Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-52/2023 28.09.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 12:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs-xx.xx.1970-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həbs olunana qədər həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs еtibаrdаn sui-istifаdə еtmə və аldаtmа yоlu ilə özgənin əmlаkını ələ kеçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini X4 100000 (yüz min) manata satacağına inandırıb, həmin yaşayış evinin alğı-satqı sənədlərini qaydaya salmaq adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin yanvar ayının 10-da Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Qafqaz” restoranında X3 1500 (min beş yüz) manat, 2023-cü ilin yanvar ayının 15-də Qax şəhəri, Azərbaycan prospektində 500 (beş yüz) manat və 2023-cü ilin yanvar ayının 20-də Qax şəhəri, Səməd Vurğun küçəsində 500 (beş yüz) manat olmaqla, zərərçəkmiş şəxs Elçin Raziyevə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayında tanışı Elçin Raziyev ilə söhbət edən zaman Elçinə ünvan 2 ünvanında yerləşən yaşayış evinin olmasını, həmin evin mərhum babasından ona miras qalmasını, həmin evi satmaq istədiyini demişdir. Elçin ondan evi neçəyə satdığını soruşduqda 100000 (yüz min) manata satmaq istədiyini demiş, ona təcili pul lazım olduğu üçün Elçinə evi özgəsinə satmaq istəmədiyini, tanış adama satmaq istədiyini deyərək Elçindən evi almaq istəyib-istəməməsini soruşmuşdur. Bundan sonra Elçin ona evi özünün almaq istədiyini demiş, o isə Elçinə ona əvvəlcədən pul verməsini, ev üçün sənədləri düzəldəcəyini bildirmişdir. Məqsədi isə Elçini aldadıb pulunu ələ keçirmək olmuşdur. Elçinə evin sənədləşməsi ilə bağlı 1500 (min beş yüz) manat pul lazım olduğunu demiş, Elçin onunla razılaşmışdır. 2023-cü ilin yanvar ayının 10-da Qax şəhərində yerləşən “Qafqaz” restoranında Elçinlə görüşmüş, həmin vaxtı Elçinin yanında xalası oğlu Şahid da olmuşdur. Elçin xalası oğlu Orxanın yanında ona 1500 (min beş yüz) manat pul vermişdir. O, həmin 1500 (min beş yüz) manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, daha sonra isə ona yenidən pul lazım olduğu üçün Elçinə zəng edərək evlə bağlı sənədləşmə işləri üçün yenidən 500 (beş yüz) manat pul lazım olduğunu demişdir. 2023-cü ilin yanvar ayının 15-də Qax-Şəki yolunda yenidən Elçinlə görüşmüş, həmin vaxtı yenə də Elçinin yanında xalası oğlu Şahid olmuş, Elçin Orxanın yanında ona 500 (beş yüz) manat pul vermişdir. Həmin 500 (beş yüz) manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, evin sənədləşmə işləri ilə bağlı isə heç bir hərəkət etməmişdir. Bir-neçə gün sonra Elçinə yenidən 500 (beş yüz) manat pul lazım olmasını bildirdikdə, Elçin ondan sənədləşmə işinin nə yerdə qalmasını soruşmuş, Elçinə yalandan qısa müddət ərzində sənədləşmə işinin tamamlanacağını bildirmiş, 2023-cü ilin yanvar ayının 20-də Elçinlə Qax şəhəri, Səməd Vurğun küçəsində görüşmüş, Elçin ona 500 (beş yüz) manat pul vermişdir. Bir-neçə gün sonra Elçin onunla əlaqə saxlayaraq sənədləşmə işinin nə yerdə qalmasını soruşmuş, Elçinə yalandan müxtəlif bəhanələr gətirərək sənədləşmə işinin düzələcəyini demiş, lakin, 2023-cü ilin fevral ayının əvvəlindən Taleh onun telefon zənglərinə cavab verməmiş, Elçini aldadaraq verdiyi vədinə əməl etməmişdir. Taleh ümumilikdə onun 2500 (iki min beş yüz) manat pulunu ələ keçirmişdir. Hərəkətlərinə görə zərərçəkmiş şəxs Elçin Raziyevdən üzr istəyərək onlara vurduğu maddi ziyandan qismən-500 manat ödəmiş, onlarla barışıq əldə etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qax şəhər sakini kimi tanıyır. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə söhbət edən zaman Talehin ona ünvan 2 ünvanında yerləşən yaşayış evinin olmasını, həmin evin mərhum babasından ona miras qaldığını, həmin evi satmaq istədiyini demişdir. Talehə evi neçəyə satdığını dedikdə, 100000 (yüz min) manata satmaq istədiyini bildirmişdir. Taleh ona evi özgəsinə satmaq istəmədiyini, tanış adama satmaq istədiyini deyərək ondan evi almaq istəyib-istəməməsini soruşduqda Talehin dediyi söz onun ağlına batmış, bir qədər fikirləşib Talehə evi özünün almaq istədiyini demişdir. Taleh ona əvvəlcədən pul verməsini, evi öz adına keçirəcəyini, bundan sonra evi ona satacağını, sənədləşmə işlərinin düzəlməsi üçün pul lazım olmasını bildirmişdir. Talehdən nə qədər pul verməli olduğunu soruşduqda ona evin sənədləşməsi ilə bağlı 1500 (min beş yüz) manat pul lazım olduğunu bildirmiş, Talehlə razılaşmışdır. 2023-cü ilin yanvar ayının 10-da Qax şəhərində yerləşən “Qafqaz” restoranında Talehlə görüşmüş, həmin vaxtı yanında xalası oğlu Şahid olmuşdur. Xalası oğlu Orxanın yanında Talehə 1500 (min beş yüz) manat pul vermiş, bir-neçə gün sonra Taleh yenidən onunla əlaqə saxlayıb sənədləşmə işləri üçün yenidən 500 (beş yüz) manat pul lazım olduğunu demiş, 2023-cü ilin yanvar ayının 15-də Qax-Şəki yolunda yenidən Talehlə görüşmüşdür. Həmin vaxtı yenə də yanında xalası oğlu Şahid olmuş, Orxanın yanında Talehə 500 (beş yüz) manat pul vermişdir. Bir neçəgün sonra yenidən Taleh onunla əlaqə saxlamış, ona yenidən 500 (beş yüz) manat pul lazım olduğunu demiş, Talehdən sənədləşmə işinin nə yerdə qalmasını soruşduqda, qısa müddət ərzində sənədləşmə işinin tamamlanacağını bildirmişdir. Bundan sonra 2023-cü ilin yanvar ayının 20-də Talehlə Qax şəhəri, Səməd Vurğun küçəsində görüşmüş, həmin vaxtı yanında heç kəs olmamış, Talehə 500 (beş yüz) manat pulu vermiş, bundan sonra Talehlə əlaqə saxlayıb, ondan sənədləşmə işinin nə yerdə qalmasını soruşduqda, Taleh ona müxtəlif bəhanələr gətirərək sənədləşmə işinin düzələcəyini demişdir. Lakin, 2023-cü ilin fevral ayının əvvəlindən Taleh onun telefon zənglərinə cavab verməmiş, verdiyi vədinə əməl etməyərək onu aldadıb 2500 (iki min beş yüz) manat pulunu ələ keçirmişdir. 10 iyun 2023-cü il tarixdə Talehin əməlləri ilə bağlı Qax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə onun 2500 (iki min beş yüz) manat pulunu ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyandan 500 manatını ödəmiş, qalan pulu ödəməmişdir. O, ona dəymiş ziyanın tam ödənilməsini istəyir. O, Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, X5 onun xalası oğludur. Elçin ona tanışı Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən yaşayış evinin olduğunu, onu 100000 (yüz min) manata satmaq istədiyini bildirərək Talehin ondan ilkin olaraq 1500 (min beş yüz) manat pul istədiyini, pulu olmadığını deyərək, ona borc verməsini xahiş etmişdir. Elçinə 1500 (min beş yüz) manat pul vermiş, 2023-cü ilin yanvar ayının 10-da Qax şəhərində yerləşən “Qafqaz” restoranında xalası oğlu X8 görüşmüş, həmin vaxtı özü də orada olmuş, Elçin onun yanında Talehə 1500 (min beş yüz) manat pul vermiş, daha sonra Elçin ona yenidən Talehin ondan 500 (beş yüz) manat pul istədiyini deyərək, ona borc verməsini xahiş etmiş, Elçinə 500 (beş yüz) manat pul vermiş, 2023-cü ilin yanvar ayının 15-də Qax-Şəki yolunda X8 görüşmüş, həmin vaxtı özü də orada olmuş, Elçin onun yanında Talehə 500 (beş yüz) manat pul vermişdir. 2023-cü ilin yanvar ayının axırlarında xalası oğlu Elçin Talehə yenidən 500 (beş yüz) manat pul vermi, lakin, Taleh vədinə əməl etməyərək Elçini aldatmışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 32-33-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini X4 100000 (yüz min) manata satacağına inandırıb, həmin yaşayış evinin alğı-satqı sənədlərini qaydaya salmaq adı ilə 2023-cü ilin yanvar ayının 10-da Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Qafqaz” restoranında X1 1500 (min beş yüz) manat, 2023-cü ilin yanvar ayının 15-də Qax şəhəri, Azərbaycan prospektində 500 (beş yüz) manat və 2023-cü ilin yanvar ayının 20-də Qax şəhəri, Səməd Vurğun küçəsində 500 (beş yüz) manatı aldığı yeri və şəraiti göstərmişdir. İşin 37-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon İHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 1018 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. İşin 38-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon İHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 23-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qax rayon məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti 02 (iki) ay müəyyən edilmiş və həbs etmənin əvvəli onun tutulduğu andan hesablanması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qax RPŞ-nin verdiyi xx.xx.2023-cü il tarixli № 3-13-27/2-13986/23 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhərinin ərazisində tutularaq X2 təhvl verilməsi üçün Qax RPŞ-nin MSY-nə verilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirlmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxs heç bir vəzifəli şəxs deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxsnа cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngüləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxsnа təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cinayət işi məhkəmənin icraatında olarkən tutulub həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax və qonşu Şəki şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, eləcə də ünvan 2 ünvanında yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya idarəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə zalında həbsdən azad edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347- 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 16 (on altı) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 01 (bir) ay 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalında həbsdən azad edilsin. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Qax və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış yerinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-52/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-52/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver