Məhkəmə qərarları › İş №1(024)-44/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-44/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-44/2023 03.08.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 12:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1962-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İİİ qrup əlil, Qax rayonunun Zərnə kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktların şərtlərini pozmaqla qanunsuz şəkildə 2022-ci ilin yaz aylarında dəqiq günü və ayı yadında olmayan vaxtı Qax rayonu, Zərnə kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid ərazidə köküstə yaş olmaqla söyüd cinsinə məxsus diametrləri 1 (bir) ədəd 17 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 77 sm və qızılağac cinsinə məxsus diametrləri 1 (bir) ədəd 20 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 28 sm, 1 (bir) ədəd 28 sm, 1 (bir) ədəd 30 sm, 1 (bir) ədəd 31 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 35 sm, 1 (bir) ədəd 35 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 39 sm, 1 (bir) ədəd 39 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 41 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 44 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 47 sm, 1 (bir) ədəd 47 sm, 1 (bir) ədəd 50 sm, 1 (bir) ədəd 53 sm, 1 (bir) ədəd 55 sm, 1 (bir) ədəd 58 sm, 1 (bir) ədəd 62 sm olmaqla, ümumilikdə 45 (qırx beş) ədəd ağacları elektrik mişarı ilə kəsdirərək təbiətə 24460 (iyirmi dörd min dörd yüz altmış) manat miqdarında, yəni, külli miqdarda ziyan vurmuşdur. Bununlа dа Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qax rayonu, Zərnə kəndi ərazisində qayınatası X8 məxsus 19 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən təxminən 30 ildir ki istifadə edir. X12 ölmüşdür. Həmin torpaq sahəsində əvvəllər bostan məhsulları əkmiş, təxminən 3-4 ildir ki, səhhəti ilə əlaqədar olaraq həmin yeri əkib becərmir. Qax rayonu, Zərnə kəndinin ağsaqqalları ilə kənddə 100 ailə üçün su çəkmələri barədə məsləhət etmiş, bunun üçün hər biri kənddə müəyyən qədər, yəni, kimin nəyə gücü çatırsa o qədər pul vermişlər. Su çəkmək üçün boru lazım olduğundan boruları almağa pul çatmadığı üçün öz sahəsində olan ağacları kəsdirib pulunu həmin işlə bağlı verməyi fikirləşmiş, daha sonra adı sonradan ona məlum olan Oğuz rayon sakini Vüsal adlı şəxs ona məxsus torpaq sahəsində olan ağacları kəsmiş və ona 500 manat pul vermişdir. Həmin 500 manat pulu kəndə çəkilən su üçün lazım olan borunu almaq üçün ödəmiş, təxminən 2 ay əvvəl Ekologiya idarəsinin nümayəndələri ona məxsus torpaq sahəsinə gəlib baxış keçirmiş, onlara həmin yerin özünə məxsus olmasını demişdir. Qanunsuz ağac kəsməsi nəticəsində təbiətə 24460 (iyirimi dörd min dörd yüz altmış) manat miqdarında maddi ziyan dəymişdir. Həmin ziyandan 1000 manatını ödəmişdir. Törətdiyi əməldən peşmandır. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, ağacları xeyriyyə məqsədi üçün kəsdiyini, yaşlı olmasını, himayəsində yaşlı anasının olmasını, oğlu X9 X7 olmasını, dövlət tərəfindən medallarla təltif olunmasını, özünün İİİ qrup əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qanuni nümayəndəsi X13 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində işləyir. Qax rayonu, Zərnə kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi barədə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Söyüd cinsinə məxsus 1 (bir) ədəd 17 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 77 sm, qızılağac cinsinə məxsus 1 (bir) ədəd 20 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 28 sm, 1 (bir) ədəd 28 sm, 1 (bir) ədəd 30 sm, 1 (bir) ədəd 31 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 35 sm, 1 (bir) ədəd 35 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 39 sm, 1 (bir) ədəd 39 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 41 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 44 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 47 sm, 1 (bir) ədəd 47 sm, 1 (bir) ədəd 50 sm, 1 (bir) ədəd 53 sm, 1 (bir) ədəd 55 sm, 1 (bir) ədəd 58 sm, 1 (bir) ədəd 62 sm diametrlərində olmaqla ümumilikdə 45 (qırx beş) ədəd ağacın kəsilməsi faktının müəyyən olunduğunu, təbiətə 24460 (iyirmi dörd min dörd yüz altmış) manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Qax rayonu, Ləkit bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin yaz aylarında qayınatası Mahmudov Mahmuda məxsus pay torpaqdan ağac kəsdirməsindən sonradan xəbəri olmuş, ağaclara toxunmaması barədə Təqsirləndirilən şəxs xəbərdarlıq etmişdir. Ona ağacları kəsməsi üçün Ekologiyadan icazə almasını bildirmiş, hadisə yerinə gedəndə isə artıq ağacların odun formasında kəsilib doğranmış, lakin orada olduğunu görmüşdür. Təxminən 2- 3 gün sonra həmin yerə gedəndə ağacların aparıldığını görmüş, bundan sonra bu barədə aidiyyatı qurumlara məlumat vermişdir. Təqsirləndirilən şəxs meşə massivləri ilə yanaşı, Ləkit və ətraf kəndlərdə yaşayan kənd sakinlərinin pay torpaqlarından, həmçinin, bələdiyyə mülkiyyətindən ağacların qanunsuz kəsimini və satışını həyat keçirməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Qax rayonu, Zərnə bələdiyyə mülkiyyətinə aid ərazidə qızılağac cinsinə və yalınqoz cinsinə aid təxminən 30-40 ədəd ağac kəsmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o Qax rayonu Zərnə kəndində yaşayır. Təxminən 2 (iki) il bundan əvvəl kənddə 100 ailəyə su çatmamış, kəndin ağsaqqalları ilə məsləhət edərək kənddə 100 ailə üçün su çəkməyi planlaşdırmışlar. Həmin işin görülməsini kənd sakini Təqsirləndirilən şəxs həvalə etmiş, hər biri imkanı çatan qədər 15 manat, yaxud 20 manat pul vermişlər. Təqsirləndirilən şəxs isə ona məxsus Qax rayonu, Zərnə kəndində yerləşən torpaq sahəsində olan ağacları satıb pul vermişdir. Lakin, İslamın torpaq sahəsində olan ağacları kimə satması, həmin ağacları kimin alması və kimin kəsməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahidlər X1 və X5 digər şahid Loğman İbrahimovun ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X10 ifadəsində göstəmişdir ki, 2022-ci ilin yaz aylarında dəqiq ay və günü yadında qalmayan vaxtı ona məxsus olan **-BF-*** nömrəli, “Kamaz” markalı yük avtomobili ilə Qax və Zaqatala rayonlarına yonca aparıb satmışdır. 2022-ci ilin yaz aylarında dəqiq ay və günü yadında qalmayan vaxtı Qax rayonu, Zərnə kəndində olmuş, həmin kənddə yonca satmış, həmin vaxtı bir nəfər adını sonradan bildiyi İslam adlı şəxs ona yaxınlaşmışdır. Həmin şəxs ona yaxınlaşıb odun olduğunu, odunu satıb kənddə olan şəhid bulağına su çəkdirəcəyini demiş, həmin şəxsə “oduna baxıb, alaram” demişdir. Bundan sonra İslam adlı şəxsin dediyi yerə getmiş, həmin yer bağ sahəsi olmuş, İslam ona həmin bağın ona məxsus olduğunu demişdir. Bağın içərisində doğranmış vəziyyətdə odun formasında ağaclar olmuş, həmin ağaclar çoxdan kəsilib doğranmış hala salınmış, quru olmuşdur. Bundan sonra İslama odunları alacağını bildirmiş, ağacın kimə aid olmasını, qanunsuz kəsilibkəsilməməsini soruşduqda, İslam ona bağ sahəsinin ona aid oduğunu, heç bir narahatçılığın olmadığını bildirmişdir. Bundan sonra İslamın yanında olan 2 nəfər şəxs odunu maşına yükləmiş, İslam ona 500 manat pul verəcəyini demiş, İslama 500 manat pul ödəmişdir. Daha sonra odunu aparıb Bərdə rayonunda tanımadığı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs cinayət əməli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 25-28-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qax rayonu, Zərnə kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid ərazidə söyüd cinsinə məxsus 1 (bir) ədəd 17 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 77 sm və qızılağac cinsinə məxsus diametrləri 1 (bir) ədəd 20 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 28 sm, 1 (bir) ədəd 28 sm, 1 (bir) ədəd 30 sm, 1 (bir) ədəd 31 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 35 sm, 1 (bir) ədəd 35 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 39 sm, 1 (bir) ədəd 39 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 41 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 44 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 47 sm, 1 (bir) ədəd 47 sm, 1 (bir) ədəd 50 sm, 1 (bir) ədəd 53 sm, 1 (bir) ədəd 55 sm, 1 (bir) ədəd 58 sm, 1 (bir) ədəd 62 sm olmaqla, ümumilikdə 45 (qırx beş) ədəd köküstü yaş vəziyyətdə kəsilmişdir. İşin 48-49-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki RMTM-nin 14 mart 2023-cü il tarixli hesablama cədvəlindən görünür ki, Qax rayonu, Zərnə kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid ərazidən söyüd cinsinə məxsus 1 (bir) ədəd 17 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 77 sm diametrdə və qızılağac cinsinə məxsus 1 (bir) ədəd 20 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 25 sm, 1 (bir) ədəd 28 sm, 1 (bir) ədəd 28 sm, 1 (bir) ədəd 30 sm, 1 (bir) ədəd 31 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 35 sm, 1 (bir) ədəd 35 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 37 sm, 1 (bir) ədəd 39 sm, 1 (bir) ədəd 39 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 40 sm, 1 (bir) ədəd 41 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 44 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 45 sm, 1 (bir) ədəd 47 sm, 1 (bir) ədəd 47 sm, 1 (bir) ədəd 50 sm, 1 (bir) ədəd 53 sm, 1 (bir) ədəd 55 sm, 1 (bir) ədəd 58 sm, 1 (bir) ədəd 62 sm diametrlərində olmaqla ümumilikdə 45 (qırx beş) ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 24460 (iyirmi dörd min dörd yüz altmış) manat təşkil edir. İşin 44-45-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qax rayonu, Zərnə kəndində yerləşən 921 kvm torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İşin 86-88-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 05 iyun 2023-cü il tarixli 9/3288 nömrəli saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, müxtəlif diametrli 45 (qırx beş) ədəd kök üstə yaş söyüd və qızılağac ağaclarının kəsilərək məhv edilməsi zamanı, qərarın təsviri hissəsində olan məlumatlardan və qanunvericilikdə mövcud olan normativ sənədlərdən istifadə olunmuşdur. Həmin mövcud olan normativ sənədlərə və tərtib edilmiş hesablama cədvəlinə əsasən, 45 (qırx beş) ədəd kök üstə yaş söyüd və qızılağac ağaclarının qanunsuz kəsilməsindən təbiətə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 24460 (iyirmi dörd min dörd yüz altmış) manat müəyyən edilir. İşin 85-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin 65-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Ləkit kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 66-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Qax RİHB-nın Ləki kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 338 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Zərnə kəndində qeydiyyatdadır və onun ailə tərkibi onun özündən, arvadı X11, oğlu X18, gəlini X15, nəvəsi X19 və anası 1934-cü il təvəllüdlü X6 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyandan 1000 manatını ödəmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş vəsiqəsinin surətindən görünür ki, X2 Əlillərinə Qayğı İctimai Birliyinin üzvüdür. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş № İ-44002 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X20 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli sərəncamına əsasən X7 medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş № İ-3631 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X20 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2370 saylı sərəncamına əsasən Şuşanın azad olunmasina görə medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X20 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş DSMF-nin 2 saylı Şəki-Zaqatala regional filialının Qax qəbul şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli № 3-17-1/2-M-183363/2023 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən orqanizm funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla 327.22 manat əmək pensiyası alır. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər heç vaxt cinayət törətməməsini, oğlunun X7 olmaqla, medallarla təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı qismən ödəməsini, ilk dəfə cinayət törətməsini, ahıl yaşda olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonunun Zərnə kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkаn tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Eyni zamanda zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi ziyanın ödənilməmiş qalan hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347,349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də cəza çəkdiyi müddət ərzində yaşayış yeri olan Qax rayonu Marsan kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi ziyanın ödənilməmiş qalan hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar