru odunlardan kömür düzəldib satmışdır. Gəlib baxış keçirmiş, görmüşlər ki, istifadəsiz bir şeydir, öz bağının odunundan kömür etmişdir. Yəni orada nə meşə, nə də fındıq odunu, ümumiyyətlə heç bir şey tapılmamışdır. Daha sonra məhkəməyə şikayət etmişdir. Məhkəmə davam edən zaman Xəlilin həyətdə quzuları qızdırmadan ölmüş, şikayət etmişdir ki, quzuları Kənanın arıları sancıb öldürmüşdür. Daha sonra isə yazmışdır ki, Kənan onu təhqir etmişdir. Yəni Şahid5 dayanmadan bu fomada onu şərləyir. O, ağaclar kəsilən ərazidə olmamışdır. Ona prokurorluğun işçiləri zəng etmişlər ki, ağaclar kəsilən yerə gəlsin. Lakin gününü və vaxtını dəqiq deyə bilmədiyi həmin gün bağda işləmişdir. O, isə cavab vermişdir ki, o nə ağac kəsmişdir, nə də ağac kəsilən yerdən məlumatı yoxdur və telefonu söndürmüşdür. Arxasınca polis şöbəsindən zəng etmiş və nə üçün oraya getmədiyini soruşduqda demişdir ki, o nə ağac kəsmişdir, nə ağac kəsilən yeri bilir. Ona Xəlilin barəsində şikayət etdiyini və həmin əraziyə getməli olduğunu demişlər. O, hara getmək lazım olduğunu bilmədiyini, ağac görmədiyini bildirmiş, ona Qax rayonu Fıstıqlı kəndinə getməsini, məktəbin qabağında dayanmasını və oradan gəlib götürəcəklərini demişlər. Həmin yerə getmiş, gəlib onu əraziyə aparmışlar. Həmin yerdə ekologiya idarəsinin işçiləri olmuş, Bakıdan prokurorluğun əməkdaşları gəlmişlər. Xəlil orada ot basmış yerdə kəsilmiş ağacların köklərini göstərmişdir. Uzun müddət əvvəl kəsilmiş, üst başını göbələk bağlamış ağac kökləri var idi. Sonra isə polis şöbəsinə gətirilmiş, onu dindirmişlər. Polis şöbəsində heç bir şeydən xəbəri olmadığını bildirmiş, bundan sonra onu Şahid5lə üzləşdirmişlər. Xəlillə üzləşmədə onun bu işdə təqsiri olmadığını, əgər sübutu varsa göstərməsini demiş, heç bir sübut olmamışdır. Sonra isə məhkəməyə gəlmişlər. Məhkəmədə ona ittiham aktını verənə qədər hadisədən xəbəri olmamışdır. Evdə ittiham aktını oxumuş, görmüşdür ki, polis şöbəsinin işçiləri xəbəri olmadan yazmışlar ki, ağacları Kənanın kəsdiyi sübuta yetirilmişdir, lakin necə daşıması məlum deyildir. Bundan sonra onun işini aparan polisə zəng etmiş, hansı əsasla bunu Kənanın etdiyini yazdığını soruşmuşdur. Cari ilin iyulun 25-i birinci məhkəmə olmuş, onun səhəri günü polis rəisinin müavininin qəbuluna getmiş və polis işçilərinin ona qarşı belə şər atdığını demişdir. Xəlil də dəfələrlə ağzından qaçırmışdır ki, o polis şöbəsinə iş verir. Rəis müavini isə cəriməni yavaş-yavaş ödəməsini tövsiyyə etmiş, o isə heç vaxt etmədiyi əmələ görə heç vaxt heç bir yerə cərimə ödəməyəcəyini bildirmişdir. Ordan çıxdıqdan sonra aidiyyatı orqanlara şikayətlər yazmışdır. Əgər bu işdə təqsiri olsaydı nəyə görə o qədər orqanları işə cəlb edərdi?. İstintaq aparılsın, sonra da onu tutsunlar. Yəni cinayət törətmiş şəxs bu hərəkətləri etməz. İttiham aktında yazılmışdır ki, elektrik mişarla ağacları kəsmişdir. Elektrikli mişarı harada cərəyana taxmışdır ki, onu işlətsin. O Aqroparkda arıya baxan fəhlə işləyir. Onun üçün daha çox vacibdir ki, təbiətdə çoxlu ağaclar olsun. Arıların yeşiklərini də satışdan şam taxtası alaraq ustaya verirlər ki, düzəltsin. Qax rayonunda şam meşəsi də yoxdur. İstintaq da göstərə bilər, gəlib baxa bilərlər ki. onun arı yeşiklərinin hamısı şam ağacının taxtasından hazırlanmışdır. Onun kəsilən ağaclarla əlaqəsi yoxdur. Qayınanasıgilin kəndində təbii qaz yoxdur. Ona görə də özünə məxsus fındıq bağından fındıq ağaclarının budaqlarını budayaraq iki-üç dəfə motosikletə yığaraq qış fəslində yandırmaları üçün onların evinə gətirmişdir. Daha sonra at almış və fındıq odunlarını ata yükləyərək qayınanasıgilin qapısına boşaltmışdır. Ağacların kəsilmiş hissələrindən bəlli olmuşdur ki, altı aydan əvvəl kəsilmişdir, çünki rəngləri qaralmışdır. Onların hamısına baxmamışdır, ona demişdirlər ki, Xəlilin yanında dayansın, şəkillərini çəkəcəklər. O isə ağac kəsmədiyini və nə üçün Xəlilin yanında dayanmalı olduğu dedikdə cavab vermişlər ki, o şəkildə görünməlidir ki, ora həqiqətən də gəlmişdir. Həmin vaxt görmüşdür ki, orada ağaclar vardır. O nə ağac görmüş, nə də ağacların hara aparıldığından xəbərsizdir. Həmin ərazini heç tanımır. Prokurorluq işçiləri ilə həmin əraziyə baxmağa gedərkən görmüşdür ki, həmin ərazi Fıstıqlı kəndini 2 km keçdikdən sonra dar bir yerdir. Kənarlarında pay torpaqları vardır, orta daşlıq yol, kənarda da qızılağac ağacları vardır. Həmin ərazidən odunları aparıb öz məqsədləri üçün istifadə etmişdirsə, orada dar bir yol vardır və başqa girişi yoxdur. Kənd 3 kilometr yol üzərində salınmış bir kənddir. Yolun üstündə də bir məktəb yerləşir, məktəbin qaravulu isə həmişə orada olur. Yolun üzərində iki mağaza, iki kafe vardır. Kafelərdə axşamlar camaat oturub oyunlar oynayır. Bu qədər adamdan necə olur ki, bir nəfər onu görməmişdir. Xəlilin ailə üzvlərinin bağı vardır və həmin bağda rəhmətlik atası da daxil olmaqla 5 nəfərin payı mövcuddur. Həmin bağa bir yerdən giriş vardır. Bağın atasından miras qalan hissəsindən də Xəlil istifadə edir, bacı və qardaşlarına imkan vermir. Bağın bir qapısı var və hamı həmin qapıdan daxil olur və cərgələrə bölünərək bacı-qardaşlar bağdan istifadə edir. Xəlilin qardaşı Mustafa da bağın özünə düşən hissəsini satmaq istəyir və belə olduqda cərgələr silinir. Beləliklə Xəlilin bütün hiyləsi ortaya çıxır. Xəlil də onunla prinsipə düşmüşdür ki, guya Mustafanı o tovlayıb və ondan qisas alacaqdır. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı RETSİ-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və əlavə olaraq bildirir ki, Qax rayonu Fıstıqlı kəndində vətəndaşların pay torpaqlarına gedən yolun sağ və sol hissələrində 15 ədəd ağaclar kəsilmişdir. 7 saylı RETSİ-nə məlumat daxil olduqdan sonra idarənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, baxış zamanı həqiqətən də orada 15 ədəd ağacın kəsilməsi müəyyən olunmuşdur. Dəymiş ziyanın məbləği 4400 manat təşkil edir. Həmin ağacların kim tərəfindən kəsilməsi müəyyən olunmamışdır. Sadəcə məlumat daxil olmuş, məlumat əsasında idarə ziyanla bağlı rəy vermiş və rəylə 4400 manat ziyan dəyməsi göstərilmişdir. Həmin əraziyə onların iki əməkdaşı Şahid1 və Şəmistan Məmmədov təhkim olunmuşdur. 2024-cü ilin təxminən iyun-iyul aylarında onlara məlumat verilmişdir ki, ağaclar kəsilmişdir. Hazırda Təqsirləndirilən şəxs təbiətə vurduğu ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini və vurulmuş maddi ziyanın mülki cavabdehdən tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Şahid5 təxminən 2024-cü ilin fevral ayının sonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə şikayət etmişdir. Həmin şikayətin araşdırılması üçün Şahid5lə görüşmüşdür. Cari ilin mart ayının 11-də 83417 nömrəli Akt tərtib edərək hüquq mühafizə orqanlarına yönəltmişdir. Kənanla görüşmüş, Kənan öz izahatında göstərmişdir ki, ağacları kəsməmiş və aparmamışdır. Kömür çəninin olduğu yerə getmiş, çənin şəkilləri çəkilmişdir. Kömür çəni uzun müddətdir ki, istifadə olunmurdu. Ağacları kimin kəsməsi bəlli olmadığndan zərər qiymətləndirilərək Baş prokurorluğa göndərilmişdir. Baş prokurorluqdan əməkdaş gəlmiş, əraziyə birgə baxış keçirilmiş, izahatlar alınmış və iş polis şöbəsinə göndərilmişdir. Həmin vaxt ağacların təxminən 1 ay, 1 ay yarım əvvəl kəsilməsi müəyyən olunmuşdur. Həmin ağacların 3 ədədi lapan, 12 ədədi isə qızılağac cinsinə mənsub olmuşdur. Ağaclar yer səthindən 15-20 sm hündürlükdən kəsilmişdir. Ağacların uc budaqları qalmış, oduncaq hissələri aparılmışdır. Şahid5 öz izahatında bildirmişdir ki, ağaclar Təqsirləndirilən şəxs tərəfindən kəsilərək motosikletlə aparılmışdır. Ağacların kimin kəsdiyini görməmişdir. Görsəydi bu barədə protokol tərtib edərdi. Protokol tərtib edərkən ağacların sayı çox olduqda və dəymiş ziyanın məbləği 1000 manatadək olduqda onlar sadəcə protokol tərtib edir. Dəymiş zərər 1000 manatdan artıq olduqda prokurorluğa göndərilir və onların səlahiyyətindən çıxır. Yəni dəymiş ziyanın məbləği 1000 manatı keçirsə hüquq mühafizə orqanlarının səlahiyyətinə keçir. O, ağac kəsəni görməmişdir, yalandan deyə bilməz ki, ağacı Kənan kəsib. Təkcə Qax rayonunda onların xidməti ərazisi 14000 hektardır. O, həmin Aktı tərtib edərkən də tək olmuşdur, yəni Qax rayonu üzrə tək nəzarəti həyata keçirmişdir. Həmin ərazilərin hamısını gəzib nəzarət etməsi mümkün deyil. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o 7 saylı RETS-ndə məsləhətçi müfəttiş vəzifəsində işləyir. Rəhbərlik tərəfindən verilən məlumata görə prokurorluqdan nümayəndələr gəlməli idi. Həmin nümayəndələri Qax rayonu Fıstıqlı kəndinin ərazisinə o gətirmişdir. Baxışda iştirak edən zaman 3 ədəd lapan və 12 ədəd qızılağac cinsinə məxsus ağacların kəsildiyi müəyyən olunmuşdur. Ağacların kim tərəfindən kəsilməsindən onun məlumatı yoxdur. Həmin ərazidə ağacların kəsilməsi işlədiyi idarənin inspektoru tərəfindən sənədləşmiş və aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilmişdir. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsı 2023-cü ildə Qurban bayramı ərəfəsində tanımışdır. Atası öldüyü üçün Kənan bacısını ondan istəmiş, o da dini kəbinlə bacısını Kənana ərə vermişdir. Əvvəl Kənanla münasibətləri yaxşı olmuş, sonra torpaq mübahisəsi yaranmış və Kənana onların ailə işlərinə qarışmamasını demişdir. Bundan sonra Kənanla münasibətləri korlanmışdır. Əvvəllər Kənana mane olmamışdır, Kənan ağac da kəsmiş, hər qanun pozuntusunu etmiş, cavabında həmişə pulunu verib işlətdiyini demişdir. Görmüşdür ki, Kənan onun işlərinə qarışır. O da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmişdir. Kənan onların kəndinə gələnə qədər iki il quyu işlətdiyini demişdir. Sonra 2023-cü ilin oktyabr ayından 1500 manata çən almışdır. Ağacları 2023-cü ilin noyabr-dekabr ayları arasında kəsmişdir. Həmişə Kənanın ağac kəsdiyini görmüş, lakin yeznəsi olduğu üçün heç nə deməmişdir. Lakin görmüşdür ki, Kənan əl çəkmir, demişdir ki, bunu dayandırmaq lazımdır. Kənanın ağacları kəsdiyi yer Qum Bələdiyyəsinin ərazisidir. O, Fıstıqlı kəndində yaşayır, o da onların bələdiyyəsidir. Kənan ağacları kəsən zaman axşam vaxtı saat 5-6 arası idi. Kənan onun yeznəsi olduğu üçün ağacları kəsdiyini foto və video ilə qeydə almamışdır, çünki onun əməllərini ört-basdır edirdi. Kənan Beslanın oğlu ilə şərik idi. Kənan ağacları öz mişarı ilə kəsmişdir. Beslanın motosikleti olmuş və ağacları kömürxanalara motosikletlə aparmışdır. Odunu da tək götürüb daşımışdır. Əldə etdiyi qazancla da kredit borclarını və ehtiyaclarını ödəyirdi. Kənanın ağac kəsdiyini bir neçə dəfə, bəlkə on dəfə görmüş, lakin bacısının həyat yoldaşı olmasına görə hər dəfə göz yummuşdur. O, əksər vaxtlarda müxtəlif əraziləri gəzmiş, hüquq mühafizə orqanlarına dəstək məqsədi ilə bəzi hallarda qanun pozuntuları barədə məlumat vermişdir. Münasibətləri pozulmasa idi Kənan barədə heç bir məlumat verməyəcəkdi. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onunla münasibəti yaxşıdır. Şahid5 şikayət etmişdir ki, Kənan onun motosikleti ilə odun aparmışdır. Motosikletinin markasını dəqiq bilmir, “Muravey” adlandırırlar. Kənan nə vaxt istəsə ona məxsus motosikleti ondan götürmüşdür. Motosikleti götürərkən bağında işinin olduğunu, odunun, otunun olduğunu bildirirdi. 2023-cü ilin qış aylarında da yəqin ki, Kənanın ondan Muraveyi götürdüyü vaxtlar olub. Kənan tərəfindən ağacların kəsilməsi barədə məlumatı yoxdur. Kənanın, onun yoldaşının bağ sahələri vardır, ağacların budağını budayıb odun daşıyırlar. Bir-iki dəfə Kənanın fındıq odununun budaqlarını daşıdığını görmüşdür. Kənan oktyabr ayının sonundan fevrala qədər ayda bir dəfə, həftədə bir dəfə ehtiyacı olanda bir-iki saatlıq müraciət edərək ondan motosikleti götürmüşdür. Kənan onun motosikleti ilə kömürdən üçün ağac gətirməmişdir. Həmin vaxtlar kömür hazırlamırdı. Şahid6 məhkəmə iclasında təkrar dindirilərkən verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2007-ci ildən tanıyır. O, 2007-ci ildən hərbi xidmətdən tərxis olunmuş və kəndə gəlmişdir. Bir kəndli kimi Kənanla münasibətləri normaldır. Kənanın onun oğlu ilə də münasibəti yaxşıdır. Onunla isə salam kəlamı vardır və bir yerdə arı saxlamışlar. Onu istintaqa niyə çağırmalarından məlumatı yoxdur və onun adını kimin verməsini bilmir. Kənan gəlib ondan motosiklet istəmiş, oğlu evdə olanda onunla birgə aparmışdır. Oğlu evdə olmayanda isə qonşu olduğu üçün motosikleti Kənana vermişdir. Kənan da bağını buduyub odununu gətirmişdir. Kənanla birlikdə arıya gedib gəlmişlər və Kənan da ona məxsus motosikleti sürmüşdür. Ona görə də, Kənan kənddə yalnız ondan motosikleti istəmişdir. O Kənan üçün ağac gətirməmişdir, heç vaxt kəsilən ağacları daşımamışdır. Ümumiyyətlə heç o ağacların yerlərini belə bilmir. O, Fıstıqlı kəndində bəlkə də bu vaxta kimi 3-4 dəfə olmuş, ya da olmamışdır. Xəlil Ağakişiyevin üzünü isə ilk dəfə məhkəmə prosesində görmüşdür, heç Xəlili üzdən belə tanımamışdır. Oğlu isə Kənanı bir-iki dəfə taksi olmadığı və Kənan xahiş etdiyi üçün Fıstıqlı kəndinə aparıb düşürmüşdür. Ancaq onların ağac kəsməyindən xəbəri yoxdur. Ola bilər ki, bir yerdə gedib fındıq ağaclarını budamışlar. Ancaq Kənanla onun oğlu bir yerdə gedib ağac kəsməmişlər. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o Qum Bələdiyyəsinin sədridir. Şikayət olunandan sonra Təqsirləndirilən şəxs tanımışdır. Ağacların kəsilməsi ilə bağlı müraciət olunmuşdur. Onu Baş prokurorluqdan gələn əməkdaşlar çağırmışdır. Ağacların kəsildiyi ərazi Qum Bələdiyyəsinin ərazisidir. Lakin ağacların kim tərəfindən kəsildiyi məlum deyildir, bilmir və görməmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanımır. O Kənanın ağac qırdığını görməmişdir. Meşənin qarşısında prokurorluq əməkdaşlarının iştirakı ilə onları çağırmışlar. Yəni Kənanın orada ağac kəsdiyinə dair onun şahidliyi yoxdur. Onlara demişlər ki, Kənan həmin ərazidə ağac qırmışdır və bu barədə Şahid5 şikayətinə görə onu çağırmışlar. Həmin ərazi onlara tabedir, Qum Bələdiyyəsinin ərazisidir. Həmin ərazidə 15 ağac kəsilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid10 verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qohumu deyil, qonşusudur. Kənanın qayınanasının bağının başında onların evi vardır. Kənanın bir dəfə həyat yoldaşının, yəni qayınanasıgilin fındıq bağında yetişən fındıq ağaclarını budayaraq muroveylə apardığını görmüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Kənanla münasibətləri yaxşıdır. Kənanın təqsiri yoxdur, oğlu Xəlil Kənanı şərləyir. Xəlili evdə başa salır ki, belə şeylər etməsin, Xəlil yenə onu başa düşmür. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid11 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o Təqsirləndirilən şəxs faktiki arvadıdır. Həyat yoldaşı Kənanın həmin ağacları kəsmədiyini, həmin işlə heç bir əlaqəsi olmadığına şahidlik edir. Yəni Kənanla bir yerdə yaşayır, qardaşı Xəlil Kənana dəfələrlə şər atmışdır. Xəlilin tək yoldaşı ilə deyil, bütün kəndlə ədavəti vardır. İkinci məhkəmədə, yəni cari ilin avqust ayının 8-i olan məhkəməyə gələrkən 15 nəfərin yanında “mən nə etməliyəm, məcburam bu şəri atmağa” demişdir. Xəlil deyir ki, kiçik qardaşı Mustafanın ona qarşı bağ bölgüsü ilə bağlı verdiyi iddiaya görə Mustafanı Kənan tovlayır və qardaşı ilə arasına girdiyinə görə Kənandan qisas alır. Xəlil guya Kənanın tüfənglə onu öldürmək istədiyini, onun birinci evliliyindən doğulan uşağını döydüyünü Ombudsmana, Daxili İşlər Nazirliynə və bütün idarələrə yazır. Kənana məxsus bağın 500 metr yaxınlığında Turaclı kəndinin meşəsi vardır. Yeri gələrsə Kənan həmin meşədən də ağac kəsə bilər, niyə gedib Fıstıqlı kəndi ərazisində olan ağacları kəsir. X8 adlı şəxsin motosikleti ilə ağacları kəsdiyini bildirib. Kənan ilə ona və anasına aid olan bağın budanması ilə məşğul olmuş, həmin budaqları anasıgilə və Turaclı kəndində yerləşən evinə aparmışlar. Yəni Kənan həmin odunları kəsib motosikletlə aparmamışdır. Kənanla bir yerdə işə gedirlər. Kənan arıçılıqla məşğuldur. Kənan həmin ağacları kəsmiş olsaydı onun xəbəri olacaqdı. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun yeznəsidir və münasibətləri yaxşıdır. Qardaşı Xəlil heç bir günahı olmadan Kənanı ittiham edir. Kənan odun işinə baxmır, ağac kəsmir. Öz bağlarında olan fındıq ağaclarının, anası və bacısına məxsus fındıq ağaclarının budanmasına köməklik göstərmişdir. Kənan heç bir ağac tanımır, meşəni tanımır. Ağacları başqa adam kəsib və Xəlil Kənanın üstünə şər atmışdır. Xəlil çox şərçi, böhtançıdır. Hətta ona da şər atmış, onu evdən qovmuş, ata anasına baxmamaq adı ilə polis bölməsinə onun adını xuliqanlıq kimi yazdırmışdır. O ataanasının yurdundan kirayəyə gəlmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs harasa getdikdə ona motosiklet lazım olanda vermiş, onu motosikletlə Qax rayonu Fıstıqlı kəndinə aparıb düşürmüş, həyətdə yerdən su çıxartmaq işlərində ona kömək etmişdir. Özünə məxsus motosikletlə Kənanın həyətinə kəsilmiş ağac aparmamış, Kənanın ağac kəsdiyini görməmiş, ona ağac kəsməyə köməklik göstərməmişdir. Kənanın həyətində fındıq ağaclarının budaqlarını aparmışdır. Onun motosikletinin yük həcmi az olduğu və yararsız olduğu üçün fındıq budaqlarını az-az aparmışdır. Kənana bir dəfə motosikleti vermiş, Kənan Fıstıqlı kəndinə yarım saat ərzində gedib-gəlmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır. Kənan onun həmkəndlisidir. Onların kəndində böyüyüb, o da həmin kənddə anadan olmuşdur. Kənanla münasibətləri yaxşıdır. Şahid5 isə şifahi tanıyır. Kənandan fındıq ağacının kömürünü almışdır. Qanunda da hansı ağaclardan kömür istehsal olunması yazılmışdır. Onun kömürün istehsalı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər orqanlardan icazəsi var. Kənanın fındıq bağında şəxsi çəni olmuşdur. Kənan odunu həmin çəndə arıtdıyıb gətirib orada yandırırdı. Təkcə Kənanın deyil, demək olar ki camaatın 70%-nin fındıq bağından kömür üçün odun əldə edir. Kənanın 20-30 faiz bağının odununu da o alır. Onları öz zavodunda istehsal edərək kömür düzəltdirir. Kimin ki bağında dolanışıq səviyyəsi aşağıdır, onlar kömürü özləri istehsal edir, özləri yındırır. O, Təqsirləndirilən şəxs 2023-cü ildə fındıq ağacının kömürünü almış, cari ildə isə almamışdır. Onda kömürün hansı ağac materialından hazırlanmasını müəyyən etmək üçün cihaz vardır. O, ikinci ildir həmin işlə məşğul olur. Demək olar ki, kömürün 70 faizini özü istehsal edir, qalanını isə digər şəxslərdən alır. Bütün ağacların yanması var. Ağac yanarkən kömürü yerdə olur. O, yerdə açıq şəkildə kömürü görməsə almır. Kimdənsə də kömür alırsa həmin şəxs odunu çənə və yaxud quyulara yığır, o gedib şəxsən baxır. Şəxsən görmədiyini isə almır. Kömürü çıxardıqdan sonra yığan şəxslər də özünün işçiləridir. O, odunu ağac kimi ekologiyadan alır, meşədən qırıqları alır, qanuni şəkildə pulunu bank hesabına keçirir. O, Təqsirləndirilən şəxs fındıq kömürü almışdır. Başqa nə ağac, nə də kömür almamışdır. Lapan, yalan qoz, göyrüş, qızılağac, qovaq ağaclarının kömürü olmur. Çünki həmin ağaclar yandıqdan sonra külü çox olur. Nazirlik tərəfindən də fındıq və vələs odununun kömürünə icazə verilir. O, un kisələrinə yığılmış kömür almır, yəni iri kömürdən istifadə etmir. O, kömür aldığı adamlara kisəni zavoddan alıb özü verir. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, Şahid5 ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən 15 ədəd ağacları kəsmədiyi barədə ifadə versə də, məhkəmə onun ifadəsini ittihamı təkzib edən əsaslı sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə şahidlərin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə zidd olan ifadə vermələri ilə bağlı qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə dəvət edilmiş şahidlərin də ifadələrindən məlum olur ki, onlar təqsirləndirilən şəxsin qonşusu, arvadı, qayınanası və qayınıdır. Onların ifadələri Təqsirləndirilən şəxs qeyd olunan ağacları kəsməməsini sübut etmir. Həmin şəxslər Şahid5 şəxsiyyəti barədə ümumi ifadələr verməklə, təqsirkarın cinayət məsuliyyətindən azad olunmasına çalışmışlar. Bu səbəbdən də məhkəmə bu qənaətdədir ki, həmin şahidlər məhkəmə iclasında Təqsirləndirilən şəxs kömək göstərməyə yönələn ifadələr vermişlər. Ona görə də məhkəmə hesab edir ki, müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş şahidlərin verdiyi ifadələr mötəbər sübut kimi qiymətləndirilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, cinayət işinin (ibtidai istintaqının aparılması üçün aidiyyəti üzrə) Qax rayon Polis Şöbəsinin istintaq bölməsinə göndərilməsi qərara alınmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Baxış keçirilməsi haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Qax rayonu, Fıstıqlı kəndində yerləşən vətəndaşların pay torpaqlarına gedən yolun sağ və sol hissələrində müxtəlif diametrli 15 ədəd müxtəlif növlü ağacların kəsildiyi ərazidir. Baxış zamanı kəsilmiş ağacların diametrləri 1 (bir) ədəd 22 sm, 1 (bir) ədəd 31 sm və 1 (bir) ədəd 32 sm diametrlərində olmaqla 3 ədəd ağcaqayın cinsinə məxsus və 2 (iki) ədəd 21 sm, 1 (bir) ədəd 23 sm, 1 (bir) ədəd 25 sm, 3 (üç) ədəd 26 sm, 2 (iki) ədəd 33 sm, 1 (bir) ədəd 34 sm, 1 (bir) ədəd 41 sm və 1 (bir) ədəd 42 sm diametrlərində olmaqla 12 ədəd, qızılağac cinsinə məxsus ağacların dib kökündən kəsilərək məhv olunması müəyyən olunmuşdur. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, həmin ərazidə müxtəlif diametrli 15 ədəd müxtəlif növlü ağacların kəsilməsi barəsində Şahid5 tərəfindən Azərbaycan Respöublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyi müraciəti əsasında onun tərəfindən araşdırma aparılaraq həmin əraziyə idarənin digər əməkdaşı X4 tərəfindən baxış keçirilərək 15 ədəd müxtəlif diametrli müxtəli növlü köküstə yaş vəziyyətdə olan ağacların kəsilməsi faktı müəyyən olunaraq xx.xx.2024-cü il tarixli 83417 nömrəli Akt tərtib olunmuş və dəymiş ziyanın məbləği 4400 manat müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid5 həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirimişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs isə Şahid5 bildirdiklərinin yalan və böhtan xarakterli olduğunu göstərmişdir. 27 mart 2024-cü il tarixli, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş məktubdan görünür ki, Qax rayonu, Fıstıqlı kəndində yerləşən vətəndaşlara məxsus torpaq sahələrinə gedən yolun kənarında köküstə yaş olmaqla 3 ədəd 22 sm, 31 sm, 32 sm dm-də lapan və 12 ədəd 21 sm, 21 sm, 23 sm, 25 sm, 26 sm, 26 sm, 26 sm, 33 sm, 33 sm, 34 sm, 41 sm və 42 sm dm-də qızılağac cinsinə aid ağacın dib kökündən qanunsuz kəsilməsi nəticəsində təbiətə 4400 (dörd min dörd yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 259-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun” 8-ci və 9-cu maddələri baxımından şərh edilməsnə dair” 29 noyabr 2022-ci il tarixli qərarına əsasən yaşıllığa dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar həmin idarəyə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 12 saylı Şəki Ərazi İdarəsinin 16 may 2024-cü il tarixli, 3-21-3-39/2-2129/2024 nömrəli məktubundan görünür ki, Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən torpaq sahəsinə dair zəruri məlumatların təqdim edilməsi barədə müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, idarənin mütəxəssisi tərəfindən Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılaraq döngə nöqtələrinin koordinatları götürülmüşdür. Götürülmüş koordinatlar kameral şəraitdə təsərrüfatın xəritə materiallarına, DWG faylına (mülkiyyətə verilmiş torpaqların kompeks yerquruluşu layihəsi), TEKUİS (torpaqların elektron uçot informasiya sistemi) və NECAS (yeni kadastr sistemi) məlumat bazalarına istinad edilərək araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Qax rayonu, Fıstıqlı kəndində 15 ağacın kəsildiyi ərazi Qum bələdiyyəsinin mülkiyyətindədir. Mülkiyyət növü- bələdiyyə, uqodiyası örüş, kateqoriyası-kənd təsərrüfat təyinatlı torpaqlar olmaqla, həmin torpaq sahələri 0,0033 ha, 0,0226 ha və 0,0053 hektardır. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli 83417 nömrəli AKT-dan görünür ki, Qax rayonu, Fıstıqlı kəndi ərazisində yerləşən Qax rayonu, Qum bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidə köküstə yaş olmaqla lapan cinsinə məxsus 3 (üç) ədəd 22 sm, 31 sm və 32 sm diametrlərində, qızılağac cinsinə məxsus 21 sm, 23 sm, 25 sm, 26 sm, 33 sm, 34 sm, 41 sm və 42 sm diametrlərində olmaqla ümumilikdə 15 ədəd Qızılağac ağaclarının kəsilməsi aşkarlanmışdır. Qızılağac cinsindən olan ağacların 25 sm və 29 sm olan iki ədədi zədələnmişdir. Bundan başqa araşdırma aparılan zaman şikayətçi Şahid5 öz yazılı izahatında göstərmişdir ki, həmin ağaclar onun bacısının əri tərəfindən kəsilərək motoreller vasitəsi ilə aparıldığını görsə də, əlində heç bir şəkil və ya sübutun olmadığını bildirmişdir. Odur ki, araşdırma zamanı vətəndaş Təqsirləndirilən şəxs ona məxsus fındıq bağında bir ədəd kömür çəni olduğunu, lakin istifadə etmədiyini göstərmiş, ona məxsus Qax rayonu Turaclı kəndində yerləşən fındıq bağındakı kustar üsulla hazırlanmış bir ədəd kömür sobasına baxış keçirildiyi zaman onun fəaliyyət göstərmədiyi müəyyən olundu. Araşdırma zamanı toplanmış materiallar və alınmış izahatlar çəkilmiş fotoşəkillər Akta əlavə olunmuşdur. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi-nin ƏMMN və EM sektoru tərəfindən tərtib edilmiş hesablama cədvəlindən görünür ki, Qax rayonu, Fıstıqlı kəndində yerləşən vətəndaşlara məxsus torpaq sahələrinə gedən yolun kənarından köküstə yaş olmaqla lapan cinsinə məxsus 1 (bir) ədəd 22 sm, 1 (bir) ədəd 31 sm və 1 (bir) ədəd 32 sm diametrlərində olmaqla 3 ədəd və qızılağac cinsinə məxsus 2 (iki) ədəd 21 sm, 1 (bir) ədəd 23 sm, 1 (bir) ədəd 25 sm, 3 (üç) ədəd 26 sm, 2 (iki) ədəd 33 sm, 1 (bir) ədəd 34 sm, 1 (bir) ədəd 41 sm və 1 (bir) ədəd 42 sm diametrlərində olmaqla 12 ədəd, ümumilikdə 15 ədəd ağacların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 4400 (dörd min dörd yüz) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli, 9/4315 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 saylı RETSİ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 83417 nömrəli aktda göstərilən Qax rayonu, Fıstıqlı kəndində yerləşən köküstə yaş bioloji inkişafda olan ümumilikdə 15 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği AR-nın Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən nəzəri qaydada 4400,0 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manatdır. Qum Bələdiyyəsinin 12 mart 2024-cü il tarixli 25 nömrəli məktubundan görünür ki, Fıstıqlı kəndinə yolun kənarında kəsilmiş ağaclar Qum Bələdiyyəsinin mülkiyyətinə aiddir. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Qax RİHB-nın Turaclı kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 200 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Turaclı kəndində qeydiyyatdadır və yaşayır. Qax RİHB-nın Turaclı kənd İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” PHŞ Qax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin verdiyi xx.xx.2024-cü il tarixli 18-1-50/2-559/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsinin narkoloji və ruhi əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsini etiraf etməsə də, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində göstərilmişdir ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 259.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsində göstərilmişdir ki, yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13.2 və 13.8-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydaları”nın 1.1-ci bəndində təsbit edilmişdir ki, bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydaları”nın 2.1, 2.4 və 2.7-ci bəndləri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi Şahid5 tərəfindən dövlət orqanlarına etdiyi müraciətlərdən sonra başlanılmış, ona CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Şahid5 ilə Təqsirləndirilən şəxs əvvəllər etibarlı ailə münasibətlərində olmuşlar. Şahid5 məhkəmə tərəfindən bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə xəbərdarlıq edildikdən sonra qeyd edilən ağacların yeznəsi Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini israrla bildirmiş, həmin halları təsdiq edəcək foto və video görüntüləri təqdim edə bilməməsini, qohum olmaları səbəbindən ilk vaxtlar münasibətlərinin yaxşı olması ilə əlaqələndirmişdir. Sonradan Təqsirləndirilən şəxs tərəfindən onların ailə işlərinə müdaxilə edildiyini gördükdən sonra, etdiyi qanunsuz əməllər barəsində hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Məhkəmə Şahid5 verdiyi ifadəni ittihamıın sübut edilməsində əsaslı sübut kimi qiymətləndirir. Məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədi ilə təqsirləndirilən şəxsin vəsatəti qəbul edilərək müdafiə tərəfindən təqdim olunan əlavə şahidlərin ifadələri alınmışdır. Lakin cəlb edilən həmin şahidlər verilmiş ittihama aidiyyatı olmayan, Şahid5 ifadələrini təkzib edəcək, sübut əhəmiyyətli hər hansı hallar barədə məhkəməyə məlumat verməmişlər. Qeyd edilən əlavə şahidlər Şahid5 anası, bacısı və qardaşı olmuşdur. Şahid5 tərəfindən məhkəmə iclasında verilən ifadələrdən həmçinin o da aydın olur ki, təqsirləndirilən şəxs Qax rayonu, Turaclı kəndində qeydiyyatda olsa da, 15 (on beş) ədəd ağacın kəsildiyi Qax rayonu, Qum bələdiyyəsinin tabeliyində olan Qax rayonu, Fıstıqlı kəndində yaşayan Şahid5 bacısı ilə faktiki nikaha daxil olmuşdur. Həmin müddətdə təqsirləndirilən şəxsin Şahid5 ilə mehriban münasibətləri olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında da Qax rayonu, Turaclı kəndində özünə məxsus kömür hazırlamaq üçün çəni olduğunu etiraf etmişdir. Məhkəmə tərəfindən Şahid5 vəsatəti əsasında məhkəmə istintaqına cəlb edilmiş Şahid7 və Şahid8, həmçinin Şahid6 ifadələrinə də tənqidi yanaşılır və qeyd etməyi zəruri hesab edir ki, şahidlər Camal və Şahid6 təqsirləndirilən şəxslə həmkəndli olmaqla, yaxın münasibətləri movcuddur və təqsirləndirilən şəxs tərəfindən istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı dövründə cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün şahidlərə təsir göstərərək onların ifadələrinin dəyişdirilməsinə nail olunması mümkündür. Şahid7 Şahid6 oğulu olmaqla məhkəmə iclasında onun Təqsirləndirilən şəxs ilə birlikdə bir müddət kömür üçün oduncaq toplamaları, Şahid6 məxsus olan motosikletlə daşımaları müəyyən edilmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Qum Bələdiyyəsinin mülkiyyətində olan Qax rayonu, Fıstıqlı kəndində yerləşən vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gedən yolun sağ və sol tarafində yerləşən ümumilikdə 15 (ədəd) ağacın qanunsuz kəsilməsi cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırılmaqla tam sübuta yetirilmişdir. Şəsin cinayət əməlini törətməsini sübuta yetirən video və foto görüntülər, cinayət əməli nəticəsində əldə edilmiş maddi sübutlar, cinayətin törədilməsində istifadə olunan alət vasitələr olmasa da, təqsirləndirilən şəxsin onun barəsində cinayət təqibinin həyata keçirilməsi barədə müraciət etmiş şahidlə qohumluq münasibətlərində olması, yaşadığı Qax rayonu, Turaclı kəndindəki ünvanda vaxtilə kömür hazırlaması, Şahid5 ilə ailəsi arasında cinayət hadisəsinin baş verdiyi vaxtlarda torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olması və digər dolayı sübutlar Təqsirləndirilən şəxs cinayətə aidiyyatını və əməlin onun tərəfindən törədilməsini sübuta yetirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 15-ci bəndinə əsasən konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətlərlə əlaqədar olaraq, Avropa Məhkəməsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbul etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. Həmin qaydaya görə, bu növdən şikayətlərə baxarkən, aşağıda göstərilən üçpilləli testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır: 1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması; 2) işə mahiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması; 3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstəribgöstərməməsi. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 259.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Qax rayonu Turaclı kəndində yerləşən yaşayış yerini saat 23:00-dən növbəti gün 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdüdlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs, həmçinin mülki iddiaçı 7 saylı RETSİ-nin nümayəndəsi tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilərək təqsirləndirilən şəxsdən 4400 (dörd min dörd yüz) manat məbləğində pulun alınaraq idarənin hesabına ödənilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 179.1 və 179.2-ci maddələrinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət Prosessual Məcəllənin 183.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri). Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, cinayət işi materialları ilə zərərçəkmiş hüquqi şəxsə 4400 manat məbləğdə ziyan dəyməsi təsdiqini tapmışdır. Ona görə də, mülki cavabdeh kimi təqsirləndirilən şəxsdən maddi ziyana görə 4400 manat pul alınıb zərərçəkmiş hüquqi şəxs mülki iddiaçı 7 saylı RETSİ-nə ödənilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Tələbin təmin olunmuş hissəsinə uyğun olaraq 64 (altmış dörd) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Qax rayonu Turaclı kəndində yerləşən yaşayış yerini saat 23:00-dən növbəti gün 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdüdlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə 4400 (dörd min dörd yüz manat) manat məbləğdə pul alınaraq zərərçəkmiş hüquqi şəxs mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı RETSİ-nin hesabına ödənilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №1(024)-42/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-42/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver