Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-5/2024 18.01.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 12:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1971-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, sahə 391 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, ünvan 2ustaqlığı qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs еtibаrdаn sui-istifаdə еtmə və аldаtmа yоlu ilə özgənin əmlаkını xeyli miqdarda ələ kеçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən razılığa gəlib etibarından sui istifadə edərək, aldatma yolu ilə internet televiziya kanalına işə düzəltmək barədə yalan vədlər verib aldaraq sonuncudan 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Azərnəşriyyat”ın binasında 630 manat və 200 manat pulu, “İkinci Qarabağ ” müharibəsi şəhidləri adına kitab çap etmək adı ilə Qax şəhəri, Heydər Əliyev prospektində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə 13 yanvar 2022-ci il tarixdə göndərdiyi 5000 manat və 900 manat pulu, 15 yanvar 2022-ci il tarixdə göndərdiyi 635 manat pulu, jurnalist jileti və mikrafon vermək adı ilə 2022-ci ilin mart ayında Qax şəhəri Heydər Əliyev prospektində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 85 manat pulu, Gəncə şəhəri İcra Hakimiyyətinin diplomunu vermək adı ilə 2022-ci ilin iyun ayında Qax şəhərində Heydər Əliyev prospektində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 100 manat pulu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, 7550 (yeddi min beş yüz əlli) manat ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “İnform xəbər” jurnalının təsisçisidir. 3-cü qrup əlildir. Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayının axırlarında jurnalist dostlarının vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs Gəncə şəhərindən 1-ci və 2-ci Qarabağ Müharibəsi şəhidləri haqqında kitab hazırlatdırdığını, Gəncə İcra Hakimiyyətinin bu kitabları hazırlatdırmağa maliyyə cəhətdən köməklik etməsini demişdir. Şəhla ondan nə qədər vəsait xərclənəcəyini soruşduqda, 6000-8000 manat məbləğində vəsaitin lazım olmasını demiş, Şəhla da bu işdə maliyyə cəhətdən ona köməklik göstərəcəyini bildirmişdir. Şəhlaya kitab hazır olduqdan sonra satışından əldə olunan gəlirlə pulunu qaytaracağını demiş, Şəhla onun həmin kart hesabına 2022-ci ilin yanvar ayının 13-də 5000 manat, həmin günü 900 manat, 2022-ci ilin yanvar ayının 15-də 635 manat və 2022-ci ilin mart ayında jilet və mikrofon almaq üçün 85 manat pul göndərmiş, 2022-ci ilin mart ayında isə Bakı şəhərində gəlib kabinetində ona 500 manat pulu əlbəəl vermişdir. Zərərçəkmiş şəxs ümumilikdə ona kitab çapı ilə əlaqədar olaraq 7000 (yeddi min) manat pul vermişdir. Sistemdə problem olduğu üçün kitabları hazırlatdıra bilməmiş, və Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. 7000 manat puldan 3000 manat pulu kitabı printerdən çıxartmaq üçün həmin işə baxan Səbuhi adlı şəxsə, 405 manat kompüterdə yazı yazması üçün Hacı adında şəxsə, 150 manat kitab verilən zaman diplom hazırlanması üçün Hacı adında şəxsə vermiş, qalan pulu isə vərəqlərə və rənglərə vermişdir. Hazırda Zərərçəkmiş şəxs 7000 manatını ibtidai istintaq dövründə, 550 manatını isə sonradan ödəməklə vurduğu 7550 manat ziyanı tam olaraq ödəmişdir. Hərəkətlərinə görə Zərərçəkmiş şəxs ilə barışıq əldə etmək istəsə də zərərçəkmiş şəxs onunla barışmamışdır. Hərəkətindən peşmandır. Bacısı 1988ci ildə şəhid olmuşdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında Azərnəşriyyatda olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Azər ona İnform xəbər TV-də baş redaktor olduğunu demişdir. Bundan sonra Azər olduğu yerdə studiya açmasını, üst mərtəbədə həmin studiyanın fəaliyyət göstərəcəyini bildirmiş, ona həmin internet televiziyasında işləmək istəyəcəyi halda onu studiyaya dəvət etmiş, həmin studiyaya baxmaq üçün yuxarı mərtəbəyə çıxmış və şəraiti görüb orada işləməyə razı olmuşdur. Azər ona həmin işdə jilet və avadanlıqların alınmasına görə ilkin olaraq 200 manat pul verməsini demiş, həmin pulu ilkin olaraq 05 yanvar 2022-ci il tarixdə Azərə Bakı şəhərində olan zaman Azərnəşriyyatın binasında vermişdir. Azərin ona həmin vaxtdan işə düzəlmək üçün şəxsiyyət vəsiqəsinin, diplomunun surətini, yaşayış yerindən arayış, 3*4 ölçüsündə şəkil, əmək kitabçasını, həmçinin, narkoloji kabinetdən arayış istəmiş, həmin sənədləri 1 ay müddətində Azərə vermiş, Azərin işin müqabilində onun 300 manat maaş alacağını deyərək 102xeber.info adlı internet xəbər portalında işləməyi təklif etmiş, o da razılaşmışdır. Azər ondan həmin işə düzəlmək üçün 630 manat pul istəmiş o da 2022-ci ilin yanvar ayının ortalarında 630 manat pulu Bakı şəhərində olan Azərnəşriyyatın binasında vermişdir. Bundan sonra Azər ondan Gəncə şəhərində olan şəhidlərin adına kitab çıxartdığını, həmin kitabı hazırlayandan sonra Gəncə şəhər icra hakimiyyətinin başçısına həmin kitabları verəcəyini, həmin kitablara görə pulu yığıb ona qaytaracağını, əlavə olaraq ona xeyrdən pul verəcəyini bildirmiş, o Azərin kart hesabına 13 yanvar 2022-ci il tarixdə 5000 manat, daha sonra isə 900 manat pulu Qax şəhərində yerləşən mağazadan terminal vasitəsilə göndərmişdir. Həmin gündən 2 gün keçmiş Azər ona yenə kitaba pul lazım olacağını demiş, buna görə də Azərin ona göndərdiyi kart hesabına 15 yanvar 2022-ci il tarixdə 635 manat pul göndərmişdir. 2022-ci ilin yanvar ayından İnform Xəbər TV-də və 102xeber.info adlı internet xəbər portalında işləməyə başlamış, xidməti vəsiqələr verilmiş, lakin, Azər onun hər ay 600 manat maaşını verməmiş, daha sonra Azər ondan 2022-ci ilin mart ayında jilet və mikrafon almaq üçün 85 manat pul istəmiş, həmin pulu da ona göndərmişdir. Daha sonra 2022-ci ilin iyun ayında Azər onun mobil nömrəsinə zəng edərək, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının diplomunu vermək üçün ondan 100 manat pul istəmiş, Elsevər adlı sürücüyə Azərə göndərməsi üçün 100 manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu 7550 manat maddi ziyanın 7000 manatını ibtidai istintaq dövründə, 550 manatını isə məhkəmənin gedişində verərək, ona vurduğu ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs onunla barışmağa cəhd etsə də, onunla barışmamışdır. O, Təqsirləndirilən şəxs həbs olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, özünə məxsus olan “VAZ-21015” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin yanvar-mart aylarında Zərərçəkmiş şəxs Qax şəhərində yerləşən Araz marketdə olan “Milliön” ödəmə terminalı vasitəsilə Azər adlı şəxsə pul göndərmişdir. Şəhlanın Azər adlı şəxsə nə qədər pul göndədiyini bilmir. Bundan başqa 2022-ci ilin iyun ayında Şəhla ona Azər adlı şəxsə göndərmək üçün 100 manat pul vermişdir. O, həmin pulu Qax şəhərində yerləşən “Araz” marketdə olan “Milliön” terminalı vasitəsilə Azər adlı şəxsə göndərmişdir. Daha sonra Şəhla ona həmin pulları Azərin qaytarmadığını, buna görə də polis şöbəsinə şikayət etməsini demişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 25-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs adına olan kart hesabına 13 yanvar 2022-ci il tarixdə 900 manat və 5000 manat, 15 yanvar 2022-ci il tarixdə 635 manat, 13 manat 2022-ci il tarixdə 85 manat pul göndərilmişdir. İşin 86-88-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumlğu olmayan şəxsdir. İşin 103-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserde qeydiyyatda yoxdur. İşin 33-34-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:13-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 77-82-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 4(024)-27/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 04 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin 98-102-ci vərəqələrində olan Qax rayon məhkəməsinin 19 oktyabr 2023-ci il tarixli 4(024)-30/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin 131-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 7000 manatını qəbul etmişdir. Məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 550 manatı almaqla ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. İşin 120-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Gəncə şəhər İHB-nın Məhsəti Qəsəbə İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 64 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsinin ev təsərrüfatlarının uçotu kitablnda (şəxsi hesab № 20, kitab 03, səhifə 102) qeydiyyatdadır. İşin 121-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Gəncə şəhər İHB-nın Məhsəti Qəsəbə İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs anası X2 şəhid ailəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs məxsus doğum haqqında şəhadətnamənin ana qrafasından görünür ki, onun anası X1r. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını və şəhid ailəsi olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxsnа cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, şəhid ailəsi olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlindən peşman olmasını, vurduğu ziyanı tam ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlıqdan məhrum etmə cəzasının 1 gününə 2 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalı və cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs оğlunun üzərinə yaşayış yeri olan Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eləcə də Gəncə şəhəri, Məhsəti qəsəbəsi, sahə 391də yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, İş üzrə maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 14 (on dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlandığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə üzərinə yaşayış yeri olan Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eləcə də Gəncə şəhəri, Məhsəti qəsəbəsi, sahə 391də yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-5/2024
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-5/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver