Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-44/2025 17.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1999-cu il tarixdə Qax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixə, keçən gecə saat 24:00 radələrində Qax şəhəri, S.Vurğun küçəsində tanışı Zərərçəkmiş şəxs uzaq qohumu olan Şahid ilə dalaşdığını zənn edərək Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmiş, daha sonra aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun baş nahiyəsinə yumruq ilə vurmaqla ona sağ gözaltı yumşaq toxumalarında əzik və dərialtı hematoma, sağ gicgah nahiyəsində sıyrılmış yara və döş qəfəsində qançır xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Vahib oğlu ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyun 2025-ci il tarixdə, saat 24:00 radələrində Qax şəhəri, S.Vurğun küçəsində dayanmışdır. Təxminən 5 dəqiqə həmin yerdə dayandıqdan sonra təxminən 50 metr kənarda tanışları Qax rayonu, Qum kənd sakini U.A.Qoncazadə və Qax şəhər sakini Zərərçəkmiş şəxs görmüş və onların yanına getmişdir. Ümid ona taksi gözlədiyini demiş, o Ümid və Təbrizə 2 dəqiqəyə mağazadan siqaret alıb gələcəyini demişdir. Gedib geri qayıdarkən onları görəndə Təbrizin onun uzaq qohumu olan Ümidi döydüyünü fikirləşmiş, onlara tərəfə qaçaraq getmiş və çatan kimi Təbrizdən niyə qohumunu döydüyünü soruşmuşdur. Təbriz ona Ümid ilə dalaşmadığını və sadəcə zarafatlaşdığını demiş, bu vaxtdı özünü saxlaya bilməmiş və yumuruqla Təbrizin başına bir dəfə zərbə endirmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 iyun 2025-ci il tarixdə, saat 24:00 radələrində tanışları Qax rayonu, Qum kənd sakini Şahid və Qax şəhər sakini Təqsirləndirilən şəxs ilə Qax şəhəri, S.Vurğun küçəsində dayanıb taksi gözləmişdir. Həmin vaxtı ətrafda heç kim olmamış, Ülvinin onlara tez bir zamanda mağazadan siqaret alıb yanlarına qayıdacağını demişdir. Ülvi S.Vurğun küçəsində yaşayır. Ülvinin yanlarından kənarlaşmış və mağazaya tərəf getmişdir. Ülvi yanlarına çatana qədər Ümidlə zarafatlaşmışdır. Ümid ilə zarafatlarının əl-qol hərəkətləri ilə olduğundan Ülvi onun Ümidi döydüyünü fikirləşmişdir. Ülvi yanına çatan kimi onun baş nahiyəsinə yumuruq ilə bir dəfə zərbə endirmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alıb, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş təhqiqat dövründə şahid qismində dindirilmiş X1 göstərmişdir ki, 13 iyun 2025-ci il tarixdə, saat 24:00 radələrində tanışları Qax şəhər sakinləri Zərərçəkmiş şəxs və uzaq qohumu olan Qax şəhər sakini Təqsirləndirilən şəxs ilə Qax şəhəri S.Vurğun küçəsində dayanıb yaşadığı Qum kəndinə getmək üçün taksi gözləmişdir. Həmin vaxtı ətrafda heç kimin olmadığını, Ülvinin onlara taksi çatana kimi S.Vurğun küçəsində yerləşən marketdən tütün məmulatı olan siqaret alıb gələcəyini demişdir. Ülvi geri qayıdana kimi Təbrizlə zarafatlaşmağa başlamış, zarafatlarını əl-qol hərəkətləri ilə etmişdir. Ülvi yanlarına çatan kimi Təbrizin onu döyməsini fikirləşərək Təbrizin baş nahiyəsinə yumuruq ilə zərbə endirmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxışı iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X3 tərəfindən verilmiş 76 №li,13 iyun 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ gözaltı yumşaq toxumalarında əzik və dərialtı hematoma, sağ gicgah nahiyəsində sıyrılmış yara və döş qəfəsində qançır-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13 iyun 2025-ci il tarixdə baş nahiyəsinə yumuruqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ gicgah nahiyəsində sıyrılmış yara və döş qəfəsində qançır isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa «zərər vurmayan» xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 iyun 2025-ci il tarixində doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qax RİHB-in Qax şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsi barədə ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənməsini, onun müsbət xarakterizə olunmasını, münasibətin şəxsi münasibətlər zəminində baş verməsini eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsin dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 110 manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 110 manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Qərardan elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-44/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-44/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver