Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-50/2023 03.08.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:30-də Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin qanuni nümayəndəsi hüquq məsələləri üzrə baş məsləhətçisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1969-cu ildə Qax rayonunun Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qax rayonu Almalı kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs, meşə fonduna daxil olmayan ağacı qanunsuz kəsərək ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktların şərtlərini pozmaqla qanunsuz şəkildə 2022-ci ilin qış aylarında dəqiq günü və ayı yadında olmayan vaxtı Qax rayonu, Almalı kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid ərazidə köküstə yaş olmaqla palıd cinsinə məxsus bir ədəd diametri 85 sm olan ağacı elektrik mişarı ilə kəsdirərək təbiətə 2650 (iki min altı yüz əlli) manat miqdarında ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qax rayonu, Almalı kəndində 30 sot bağ sahəsi vardır. Həmin bağ sahəsini uzun illərdir ki, istifadə edir və içərisində şəxsi pay torpaq sahəsi vardır. Bağ sahəsinin içərisində fındıq ağacları və bir ədəd palıd ağacı vardır. Həmin palıd ağacı qonşunun evi tərəfə düşdüyü üçün kəsmək istəmişdir. 2022-ci ilin qış aylarında dəqiq ayı və günü yadında qalmayan vaxtı Qax rayonu, Almalı kəndində əvvəllər tanıdığı Rəhimi görmüş, Rəhim ondan ət kəsmək üçün istifadə olunan kötüyü istəmişdir. Həmin vaxtı Rəhimə ona məxsus bağ sahəsində bir ədəd palıd ağacı olmuş, həmin ağac qonşunun evi tərəfə düşdüyü üçün kəsib kötüyü pay olaraq aparmasını demişdir. Rəhim də onunla razılaşmış, 2022-ci ilin qış ayında dəqiq ayı və günü yadında qalmayan vaxtı Rəhim Qax rayonu, Almalı kəndinə gəlmiş, Rəhimin yanında adı sonradan ona məlum olan Seyfulla və onun yanında əlində elektrik mişarı olan adı sonradan ona məlum olan Teymur adlı şəxs olmuşdur. Rəhim ona həmin şəxsin ağacı kəsib aparmağa gəldiyini bildirmiş, Rəhim ona ağacın kötüyünü Seyfulla adlı şəxs üçün istədiyini demiş, birlikdə palıd ağacı olan yerə getmişlər. Həmin vaxtı orada həmin şəxslərə ağacı kəsdiyini bildirmiş, əlində elektrik mişarı olan Teymur adlı şəxs bir ədəd palıd ağacını kəsərək doğramış, lakin, ağacın içərisi çürük çıxmışdır. Ağacın içərisi çürük çıxdığından Rəhim ağacın yararsız olmasını bildirmiş, ağacı aparmamış, həmin vaxtı oraya Hüquq-Mühafizə Orqanlarının əməkdaşları gəlmiş, oraya gələn əməkdaşın ondan ağacı niyə kəsdiyini soruşduqda ağacın ona məxsus ərazidə olmasını bildirmişdir. Həmin əməkdaşlar fotoşəkillər çəkərək çıxıb getmiş, ağac kəsiləndən sonra Rəhim ağacın kötüyünü aparmadığı üçün ağac orada qalmış, daha sonra həmin ağacdan odun kimi istifadə etmişdir. Qanunsuz ağac kəsməsi nəticəsində təbiətə 2650 (iki min altı yüz əlli) manat miqdarında maddi ziyan dəymişdir. Həmin ziyandan 1000 manatını ödəmişdir. Törətdiyi əməldən peşmandır. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin qanuni nümayəndəsi hüquq məsələləri üzrə baş məsləhətçisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin may ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində işləyir. Qax rayonu, Almalı bələdiyyə mülkiyyətində olan bir ədəd palıd ağacının kəsilməsi barədə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı 01 (bir) ədəd palıd ağacının kəsilməsi faktı və təbiətə 2650 (iki min altı yüz əlli) manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs təbiətə vurduğu ziyanı qismən ödəmişdir. Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Qax rayonu, Almalı kənd sakini Təqsirləndirilən şəxs çoxdan tanıyır. Onunla bir-neçə il əvvəl tanış olmuşdur. Şahin ona 2022-ci ilin qış aylarında dəqiq ayı və günü yadında qalmayan vaxtı ona məxsus Qax rayonu, Almalı kəndində pay torpaq sahəsi olmasını, həmin torpaq sahəsində bir ədəd palıd ağacının olmasını, həmin ağacı kəsib satmasını, ağacı kəsməyə kömək etməsini, ona ağacı kəsib almağa adam tapmasını, bunun əvəzində ona üstündə ət kəsmək üçün istifadə edilən kötüyü pay verəcəyini demişdir. Şahinlə razılaşmışdır. 2022-ci ilin qış ayında dəqiq ayı və günü yadında qalmayan vaxtı Qax rayonu, Almalı kəndində olmuş, həmin vaxtı kənddə əvvəllər tanıdığı Zaqatala rayonu, Əliabad kənd sakini Seyfullanı görmüşdür. Seyfullanın yanında əlində elektrik mişarı olan tanımadığı bir nəfər şəxs də olmuşdur. Seyfulla ona ət kötüyü lazım olduğunu demiş, Seyfullaya Qax rayonu, Almalı kəndində tanışı Təqsirləndirilən şəxs ağac olduğunu, həmin ağacı kəsib satmaq istədiyini bildirmişdir. Seyfulla onunla razılaşmış, kötüyü aldıqdan sonra ona hörmət edəcəyini bildirmiş, lakin, nə qədər pul verəcəyini deməmişdir. Bundan sonra Şahinlə əlaqə saxlamış, Şahinlə birlikdə Şahinin dediyi palıd ağacı olan yerə getmişlər. Həmin vaxtı orada özü, Seyfulla, Seyfullanın tanışı Rəhim və Şahin olmuş, Şahin onlara yerin ona aid olmasını və sənədlərinin olmasını bildirmişdir. Əlində elektrik mişarı olan şəxs bir ədəd palıd ağacını kəsərək doğramış, lakin ağacın içərisi çürük çıxmış, Seyfulla ağacı almamışdır. Həmin vaxtı oraya Hüquq- Mühafizə orqanlarının əməkdaşları gəlmiş onlardan ağacı niyə kəsmələrini soruşmuş, Şahinin həmin əməkdaşa ağacın ona məxsus ərazidə olmasını bildirmişdir. Həmin əməkdaşlar fotoşəkillər çəkərək çıxıb getmişlər Məhkəmə iclasında şahid X1 ifadəsində şahid Kərim Kərimovun ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Təqsirləndirilən şəxs Qax rayonu, Almalı kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 35 sot torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir. Həmin torpaq sahəsində kolluq olmuş, həmçinin, bir ədəd palıd ağacı olmuşdur. 2022-ci ilin qış aylarında dəqiq günü və ayı yadında qalmayan vaxtı atası Təqsirləndirilən şəxs həmin ağacı kəsdirmiş, ağacı doğranmış hala gətirib odun edərək ondan istifadə etmiş, ağac kəsilən vaxtı orada olmamış, ağacı kimin kəsməsini bilməmiş, lakin, ağacı atası Şahin kəsdirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin qış aylarında dəqiq ayı və günü yadında qalmayan vaxtı Zaqatala rayonu, Əliabad qəsəbə sakini Seyfulla dayının ona Qax rayonu, Almalı kəndində ağac olduğunu bildirərək, ondan elektrik mişarı ilə ağacı kəsməsini xahiş etmişdir. Seyfulla ilə razılaşmış, lakin, ağacın kəsilməsi müqabilində Seyfulladan heç nə istəməmişdir. Həmçinin Seyfulla ona ağacın kəsilməsi qarşılığında heç nə təklif etməmiş, ağacı ət kəsmək üçün kötük lazım olduğu üçün aldığını bildirmişdir. Bundan sonra Seyfulla ilə birlikdə Qax rayonu, Almalı kəndinə ağac olan yerə getmiş, həmin vaxtı orada özü, Seyfulla, ağacın sahibi adını sonradan bildiyi Şahin və Seyfullanın tanışı Rəhim olmuşdur. Seyfulla ona ağacı kəsməsini, Şahinin torpaq sahəsinin onun olduğunu, heç bir narahatçılığın olmadığını demişdir. Bundan sonra bir ədəd palıd ağacını elektrik mişarı ilə kəsmiş, lakin, ağacın içərisi çürük çıxdığından Seyfulla ağacı almamışdır. Həmin vaxtı oraya Hüquq-Mühafizə Orqanlarının əməkdaşları gəlmiş, oraya gələn əməkdaşın onlardan ağacı niyə kəsdiklərini soruşduqda, Şahin həmin əməkdaşa ağacın ona məxsus ərazidə olmasını demişdir. Həmin əməkdaşlar fotoşəkillər çəkərək çıxıb getmişlər. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 22-25-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qax rayonu, Almalı kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid ərazidə palıd cinsinə məxsus bir ədəd köküstü yaş ağac kəsilmişdir və diametri 85 sm olmuşdur. İşin 34-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 11 may 2023-cü il tarixli 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş hesablama cədvəlindən görünür ki, Qax rayonu, Almalı kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid ərazidən 01 ədəd 85 sm diametrində palıd cinsli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 2650 (iki min altı yüz əlli) manat məbləğində maddi ziyan vurulmuşdur. İşin 77-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 9/4133 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində 01 ədəd 85 sm diametrində palıd cinsli ağacın köküstə yaş halda kəsilərək məhv edilməsi zamanı, qərarın təsviri hissəsində olan məlumatlardan və qanunvericilikdə mövcud olan normativ sənədlərdən istifadə olunmuşdur. Həmin mövcud olan normativ sənədlərə və tərtib edilmiş hesablama cədvəlinə əsasən, 01 ədəd 85 sm diametrində palıd cinsli ağacın qanunsuz kəsilməsindən təbiətə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 2650 (iki min altı yüz əlli) manat müəyyən edilir. İşin 76-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manatdır. İşin 53-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Almalı kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 224 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Almalı kəndində qeydiyyatda olmaqla orada yaşayır. İşin 54-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Almalı kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 62-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyandan 1000 manatını ödəmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetrilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs vurduğu ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər heç vaxt cinayət törətməməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsinin sanksiyasında beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir. Onun əməlində cəzanı ağırlaşdıran halların olmaması bu nəticəyə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə islah işləri cəzasının təyin edilməsini, cəzasını iş yerində çəkməsini, cəzasının başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablanmasını, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanunu qüvvəyə minənədək dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Eyni zamanda zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi ziyanın ödənilməmiş qalan hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 347,349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Vurulmuş maddi ziyanın ödənilməmiş qalan hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş hüquqi şəxs Ekologiya və təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-50/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-50/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver