Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-5/2025 09.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə. xx xxxx 1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, müharibə veteranı, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olan, Qax rayonu, Amanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Qıpçaq kəndində yerləşən atası X3 məxsus «Uğur» marketin qarşısında olan «E-manat» ödəmə terminalının yanında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq guya sonuncunun nalayiq söyüş söyməsini bəhanə edib heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyub, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib əvvəlcə marketin qarşısında Zərərçəkmiş şəxslə sözlə mübahisə etmiş, daha sonra mübahisənin davamı olaraq Zərərçəkmiş şəxs marketin yanına aparmış, marketin yanında Zərərçəkmiş şəxs ayaqlarından əlləri ilə tutub yuxarı qaldırıb yerə, yəni asfalt betona çırpmaqla sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ ayağın 2-3-cü ayaq darağı sümüklərinin distal ucunun köndələn, 4-cü ayaq darağı sümüyünün boylama yerdəyişməyən sınıqlarından ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 sentyabr 2024-cü il tarixdə günorta saat 3-4 radələrində atasına məxsus iş yerində, yəni marketdə əyləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs marketə daxil olaraq bir şüşə nisyə pivə almaq istədiyini bildirmişdir. O isə Orxana nisyə pivə verə bilməyəcəyini demişdir. Orxan əvvəllər neçə dəfələrlə nisyə alver etmiş, onu boş qaytarmamışdır. Lakin bu dəfə marketdə olan malları kodlaşdıraraq komputer sisteminə yığdıqları üçün nisyə mal satışını ləğv etmişlər. Orxan marketi tərk etdikdən təxminən 15 dəqiqə keçmiş onun mobil telefonuna yad nömrədən «məni hansısa alkaşla səhv salma, sən artıq göylə gedirsən» məzmunlu mesaj gəlmişdir. O, smsm-ni kim tərəfindən yazıldığını müəyyən etmək üçün həmin nömrəyə zəng etmiş, zəngə cavab verən şəxsdən kim olduğunu soruşduqda Orxan olduğunu demişdir. Orxandan nə üçün belə mesaj yazdığını soruşduqda o düz dediyini bildirərərək, nalayiq ifadə işlətmiş və telefonu söndürmüşdür. O, 44 günlük müharibədə iştirak etdiyi zaman başından kontuziya almışdır. Bu səbəbdən əsəblərini cilovlaya bilməmişdir. Həmin günü axşam vaxtı saat 23:00 radələrində marketdə kassada əyləşən zaman qapının yaxınılığında qoyulmuş ödəmə terminalının qarşısında bir nəfərin dayandığını və uca səslə söyüş söydüyünün görmüşdür. Həmin vaxtı marketdə müştərilər olmuş, çölə çıxdıqda həmin şəxsin Orxan olduğunu görmüşdür. Orxandan nə üçün söyüş söydüyünü soruşduqda aralarında mübahisə yaranmışdır. Orxan həmin vaxtı sərxoş vəziyyətdə olmuş, o Orxanı toxuna-toxuna marketdən uzaqlaşdırmışdır. Həmin vaxtı marketə ona malları yığmağa köməklik etmək məqsədi ilə gəlmiş döyüş yoldaşı Hüseyn Süleymanlı da Orxanı aralaşdırmaqda ona köməklik göstərmişdir. Orxan çıxıb getmişdir. Hadisədən 2-3 gün sonra Qax RPŞ-in İQ-un müstəntiqi Laçın Ədilov tərəfindən şöbəyə dəvət olunmuş və Zərərçəkmiş şəxs xəsarət yetirildiyi bildirilmişdir. Orxanan xəsarət yetirmədiyini bildirdikdə müstəntiq Laçın Ədilov ona Orxanın əlli dənə işinə baxdığını və onun heç vaxt yalan söyləmədiyini bildirmişdir. O, da prokurorluq orqanına ərizə yazaraq ona köməklik göstərilməsini xahiş etmişdir. O, Orxanı vurmamışdır. Ola bilər ki, Orxan bir butulka pivənin problemini yaradır. Orxan ayağından aldığı xəsarətlərə gəldikdə isə ola bilsin ki, sərxoş vəziyyətdə olmuş və haradasa yıxılmışdır. Həmin xəsarətlərlə onun əlaqəsi yoxdur. Orxanla aralarında mübahisə olmuş, lakin onu başının üzərinə qaldırıb çaxmamışdır. Mağazada müşahidə kamerası olsa da, qeydə alınan videogörüntülərin yaddaş qurğusunda saxlanılma müddəti bir həftə olduğu üçün Orxanın söyüş söyməsini əks etdirən görüntüləri təqdim edə bilməmişdir. Müstəntiq tərəfindən də həmin videogörüntülər tələb olunmadığı üçün istintaq orqanına təqdim etməmişdir. Onun təqsiri yoxdur. Bəraətverici əsaslar olmadan işin icraatına xitam verilməsinə etiraz edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məxsus marketdən həmişə alver edir. Hadisə baş verən günü Elməddindən nisyə olaraq bir şüşə pivə verməsini xahiş edərək, kəndə fındıq satmağa getdiyini və qayıdan zaman pulunu verəcəyini demişdir. Lakin Elməddin ona qarşı kobudluq etmişdir. Həmin vaxtı mağazada müştərilər olduğu üçün Elməddinə heç nə deməmiş, bayıra çıxaraq sms yazmışdır ki, o alkaş deyildir, sadəcə olaraq bir kəlmə söz demişdir, nə üçün ona qarşı kobudluq edir. Elməddin ona zəng edən zaman pivəyə qarşı qeyri-etik söz işlətsə də, o Elməddinin ünvanına belə bir ifadə işlətməmişdir. Həmin günü axşam vaxtı saat təxminən 23:00 radələrində mağazanın qarşısında olan terminaldan pul vuraraq mobil telefonla ucadan danışmışdır. Həmin vaxtı Elməddin bayıra çıxmış, ona yavaş danışmasını və söyüş söyməməsini demiş, onu yan tərəfə, yəni təhlükəsizlik kamerasının çəkiliş apara bilmədiyi hissəyə aparmışdır. Bu zaman onların arasında mübahisə yaranmış, Elməddinə onunla işi olmadığını, atası kimi kişi olmasıın, yəni atasına oxşamasını, mərd olmasını demişdir. Elməddin onu bir dəfə qaldırıb yerə çaxmış, ikinci dəfə çaxdıqda özünün də onu vura biləcəyini, lakin vurmayacağını demişdir. Həmin vaxtı Elməddinin yanında işləyən Hüseyn adlı şəxs və tanımadığı başqa bir nəfər şəxs oraya gəlmiş, Hüseyn adlı şəxs onları ayrımışlar. Hüseyn adlı şəxs onların yanına gəldikdən sonra Elməddin onu qaldırıb yerə çaxmışdır. Yəni bu hadisə Hüseynin gözü qarşısında baş vermişdir. O, oradan uzaqlaşdıqda axsamağa başlamış, lakin xəsarəti isti-isti hiss etməmişdir. Mağazadan uzaqlaşaraq kafeyə getmiş, orada açarın üzərində olmadığını görmüş, qayıdıb açarı axtarmağa başlamış, həmin vaxtı Elməddinin və atasının da nəsə axtardığını görmüşdür. Elməddinin atası nə axtardığını soruşduqda açarı itirdiyini demiş, lakin baş vermiş hadisəni ona bildirməmişdir. Elməddin açarı tapıb atasına, atası da ona vermişdir. Səhəri günü ayağınıı göyərərək şişdiyini görmüş və sındığını anlamışdır. Onu xəstəxanaya aparması üçün Elməddinə zəng etmiş, o telefonu açmadığı üçün kafeni icarəyə götürən şəxsə zəng edərək onun ayağının sındığını, Elməddinə onu xəstəxanaya aparmasını deməsini bildirmişdir. Ayağınıın şəklini çəkib ona göndərmişdir. Əgər Elməddin onun xəstəxanaya aparsa idi, ondan şikayət etməyəcəkdi. Hətta Elməddinin atasına və qardaşına da zəng etmişdir. Lakin Elməddin saymazlıq etdiyi üçün o da polisə şikayət etmişdir. Hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun döyüş yoldaşıdır. Zərərçəkmiş şəxslə heç bir əlaqəsi yoxdur. Hadisə baş verən günü 28 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus mağazada olmuş və Elməddinə köməklik etmişdir. Həmin vaxtı bayırda kimsə ucadan söyüşlə danışdığı üçün Elməddin bayıra çıxmış və həmin şəxsin Orxan olduğunu görmüşdür. Elməddin Orxana çıxıb getməsini demişdir. Bundan sonra o da mağazdan bayıra çıxmış və Elməddinin Orxana mağazada müştərilərin olduğunu, söyüş söyməməsini dediyini eşitmişdir. Elməddin Orxanı kənarlaşdırdıqdan sonra hər ikisi qayıdaraq mağazaya girmişlər. Başqa heç bir hadisə baş verməmişdir. Elməddin haradasa yıxılıb ayağını qırmış ola bilər. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə onun dostunun oğludur. 28 sentyabr 2024-cü il tarixdə axşam üstü mağaza bağlanmalı idi. Adəti üzrə hər axşam mağazaya gəlir, bağladıqdan sonra uşaqlarla birlikdə evə gedir. Mağazanın qarşısında söhbət edən zaman Orxan yolun başındakı kafedən onların mağazasına tərəf gəlmişdir. Orxan sərxoş olmuş, onunla salamlaşmış, nə olduğunu soruşduqda heç bir şey baş vermədiyini və açarlarını itirdiyini bildirmişdir. O avtomobilin açarını taparaq Orxana verdikdən sonra o maşına əyləşərək çıxıb getmişdir. Onun davadan xəbəri yoxdur. Təxminən bir-iki gün sonra Zaqatala şəhərində olan zaman uşaqlar ona zəng edərək dava olduğunu demişlər. O, Orxanın mobil nömrəsini taparaq ona zəng etmiş, nə baş verdiyini soruşduqda dalaşdığını, ayağının ağradığını bildirmişdir. O Orxana kafeyə gəlməsini demiş, lakin axşama qədər gözləsə də Orxan gəlməmişdir. Üç gün sonra isə onları polis şöbəsinə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Balakən rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 278 saylı, 07 oktyabr 2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sağ ayağın 2-3-cü ayaq darağı sümüklərinin distal ucunun köndələn, 4-cü ayaq darağı sümüyünün boylama yerdəyişməyən sınıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə (zərbə ilə bərk əşyayaəşyalara vurmaqla), yəni, 28 sentyabr 2024-cü ildə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 oktyabr 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs tərəfindən Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 28 sentyabr 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxs, şahid və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Bu eynilə ekspert rəylərinə, məhkəmənin fikrincə işin faktiki hallarını təsdiq edən digər materiallara da aiddir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi ekspert rəyi ilə təsdiq olunsa da, məhkəmə iclasında verilmiş ifadələr və arasında ziddiyət yaranmışdır. İbtidai istintaq materiallarında hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizmi nəzərə alınmamış, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisədən sonra münasibətləri aydınlaşdırılmamış, baş vermiş əməlin əhatə dairəsi müəyyənləşməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsi öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs irəli sürülmiş ittihamda onun qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini məhz Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq niyyəti ilə törədilməsi əks olunduğundan həmin niyyətin nədə ifadə olunması, yəni xuliqanlığın anlayışının verilməsi zəruridir. Xuliqanlığın anlayışı Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında, həmçinin «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında qeyd olunduğu kimi xuliqanlıq ictimai qaydanı kobud surət pozan əməldir. Xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Həmin Məcəllənin 221.1-ci maddəsinin dispozisiyasından məlum olur ki, xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyekti insanların sağlamlığı, şərəf və ləyaqəti, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Xuliqanlıq formal tərkibli cinayət olduğundan Cinayət Məcəlləsinin 221-ci maddəsində qeyd olunan hərəkətlər törədildiyi andan başa çatmış hesab edilir. Xuliqanlıq subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar şəxs ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini, habelə Cinayət Məcəlləsinin 221-ci maddəsində sadalanan xuliqanlıq hərəkətlərinin törədildiyini dərk edir və bunu arzu edir. Bu cinayətin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə barışmazlıq, nifrət zəminində və sair törədilən hərəkətlər xuliqalnlıq kimi tövsif oluna bilməz. Xuliqanlığın məqsədi təqsirkarın zərərçəkmiş şəxsi kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti olsada, onu öz iradəsinə tabe etməkdən ibarətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Buradan görünür ki, cinayətin əsas obyekti ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Təqsirkarın şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayətin törədilməsi zamanı xuliqanlıq niyyətinin nədə ifadə olunması həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında da əks olunmuşdur. Həmin qərarın 6-cı bəndinin 3-cü abzasında qeyd olunmuşdur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Buradan göründüyü kimi hazırki iş üzrə Zərərçəkmiş şəxs Hüseyin oğlu hadisənin törədildiyi gün günorta saatlarında nisyə pivə almaq istəyi Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmədiyi üçün marketdən çıxdıqdan sonra həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs mesaj göndərmiş, onunla telefon vasitəsilə əlaqə saxladığı zaman hər nə qədər Təqsirləndirilən şəxs ünvanına istifadə etməsə də, qeyri-etik ifadə işlətməsini özü qəbul etmiş, hadisə zamanı marketin qarşısnda ucadan nalayiq ifadələr işlətdiyi üçün aralarında mübahisə başlamışdır. Beləliklə münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü və hüquqa zidd hərəkətləri səbəbindən baş verdiyindən Təqsirləndirilən şəxs cinayət əməli xuliqanlıq niyyəti ilə törədilmə hesab edilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair qərardadından görünür ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayət Prosessual Məcəlləsinin 33.4-cü maddəsinə əsasən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinə əsasən məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir. Həmin Məcəllənin 349.1.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Cinayət Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Cinayət Məcəlləsinin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında başa çatmış cinayətin mövcudluğu konkret halların qiymətləndirilməsindən asılı olan «ağır nəticə», «mühüm zərər», «əhəmiyyətli zərər» kimi kriminal nəticələrin baş verməsi ilə əlaqələndirilirsə, cinayət əməlinin təsvirində həmin nəticələrlə uyğunluq təşkil edən konkret hallar da öz əksini tapmalı və hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin hansı kriteriyalara və sübutlara əsasən nəticəni «ağır» və yaxud zərəri «mühüm» və s. kimi qiymətləndirdiyi əsaslandırılmalıdır. Həmin Qərarın 37-ci bəndində göstərilmişdir ki, Cinayət Prosessual Məcəlləsinin 318.1ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. Bununlada məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Qıpçaq kəndində yerləşən atası X3 məxsus «Uğur» marketin qarşısında olan «E-manat» ödəmə terminalının yanında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun nalayiq söyüş söydüyünə görə Zərərçəkmiş şəxslə sözlə mübahisə etmiş, daha sonra mübahisənin davamı olaraq Zərərçəkmiş şəxs marketin yanına aparmış, marketin yanında Zərərçəkmiş şəxs ayaqlarından əlləri ilə tutub yuxarı qaldırıb yerə, yəni, asfalt betona çırpmaqla sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ ayağın 2-3-cü ayaq darağı sümüklərinin distal ucunun köndələn, 4-cü ayaq darağı sümüyünün boylama yerdəyişməyən sınıqlarından ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsüf edilməlidir. Törədilmiş əməl xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında 12 sentyabr 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 4 №li, 25 iyun 2003-cü il tarixli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Prosessual Məcəlləsinin 33.4-cü maddəsinə əsasən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinə əsasən məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir. Həmin Məcəllənin 349.1.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən əməl törətməsini, İİ Qarabağ Müharibəsində iştirak etməsini və müharibə veteranı olmasını, «Füzulinin azad olunmasına görə medalı» ilə təltif edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan bir azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. BeləlikləCinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquqi bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılır. Bununla da Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərini müəyyən etmişdir. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə Cinayət Prosessual Məcəlləsinin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, Cinayət Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət Prosessual Məcəlləsinin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz Cinayət Prosessual Məcəlləsinin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə ancaq məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezupsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirərkən qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadə oluna bilməz. Cinayət işinin materiallarında olan 24 oktyabr 2024-cü il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır (səh., 1). Cinayət işinin materiallarında olan 30 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (səh., 65). Cinayət işinin materiallarında olan 30 oktyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 87). Cinayət işinin materiallarında olan AZ-İV № 906120 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 atası Təqsirləndirilən şəxs, anası isə X2r (səh., 40). Cinayət işinin materiallarında olan İ-9970 №-li medalının vəsiqəsininn surətindən görünür ki, Təqsirləndirilən şəxs «Vətən Müharibəsi» iştirakçısıdır (səh., 38). Cinayət işinin materiallarında olan 1-17979 №-li medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Füzulinin azad olunmasına görə medalı» ilə təltif edilmişdir (səh., 39). Cinayət işinin materiallarında olan Qax RİHB-nın Qıpçaq kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 529 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu, Amanlı kəndində qeydiyyatda olmaqla yaşayır (səh., 41). Cinayət işinin materiallarında olan Qax RİHB-nın Qıpçaq kənd İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (səh., 42). Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükünlüyünü, əvvəllər məhkum olunmamasını, İİ Qarabağ Müharibəsində iştirak etməsini, müharibə veteranı olmasını, «Füzulinin azad olunmasına görə medalı» ilə təltif edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan bir azyaşlı övladının olması kimi cəzanın yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Müdafiəçi hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Qax rayonu Amanlı kəndində yerləşən yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsilyerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №1(024)-5/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-5/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver