Məhkəmə qərarları › İş №1(024)-47/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-47/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-47/2025 14.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 980-cı il tarixdə Ağdərə rayonu, Nareştar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının rta təhsilli, fərdi qaydada işləyən, əvəllər nmamış, Kəlbəcər rayonu, Narınclar kəndində olan, Qax rayonu, Tanqıt kəndində yaşamış, həbs» qətimkan tədbiri seçilmiş,Azərbaycan ının Ədliyyə Nazirliyi, Şəki Penitensiar də saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2019-cu ilin dekabr ayında dəqiq günü istintaqa məlum olmayan vaxtda tanışı Zərərçəkmiş şəxs ona xırdabuynuzlu heyvan, yəni qoyunlar alıb verməsini, qoyunlara Qax rayonu, Tanqıt kəndində fermasında baxacağına, həmin qoyunların balalarından əldə etdiyi qazancı bərabər paylarla öz aralarında böləcəyinə dair vəd verib bu adla Zərərçəkmiş şəxs 7.250 manat dəyərində ona verdiyi 46 baş qoyunu Oğuz rayonunda əldə etmiş, aralarında olan razılığa əməl edərək 2020-ci ildə, 2021-ci ildə və 2022-ci ildə qoyunların balasından əldə etdiyi qazancı Zərərçəkmiş şəxsla aralarında bərabər paylarla bölərək onun etibarını qazanmış, daha sonra isə 2023-cü ilin fevral ayında yenidən qoyun alıb balalarından əldə etdiyi qazancı bərabər paylarla öz aralarında böləcəyinə dair yalan vəd verib bu adla Zərərçəkmiş şəxs Qax rayonu, Tanqıt kəndində 8.000 manat pul almış, lakin həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və verdiyi vədinə əməl etməyib aldatma və etibardan sui-istifadə etmək yolu ilə Zərərçəkmiş şəxs 8.000 manat pulunu ələ keçirib, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə tanış olmuşdur. Onunla ailəvi gediş-gəlişi olmuşdur. 2019-cu ilin dekabr ayında Qoşqarla söhbət edən zamanı Qoşqar ona qoyun alıb verməsini və qoyunları saxlamasını demişdir. Qoşqarın təklifi ilə razı olmuşdur. Qoşqarla birlikdə 2019-cu ilin dekabr ayında dəqiq günü yadında qalmayan vaxtı Oğuz rayonundan tanımadığı şəxsdən birlikdə 32 baş xırda buynuzlu heyvan, yəni ana qoyun almışlar. Həmin heyvanları Oğuz rayonundan 7.200 manata almışlar. Heyvanların pulunu Qoşqar vermişdir. Qoşqar heyvanları Oğuz rayonunda ona təhvil verib özü Bakı şəhərinə getmişdir. Heyvanları tanımadığı yük avtomobili ilə Qax rayonu, Tanqıt kəndində yaşadığı evin həyətində düzəltdiyi tövləyə gətirmişdir. Yolda heyvanlardan 2 başı ölmüşdür. Lakin bu barədə Qoşqara məlumat verməmişdir. Qoşqarla hər ilin may-iyun ayında qoyunların balalarını satıb pulunu ona verməsi barədə razılaşmışdır. Bu işdə heç bir xeyri olmamışdır. Belə ki, dost kimi heç bir xeyri olmadan heyvanlara baxmasına söz vermişdir. 2020-ci il və 2021-ci ilin avqust aylarında Qoşqar özü Bakı şəhərindən Qax rayonu, Tanqıt kəndinə gələrək 32 baş heyvanın 25 baş balasını satıb aparmışdır. 2021-ci ildə Qoşqarın üzündən keçə bilmədiyi üçün və ondan heç nə ala bilmədiyi üçün ona hər il heyvanların balalarından 4.000 manat xeyir verəcəyini demişdir. Lakin heyvanların Qoşqara qaytarılması ilə bağlı heç nə danışmamışdır. Qoşqarda onun təklifi ilə razılaşmışdır. 2022ci ildə may-iyun ayında Qoşqara 4.000 manat pul vermişdir. 2023-cü ilin aprel ayında Qoşqar onunla əlaqə saxlayaraq 6.000 manat pulunun olduğunu və həmin pulada xırda buynuzlu heyvanlar, yəni, ana qoyunlar almağı təklif etmişdir. Qoşqar ona hissə-hissə olmaqla 6.000 manat pul vermişdir. Qoşqar həmin pulu ona 2 dəfəyə, yəni, 2.000 manat bir və 4.000 manat bir olmaqla, 6.000 manat pulu Qax rayonu, Tanqıt kəndində ona əlbə-əl vermişdir. Pula ehtiyacı olduğundan 6.000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin həmin pulu xərclədiyi üçün heyvan ala bilməmişdir. Qoşqara yalandan 6.000 manat pula 20 baş xırdabuynuzlu heyvan, yəni, ana qoyun almasını demişdir. Bundan sonra Qoşqara əvvəlki heyvanla indiki heyvanın balalarından hər il 8.000 manat xeyir verəcəyini demişdir. 2023-ci ilin iyun-iyul ayında Qoşqara 2.000 manat pul vermiş və qalan qazancıda verəcəyini demişdir. 2023-cü ilin dekabr ayında Qoşqarın aldığı 30 baş heyvan tələf olmuşdur. Bu barədə Qoşqara heç nə deməmişdir. 2024-cü ildə Qoşqar ondan qazancı istəmişdir. Qoşqara ona vaxt verməsini, qazancı qaytarmasını demişdir. Lakin heyvanlar öldüyündən və Qoşqarın ona verdiyi 6.000 manat pulu xərclədiyindən Qoşqara qazanc verə bilməmişdir. 2025-ci ildə ildə Qoşqar ondan yenidən qazanc pulu istəmişdir. Qoşqara il sonuna kimi pulu verəcəyini demişdir. Lakin Qoşqar ondan aldığı 32 baş qoyunlarını və guya ona aldığı 20 baş qoyunu geri istəmişdir. Qoşqara heyvanların ölməsini və ilin sonuna kimi heyvanları qaytaracağını demişdir. Hal-hazırda dəymiş ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ilin iyun ayında Qax rayonu, Tanqıt kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Qax rayonu, Turaclı kəndi ərazisində ferması olmuşdur. Həmin fermada iri buynuzlu heyvanlara baxmışdır. 2017-ci ildə Qax rayonu, Tanqıt kəndində Fehruzdan yonca almışdır. Həmin vaxtdan Fehruzu tanımışdır. Həmin vaxtdan Fehruzla münasibəti yaranmış və Fehruz ilə mütəmadi görüşərək onunla dost olmuşdur. 2019-ci ilin dekabr ayında Qax rayonu, Tanqıt kəndində Fehruzla söhbət edən zaman Fehruz ona iş qurmalarını demişdir. Fehruz ona qoyun almasını, qoyunlara özünün baxacağını, qoyunların balalarından gələn qazancı ikisi arasında böləcəyini, aldığı heyvanlarıda nə vaxt istəsə gəlib apara biləcəyəni demişdir. Fehruzdan bu işin necə olacağını soruşmuşdur. Fehruz ona Oğuz rayonunda 46 baş xırda buynuzlu dişi cinsli ana qoyunların olduğunu, həmin heyvanları almasını və saxlamaq üçün ona verəcəyini demişdir. Daha sonra isə hər ilin iyun ayında heyvanların balalarını satıb əldə etdiyi gəliri ikisi arasında böləcəyini demişdir. Fehruz ona heyvanların otunu, suyunu özünün həll edəcəyini demişdir. Belə ki, Fehruz ona heyvanların balasının birini 200-250 manatdan satacağını, ona 4.000 manat qazanc verəcəyini, qalanını isə özünə götürəcəyini demidir. Fehruz ona sadəcə qoyun alıb verməsini, nə vaxt istəsə heyvanlarıda apara biləcəyini demişdir. Fehruzla 2017-ci ildən dostuq etdiyindən və onunla çörək kəsdiyindən ona inanmışdır. Fehruzla 2019-cu ilin dekabr ayında dəqiq günü yadında qalmayan vaxtı Oğuz rayonuna getmişdir. Fehruzla birlikdə həmin heyvanlara baxmışdır. Həmin heyvanlar 46 baş dişi cinsli cavan ana qoyunlar olmuşdur. Heyvanın sahibini nə özü, nə də ki, Fehruz tanımamışdır. Heyvanın adı yadında qalmayan sahibi 46 baş qoyunu 7.268 manata demişdir. Bir qoyunun qiyməti 158 manat olmuşdur. 46 baş qoyunu həmin şəxsdən razılaşıb 7.250 manata almışdır. Daha sonra heyvanları oradaca Fehruza təhvil verib Bakı şəhərinə getmişdir. Daha sonra bir neçə gün sonra Fehruzla danışan zaman Fehruz ona heyvanlara Qax rayonu, Tanqıt kəndində özünün fermasında baxdığını, 46 baş qoyunun balalarının birini 200-250 manatdan satacağını, 2020-ci ilin iyun ayının axırında və sonrakı illərdə ona heyvanların balalarını satıb 4.000 manat pul, yəni, qazanc verəcəyini demişdir. Fehruza inandığından onunla razılaşmışdır. Fehruz ona 2020-ci ildə 20 baş quzu, 2021-ci ildə 20 baş quzu və 2022-ci ildə isə 20 baş quzu verib heyvanların bu illərdə 40 balasının olduğunu və yarısını isə ona verərək satmasını demişdir. Fehruzla razılaşmış və 20 baş quzunu təxminən 3.000 manat pula satmışdır. Fehruz verdiyi vədinə əməl etdiyindən ona etibarı dahada artmışdır. 2023-cü ilin fevral ayında Fehruzla telefonla danışan zamanı Fehruz ona 34 baş ana qoyun almasını, heyvanların 80 baş olacağını, bundan sonra hər il 8.000 manat qazanc əldə edəcəyini ona demişdir. Fehruza inandığından heç bir narahatçılığın olmadığını demişdir. Fehruz ona 34 baş ana qoyunu 8.000 manata alacağını, ona 8.000 manat pul verəcəyini demişdir. 8.000 manat pulu Fehruza Qax rayonu, Tanqıt kəndinə gələrək görüşüb əlbə-əl vermişdir. Fehruz ona 34 baş qoyunun hər birinin sahibi tərəfindən 235 manata satıldığını, 34 baş qoyuna ümumilikdə 8.000 manat pul verəcəyini demişdir. Fehruzla razılaşmışdır. Daha sonra Bakı şəhərinə qayıtmışdır. 2023-cü ilin iyun ayında Fehruz onun pulunu verməmişdir. Fehruzdan pulunu istəməyə başlamışdır. Fehruz ona müxtəlif bəhanələr gətirmiş, 2023-cü ilin dekabr ayına kimi ona hissə-hissə olmaqla 2.000 manat pul vermiş, qalan qazancıda 2024-cü ilin qazancı ilə birlikdə verəcəyini demişdir. Daha sonra 2024-cü ilin iyun ayında Fehruzla əlaqə saxlamış və onunla görüşmək istəmişdir. Lakin Fehruz ona müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən boyun qaçırmışdır. Fehruzla 2024-cü ilin iyul ayında görüşmüş, Fehruzdan 8.000 manat qazancı və qalan 6.000 manat qazancı istəmişdir. Fehruz ona quzuları satdığını, ayrı-ayrı şəxslərə olan borclarını bağladığını, pulunun olmadığını, pulunu qısa müddət ərzində qaytaracağını demişdir. 2025-ci ilin yanvar ayında Fehruza pulu istəmədiyini, 80 baş qoyununu qaytarmasını demişdir. Fehruz ona heyvanları qaytaracağını desədə, lakin onu 2024-cü ilin iyul ayından indiyədək aldatmış və heyvanlarından nə əldə etdiyi qazancı, nə də ki, 80 baş qoyununu qaytarmamışdır. Halhazırda onlar barışmışlar, şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş 30 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə X3 Şəxs Qax rayon X1 Hüquqi Şəxs tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX RHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji xəstəliklər üzrə dispanserində qeydiyyatda deyildir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, tərəflər barışmış, şikayət və tələb yoxdur. Dəymiş ziyan tam olaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş «Bir Bank» mədaxil qəbzinə əsasən 2.000 manat məbləğində pul dövlət büdcəsinə köçürülmüşdür. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, dəymiş ziyan ödənilmiş, zərərçəkmişlə barışmış, şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödəniş edilmiş, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan 30 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 53). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə Qax Rayon Məhkəməsinin 4(024)29/2025 №li, 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «01» (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, o məhkəmə zalında dərhal həbsdən azad edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ410400 **********0344). İş üzrə mülki iddia və xüsusi müsadirə olunan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, dəymiş ziyanı tamamilə ödəndiyindən, vurulmuş ziyanın 25 % miqdarında pul dövlət büdcəsinə ödəniş edildiyindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsın (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ410400**********0344). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o məhkəmə zalında dərhal həbsdən azad edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar