Məhkəmə qərarları › İş №1(024)-49/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-49/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-49/2024 12.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat 13:15-də Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Qax rayonu Almalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əlilliyi olmayan, İ Qarabağ Müharibəsi veteranı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qax rayonu Almalı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə saat 19 radələrində Qax rayonu Almalı kəndində yerləşən yaşadığı evin həyətində olan zaman oğlu Zərərçəkmiş şəxs ona kobud ifadələr işlətdiyi üçün sonuncu ilə sözlə mübahisə etmiş, daha sonra aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs baş və bədən nahiyəsinə bir neçə dəfə qəsdən yumruqla vuraraq sonuncuya ənsə nahiyəsində fluktuasiya edici hematoma xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya xarakterik bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğlu Məhəmmədi vurmamışdır. Ana-bala özləri onu döymüşlər. Yanlarında onları ayıran adamlar da olmuşdur. Onu yerdə boğub öldürürdülər. Son nəfəsi olmuş, polisə zəng etməli olan adam o olmalı idi, Məhəmməd yox. Yaşadıqları evdə özünə pilləkən və otaq ayırmışdır ki, oğlu Məhəmməd və keçmiş arvadı ilə giriş qapısı eyni olmasın. Hadisə baş verən gün mağazadan kərpic alıb motosikletə yükləyərək evə gətirmişdir. 4 manat verib motosiklet tutmuşdur. Özünə taxta pilləkən və qapı qoymuşdur. Mağazaya girib kərpiclərin pulunu verən zaman oraya Məhəmməd gəlib çıxmışdır. Məhəmmədə mağazada kənara çəkilməsini demiş, Məhəmmədə camaatın yanında söz dediyi üçün bu ona pis təsir etmişdir. Mağazada Məhəmmədə konkret nə deməsini xatırlamır. O, motosikletlə evə gələn zaman Məhəmməd avtomobili ilə onu ötüb keçmişdir. Hadisə onların həyətində baş vermişdir. Evə gəlib kərpici boşaltmışdır. Evə çatan kimi ana-bala onun üstünə tökülüşmüşlər. O, yıxılmış, Məhəmməd onun üstünə gələrək onu boğmuşdur. Onun nəfəsi kəsilmişdir. Qonşular onu Məhəmmədin əlindən almışlar. Məhəmməd onu nökər adlandırır, deyir kiminsə nökərisən. O ayın 10-15 gününü günlük 20 manata işləyir. Kənd ərazisində torpaq sahələrini sulayır. İndi də sahəni boş qoyub gəlmişdir. Onun çörəyi bu işdən çıxır. O, Məhəmmədi vurmamışdır. Çünki yerə yıxılmış və vurası hal-amanı olmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Lakin cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs atası olduğunu və onunla birlikdə Qax rayonu Almalı kəndində yaşadığını, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində oğlu Məhəmmədlə aralarında ailə daxili söhbətlərə görə mübahisə düşdüyünü, son zamanlar belə mübahisələrin hər gün baş verdiyini, sonuncu dəfə mübahisənin düşməsinə səbəb evin işıq pulunu heç kim ödəmədiyinə görə adına borc yığıldığından evin işığını kəsməsi olduğunu, oğlu Məhəmmədin işığın pulunu ödəmədiyinə görə onunla mübahisə etdiyini, oğlunun ona kobud sözləri davamlı olaraq işlətdiyindən əsəblərinə hakim ola bilmədiyini və oğlunun baş və bədən nahiyəsinə bir iki dəfə yumuruqla vurduğunu, həyat yoldaşı Şahid onun əlindən oğlunu bir təhər aldığını və sonradan elədiyi hərəkətdən peşman olduğunu bildirmişdir. Həmçinin o izahatında oğlu ilə aralarında yaranan mübahisənin xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Qax rayonu Almalı kəndində yaşadıqları evin həyətində baş verdiyini, baş vermiş mübahisə zamanı yaşadıqları evin həyətində oğlu Məhəmməd, həyat yoldaşı Sevinc və özündən başqa heç kəsin olmadığını, hadisənin təxminən 3-5 dəqiqə davam etdiyini, baş vermiş hadisə zamanı orada kənar şəxslərin olmadığını, oğlu Məhəmmədin ona vurmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən gün işdən qayıdarkən mağazaya girmişdir. Atası Təqsirləndirilən şəxs mağazanın qapısında dayanmışdır. O, kassada olarkən atası Təqsirləndirilən şəxs onun anasının ünvanına nalayiq ifadələrlə söymüşdür. O isə atasına cavab verməmiş, çıxıb evə gəlmişdir. Hətta mağazanın sahibi belə ona “halal olsun, sən belə dözürsən” demişdir. O, avtomobilə əyləşərək evinə gəlmişdir. Atası sement, kərpic və qabırğa almışdır. O, qapının qarşısında ağac kəsmək üçün istifadə olunan mişara benzin tökən zaman atasına demişdir ki, evdə anasına söysə ona heç nə deməz. Lakin camaatın içində, qadınlar və uşaqlar olan yerdə onu təhqir etməsi düzgün deyil. Bu sözü deyən kimi Fəxri əlindəki qabırğayla (ağacla) onun başına vurmuşdur. Onu ekspertizaya aparmışlar. Polis də gəlib hər şeyi qeydə almışdır. Fəxri onun başına əvvəlcə qabırğayla, sonra isə yumruqla vurmuşdur. Onları qonşular ayırmışdır. Onların evində hər gün davadır. Davanın səbəbi isə ya işıq, ya da qazla bağlıdır. Atası anasına və ona həmin evdə yaşamamalarını deyir. Atası bu vaxta kimi dəfələrlə ondan şikayət etmişdir. Davanın başlama səbəbi atasının mağazada söyüş söyməsi olmuşdur. Onun 25 yaşı var, heç kəsin yanında başı aşağı olmaq istəmir. Hadisə yerində iki nəfər olmuşdur, Orxan və Şahin. Onlardan biri motosiklet sürücüsü, digəri isə atasının yük daşımaq üçün köməyə çağırdığı qonşudur. Əgər o atası Fəxriyə vurmuş olsaydı, onun barəsində şikayət edəcəkdi, çünki kəndin içərisində heç kəs atasına bir kəlmə söz deyə və barmaqla belə ona toxuna bilmir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olub və boşanmışlar. Hazırda danışmırlar və küsülüdürlər. Onların üç övladı vardır. Hadisə baş verən gün Fəxri yaşadıqları evdə özü üçün pilləkəni və qapını ayırırdı. Bunun üçün Fəxri ondan pul istəmiş, o isə qapının ayrılmasına pul verməyə maddi imkanının olmadığını bildirmiş, nə vaxtsa pulu olarsa köməklik edəcəyini demişdir. Fəxri razı olmadıqda o, pulunun olmadığına and içmişdir. Fəxri isə ondan əl çəkməmiş və söyüş söymüşdür. O, Məhəmmədə bu barədə heç bir söz deməmişdir. Məhəmməd mağazaya çörək almağa getmiş, Fəxri də orada olmuşdur. Fəxri mağazanın içərisində Məhəmmədi söyməyə, onun ünvanına pis sözlər deməyə başlamışdır. Məhəmməd həmin gün bağlarına, fındığın altını təmizləməyə getməli idi. Məhəmməd evə gələrək Fəxrinin mağazada camaatın içərisində onu söydüyünü, satıcının və digər şəxslərin ona güldüyünü demişdir. O isə oğluna fikir verməməsini, Təqsirləndirilən şəxs onsuz da onları daima söyməsini demişdir. Məhəmməd ondan yemək isitməsini xahiş etmiş, o altıaçıqda yemək isidərkən səs gəldiyini eşitmiş, qaçaraq həmin yerə getdikdə Fəxrinin əlində qabırğa olduğunu və qabırğanın üç yerə bölündüyünü görmüşdür. Fəxri qabırğanı oğlu Məhəmmədin başına vurmuşdur. Fəxri onlardan əl çəkmir, uşağının yanında, camaatın içərisində onun ünvanına ağıza alınmayacaq sözlər deyir. Ona hədə-qorxu gələrək Məhəmmədi həbs etdirəcəyini, onu şərləyəcəyini, maşınına narkotik vasitə atacağını deyir. Neçə dəfə məhkəmə və polisə müraciət etmişlər. Fəxriyə həmişə onlardan əl çəkməsini deyir. Məhəmməd Fəxriyə çönüb baxan deyil, çünki səhər işinə gedib, axşam qayıdır. Hadisə baş verən vaxt orada kərpic gətirən Orxan və qonşusu Şahin olmuşdur. Fəxri Məhəmmədən əl çəkmir, oğluna yaxınlaşıb onu vurmasını deyir. X8 aparmışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli tödədən şəxs Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin verdiyi ifadələri ilə yanaşı, işdə olan ekpert rəyi, protokollar və digər sübutlarla tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs vurmaması, əksinə Məhəmmədin onu vurması ilə bağlı ifadə vermiş, lakin işin faktiki halları və tərəflərin ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs həyat yoldaşından boşansa da, arvadı və oğlu - Zərərçəkmiş şəxsla eyni evdə yaşayır və onlarla küsülüdür. Ailə münaqişəyə meyillidir. Çünki məhkəmə iclasında özləri də ifadələri ilə təsdiq edirlər ki, evlərində hər gün eyni münaqişələr baş verir. Eyni zamanda Qax RİHB-nın Almalı kənd İƏDÜN-nin verdiyi xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs kənd əhalisi arasında içkiyə meyilli bir vətəndaş kimi xarakterizə olunur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atası olmasına baxmayaraq məhkəmə iclasında zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin barəsində cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinin işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğuna görə məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini ittihamı təkzib edən əsaslı sübut kimi qəbul etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işi açılması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/464 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X2» X7 Qax rayon MTE və PA şöbəsinin 08 avqust 2024-cü il tarixli, 112 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ənsə nahiyəsində fluktuasiyaedici hematoma - bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X5 Şəxs Qax rayon mərkəzi xəstəxanası X6 daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-50/2-844/2024 məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Qax RMX PHŞ-nin Poliklinika şöbəsində ruhi-əsəb, narkoloji xəstəlikləri üzrə dispanser qeydiyyatında deyillər. Qax RİHB-nın Almalı kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 294 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu, Almalı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi onun özündən, arvadı Şahid, qızı X1 və oğlu Zərərçəkmiş şəxs ibarətdir. Qax RİHB-nın Almalı kənd İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd əhalisi arasında içkiyə meyilli bir vətəndaş kimi tanınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. 20 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. M/V № 011488 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ Müharibəsi veteranıdır. 309198 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilmişdir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs İ Qarabağ Müharibəsində iştirak etməsini və müharibə veteranı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halların olmasını və əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs üzərinə Qax rayonu Almalı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir qətimkan tədbiri seçilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Qax rayonu Almalı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar