Məhkəmə qərarları › İş №1(024)-51/2024

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-51/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-51/2024 19.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Saat 15:00-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qax rayonu Qaratala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əlilliyi olmayan, əvvəllər məhkum olunmamış, Qax rayonu Qaratala kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 30 avqust 2024-cü il tarixdə saat 21 radələrində Qax rayonu Çüdüllü kəndi yaxınlığındakı fındıq bağında şam yeməyi əsnasında arvadı Zərərçəkmiş şəxs tanışları Şahid qısqanması səbəbindən aralarında yaranmış ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ilk öncə qəsdən baş nahiyəsinə və sifətinə yumruqla vuraraq sağ qolunu tutub qəsdən sıxmış, daha sonra ağac parçası ilə baş nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona təpə nahiyəsində əzilmiş-cırılmış yara, ənsə nahiyəsində hematoma, sağ göz ətrafında və sağ bazusunda qançırlar ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Hadisə baş verən gün Qax rayonu Çüdüllü kəndindəki bağda oturmuşlar. Belə ki, arvadı Ayşa Qax rayonu Çüdüllü kəndində bağ almışdır. Həmin bağın içərisində həyət evi də vardır. O, Qax rayonu Qaratala kəndində qeydiyyatdadır, orada yaşayır. Fındıq mövsümü olduğu üçün Ayşaya kömək etmək məqsədi ilə Çüdüllü kəndindəki evə gəlmiş və orada qalmışlar. Həmin gün dostu Pərvinin avtomobili ilə Ayşa ilə birlikdə uşaqları naxoş olduğu üçün onu Ayşanın valideyinlərinin yaşadığı Zaqatala rayonuna aparmış, qaynanası da orada olmuş, uşağı qoyub bir neçə saatdan sonra qayıtmışlar. Arvadı Ayşa süfrə açmış, süfrədə o, Ayşa və sürücü kimi onları Zaqatala rayonuna aparan həmkəndlisi Pərvin otumuşlar. Çörək yeyən zaman bir az araq və bir az da pivə içmişdir. Ayşa ilə aralarında söhbət düşmüş, Ayşanı vurmuşdur. Ayşanı qısqandığı üçün vurmamışdır. Heç zaman Ayşanı, ailəsini heç kəsə qısqanmamışdır. Sadəcə olaraq içkili olmuş, özündə olmamışdır. Spirtli içkini sadəcə özü qəbul etmiş, Pərvin və Ayşa isə içməmişlər. Həmin vaxt heç özü də bilməmişdir ki, mübahisə nə səbəbə düşmüşdür. Ayşa ilə münasibətləri həmişə yaxşı olmuşdur. Ayşa 4-5 aylıq hamilə olanda o, Rusiya Federasiyasına getmiş, 11 aydan sonra geri qayıtmışdır. Dava düşən zaman özündə tam olmamış, Ayşanı ağacla, yaxud çubuqla vurmuşdur. Lakin yumruqla vurmasını sərxoş olduğu üçün xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və hər şeyi etiraf edir. Hazırda əməlindən peşmandır. Ayşadan onu bağışlamasını xahiş edir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Hazırda küsülüdürlər. Hadisə baş verən günə qədər münasibətləri çox əla olmuşdur. 30 avqust 2024-cü il tairxdə axşam vaxtı təxminən saat 9 radələrində şam yeməyinə hazırlaşmışlar. Süfrədə pivə və araq olmuşdur. O, az miqdarda pivə və çaxır içmişdir. Aralarında bəzən kiçik narazılıqlar olsa belə, həmişə qarşılıqlı razılığa gəlmiş və heç zaman yumruq davası olmamışdır. Hər zaman ortaq məxrəcə gəlmişlər. Uşaqları dünyaya gələndə də Farizi özü çağırmış, Fariz Rusiya Federasiyasından qayıtmışdır. Farizə demişdir ki, uşaq sabah-birigün məktəbə gedəcək, gəlib soyadını versin, başqa heç bir şey tələb etmir. Farizin qohumu olan dostuna da bu barədə yazmışdır. Farizi dəfələrlə bağışlamışdır. O, elə bir hərəkət etməmişdir ki, Fariz onu döysün, ictimaiyyət içində rəzil etsin. O, kəndə döyülmək üçün getməmiş, orada məhsulunu yığıb balasını dolandırır. Farizlə barışmır. Fariz onu döymüşdür. Həmin gün o bir stəkan pivə, Fariz və Pərvin isə hər biri 50 qram araq içmiş, qalanını isə əri stola vurub dağıtmışdır. Zaqatalada olarkən qonşusu onu görmək üçün gəlmiş, Fariz isə hörmətli çıxmısan deyərək onunla dalaşmışdır. Fariz yumruqla stolun künc hissəsinə vurub sındırmış, nəticədə stolda olan əşyalar aşmışdır. Bundan sonra o içəri girmiş, Pərvin onları dalaşmağa qoymamışdır. Fariz ondan üzür istəyərək səhvin onda olduğunu demişdir. Onlar qucaqlaşmış və barışmışlar. Yenidən süfrəyə əyləşmiş, musiqiyə qulaq asmışlar. O, həmin vaxt Farizə zarafatla özünə dayə tutacağını, onu müdafiə etmədiyini, hər dəqiqə üstünə qışqırdığını, döyüşdüyünü demişdir. Bu sözdən sonra Fariz dayənin onun nəyinə lazım olduğunu deyərək onu vurmağa başlamışdır. Sonra isə Farizin əlindən qaçaraq polisə zəng etmişdir. Fariz onu yumruqla, paya ilə vurmuş, saplıcanı (tası) başına vuraraq sındırmışdır. Təqsirləndirilən şəxs ilə barışmır, ondan boşanacaqdır və ona cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasının dayısı oğludur. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hadisə baş verməzdən bir gün əvvəl səhər vaxtı Ayşa xanım ona zəng edərək onları gəlib fındıqlıqdan, yəni bağ evindən götürüb evlərinə aparmalarını xahiş etmişdir. O, onlara taksi kimi getmişdir. Növbəti gün səhər Farizgilin qaldığı bağa gedərək Ayşanı, uşağı, Ayşanın anasını və Farizi götürüb Zaqataladakı evlərinə aparmışdır. Ayşanın anası ilə uşağını evə düşürmüş, evdə bir stəkan çay içdikdən sonra Ayşa və Farizlə birlikdə mağazaya getmişlər. Sonra isə Ayşanın valideyinlərinin Zaqataladakı evlərinə qayıtmış, çay içdikdən sorna maşından malları boşaldıb Qax rayonu Çüdüllü kəndindəki bağa qayıtmışlar. Ayşa ona əziyyət çəkdiyini, bir stəkan çay içib, çörək yeyib sonra getməsini demişdir. Çay içib, yemək yedikdən sonra bir vaxt o telefonla məşğul olmuşdur. Həmin vaxt Farizlə Ayşanın arasında nə baş verdiyini bilməmiş, onlar sözləşməyə başlamışlar. O, isə Farizlə Ayşaya irad tutaraq, onu buna görə, yoxsa çörək yemək üçün saxladıqlarını, onların yoldaşlıqlarının bu cür olduğunu demiş, bir müddət Farizlə Ayşa sakitləşmişlər. Biraz oturduqdan sonra isə getmək istədiyini və döyüşməmələrini demişdir. Bundan sonra isə çıxıb getmişdir. Aradan bir gün keçmiş onu Qax rayon polis şöbəsinə dəvət etmişlər. Orada demişlər ki, Fariz Ayşanı döymüşdür. Farizin Ayşanı döydüyünü görməmişdir. Sadəcə onlar sözlə dalaşanda onları ayırmışdır. Ayşa qalxıb içəri otağa qaçmış, Fariz ardınca getmiş, o isə içəri girərək Farizə Ayşanı vurmamasını demişdir. Onun başqa heç nədən xəbəri yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/540 nömrəli material üzrə ********* nömrəli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X4» X9 Qax rayon MTE və PA şöbəsinin 31 avqust 2024-cü il tarixli, 132 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər bədəni üzərində təpə nahiyəsində əzilmiş-cırılmış yara, ənsə nahiyəsində hematoma, sağ göz ətrafında və sağ bazusunda qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Qax RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə təpə nahiyəsində əzilmiş-cırılmış yara ağac parçası ilə vurulmaqla, ənsə nahiyəsində hematoma və sağ göz ətrafında qançır yumruqla vurmaqla, sağ bazusunda qançır isə əllə tutub sıxma nəticəsində əmələ gəlməyə uyğundurlar, təpə nahiyəsində əzilmiş-cırılmış yara və ənsə nahiyəsində hematoma birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sağ göz ətrafında və sağ bazusunda qançırlar isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X7 Şəxs “Qax rayon mərkəzi xəstəxanası” X8 daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-nin Poliklinika Şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyildir. Qax RİHB-nın Əmircan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 248 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qaratala kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi onun özündən, atası X1 və anası X2 ibarətdir. Qax RİHB-nın Əmircan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Qax rayonu Çüdüllü kəndi yaxınlığında yerləşən Zərərçəkmiş şəxs məxsus fındıq bağıdır. Fındıq bağı 1 hektar olmaqla ətrafı bağlanmış, giriş hissəsinə dəmir darvaza qoyulmuşdur. Fındıq bağının içərisində 100 ədəd fındıq ağacı, bir otaqlı yaşayış evi və bir ədəd tualet vardır. Fındıq bağı yaşayış evlərindən uzaqda yerləşir. Bağın ətrafında başqa şəxslərə aid fındıq bağları yerləşir. Hadisə saat 21 radələrində baş verdiyi üçün ətrafda kimsə olmamışdır, bu da ona dəlalət edir ki, kimsənin istirahəti və rahatlığı pozulmamışdır. Zərərçəkmiş şəxs ağac parçası ilə vurulduğu yerə və ətrafa baxarkən ətrafda hər hansı bir ağac parçasına rast gəlinməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, hadisə zamanı Fariz onu vurduğu ağac parçasını hara tulladığını bilmir. Baxış zamanı həmin ağac parçası aşkar edilməmişdir. Baxış zamanı hər hansı əşya, predmet aşkar edilmədi və götürülmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 04 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilmişdir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, habelə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halların olmasını və əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs Təqsirləndirilən şəxs üzərinə Qax rayonu Qaratala kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir qətimkan tədbiri seçilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Qax rayonu Qaratala kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat növbəti gün 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar