Məhkəmə qərarları › İş №1(024)-43/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-43/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-43/2024 29.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat 11:30-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, X2 Temuriyeviçin iştirakları ilə, xx.xx.1989-cu ildə Qax rayonu Qax-İngiloy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda əkmiş, yetişdirmiş və kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2024-cü ilin yanvar ayının sonlarında Qax şəhəri, Şahmat məktəbinin yaxınlığında yoldan 1 ədəd sellofon torbada narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmış, həmin toxumları Qax şəhəri ərazisində yerləşən “Gürcü” qəbiristanlığına gətirərək orada gizlətmiş, 2024-cü ilin aprel ayının əvvəllərində isə həmin yerdə gizlətdiyi çətənə toxumlarını qəbiristanlığın açıq ərazisində əkmiş, yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 07 iyun 2024-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Qax şəhərində yerləşən “Giircü” qəbiristanlığının ərazisindəki açıq sahəyə baxış keçirilən zamanı oradan Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda, yəni ümümi çəkisi 19,5 qram olan 20 sm-dən 40 sm-dək nəm vəziyyətdə ümumilikdə 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin qış aylarında Qax şəhərində yerləşən Şahmat məktəbinin yanından keçərkən yerdə yaylığa bükülmüş halda olan 7 ədəd narkotik vasitə hesab edilən çətənə bitkisinin toxumlarını tapmış, toxumlara heyifi gəldiyi üçün onları götürərək Gürcü qəbirstanlığının ərazisində gizlətmişdir. Əvvəllər narkotikə görə həbs olunduğu üçün çətənə bitkisinin toxumlarını yaxşı tanıyır. 2024-cü ilin aprel ayının başlanğıcında isə toxumları həmin əraziyə səpmişdir. Toxumları səpdikdən sonra bir dəfə əraziyə baş çəkmiş və 7 ədədinin də cücərdiyini görmüşdür. Əkdiyi toxumları bir dəfə sulamış və alaq otlarından təmizləmişdir. Toxumları əkməkdə məqsədi şəxsi istifadə etmək üçün olmuşdur. Vaxtilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir neçə dəfə narkotik vasitə istifadə edib, lakin aludəçisi deyil və müalicəyə ehtiyacı yoxdur. Bazarda işdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq Qax RPŞ-nə dəvət etmiş və orada üstünə baxış keçirmiş, lakin üstündən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları ona Qax rayonu Gürcü qəbirstanlığı adlanan ərazidə narkotik vasitə olan çətənə bitkisinin kollarını yetişdirməsi barədə məlumat aldıqlarını bildirmiş o da törətdiyi cinayət əməlini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəcə polis baş leytenantıdır. Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 7 iyun 2024-cü il tairxdə səhər vaxtı Qax şəhər sakini Qela adlı şəxsin narkotik vasitə istifadəçisi olması və Qax şəhəri ərazisində narkotik vasitə olan çətənə bitkisini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat daxil olduqdan sonra rəhbərliyə məruzə olunmuş və məlumat əsasında tərəflərindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olundu. Əmr imzalandıqdan sonra şəxsin müəyyən olunaraq polis şöbəsinə gətirilməsi ilə bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi qrupu yaradılmışdır. Qela adlı şəxs qeyd etdiyi tarixdə, səhər saat 10 radələrində Qax şəhərində yerləşən bazarın ərazisində saxlanılaraq polis şöbəsinə dəvət olunmuş və şöbəyə gətirilmişdir. Qela bu barədə etiraz etməmiş, heç bir müqavimət göstərməmiş, həmçinin ona qarşı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona saxlanılmasının səbəbləri izah olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçi qismində vəkil Müdafiəçi və tərcüməçi Şarmazi Tartaraşvili təyin edilmişdir. Bundan sonra təhqiqatçının otağında mütəxəssis qismində polis əməkdaşı Şahid2 tərəfindən aparılmış videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı yerdə narkotik vasitəni saxlayıb-saxlamaması və əkib-becərməsi barədə sual verilmiş, o da Qax rayonu Qax-İngiloy kəndi ərazisində yerləşən Gürcü qəbirstanlığının ərazisində açıq sahədə narkotik vasitə olan çətənə bitkisinin toxumlarını 2024-cü ilin aprel ayında əkdiyini, birneçə dəfə gedib baxaraq suladığını və bildiyi qədər 7 ədəd çətənə bitkisinin həmin ərazidə bitdiyini bildirmişdir. Bundan sonra həmin ərazini Təqsirləndirilən şəxs onlara videoçəkiliş vasitəsi ilə göstərmiş və onlar tərəfindən həmin 7 ədəd çətənə bitkisi çıxarılaraq sayılıb, qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs onlara narkotik vasitə istifadəçisi olduğunu və bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qax RPŞ-nin KTQ-nin baş inspektoru vəzifəsində işləyir. Rütbəcə polis kapitanıdır. Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamış, onu hazırki cinayət işi ilə əlaqədar tanımışdır. Bu işlə bağlı videoçəkiliş onun tərəfindən həyata keçirilmişdir. Qela adlı şəxs narkotik vasitə əkib-becərməsi ilə bağlı əməliyyat məlumatına əsasən Qax RPŞ-nə gətirilmişdir. Qax RPŞ-də vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı təqsirləndirilən şəxs bildirmişdir ki, Qax rayonu Qax-İngiloy kəndi ərazisində yerləşən Gürcü qəbirstanlığı adlanan ərazidə narkotik vasitə əkmişdir. Həmin əraziyə gedilmiş, orada 7 ədəd çətənə bitkisinə oxşar bitkilər torpaqdan çıxarılaraq götürlümüş və qablaşdırılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş şahid Qax RPŞ-nin CABnin baş əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində 07 iyun 2024cü il tarixdə Qax şəhər sakini Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması bardə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradıldığını, qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydalarının izah edildiyini, bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Qax şəhər sakini Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirdiklərini, 07 iyun 2024-cü il tarixdə keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qax şəhəri ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edildiyini, daha sonra şəxsi axtarış istintaq hərəkətini qeydə almaq üçün təhqiqatçı tərəfindən mütəxəssis dəvət edildiyini, sonra mütəxəssisin, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əvvəlcə əynindəki qara rəngdə idman şalvarının sol yan cibində 70 qəpik pul əsginasları, sağ yan cibindən 1 ədəd qırmızı rəngdə alışqan və 4 manat pul əsginası təqdim etdiyini, sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı qeyri qanuni heç nəyin aşkar olunmadığını, Təqsirləndirilən şəxs təqdim etdiyi 4 manat 70 qəpik pul əsginaslarının və 1 ədəd qırmızı rəngdə olan alışqanın ona qaytarıldığını, bundan sonra Təqsirləndirilən şəxs Qax rayonu Qax İngiloy kəndində yerləşən “Gürcü” qəbiristanlığının ərazisində yetişdirərək kultivasiya etdiyi narkotik tərkibli bitkilərin olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs Qax RPŞ-nə gətirilərkən və Qax RPŞdə olarkən hər hansı bir formada təzyiq olub-olmadığını soruşduqda onun heç bir təzyiqin olmadığını bildirdiyini, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini, daha sonra Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yerə baxış keçirildiyini, baxış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs və digərlərinə baxış keçirilməsinə və baxış zamanı videoçəkilişdən istifadə edilməsinə etirazlarının olubolmadığını soruşanda onların etirazlarının olmadığını bildirdiklərini, daha sonra Təqsirləndirilən şəxs və baxışda iştirak edən şəxslərin iştirakı ilə Qax rayonu Qax-İngiloy kəndində yerləşən “Gürcü” qəbiristanlığının ərazisinə daxil olduqlarını, bundan sonra Təqsirləndirilən şəxs qəbiristanlığın ərazisində tərkibində narkotik tərkibli olan çətənə bitkiləri varsa həmin bitkiləri təqdim etməyi ona bildirdiklərini, Təqsirləndirilən şəxs Qax rayonu Qax-İngiloy kəndində yerləşən “Gürcü” qəbiristanlığının içərisindən keçərək onları qəbiristanlığın axırına, yəni açıq əraziyə apardığını, açıq ərazidə balaca təpəlik olan yerdə 7 (yeddi) ədəd narkotik tərkibli bitkiyə bənzər bitki kolunu təqdim etdiyini, Təqsirləndirilən şəxs aşkar olunan 7 (yeddi) ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilərin kimə məxsus olması və kim tərəfindən əkilməsini soruşanda onun narkotik tərkibli bitkiyə bənzər 7 (yeddi) ədəd bitkilərin özünə məxsus olmasını və həmin bitkiləri özünün tək əkdiyini bildirdiyini, mütəxəssis X1 həmin narkotik tərkibli bitkiyə bənzər 7 (yeddi) ədəd bitkinin kollarına baxaraq onlara aqrotexniki qaydada qulluq olduğunu bildirdiyini, narkotik tərkibli bitkiyə bənzər 7 (yeddi) ədəd bitki kollarının kökləri ilə birlikdə torpaqdan çıxarıldığını, bundan sonra həmin narkotik tərkibli bitkiyə bənzər 7 (yeddi) ədəd bitkilərin qablaşdırılıb şöbənin 108 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürüldüyünü, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakt üzrə CM-nin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə şöbənin istintaq qrupuna göndərilmişdir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 11:29-da şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı maddi sübut əhəmiyyətli hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs daha sonra Qax rayonu Qax-İngiloy kəndi ərazisində yerləşən Gürcü qəbiristanlığının ərazisində açıq sahədə 7 ədəd narktoik vasitə olan çətənə bitkilərini yetişdirərək kultivasiya etdiyini bildirmişdir. Qax şəhəri “Gürcü” qəbiristanlığı adlanan ərazidə yerləşən sahəyə baxış keçirilən zaman təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əkdiyi, aşkar olunmuş -1 ədəd zərfdə ümümi çəkisi 19,5 qram, 20 sm-dən 40 sm-dək olan 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üçün əhəmiyyət kəsb etdiyindən iştirakçılarının iştirakı ilə zərflə qoyulub qablaşdırılaraq götürülmüşdür. Mütəxəssis rəyindən görünür ki, Qax şəhərində “Gürcü” qəbiristanlığı ərazisində yerləşən sahəyə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş -1 ədəd zərfdə ümumi təmiz çəkisi 19,05 qram olan, 20 sm-dən 40 sm-dək olan 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexnki qaydada qulluq edilmişdir. «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhəri, Şahmat məktəbinin yaxınlığında 2024-cü ilin yanvar ayında çətənə bitkisinin toxumlarını tapdığı yeri əyani şəkildə göstərmişdir. «Maddi sübut kimi tanınma haqqında» 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhərində “Gürcü” qəbiristanlığı ərazisində yerləşən sahəyə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş -1 ədəd zərfdə ümümi çəkisi tədqiqatdan sonra 18,70 qram, 20 sm-dən 40 sm-dək olan 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Qax RPŞ-nin aidiyyəti xidmət sahəsinə təhvil verilmişdir. «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 188, 234.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. «Məhkəmə-bioloji ekspertizasının» 07 iyun 2024-cü il tarixli, 3-16-16-2-17/522 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki: - Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs əkdiyi 7 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq tərəfimdən götürüldü.” yazısı və digər yazılar olan 01 (bir) ədəd kağız paketin içərisindəki, uzunluqları 20 sm-dən 40 sm-dək, nəm vəziyyətdə ümumi təmiz çəkiləri - 19,05 qram olan 07 (yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Böyük məsləhətçimütəxəssis Seyfullah Ramazanovun 07 iyun 2024-cü il tarixli rəyinə əsasən 07 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə bitkisi şitillərinin ümumi təmiz çəkisi 19.05 qram., cəmi tədqiqata sərf edildi 0.35 qram, (hər bitkidən 0,05 qr.), qalıq 18.70 qram təşkil edir. Ekspertiza xərclərinə dair Bildirişdən görünür ki, iş üzrə ekspetiza xərci 34.55 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 1037 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə hallar olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. «Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci madddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə əlaqədar olaraq azad edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ Qax RMX PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-50/2-629/2024 saylı məktubdan görünür ki, Qax şəhər sakini Təqsirləndirilən şəxs Qax RMX PHŞ-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyil. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi 10 iyun 2024-cü il tarixli 917 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhəri, İ.Dağıstanlı küçəsi, ev 4-də qeydiyyatdadır. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilmişdir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2024-cü ilin yanvar ayının sonlarında Qax şəhəri, Şahmat məktəbinin yaxınlığında yoldan 1 ədəd sellofon torbada narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmış, həmin toxumları Qax şəhəri ərazisində yerləşən “Gürcü” qəbiristanlığına gətirərək orada gizlətmiş, 2024-cü ilin aprel ayının əvvəllərində isə həmin yerdə gizlətdiyi çətənə toxumlarını qəbiristanlığın açıq ərazisində əkmiş, yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 21-ci bəndində göstərilir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 237.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd olunanlara əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Qax şəhəri, İ.Dağıstanlı küçəsi, ev 4 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli 1037 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Onun Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut kimi tanınmış və Qax RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq təmiz çəkisi 18,70 qram, 20 sm-dən 40 sm-dək olan 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 34.55 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Qax şəhəri, İ.Dağıstanlı küçəsi, ev 4 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan saat növbəti gün 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qax RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq təmiz çəkisi 18,70 qram, 20 sm-dən 40 sm-dək olan 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 34.55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar