Məhkəmə qərarları › İş №1(024)-45/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-45/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-45/2023 20.07.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 12:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Şahid2 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs1-xx.xx.2002-ci ildə Qax rayonu Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qax rayonu Cəlayir kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs2-xx.xx.2007-ci ildə Qax rayonu Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, yetkinlik yaşına çatmayan, Qax rayon Cəlayir kənd tam orta məktəbin 10-cu sinif şagirdi, Qax rayonu Cəlayir kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını talamaq məqsədilə yaşayış sahəsinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı xx xxxxxx 2007-ci il təvəllüdlü, yəni, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə 19 aprel 2023-cü il tarixdə, saat 23 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax rayonu, Cəlayir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə yəni, hasarın üzərindən keçməklə evin həyətyanı sahəsinə qanunsuz daxil olmuş, daha sonra yaşayış evinin açıq olan qapısından evə daxil olaraq evin qonaq otağından dəyəri 120 (yüz iyirmi) manat olan qara rəngli, üzərində markalanma göstəriciləri olmayan şalvar və köynəkdən ibarət idman dəstini, dəyəri 25 (iyirmi beş) manat olan qara rəngli üzərində ağ rəngli yazılar olan, 2XL ölçülü qısaqol köynəyi, dəyəri 25 (iyirmi beş) manat olan sarı rəngli, üzərində qara-qırmızı rəngli yazılar olan M ölçülü qısaqol köynəyi, dəyəri 50 (əlli) manat olan üzərində “kk BigBoss” markalanma yazıları olan L ölçülü, ağ rəngli uzunqol sviteri, dəyəri 30 (otuz) manat olan üzərində “Fasion” markalanma yazıları olan, parça materialdan 41 ölçüdə palıdı rəngdə yay ayaqqabısını, dəyəri 50 (əlli) manat olan 1 (bir) ədəd üzərində markalanma göstəricisi olmayan, yaşıl-qara rəngli, şəffaf eynəyi, hər birinin dəyəri 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 75 (yetmiş beş) manat dəyərində 3 (üç) ədəd qısaqol, boz rəngli, 2XL ölçülü, “Nike” markalı,Türkiyə istehsallı, istifadə olunmamış sviteri və hər birinin dəyəri 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat dəyərində 2 (iki) ədəd, biri boz, biri göy rəngli olmaqla, hər ikisi “Mavi” markalı, 40-42 ölçülü, Türkiyə istehsallı, istifadə olunmamış kişi şalvarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 525 (beş yüz iyirmi beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını talamaq məqsədilə yaşayış sahəsinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, xx xxxxxx 2007-ci il təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qəsdən tаmаh niyyəti ilə özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə 19 aprel 2023-cü il tarixdə, saat 23 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Qax rayonu, Cəlayir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə yəni, hasarın üzərindən keçməklə evin həyətyanı sahəsinə qanunsuz daxil olmuş, daha sonra yaşayış evinin açıq olan qapısından evə daxil olaraq evin qonaq otağından dəyəri 120 (yüz iyirmi) manat olan qara rəngli, üzərində markalanma göstəriciləri olmayan şalvar və köynəkdən ibarət idman dəstini, dəyəri 25 (iyirmi beş) manat olan qara rəngli üzərində ağ rəngli yazılar olan, 2XL ölçülü qısaqol köynəyi, dəyəri 25 (iyirmi beş) manat olan sarı rəngli, üzərində qara-qırmızı rəngli yazılar olan M ölçülü qısaqol köynəyi, dəyəri 50 (əlli) manat olan üzərində “kk BigBoss” markalanma yazıları olan L ölçülü, ağ rəngli uzunqol sviteri, dəyəri 30 (otuz) manat olan üzərində “Fasion” markalanma yazıları olan, parça materialdan 41 ölçüdə palıdı rəngdə yay ayaqqabısını, dəyəri 50 (əlli) manat olan 1 (bir) ədəd üzərində markalanma göstəricisi olmayan, yaşıl-qara rəngli, şəffaf eynəyi, hər birinin dəyəri 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 75 (yetmiş beş) manat dəyərində 3 (üç) ədəd qısaqol, boz rəngli, 2XL ölçülü, “Nike” markalı,Türkiyə istehsallı, istifadə olunmamış sviteri və hər birinin dəyəri 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat dəyərində 2 (iki) ədəd, biri boz, biri göy rəngli olmaqla, hər ikisi “Mavi” markalı, 40-42 ölçülü, Türkiyə istehsallı, istifadə olunmamış kişi şalvarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 525 (beş yüz iyirmi beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2007-ci il təvəllüdlü, yəni, yetkinlik yaşına çatmayan şəxsdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs2 qonşusudur. 2023cü ilin aprel ayının əvvəlində Zahidə qonşusu Sonanın evindən oğurluq etmək istədiyini bildirərək Sona evdə olmayan zaman ona məlumat verməsini xahiş etmişdir. Sonanın oğlu Qüdrət hərbi xidmətdədir və ona borcu vardır. Qüdrətlə əlaqə saxlayaraq borcunu istədikdə qaytaracağını bildirsə də qaytarmamışdır. Ona görə Sonanın evindən oğurluq etmək qərarına gəlmişdir. 19 aprel 2023-cü il tarixdə axşam tərəfi Zahid ona qonşusu Sonanın 2 (iki) gündür ki evdə olmadığını bildirmiş, həmin günü, təxminən saat 23 radələrində həmkəndlisi Zahidlə kənddə görüşərək ona Sonanın evindən oğurluq edəcəyini demiş, Zahid də onunla birlikdə evə daxil olacağını bildirmişdir. Bundan sonra Zahidlə Sonanın evinə tərəf getmiş, evin darvazasının qapısı bağlı olduğu üçün Zahidlə hasardan keçib həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra evin giriş qapısı açıq olduğu üçün Zahidlə evə girmiş, evə göz gəzdirmiş, evin qonaq otağında olan 1 (bir) dəst qara rəngli idman formasını, 1 (bir) ədəd ağ rəngli uzunqol sviteri, 1 (bir) cüt kişi ayaqqabısını və 1 (bir) ədəd eynəyi oğurlamış, Zahid isə evdən 2 (iki) ədəd qısa qol sviter oğurlamışdır. Bundan sonra Zahidlə oranı tərk edib öz evinə qayıtmış, 1 (bir) dəst qara rəngli idman formasını, 1 (bir) ədəd ağ rəngli uzunqol sviteri, 1 (bir) cüt kişi ayaqqabısını və 1 (bir) ədəd eynəyi yaşadığı evdə yataq otağına qoymuş, oğurluq barədə heç nə deməmişdir. O və Zahid Qax rayonu, Cəlayir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən başqa hansısa evdən oğurluq etməmişlər. Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o yetkinlik yaşına çatmamışdır. Zərərçəkmiş şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs1 isə onun həmkəndlisidir. Rəvan ona qonşusu Zərərçəkmiş şəxs evindən oğurluq edəcəyini deyərək Sona evdə olmayanda ona deməsini xahiş etmişdir. 19 aprel 2023-cü il tarixdə günorta vaxtı Rəvana qonşusu Sonanın evdə olmadığını demiş, həmin günü axşam saat 23 radələrində Rəvanla kənddə görüşmüş, Rəvan ona Sonanın evindən oğurluq edəcəyini bildirmişdir. Rəvana Sonanın evinə özü də daxil olacağını dedikdə Rəvan onunla razılaşmışdır. Bundan sonra Rəvanla birlikdə hasardan keçib həyətə daxil olmuş, evin qapısı açıq olmuş, evə daxil olduqdan sonra Rəvanla birlikdə evdəki əşyalara göz gəzdirmiş, evin qonaq otağından Rəvan 1 (bir) dəst qara rəngli idman forması, 1 (bir) ədəd ağ rəngli uzunqol sviter, 1 (bir) cüt kişi ayaqqabısı və 1 (bir) ədəd eynək, özü isə evdən 2 (iki) ədəd qısaqol sviter oğurlamışdır. Bundan sonra Rəvanla oranı tərk edib öz evinə qayıtmış, oğurladığı 2 (iki) ədəd qısaqol sviteri yaşadığı evdə yataq otağına qoymuşdur. Bundan başqa heç bir evdən oğurluq etməmişlər. Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Hərəkətindən peşman olmasını, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o qaynanası və baldızının qızı ilə birlikdə Qax rayonu, Cəlayir kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə baldızı qızı ilə birlikdə Bakı şəhərində yaşayan qızıgilə qonaq getmiş, Bakı şəhərində olduğu müddətdə Qax rayonu, Cəlayir kəndində yaşadığı evi nəzarətsiz qalmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərindən baldızı qızı ilə birlikdə Cəlayir kəndində yaşadığı evə qayıtmış, evə daxil olduqda evin 1-ci mərtəbəsində yerləşən zalda əşyaların dağılmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra əsgərlikdə olan oğlu Qüdrətin 2-ci mərtəbədə yerləşən otağına baxmış, Qüdrətin otağındakı şkafın içərisindəki paltarların dağılmış vəziyyətdə olduğunu və bir qisminin otaqda olmadığını görmüşdür. xx.xx.2023-cü il tarixdə Qax RPŞ-nə müraciət edərək yaşadığı evdən oğurluq olmasını bildirmiş, oğlu Qüdrətin otağından ona məxsus dəyəri 120 (yüz iyirmi) manat olan 1 (bir) dəst qara rəngli idman forması, hər birinin dəyəri 25 (iyirmi beş) manat olan ümumilikdə 125 manat dəyərində 5 (beş) ədəd qısaqol sviter, dəyəri 50 (əlli) manat olan 1 (bir) ədəd ağ rəngli uzunqol sviter, dəyəri 30 (otuz) manat olan 1 (bir) cüt “41” ölçüdə, palıdı rəngdə kişi yay ayaqqabısı, dəyəri 50 (əlli) manat olan 1 (bir) ədəd eynək, dəyəri 75 (yetmiş beş) manat olan 1 (bir) ədəd boz rəngli kişi şalvarı və dəyəri 75 (yetmiş beş) manat olan 1 (bir) ədəd göy rəngli kişi şalvarı oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 525 (beş yüz iyirmi beş) manat dəyərində maddi ziyan dəymişdir. Ona məxsus yaşayış evindən oğurlanan oğlu Qüdrətə məxsus geyim paltarlarının hamısı Türkiyə istehsalı olmuş, oğurluq nəticəsində ona ümumilikdə 525 (beş yüz iyirmi beş) manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduğu maddi ziyanı ödəmiş, oğurladığı paltarları qaytarmış, ondan üzr istəyərək barışaraq razılıq əldə etmişlər. Özü də Rəvanla Zahidi bağışlamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. 27 aprel 2023-cü il tarixdə polis əməkdaşları ona oğlu Təqsirləndirilən şəxs1 Qax rayonu, Cəlayir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən geyim paltarları oğurladığını, oğlu Rəvanın oğurladığı geyim paltarlarını ona məxsus yaşayış evində saxladığını, bu səbəbdən evdə ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçiriləcəyini bildirmişlər. Bundan sonra ərizə yazaraq heç bir etirazının olmadığını bildirmiş, polis əməkdaşları oğlu Təqsirləndirilən şəxs1 oğurladığı paltarları saxladığı yeri göstərməsini demişlər. Oğlu Rəvan ona məxsus yaşayış evində öz yatdığı yataq otağına daxil olaraq otaqda olan dolabı göstərib Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurladığı 1 cüt kişi ayaqqabısını, 1 ədəd qolu uzun sviteri, 1 dəst idman formasını və 1 ədəd eynəyi dolabda saxladığını bildirmiş, polis əməkdaşları tərəfindən oğlu Rəvanın oğurladığı əşyalar maddi sübut kimi götürülmüş, oğlu Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs məxsus yaşayış evindən geyim paltarları oğurlamasından və ona məxsus yaşayış evində saxlamasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun oğludur. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamışdır. 27 aprel 2023-cü il tarixdə Qax Rayon Polis Şöbəsinə dəvət olunmuş, polis şöbəsində ona oğlu Zahidin Qax rayonu, Cəlayir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən geyim paltarları oğurladığını demişlər. Onun iştirakı ilə oğlu Təqsirləndirilən şəxs2 izahatı alınmış, izahat zamanı oğlu Zahidin həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs evindən geyim paltarları oğurladığını, özünün 2 (iki) ədəd qısaqol sviter oğurladığını və oğurladığı 2 (iki) ədəd qısaqol sviteri yaşadığı evdə öz yataq otağında saxladığını bildirmişdir. Daha sonra oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evindən oğurladığı 2 (iki) ədəd qısaqol sviteri könüllü olaraq polisə təqdim etmiş, oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus yaşayış evindən geyim paltarları oğurlamasından və ona məxsus yaşayış evində saxlamasından xəbəri olmamış, polis əməkdaşları tərəfindən polis şöbəsinə oğlu Zahidlə birlikdə dəvət olunub oğlu Zahidin izahatı alınan zaman xəbəri olmuşdur. İşin 4-5-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 19 aprel 2023-cü il tarixdə ona məxsus Qax rayonu, Cəlayir kəndində yerləşən ona məxsus yaşayış sahəsindən dəyəri 120 (yüz iyirmi) manat olan qara rəngli, üzərində markalanma göstəriciləri olmayan şalvar və köynəkdən ibarət idman dəstinin, dəyəri 25 (iyirmi beş) manat olan qara rəngli üzərində ağ rəngli yazılar olan, 2XL ölçülü qısaqol köynəyi, dəyəri 25 (iyirmi beş) manat olan sarı rəngli, üzərində qara-qırmızı rəngli yazılar olan M ölçülü qısaqol köynəyin, dəyəri 50 (əlli) manat olan üzərində “kk BigBoss” markalanma yazıları olan L ölçülü, ağ rəngli uzunqol sviterin, dəyəri 30 (otuz) manat olan üzərində “Fasion” markalanma yazıları olan, parça materialdan 41 ölçüdə palıdı rəngdə yay ayaqqabısının, dəyəri 50 (əlli) manat olan 1 (bir) ədəd üzərində markalanma göstəricisi olmayan, yaşıl-qara rəngli, şəffaf eynəyin, hər birinin dəyəri 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 75 (yetmiş beş) manat dəyərində 3 (üç) ədəd qısaqol, boz rəngli, 2XL ölçülü, “Nike” markalı,Türkiyə istehsallı, istifadə olunmamış sviteri və hər birinin dəyəri 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat dəyərində 2 (iki) ədəd, biri boz, biri göy rəngli olmaqla, hər ikisi “Mavi” markalı, 40-42 ölçülü, Türkiyə istehsallı, istifadə olunmamış kişi şalvarının oğurlandığını bildirmişdir. İşin 51-52-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 aprel 2023-cü il tarixdə ona məxsus Qax rayonu, Cəlayir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsindən dəyəri 120 (yüz iyirmi) manat olan qara rəngli, üzərində markalanma göstəriciləri olmayan şalvar və köynəkdən ibarət idman dəstinin, dəyəri 25 (iyirmi beş) manat olan qara rəngli üzərində ağ rəngli yazılar olan, 2XL ölçülü qısaqol köynəyi, dəyəri 25 (iyirmi beş) manat olan sarı rəngli, üzərində qara-qırmızı rəngli yazılar olan M ölçülü qısaqol köynəyin, dəyəri 50 (əlli) manat olan üzərində “kk BigBoss” markalanma yazıları olan L ölçülü, ağ rəngli uzunqol sviterin, dəyəri 30 (otuz) manat olan üzərində “Fasion” markalanma yazıları olan, parça materialdan 41 ölçüdə palıdı rəngdə yay ayaqqabısının, dəyəri 50 (əlli) manat olan 1 (bir) ədəd üzərində markalanma göstəricisi olmayan, yaşıl-qara rəngli, şəffaf eynəyin, hər birinin dəyəri 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 75 (yetmiş beş) manat dəyərində 3 (üç) ədəd qısaqol, boz rəngli, 2XL ölçülü, “Nike” markalı,Türkiyə istehsallı, istifadə olunmamış sviteri və hər birinin dəyəri 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat dəyərində 2 (iki) ədəd, biri boz, biri göy rəngli olmaqla, hər ikisi “Mavi” markalı, 40-42 ölçülü, Türkiyə istehsallı, istifadə olunmamış kişi şalvarının oğurlandığı yeri və şəraiti göstərmişdir. İşin 101-102-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 aprel 2023-cü il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Qax rayonu, Cəlayir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etdiyi hadisə yeri və şəraiti göstərmişdir. İşin 166-168-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 31 may 2023-cü il tarixli 9/3588 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 36.00 manat, qərarda göstərilən, təqdim edilməyən malların 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 95.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 165-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin 61-64-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 27 aprel 2023-cü il tarixli “götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı 1 cüt kişi ayaqqabısını, 1 ədəd qolu uzun sviteri, 1 dəst idman formasını və 1 ədəd eynəyi yaşadığı Qax rayonu, Cəlayir kəndində yerləşən yaşayış evinin yataq otağında saxlamış və 1 cüt kişi ayaqqabısı, 1 ədəd qolu uzun sviter, 1 dəst idman forması və 1 ədəd eynək Təqsirləndirilən şəxs1 götürülmüşdür. İşin 177-178-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 05 iyun 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” qərardan görünür ki, 1 (bir) dəst qara rəngli idman forması, 1 (bir) ədəd ağ rəngli uzunqol sviter, 1 (bir) cüt kişi ayaqqabısı, 1 (bir) ədəd eynək və 2 (iki) ədəd qısaqol sviter maddi sübut kimi tanınmışdır. İşin 179-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o 1 (bir) dəst qara rəngli idman forması, 1 (bir) ədəd ağ rəngli uzunqol sviter, 1 (bir) cüt kişi ayaqqabısı, 1 (bir) ədəd eynək və 2 (iki) ədəd qısaqol sviteri istintaq orqanından təhvil aldığını göstərmişdir. İşin 156-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Sarıbaş kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 150 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qax rayonu Cəlayir kəndində qeydiyyatdadır. İşin 158-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Sarıbaş kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 151 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qax rayonu Cəlayir kəndində qeydiyyatdadır. İşin 157-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon Cəlayir kənd tam orta məktəbinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İşin 159-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Sarıbaş kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 147-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 148-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 180-189-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin 05 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, X1 barəsində CM-nin 177 və 194-cü, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 170-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduğu maddi ziyanı ödədikləri üçün onlardan heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini 59.1.12-ci, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını, tam orta məktəbdə təhsil almasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonu Cəlayir kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci, zərərçəkmiş şəxslə barışıq əldə etməsini 59.1.12-ci, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını, tam orta məktəbdə təhsil almasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən peşman olmasını, yetkinlik yaşına çatmamasını, tam orta məktəbdə təhsil almasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonu Cəlayir kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.4-cü maddəsində sadalanan məhkəmə məsrəflər (ekspertiza xərci) məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığı üçün 50 (əlli) manat iş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyərinin yarısı 25 (iyirmi beş) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, 25 (iyirmi beş) manat isə Təqsirləndirilən şəxs1 alınıb müvafiq hesaba ödənilməlidir. İş üzrə maddi sübut olan o 1 (bir) dəst qara rəngli idman forması, 1 (bir) ədəd ağ rəngli uzunqol sviter, 1 (bir) cüt kişi ayaqqabısı, 1 (bir) ədəd eynək və 2 (iki) ədəd qısaqol sviterin Zərərçəkmiş şəxs geri qaytarılması və 225 (iki yüz iyirmi beş) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347- 349, 351-354, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Cəlayir kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonu Cəlayir kəndində yerləşən yaşayış evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığı üçün 50 (əlli) manat iş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyərinin yarısı 25 (iyirmi beş) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin, 25 (iyirmi beş) manat isə Təqsirləndirilən şəxs1 alınıb müvafiq hesaba ödənilsin. İş üzrə maddi sübut olan 1 (bir) dəst qara rəngli idman forması, 1 (bir) ədəd ağ rəngli uzunqol sviter, 1 (bir) cüt kişi ayaqqabısı, 1 (bir) ədəd eynək və 2 (iki) ədəd qısaqol sviterin Zərərçəkmiş şəxs geri qaytarılması və 225 (iki yüz iyirmi beş) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar