Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-50/2025 04.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11, Xüsusi ittihamçı X2, Xüsusi ittihamçı X2 nümayəndəsi və vəkili Müdafiəçi1, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, 28 iyul 1967-ci il tarixdə ünvan 1ində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, müəllimə işləyən, ünvan 1ində yaşayan -X11 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək, ayrı-ayrı ünvanlara ononim qaydada (başqa şəxsin adından) təhqir və böhtan xarakterli məlumatları yayaraq məni təhqir etdiyinə görə 28 iyul 1967-ci ildə ünvan 1ində doğulmuş, subay, ünvan 1i ünvanında yaşayan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri iiə cinayət məsuiiyətinə cəib ediiməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X5 ərizəni onunla əsaslandırmışdır ki, məlumat üçün bildirir ki, X5 26 fevral 1998-ci ildə Qax rayonunda anadan olmuşdur. 2022-ci ildən Şəki-Zaqatala Regional Təhsil İdarəsində işləməyə başlamışdır. Göstərilən idarədə işlədiyi müddətdə onun barəsində hər-hansı bir şikayət olmamış, hər daim nümunəvi işçi kimi özünü göstərmişdir. Mahiyyəti üzrə bildirir ki, 2024-cü ilin yanvar ayında ünvan 1 sakini X12 adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə imzasız məktublar göndərilərək göstərilmişdir ki, «Çox hörmətli Mehriban xanım Əliyeva ilk öncə gərgin iş qrafıkində vaxtını aldığına görə üzr istəyir, lakin bu cür vəziyyət qarşısında artıq səssiz qalmamaq bütün baş verən hadisə haqqında sizi məlumatlandırmaq qərarına gəlmişdir. Bu vəziyyət qarşısında susmaq təhsil sisteminə zərbə vurmaq, vətənə isə xəyanət olardı. Bu səbəblədir ki, 01 dekabr 2022-ci ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinə işə daxil olmuş Z.Ə.Həmzəyeva haqqında və onun bu işə nə cür və hansı terror təşkilatının himayəsi ilə düzəlməsi haqqında məlumatlandırmaq istərdi. Z.Ə.Həmzəyeva 26 fevral 1998-ci il tarixdə ünvan 1ində anadan olmuş, orta təhsilini Tasmalı kəndində almışdır. 2014-cü ildə Bakı şəhərində yerləşən BDU coğrafiya müəllimliyi ixtisasına daxil olmuşdur. Elə BDU-də təhsil aldığı müddət ərzində hamının yaxşı bildiyi nurçular olaraq bilinən X19 ilə əlaqəsi olan hədəf kursuna coğrafiya müəlliməsi olaraq işə daxil olmuşdur. Universiteti bitirməyən və universiteti bitirənə qədər bir çox fənndən kəsrləri olan bu şəxsi Hədəf kursuna işə qəbul etmişlər. Z.Ə.Həmzəyeva BDU-in tələbə yataqxanasında məskunlaşdıqdan sonra BDU-də keçirilən dərsləri anlamamış və imtahanlardan kəsrləri olmuşdur. Bu zamanda yataqxanada qalan bəzi X15 mənsub tələbələr onun əlaqə yaradaraq bu vəziyyətin, ailəsinin yaşadığı maddi çətinlikləri və imtahanlardan kəsrləri həll etmənin yolunun bu təşkilata qəbul olmaq ilə bağlı olduğunu bildirmişdir. Terror Təşkilatına qəbul olduqdan sonra hərkəsin bildiyi hədəf kursuna məhz X6 təkidləri nəticəsində işə qəbul olmuşdur. X6 təhsil sahəsindəki üzvləri imtahanlardan olan kəsrlərin düzəldilməsini təmin etmiş və maddi vəziyyətini yaxşılaşdırmışlar. 19 oktyabr 2017 ci ildə Hədəf kursuna coğrafiya müəlliməsi kimi daxil olmuş və bu müddət ərzində yeni günahsız tələbə və şagirdlərin bu təşkilata daxil olmasında səy göstərmiş və əfsuslar olsun ki məqsədinə çataraq bu şagirdləri bir növ manqurda çevirərək X6 oyuncağı halına gətirmişdir. Z.Ə.Həmzəyeva 2019-cu ildə BDU-ni bitirmişdir. Hədəf kursunda çalışdığı müddətdə 24 fevral 2020-19 iyul 2020-ci illər arasında 4 X26 MMC-də GİS üzrə mütəxəssis kimi çalışmışdır. Bu şirkət direktoru bilindiyi kimi Türkiyyə əsilli Abdullah Dəmirtaşdır. Abdullah Dəmirtaşın şirkətinə işə daxil olmasında X6 səyləri əvəzsiz rol oynayır. Abdullah Dəmirtaşın X6 üzvü olduğu və bu təşkilatın üzvlərinin əmri ilə Z.Ə.Həmzəyevanı işə götürüldüyü məlumdur. Bundan sonra Z.Ə.Həmzəyeva DİM-də heç bir məktəbdə iş stajı və təcrübəsi olmadan, metodikanın nə olduğundan bixəbər olmasına baxmayaraq marker müəllim olaraq çalışmağa başlamışdır. Təbii ki, bu sahədəki işə təşkilatın səyi nəticəsində qəbul olmuşdur. Bu vəzifədə çalışdığı müddət ərzində X6 üzvü olan tələbə namizədlərinin imtahan nəticələrindəki toplanan ballarını artırmış və sualları onlara vermişdir. Z.Ə.Həmzəyeva digər X19 üzvləri kimi burada çalışdığı müddət ərzində həmçinin DQİ suallarını qanunsuz şəkildə öncədən əldə edərək 29 sentyabr 2020-ci il tarixdə DİM-də DQİ vermişdir. Bu imtahandan təsnifatı inzibati növü B qrupunun BB alt qrupu BB1 üzrə sertifikat almışdır. Z.Ə.Həmzəyevanın ailəsi X10 üzv olana qədər maddi vəziyyəti olduqca acınacaqlı olan ailələrdən olaraq, bu təşkilatın kriteriyalarına və tələblərinə uyğun olmuşdur. X32 kəndində tibb bacısı, atası isə Əsədulla ali təhsilsiz və işsiz olmuşdur. Lakin təsadüfə baxın ki, bu ailənin bir and zənginləşməsi, maddi vəziyyətinin yaxşılaşması Z.Ə.X8 Təşkilatı ilə əlaqə qurmasından sonra başlanır. Bir anda Tasmalı kəndində yerləşən evlərinin təmiri, torpaq sahələrinin alınması, evin əşyalarının son model yenilənməsi, avtomobil alınması və Bakı şəhərində yeni tikili binaların birində mənzil almaq ərəfəsində olmaqları X3rı maliyyələşdirməsı ilə Z.Ə.Həmzəyevanın çalışdığı vəzifədən əldə etdiyi rüşvətlər nəticəsində olmuşdur. Z.Ə.Həmzəyeva 01 dekabr 2022-ci ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsində işə daxil olmuşdur. Qəribə olan isə 25 yaşında və heç bir məktəb stajı olmayan metodika ilə əlaqəsi belə olmayan və sadəcə coğrafiya müəllimliyini bitirən, kursda 3 il çalışan bu şəxsin bu idarəyə və İnsan Resursları vəzifəsinə keçirilməsidir. Z.Ə.Həmzəyevanın bu vəzifəyə keçməsi üçün atası Əsədulla 20.000 manat məbləğində rüşvət ödənmişdir. Bu məbləğ X10 hər kəsə məlum olan himmət ödənişi olaraq verilmişdir. Bir ay çalışdıqdan sonra Qax rayonu Üzrə Təhsil Sektoruna İnsan Resursları vəzifəsinə keçmişdir ki, bu vəzifədə çalışmağın tələbləri beynəlxalq münasibətər, sosiologiya, politologiya, dövlət ictimai münasibətlər, hüquq ixtisaslarını bitirməkdir. Lakin Z.Ə.Həmzəveva bütün tələblərə cavab vermədən sadəcə X6 təyin etməsi ilə bu vəzifədə çalışmaq üçün işə qəbul edilmiş və himmət ödənişi olaraq 20.000 manat rüşvət ödəmişdir. Bu məbləğ X6 hər kəsə məlum olan himmət ödənişi olaraq verilmişdir. Bir ay çalışdıqdan sonra Qax rayonu üzrə Təhsil Sektorunun İnsan Resursları vəzifəsinə keçmişdir ki, bu vəzifədə çalışmaların tələbləri beynəlxalq münasibətlər, sosiologiya, politologiya, dövlət ictimai münasibətlər, hüquq ixtisaslarını bitirməkdir. Lakin Z.Ə.Həmzəyeva bütün tələblərə cavab verəmədən sadəcə X6 təyin etməsi ilə bu vəzifədə çalışmaq üçün işə qəbul edilmiş və himmət ödənişi olaraq 20.000 manat məbləğində rüşvət ödəmişdir. Bununla yanaşı Z.Ə.Həmzəyevanın psixologiyası son dərəcə dəyişkəndir. Ani reaksiyalar ilə dəyişikliklər, aqresiya gösdərir və anidən susur. Ani ruh dəyişkənliyi zamanı hər şey edəcək potensiala sahibdir. Hər cür qeyri qanuni vəzifələri yerinə yetirir. Tasmalı kənd, digər kənd və rayon sakinləri hər gün fasiləsiz gecə-gündüz xüsusi ilə axşam saatlarında Z.Ə.Həmzəvevanın yaşadığı evə gələrək rüşvət müqabilində iş tələb edirlər və Həmzəveva Zülfıyvə onları iş ilə təmin edərək, X10 üzv kimi cəlb edir. Bu məqamda bu haqda bildirməlidir ki, Tasmalı kənd sakinlərinin yetkinliyə çatmış övladlarının 90% - i demək olar ki, X10 mənsubdur. İlk olaraq kənd sakinlərindən X10 üzv olanlar E.E.Rəşidova, qardaşı S.E.Rəşidov, bacısı G.E.Rəşidova, əmisi nəvəsi Z.İ.Rəşidova, digər əmisi nəvəsi E.R.Rəşidov olmuşdur ki, hal-hazırda Tasmalı kənd məktəbində kompüter müəllimi kimi çalışan bundan bir neçə il öncə Tasmalı kənd məktəb direktoru olmuş lakin heç bir metodika bilməyən və Kənd Təsərrüfatı institunu bitirən bu şəxs məktəbdə qanunsuz rüşvət müqabilində işə qəbul edib, haqsız işdən azad etmələr ilə məşğul olmuşdur. Bununla kifayətlənməmiş hal-hazıra qədər rüşvət müqabilində kənd sakinlərinin övladlarının universitet, texnikuma daxil olmalarını ballarını artıraraq və ya digər vasitə və üsullardan istifadə edərək daxil olmalarını təmin edir. Z.Ə.Həmzəvevada E.E.Rəşidov tərəfindən rüşvət müqabilində balı artırılaraq universitetə daxil olmuş və ilk X19 ilə əlaqəsi bu cür başlamışdır. 2023-cü il sentyabr ayından etibarən Z.Ə.Həmzəyevanın qardaşı Qoşqarda E.E.Rəşidova 7.000 manat məbləğində rüşvət ödənilməsi müqabilində imtahandan topladığı 60 balı artırılmış və sırf Bakı şəhərində oxumaq arzusunda olması səbəbi ilə Bakı şəhəri idman kollecinə qəbul olmuş və beləliklə X10 daxil olmuşdur. Z.Ə.Həmzəyeva Şəki-Zaqatala Regional Təhsil İdarəsində oktyabr 2023-cü ildən inspeklor vəzifəsində çalışmağa başlamışdır. Qax Rayonu Üzrə Təhsil Sektorunda İnsan Resursları vəzifəsində və Şəki-Zaqatala Regional Təhsil İdarəsində çalışdığı müddət ərzində qanunsuz rüşvət alımı ilə işə qəbul etmə, qanunsuz işdən azad etmə, yol verdiyi haqsızlıqlıqlar və hər gün evinə gələn rüşvət müqabilində işə qəbul edilmə tələb edən şəxslərdən əldə etdiyi məbləğ nəticəsində işə qəbul edilməsindən 1 il keçməmiş oktyabr 2023-cü ildə qeyri qanuni olaraq yeni model avtomobil sahibi olmuşdur. Z.Ə.Həmzəyeva Şəki-Zaqatala Regional Təhsil İdarəsində çalışdığı müddət ərzində çox haqsızlıqlar, rüşvət alınması hallan və qanun pozuntuları baş verəcək. Z.Ə.Həmzəyeva işdən çıxardığı şəxslərə və X10 mənsub olmayan vətəndaş, müəllim, direktor və digər işçilərə düşməncəsinə, sadist bir rəftar ilə onları təhqir edərcəsinə yanaşır. Z.Ə.Həmzəyeva kimi narsist psixolojik keyfiyyətlərə malik birinin nəinki bu vəzifədə çalışması sadə bir vəzifədə belə çalışması təhlükəlidir, həm psixolojik hərəkətləri həm də ideolojik planlan olduqca təhlükəli olub, təşkilatın müridi, beyni hipnoz edilmiş bir növ pozuntularına, sadistliyə, insanların zəhərlənməsinə və ən mühümü vətənə xəyanət və sədaqətsizliyə qarşı səssiz qala bilməzdim. Sizin bu dövlət, bu bayraq, bu vətən uğrunda canından keçmiş şəhidlərimizin bizə əmanət etdiyi bu vətənin, bu torpağın, üzərində çirkin şeytani müxtəris əməllərə, oyunlara sırf biraz da pul, görmədikləri hörmət, heç vaxt normal hallarda əldə edəməyəcəkləri vəzifə, ev uğruna xəyanət edən Z.Ə.Həmzəyeva kimi xainlərin bu torpağa, bayrağa və şəhidlərin ən əsas da X35 Əliyevin onlara əmanət etdiyi bu Azərbaycana və gələcəyinə, gələcək nəsillərinə etdiyi hu xəyanətin cəzasını verməyinizi, layiq olmadığı, öz biliyi hesabına deyil vətənə xəyanət nəticəsində terror təşkilatının qüvvəsi hesabına əldə etdiyi vəzifədən dərhal azad edecəyinə, qanunsuz rüşvət müqabilində əldə etdiyi maşın, torpaq sahələri və əldə etdikləri rüşvətlərin qanunvericilikdə nəzərdə tutulmuş maddələrə yəni Cinayət Məcəlləsinin 308.1 vəzifədən sui-istifadə etmə və 311.3.3 külli miqdarda rüşvət əldə etmə səbəbindən bu maddələrə uyğun olaraq mallarının müsadirə edilməsini və Z.Ə.Həmzəyeva haqında həbs qətimkan tədbiri görülməsini son dərəcə rica edir. Çünki Bakıda təşkilatın gizli iclaslarına hələ də, Tasmalı kəndindən gələrək qatılan bu şəxs hər an xarici ölkəyə təşkilatın digər müxtəris planlarını yerinə yetirmək üçün yollanma təhlükəsi var ki, bununla da törətdiyi bütün əməllərin qanun pozuntularının cəzasız qalma ehtimalı var, lakin sizin bu məsələni həll edəcəyinizə, dövlətimizi bu müxtərislərdən qurtaracağınıza şübhəm yoxdur.» Həmin müraciətlər 25 yanvar 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin X1 ilə şöbəsi tərəfindən 26 yanvar 2024-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin katibliyi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. Aparılmış araşdırmalar zamanı həmin xüsusatların təsdiqini tapmadığı müəyyən edilmişdir. Eyni zamanda 2024-cü ilin mart ayının 27-də ünvan 1 sakini X9 adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə yuxarıda göstərilən məzmunda yenidən müraciətlər göndərilmiş, həmin müraciətlər də, araşdırılmış və göstərilən xüsusatların təsdiqini tapmadığı müəyyən edilmişdir. Daha sonra 05 dekabr 2024-cü ildə ünvan 1 sakini X9 adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məktub göndərilərək göstərilmişdir ki, çox hörmətli Mehriban xanım gərgin iş qrafıkində sizin dəyərli vaxtını aldığına görə üzr istəyir lakin şahidi olduğu məsələ qarşısında artıq susa bilməzdi. ünvan 1ində yaşayan Z.Ə.Həmzəyeva öz tutduğu vəzifədən sui istifadə edərək, qanunsuz əməllər törədərək külli miqdarda rüşvət əldə etmiş və həddini aşaraq X35 Əliyevin, sizin və X23 ünvanına təhqir dolu cümlələr sərf etmişdir. Z.Ə.Həmzəyeva 1998-ci ildə ünvan 1ində anadan olmuşdur. 2014-cü ildə BDU-nin coğrafiya müəllimliyi ixtisasına qəbul olmuş, universitetdə oxuduğu müddət ərzində çox sayda kəsrləri olub aşağı qiymətlər ilə bitirmişdir. 2023-cü ilin dekabr ayında Z.Ə.Həmzəyeva 20.000 manat rüşvət müqabilində Qax Rayonu Təhsil Sektoruna təyin edilmiş daha sonra isə vəzifəsi artırılaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsində İnspektor vəzifəsinə təyin edilmişdir. 25 yaşında ikən öncədən heç bir məktəbdə, təhsil ocağında çalışmamış, pedoaqoji stajı belə olmayan, ixtisası bu vəzifələrə uymayan bu şəxs bu vəzifələrə necə təyin edilir. Z.Ə.Həmzəyeva hər iki vəzifəyə təyin edildiyi gündən bəri qanunsuz işdən azad etmələr, rüşvət müqabilində işə təyin etmələr yerinə yetirir. Öncələr evlərinin qapısına bir kəs belə gəlməyən bu evə indi gələn avtomobillərin sayı hesabı yoxdur. Digər rayonlardan, kəndlərdən gələnlər Z.Ə.Həmzəyevaya ödədikləri rüşvət müqabilində uşaq bağçası, məktəb və təhsil idarələrində iş ilə təmin edilir. Z.Ə.Həmzəveva tutduğu vəzifədən istifadə edərək yaxın qohumlarını, bacısı X.Ə.Həmzəyevanıda iş ilə təmin etmişdir. Hətta qardaşı Qoşqar 11-ci sinifi bitirdiyi halda hərbi xidmətdən yayınmaq üçün 9-cu sinifi bitirmiş kimi rüşvət qarşılığında ünvan 1 məktəbi sabiq direktoru E.E.Rəşidov vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonunda kollecə bədən tərbiyəsi üzrə təhsil almaq məqsədi ilə qəbul edilmişdir. Z.Ə.Həmzəyeva öncə təmirsiz vəziyyətdə olan evlərini vəzifəyə təyin olunduqdan sonra təmir etmiş, torpaq sahələri, son model xarici avtomobil sahibi olmuş hətta rüşvət müqabilində qanunsuz yolla əldə etdiyi maddi gəlir ilə Bakı şəhərində yeni tikili mənzil sahibi olmaq ərəfəsindədir. Burada sual olunmalıdır ki, bu qədər mülk qısa müddət ərzində necə əldə edilə bilər. Çünki Z.Ə.Həmzəyevanın atası Əsədulla işsiz, anası Rəna isə Tasmalı kəndində tibb bacısıdır. Z.Ə.Həmzəyeva rüşvət qarşılığında iş ilə təmin etməni həm bir başa özü, həmdə dolayı yollar ilə yəni atası Əsədulla və anası Rəna, ana nənəsi, bacısı Xədicə, xalaları və dayısı vasitəsi ilə yerinə yetirir ki, rüşvəti bir başa özü aldığı məlum olmasın ki, hüquq mühafizə orqanları tərəfindən izlənə bilməsin. Z.Ə.Həmzəyeva qanunsuz yolla əldə etdiyi rüşvət müqabilində qazandığı maddi sərvət bir tərəfə, həddini və hüdudunu o qədər aşmışdır ki, hətta sizin siyasi hakimiyyətinizə qarşı çıxır. Ulu Öndər mərhum Heydər Əliyev, X31 Əliyevin və sizin ünvanına ağıza alınmaz təhqiramiz sözlər sərf edir. Bu məsələyə baxılmasını və məktubu Təhsil Nazirliyinə yollamamasını xahiş edir. Çünki aidiyyatı üzrə baxılması üçün Təhsil Nazirliyinə yollanılsa onlar da Şəki- Zaqatala Regional Təhsil İdarəsinə yollayacaq ki, burada məktublar şöbəsində bu məktubu əlaltından yox edəcəkdir. Çünki Z.Ə.Həmzəyeva məktublar şöbəsində işçilər ilə əlbir olub əldə etdiyi rüşvəti özünün qanunsuz əməlləri haqqında məktub göndərilsə məsələyə baxılmadan yox edilməsi üçün rüşvəti bölüşür. Həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri olan G.R.Mahmudova ilə də maddi cəhətdən olduqca yaxın əlaqə içərisindədir. Sizin dövlətimizin qurucusu Ulu Öndərin əziz xatirəsinə hörmətsizlik edən, Sizin mövcud hakimiyyətinizə qarşı çıxan, təhqir edən və X31 Əliyevin haqqında olmazın sözlər deyən, ələ salan Z.Ə.Həmzəyevanı işdən, tutduğu vəzifədən azad edəcəyinizə, mallarını müsadirə edəcəyinizə şübhəm yoxdur.» Daha sonra 10 avqust 2024-cü ildə ünvan 1 sakini A.C.Əliyevin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub göndərilərək göstərilmişdir ki, «ilk öncə gərgin iş qrafikinizdə sizi narahat etdiyimə görə üzr istəyirəm, lakin bu vəziyyət qarşısında susmaq vətənə və mərhum prezidentimiz Ulu X4rşı xəyanət olardı. Haqsız yerə tutduqları vəzifədən sui-istifadə edərək işçilərin işdən azad edilməsi və əvəzində rüşvət əldə etmək ilə yeni işçilərin iş ilə təmin edilməsi ilə kifayətlənməyərək həddini və hüdudunu aşaraq Ulu Öndər X21 və Siz hörmətli prezidentimizin ünvanına ağıza alınmayacaq dilə gətirilməyəcək təhqirlər edən şəxs Şəki-Zaqatala Regional Təhsil idarəsində İnspektor və qanuna uyğun olmayaraq, eyni zaman müddətində Qax Rayon Təhsil İdarəsində İnsan Resursları şöbəsi direktoru vəzifəsində çalışan Z.Ə.Həmzəyevadır. Z.Ə.Həmzəyeva ünvan 1ində anadan olmuşdur. Ailənin vəziyyəti çox acınacaqlı atası Əsədulla işsiz, anası Rəna isə tibb bacısı ikən, nə təsadüfdür ki, bu ailənin bir anda zənginləşməsi Z.Ə.Həmzəyevanın BDU-a Fətullahcı terror təşkilatının qatqıları ilə daxil olmasından sonra başlanır. Təhsil aldığı müddət ərzində dəfələrlə kəsrləri olmuş, hər dəfə onların müdaxiləsi ilə həll edilmişdir. Bu müddət ərzində kəsrləri olan bu şəxsi Hədəf Kursunda coğrafiya müəlliməsi olaraq iş ilə təmin etmişlər. Universiteti bitirdikdən sonra heç bir məktəbdə işləmədən DİM-ə marker müəllim olaraq yenə bu təşkilatın köməkliyi ilə düzələn Z.Ə.Həmzəyeva vəzifədən sui istifadə edərək, qanunları heçə sayaraq sualları əldə edərək DQİ sertifikatı əldə etmiş və işdən ayrılıb Tasmalı kəndinə geri dönmüşdür. Z.Ə.Həmzəyeva 2022-ci il dekabr ayından etibarən heç bir məktəbdə dərs demədən, pedoqoji iş stajı olmadan, 25 yaşında Şəki-Zaqatala Regional Təhsil İdarəsində İnspektor və eyni zamanda Qax Rayonu Təhsil İdarəsində İnsan Resursları şöbəsi direktoru olaraq, 20.000 manat rüşvət ödənilməsi müqabilində təşkilatın dəstəyi ilə işə daxil olmuşdur. Haqsız yerə tutduğu vəzifədən sui-istifadə edərək işdən azad etmələr və rüşvət qarşılığında iş iiə təmin etmələr yerinə yetirir. Elə bu işə daxil olduqdan sonra bir anda maddi vəziyyətləri yüksəldi, yeni markalı avtomobil, torpaq sahələri sahibi olmuş və Bakı şəhərində yeni tikili binalarda ev sahibi olmaq belə niyyətindədirlər ki, burada sual ortaya çıxır bu maddi gəlirin qaynağı haradır. Öncələr evlərinin qapısı döyülməyən bu şəxsin hal-hazırda evlərinin qapısından rayonlardan, kəndlərdən gələn saysız-hesabsız rüşvət müqabilində iş tələb edən şəxslər əksik olmur ki, bu proses gecə saatlarına qədər davam edir. Z.Ə.Həmzəyeva mənfur feto təşkilatı ilə əlaqə qurmağı, rüşvət almağı bir tərəfə hətda həddini hüdudunu o qədər aşmışdır ki, Ulu Öndərimiz və Siz hörmətli prezidentimizin ünvanına dilə gətirilməyəcək təhqirlər sərf edir, müxalifəti dəstəkləyir. Hər ay və ya bir neçə aydan bir Bakıya gələrək gizli yığıncaqlara qatılır ki, burada dövlət və iqtidar əleyhinə provakasya və ixtişaşlar tərtib edirlər. Bu şəxsin bu hərəkətləri cəzasız qalmamalıdır. X33 əziz xatirəsinə hörmətsizlik edən və sizin mövcud iqtidannıza qarşı mənfur əməllər törədən bu şəxs haqqında şəxsən araşdırma aparılmasını artıq dərəcədə xahiş edirəm. Çünki bu məktub Təhsil Nazirliyinə yollansa nazirlik də baxılması üçün Şəki- Zaqatala Regional Təhsil İdarəsinə yollayacaq ki, orada Z.Ə.Həmzəyeva ilə birgə rüşvət alımı ilə məşğul olan məktublar şöbəsinin direktoru Vəli Əmirli əlaltından məktubu yox edəcək və heç kimin Z.Ə.Həmzəyevanın törətdiyi bu qanunsuz və xain əməllərdən xəbəri belə olmayacaq. Bu səbəb ilə Z.Ə.Həmzəyevanın işdən azad edilməsini və Ulu Öndər mərhum X21 əziz xatirəsinə etdiyi hörmətsizliyin və sizin mövcud hakimiyyətinizə qarşı provakativ iğtişaşlar törətməsinin cəzasının verilməsini xahiş edir.» Həmçinin 09 may 2025-ci ildə ünvan 1 sakini A.Ə.Əliyevin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə yuxanda göstərilən məzmunda yenidən müraciətlər göndərilmişdir. Göstərilən bütün müraciətlərin araşdırılması zamanı ilk olaraq ünvan 1 sakini B.Ə.Qadıyev ilə, daha sonra isə A.C.Əliyev ilə əlaqə saxlanılmış şikayətdə göstərilən xüsusatlarla bağlı fikirləri öyrənilməyə çalışılmışdır. Həmin zaman hər iki şəxs göstərilən şikayətlərdən məlumatl olmadıqlarını, şikayətlərin onların göndərmədiklərini bildirmişlər. Bundan sonra hüquqlarını müdafiə etdiyi Z.Ə.Həmzəyeva və anası R.S.Həmzəyeva müvafiq ərizə ilə Qax RPŞ-nə müraciət edərək göstərilən xüsusatların araşdırılmasını xahiş etmişlər. Həmin ərizələrlə bağlı Qax RPŞ-də müvafiq araşdırma aparılmış, izahatlar alınmış, toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, həmin məktubları göndərən şəxs ünvan 1 sakini 28 iyul 1967-ci il təvəllüdlü T.H.Rəşidovadır. T.H.Rəşidovanın əməli Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə tövsif edilmiş və cinayət işinin başlanması daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün 26 may 2025-ci il tarixdə «material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Belə ki, həmin qərarla müəyyən edilmişdir ki, 21 may 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qax rayonu, Qarabaldır kənd sakini A.C.Əliyevin adından ünvan 1 sakinləri Z.Ə.Həmzəyevanın və onun anası Rənanın barələrində yuxarı dövlət orqanlarına poçt vasitəsilə anonim məktublar yazan şəxsin ünvan 3 ünvanda pasport qeydiyyatında olmaqla, ünvan 4 ünvanda yaşayan 16 iyun 1960-cı il təvəllüdlü E.F.Həmzəyeva olması müəyyən edilmişdir. E.F.Həmzəyeva tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində saxlanılaraq Qax RPŞ-yə dəvət olunmuş və RPŞ-in növbətçi hissəsinə təqdim edilmişdir. E.F.Həmzəyeva ilə aparılmış profilaktiki söhbətlər nəticəsində o, A.C.Əliyevin adından yazılan anonim məktubların xalası qızı ünvan 1 sakini T.H.Rəşidovanın yazmasını və onun vasitəsilə Bakı şəhərində poçt qutularına atmasını etiraf etmişdir. Beləliklə ünvan 1 sakini 28 iyul 1967-ci il təvəllüdlü T.H.Rəşidova həmkəndliləri R.S.Həmzəyeva və Z.Ə.Həmzəyeva barəsində yuxarı dövlət orqanlarına Qax rayonu, Qarabaldır kənd sakini A.C.Əliyevin adından həqiqəuyğun olmayan, yəni ki, böhtan xarakterli anonim ərizələr yazmış, həmin ərizələri ünvan 5 ünvanda yaşayan 16 iyun 1960cı il təvəllüdlü E.F.Həmzəyevaya avtobus vasitəsilə göndərmiş və onun vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində poçtla yuxarı dövlət orqanlarına göndərmişdir. T.H.Rəşidovanın izahatında özünün xeyrinə bir sıra faktları inkar etməsi, yəni ki, R.S.Həmzəyeva və Z.Ə.Həmzəyeva barələrində yuxarı dövlət orqanlarına rayonu, Qarabaldır kənd sakini A.C.Əliyevin adından həqiqətə uyğun olmayan, yəni ki, böhtan xarakterli anonim ərizələr yazmaması və həmin ərizələri qohumu E.F.Həmzəyevaya göndərməməsi barədə dediyi xüsusatlar qeyri-obyektivdir, özünü müdafiə xarakteri daşıyır və onun məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirilməlidir. Buna görə də, E.F.Həmzəyevanın izahatı və Qax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Araz Yusiflinin raportu əsas göstərilməlidir. Mətnlərin məzmunundan göründüyü kimi T.H.Rəşidova başqa şəxslərin adından ayrı-ayrı qurumlara yazdığı həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli uydurma şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və Z.Ə.Həmzəyevanı ictimaiyyət qarşısında nüfuzdan salan yazını paylaşaraq, yalan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq ona böhtan atmış və eyni zamanda onu təhqir etmişdir. T.H.Rəşidova Z.Ə.Həmzəyevanı cinayət törətməkdə ittiham etməklə sonuncuya böhtan atmış, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmişdir. Belə ki, T.H.Rəşidova Z.Ə.Həmzəyevaya böhtan atmaqla, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməklə və onu cinayətkar, həmçinin cəmiyyətə yararsız biri olaraq ictimaiyyətə tanıtmaqdadır. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən-böhtan, yəni yalan olduğunu biləbilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Qeyd edir ki, böhtan şəxsi nüfuzdan salmaq, onun işgüzar, siyasi və digər keyfiyyətlərinə xələl gətirmək üçün ünvanlanır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şərəf-cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə verilən ictimai qiymətdir. Ləyaqət-şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutuduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz səxsin cəmiyyətdə, kollektivdə, dostlarm əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Böhtan-dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymada ifadə olunur. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üc hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması, həmin məlumatların doğru olmaması, belə məlumatların yayılması. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtan. Yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. T.H.Rəşidova kütləviləşəcəyini bildiyi və bilməli olduğu halda ayrı-ayrı qurumlar vasitəsi ilə onu Cinayət Məcəlləsinin 19-cu maddəsində nəzərdə tutulan «Korrupsiya Cinayətləri və X13 Digər Cinayətlər» və İctimai Təhlükəsizlik və X20 Cinayətlər törətməkdə günahlandırmaqla ona və onu təhqir edərək Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Bununla da T.H.Rəşidova bu yazılı paylasımlarda məni mənfi qiymətləndirməklə onun şərəf və ləyaqətini asağılamıs, ona böhtan ataraq və eyni zamanda cinayətdə ittiham etməklə onu öz doğmalarının, dostlarının, tanışlarının, is yoldaşlarının, eləcə də kütləvi səkildə insanların, ümumiyyətlə hamının vanında nüfuzdan salmışdır. Bununla da hesab edir ki, sosial şəbəkələrdə böhtan xarakteli məlumatları yayaraq onu təhqir etdiyinə görə 28 iyul 1967-ci i ldə ünvan 1ində doğulmuş, subay, ünvan 1ində yaşayan X11 Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməlidir. Ayrı-ayrı ünvanlara anonim qaydada (başqa şəxsin adından) təhqir və böhtan xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə görə 28 iyul 1967-ci ildə ünvan 1ində doğulmuş, subay, ünvan 1i ünvanda yaşayan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri iiə cinayət məsuliyyətinə cəlb ediiməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X5 şikayətin forma və məzmununa uyğun ifadə verərək, lakin ərizə ilə məhkəməyə müraciət edərək şikayətdən imtina etdiyini bildirmişdir. Xüsusi ittihamçı X2 nümayəndəsi Müdafiəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında şikayətdən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X2 nümayəndəsi Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətdən imtina və iş üzrə icraata xitam verilməsi barədə ərizəsində göstərmişdir ki, Z.Ə.Həmzəyeva xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək ayrı-ayrı ünvanlara anonim qaydada (başqa şəxsin adından) təhqir və böhtan xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə görə 28 iyul 1967-ci ildə ünvan 1ində doğulmuş, subay, ünvan 1ində yaşayan X11 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizədə də qeyd olunduğu kimi, hüquqlarını müdafiə etdiyi Z.Ə.Həmzəyeva və anası R.S.Həmzəyeva barəsində ayrı-ayrı ünvanlara ononim qaydada yazılan müraciətlərdə onlar ağır və xüsusilə ağır cinayətdə ittiham edildiyindən onlar müvafiq ərizə ilə Qax RPŞ-nə müraciət edərək göstərilən xüsusatların araşdırılmasını xahiş etmişlər. Ərizələrlə bağlı Qax RPŞ-də müvafiq araşdırma aparılmış, izahatlar alınmış, toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, həmin məktubları göndərən şəxs ünvan 1 sakini 28 iyul 1967-ci il təvəllüdlü X17r. Təranə Rəşidovanın əməli Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə tövsif edilmiş və cinayət işinin başlanması daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün 26 may 2025-ci il tarixdə Qax RPŞ-in istintaq qrupunun müstəntiqi X25 tərəfindən «material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Z.Ə.Həmzəyevə hesab edir ki, ona qarşı törədilmiş əməl Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə tövsif edilməli deyildir. Ona görə də X11 barəsində Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibindən yuxarıda göstərdiyimiz əsaslarla imtina edirlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X22 göstərmişdir ki, o X5 barəsində böhtan xarakterli və həqiqəti əks etdirməyən məlumatları heç vaxt və heç yerdə yaymamışdır. Onun heç bir günahı və təqsiri yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 26 may 202-ci il tarixdə HK- 1/306 №li material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən xüsusi ittihamçı qismində aşağıdakılar tanınır: 88.1.1. ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək, keçirilərkən və ya sonradan, lakin məhkəmə istintaqı başlananadək xüsusi ittihamçı qismində məhkəmə baxışına buraxılması barədə vəsatət vermiş şəxs-vəsatət təmin olunan andan; 88.1.2. ictimaixüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət nəticəsində ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqandan buna görə cinayət işinin başlanmasını, ibtidai araşdırma aparılmasını və onun zərər çəkmiş şəxs qismində tanınmasını xahiş etmiş şəxs -başlanmış cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanındığı andan; 88.1.3. cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs -xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyəti olmadıqda, bu Məcəllənin 88.1-ci maddəsində nəzərdə tutulmuş vəsatəti, xahişi və ya şikayəti vermiş onun qanuni nümayəndəsi xüsusi ittihamçı hesab olunur. Həmin Məcəllənin 88.3-cü madəsinə əsasən Bu Məcəllənin 88.1.1-ci maddəsində nəzərdə tutulmuş halda, məhkəmə baxışında iştirak etmək üçün buraxılması barədə vəsatət vermiş zərər çəkmiş şəxsin hüquqi varisi xüsusi ittihamçı qismində tanınır. Həmin Məcəllənin 88.4-cü maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada: 88.4.1. xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir; 88.4.2. cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir; 88.4.3. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçılarının vəsatətləri və məhkəmədə baxılan məsələlər üzrə fikrini söyləyir; 88.4.4. öz hesabına və ya məhkəmə vasitəsi ilə sübutların məhkəməyə təqdim edilməsini təmin edir; 88.4.5. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclasında işin materiallarının tədqiqində iştirak edir; 88.4.6. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirir; 88.4.7. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirir; 88.4.8. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda giriş sözü (xüsusi ittiham qaydasında şikayətin elan edilməsi), nitq və replika söyləyir, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış edir. Həmin Məcəllənin 88.5-ci maddaəsinə əsasən xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir. Həmin Məcəllənin 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Həmin Mçəcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikasının Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 15-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafiə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilsin. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Həmin Qərarın 16-cı bəndində qeyd olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin Qərarın 17-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-in 43.1.1 və 43.2-ci maddələri) Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir:-şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə, tərəflərin ifadələrini dinləyib, xüsusi ittihamçının ərizəsini ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, xüsusi ittihamçı tərəfindən cinayət təqibindən imtinası qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçı X2 X18 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətə dair cinayət təqibindən imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(024)-50/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-50/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver