Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-52/2025 06.11.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Tərtər şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 6, mənzil 8-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan -Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Qaşqaçay kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya «foreks»-də yəni dəyişən valyutaların qiymət dəyişikliklərindən faydalanaraq yüksək gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarında yüksək qazanc əldə edəcəyi barədə yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2024-cü ilin iyun ayının ortalarında dəqiq günü istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 7.181 ABŞ dolları dəyərində 12.207 manat və 2024-cü ilin avqust ayının ortalarında dəqiq günü istintaqa məlum olmayan vaxtda isə 2.000 manat olmaqla, ümumilikdə 14.207 manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o qəsdən təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024cü ilin iyul ayının ortalarında dəqiq günü istintaqa məlum olmayan vaxtda Qax şəhər sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona «foreks»-də yəni dəyişən valyutaların qiymət dəyişikliklərindən faydalanaraq yüksək gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarında yüksək qazanc əldə edəcəyi barədə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs2 700 ABŞ dolları dəyərində 1.190 manat pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o qəsdən təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024cü ilin noyabr ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan vaxtda Qax şəhər sakini Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək ona «foreks»-də yəni dəyişən valyutaların qiymət dəyişikliklərindən faydalanaraq yüksək gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarında yüksək qazanc əldə edəcəyi barədə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs4 3.000 ABŞ dolları dəyərində 5.100 manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o qəsdən təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024cü ilin dekabr ayının əvvəllərində dəqiq günü istinatqa məlum olmayan vaxtda Qax şəhər sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncuya «foreks»-də yəni dəyişən valyutaların qiymət dəyişikliklərindən faydalanaraq yüksək gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarında yüksək qazanc əldə edəcəyi barədə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 7.189 ABŞ dolları dəyərində 12.221 manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, foreks valyuta mübadiləsi işi ilə məşğul olur. Qax rayon sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və S.İ.Həsənovu tanıyır. Onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2024-cü ilin iyun ayının əvvələrində istirahət etmək üçün Qax rayonuna gəlmişdir. Həmin vaxtı təxminən 5-6 ay kimi Qax rayonunda qalmaq qərarına gəlmişdir. İşləri ləngiməsin deyə Qax şəhərində özünə ofis açmışdır. Həmin ofisdə «foreks»-də yəni dəyişən valyutaların qiymət dəyişikliklərindən faydalanaraq yüksək gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarında müştəri toplamağa başlamışdır. Əvvəlcə Qax rayonu, Qaşqaçay kənd sakini Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 yeznəsigildə kirayədə qalırdı. Zərərçəkmiş şəxs1 onlara gəlib-gedən zaman aralarında münasibət yaranmışdır. Söhbət əsnasında Zərərçəkmiş şəxs1 foreks valyuta mübadiləsi işi ilə məşğul olduğunu, «online» qazanc əldə edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 ona həmin sistemə necə qoşulacağını demişdir. Ona «Rabitə Bank»dan hesab açdırmasını, balansında 6.000 ABŞ dolları pul olmasını bildirmiş və qoyduğu pulun heç olmasa hər ay üzrə yarısı qədər pul qazanacağını demişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmışdır. Özünə Şəki rayonunda yerləşən «Rabitə Bank»dan hesab açmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 onun yanına gəlmişdir. Ona foreks hesabı açmışdır və Zərərçəkmiş şəxs1 özünün «Rabitə Bank» hesabını ona vermişdir. Zərərçəkmiş şəxs1 bank hesabında 7.181 ABŞ dolları və 2.000 manat pul olmuşdur. Həmin pulu onun foreks hesabına yükləmişdir. Lakin sonradan sistemdə problemlər olduğu üçün onun hesabında olan pulun hamısı da silinmişdir. Zərərçəkmiş şəxs1 pulunu qaytara bilməmişdir. Bundan başqa 2024-cü ilin oktyabr ayının ortalarında Qax şəhərində tanış olduğu icarəyə götürdüyü ofisin yaxınlığında mağaza işlədən Zərərçəkmiş şəxs2 forkesdə pul qazanması üçün ona «Rabitə Bank»dan hesab açdırmış və Zərərçəkmiş şəxs2 həmin bank hesabına 700 ABŞ dolları pul yükləmişdir. Bank hesabını da pulu onun foreks hesabına yükləməyi üçün ona vermişdir. Lakin sonradan sistemdə problemlər olduğu üçün Zərərçəkmiş şəxs2 hesabında olan pulun hamısı da silinmişdir. Zərərçəkmiş şəxs2 pulunu qaytara bilməmişdir. Bundan başqa 2024-cü ilin noyabr ayının ortalarında Qax şəhərində tanış olduğu icarəyə götürdüyü ofisin yaxınlığında mağaza işlədən Zərərçəkmiş şəxs4 forkesdə pul qazanması üçün ona «Rabitə Bank»dan hesab açdırmış və həmin bank hesabına 3.000 ABŞ dolları pul yükləmiş, bank hesabını da pulu onun foreks hesabına yüklədiyi üçün ona vermişdir. Lakin sonradan sistemdə problemlər olduğu üçün Zərərçəkmiş şəxs4 hesabında olan pulun hamısı silinmişdir. Zərərçəkmiş şəxs4 pulunu qaytara bilməmişdir. Bundan başqa 2024-cü ilin dekabr ayının əvvəllərində Qax şəhərində tanış olduğu Zərərçəkmiş şəxs3 forkesdə pul qazanması üçün ona «Rabitə Bankdan» hesab açdırmış, Zərərçəkmiş şəxs3 həmin bank hesabına 7.189 ABŞ dolları pul yükləmiş və bank hesabını da pulu onun foreks hesabına yüklədiyi üçün vermişdir. Lakin sonradan sistemdə problemlər olduğu üçün Zərərçəkmiş şəxs3 hesabında olan pulun hamısı da silinmişdir. Zərərçəkmiş şəxs3 pulunu qaytara bilməmişdir. Şahid1 onu taksi kimi bir neçə dəfə Şəki şəhərində aparmışdır. Şahid2 isə onun Bakı şəhərindən tanışıdır. Şahid2 onunla Qax rayonunda istirahətdə olmuşdur. Onların həmin hadisələrdən heç bir məlumatı olmamışdır. Onun heç bir təqsiri yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayının əvvələrində Qax şəhərində yeznəsi Aslangildə olan zaman o özlərinə məxsus evdə kirayədə Təqsirləndirilən şəxs adlı şəxsin qaldığını, həmin şəxsin foreks valyuta mübadiləsi işi ilə məşğul olduğunu demişdir. Bir müddət sonra Aslangildə olan zaman o Təqsirləndirilən şəxs kirayədə qaldığı evə onunla birlikdə getməyini, evdən nəsə götürəcəyini demişdir. Onunla razılaşmışdır. Birlikdə Təqsirləndirilən şəxs kirayədə qaldığı evə getmişdir. Evdə olan zaman söhbət əsnasında Təqsirləndirilən şəxs ona Qax şəhəri, Azərbaycan prospektində foreks valyuta mübadiləsi ofisini işlətdiyini, onun pul qoyaraq gəlir əldə edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona foreksin tam təhlükəsiz olduğunu, ziyana getməcəyini bildirmişdir. Əvvəl tərəddüd etmişdir. Lakin sonradan onunla razılaşmışdır. Təqsirləndirilən şəxs ona foreksə qoyduğu pulun ay ərzində heç olmasa yarısı qədər qazanc əldə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona «Rabitə Bank»dan özünə kart hesabı açmağını, hesabında ən azı 6.000 ABŞ dolları pul olmağını və bir sıra sənədləri hazırlamağını bildirmişdir. Təqsirləndirilən şəxs dedikləri işləmlərin hamısını yerinə yetirmiş və onun yanına ofisə getmişdir. «Rabitə Bank»dan öz adına açdığı kart hesabına 7.181 ABŞ dollar pul yükləmişdir. Lakin sənədləşmə işlərinə isə təxminən əlavə 100 ABŞ dolları pulu çıxmışdır. Təqsirləndirilən şəxs ondan kartı və dedikləri sənədləri götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona hesabında olan 7.181 ABŞ dolları pulu onun öz adına açdığı foreks hesabına yüklədiyini, bundan sonra isə danışdığı üzrə hər ay pul qazanacağını, onun telefonuna hesabını izləmək üçün proqram yazdığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona heç bir sənəd təqdim etməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona saxta hesablarla mesajlar göndərməyə başlamışdır. Mesajlarda guya hesabında olan pulun artdığı göstərilirmişdir. Təqsirləndirilən şəxs inandığından hesabına baxmamışdır. 2024-cü ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs ona əlavə pul qazanmaq üçün 2.000 manat da pulu foreks hesabına yükləməsini demişdir. Özü də onunla razılaşıb həmin hesabına əlavə 2.000 manat pul vurmuşdur. Bir müddət sonra isə Təqsirləndirilən şəxs qoyduğu pulun heç olmaya 2.500 manat xeyrini istəmişdir. Təqsirləndirilən şəxs isə onu müxətlif bəhanələrlə aldatmağa başlamışdır. Təqsirləndirilən şəxs pulu qaytarmamışdır. Ona dəymiş maddi ziyan qaytarılmamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qax şəhəri, Azərbaycan prospektində yerləşən özünə məxsus qarışıq mallar mağazasını işlədir. 2024-cü ilin iyul ayının ortalarında mağazanın qonşuluğunda yerləşən foreks ofisini işlədən Təqsirləndirilən şəxs kimi tanıdığı şəxs mağazaya alış-veriş etməyə gəlmişdir. Alış-veriş əsnasında ondan həmin yerdə nə işlə məşğul olduğunu soruşan zaman Təqsirləndirilən şəxs ona foreks valyuta mübadiləsi ofisini işlətdiyini, onunda pul qoyaraq gəlir əldə edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona foreksin tam təhlükəsiz olduğunu, ziyana getməcəyini bildirmişdir. Əvvəl tərəddüd etmişdir. Lakin sonradan onunla razılaşmışdır. Təqsirləndirilən şəxs ona foreksə qoyduğu pulun ay ərzində heç olmasa yarısı qədər qazanc əldə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona «Rabitə Bank»da özünə kart hesabı açmağını, hesabında ən azı 400 dollar pul olmasını və bir sıra sənədləri hazırlamağını bildirmişdir. Təqsirləndirilən şəxs dedikləri işləmlərin hamısını yerinə yetirmiş və onun yanına ofisə getmişdir. «Rabitə Bank»dan öz adına açdığı kart hesabında 700 ABŞ dolları pul olmuşdur. Sənədləşmə işlərimə isə təxminən 100 ABŞ dolları pulu çıxmışdır. Təqsirləndirilən şəxs ondan kartı və dedikləri sənədləri götürmüşdür. Bundan sonra 2024-cü ilin oktyabr ayının ortalarında dəqiq günü yadında olmayan vaxtı Təqsirləndirilən şəxs ona hesabında olan 700 ABŞ dolları pulu onun öz adına açdığı foreks hesabına yüklədiyini, bundan sonra isə danışdığı üzrə hər ay pul qazanacağını, onun telefonuna hesabını izləmək üçün proqram yazdığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona heç bir sənəd təqdim etməmişdir. Aradan 2-3 ay keçmişdir. Hər dəfə telefonunda proqrama baxan zaman hesabındakı pulun artmaq əvəzinə azaldığını görmüşdür. Təqsirləndirilən şəxsla görüşüb pulun artmaq əvəzinə azaldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona hər dəfəsində narahat olmamağını, hesabındakı pulun artacağını demişdir. Lakin bir müddət sonra artıq Təqsirləndirilən şəxs onu aldatdığın anlamışdır. Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs yanında onun ofisində görmüşdür. Ona dəymiş maddi ziyan qaytarılmamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayının sonlarında Qax şəhəri, Azərbaycan prospektində yerləşən icarə əsasında işlətdiyi mağazada olan zaman qonşuluğunda yerləşən foreks ofisini işlədən üzdən tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs mağazaya alış-veriş etməyə gəlmişdir. Alış-veriş əsnasında ondan həmin yerdə nə işlə məşğul olduğunu soruşan zaman Təqsirləndirilən şəxs ona foreks valyuta mübadiləsi ofisini işlətdiyini, onun da pul qoyaraq gəlir əldə edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona foreksin tam təhlükəsiz olduğunu, ziyana getməcəyini demişdir. Əvvəl tərəddüd etmişdir. Lakin sonradan onunla razılaşmışdır. Təqsirləndirilən şəxs ona foreksə qoyduğu pulun ay ərzində heç olmasa yarısı qədər qazanc əldə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona «Rabitə Bank»dan özünə kart hesabı açmağını, hesabında ən azı 3.000 ABŞ dollar pul olmasını və bir sıra sənədləri hazırlamağını bildirmişdir. Təqsirləndirilən şəxs dedikləri işləmlərin hamısını yerinə yetirmiş və onun yanma ofisə getmişdir. «Rabitə Bank»dan öz adına açdığı kart hesabına 3.000 ABŞ dolları pul yükləmişdir. Sənədləşmə işlərinə isə təxminən 100 ABŞ dolları pul xərcləmişdir. Təqsirləndirilən şəxs ondan kartı və dedikləri sənədləri götürmüşdür. Bundan sonra 2024cü ilin noyabr ayının sonlarında dəqiq günü yadında olmayan vaxtı Təqsirləndirilən şəxs ona hesabında olan 3.000 ABŞ dolları pulu öz adına açdığı foreks hesabına yüklədiyini, bundan sonra isə danışdığı üzrə hər ay pul qazanacağını, telefonuna hesabını izləmək üçün proqram yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona heç bir sənəd təqdim etməmişdir. Aradan 2-3 ay keçmişdir. Hər dəfə telefonunda proqrama baxan zaman hesabındakı pulun artmaq əvəzinə azaldığını görmüşdür. Təqsirləndirilən şəxs görüşüb pulun artmaq əvəzinə azaldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona hər dəfəsində narahat olmamağını, hesabsındakı pulun artacağını demişdir. Lakin bir müddət sonra artıq hesabında pul olmadığını görmüşdür. Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ona pulu uduzduğunu, lakin 2025-ci ilin fevral ayında pulunu tam olaraq qaytaracağını demişdir. Lakin Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməmişdir. Ona dəymiş maddi ziyan qaytarılmamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs3 2024-cü ilin dekabr ayının əvvələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən qadınlar üçün kafeyə gedən zaman kafenin qonşuluğunda foreks valyuta mübadiləsi obyektin olduğunu görmüşdür. Həmin yer onun diqqətini cəlb etmişdir. Həmin yerə gedərək foreks barəsində maraqlanmışdır. Orada Təqsirləndirilən şəxsla qarşılaşmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona Qax şəhəri, Azərbaycan prospektində foreks valyuta mübadiləsi ofisini işlətdiyini, onun pul qoyaraq gəlir əldə edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona foreksin tam təhlükəsiz olduğunu, ziyana getməcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona foreksə qoyduğu pulun ay ərzində heç olmasa yarısı qədər qazanc əldə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyat yoldaşına «Rabitə Bank»dan özünə kart hesabı açmağını, hesabında ən azı 3.000 ABŞ dollar pul olmasını və bir sıra sənədləri hazırlamağını bildirmişdir. Təqsirləndirilən şəxs dedikləri işləmlərin hamısını yerinə yetirmiş, lakin bank hesabını ABB hesabından açmışdır və onun yanına ofisə getmişdir. ABB-dən öz adına açdığı kart hesabına 7.189 ABŞ dolları pul yükləmişdir. Təqsirləndirilən şəxs ondan kartı və dediyi sənədləri götürmüşdür. Bundan sonra 2024-cü ilin dekabr ayının əvvələrində dəqiq günü xatrılmadığı vaxtı Təqsirləndirilən şəxs ona hesabında olan 7.189 ABŞ dolları pulu öz adına açdığı foreks hesabına yüklədiyini, bundan sonra isə danışdığı üzrə hər ay pul qazanacağını, qazancın 60-40-a olacağını demiş və telefonuna hesabı izləmək üçün proqram yazmışdır. Bundan sonra həmin proqram vasitəsilə hesabına baxmağa başlamışdır. Lakin Təqsirləndirilən şəxs ona dediyi kimi heç bir gəlir olmamışdır. Əksinə bir müddət sonra hesabında olan pulun hamısının silindiyini görmüşdür. Bu barədə Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman o müəyyən problemlərin olduğunu, yaxın vaxtlarda pulların geri qaytarılacağını demişdir. Ona dəymiş maddi ziyan qaytarılmamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Vasif onun qaynıdır. O Bakı şəhərində yaşayır. R.H.Məmmədovu Qax şəhərində tanımışdır. Belə ki, özünə məxsus «Vaz 2106» markalı avtomobillə taksi işləyib ailəsini dolandırır. Təqsirləndirilən şəxs onu işləri ilə bağlı olaraq taksi kimi müxtəlif yerlərə sürdürmüş və pulunu vermişdir. Təqsirləndirilən şəxs ofisində işləməmişdir. Təqsirləndirilən şəxs ona Qax şəhəri, Azərbaycan prospektində yerləşən ofis işlətdiyini bildirmişdir. Lakin onunla başqa heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin yay aylarında bir neçədə Şəki şəhərinə «Rabitə Bank»a aparmışdır. Lakin Təqsirləndirilən şəxs həmin Banka nə səbəbə getdiyini bilməmişdir. Qaynı Vasif də keçən ilin yay aylarında Qax şəhərində olan zaman onunla birlikdə bir neçə dəfə Təqsirləndirilən şəxsla görüşmüşdür. Onunla çay içmişdir. Vasifin onunla tanışlığı təsadüfdən olmuşdur. Təqsirləndirilən şəxs kimdən nəsə pul almadığından və kiməsə pul verməyindən məlumatı olmamışdır. Taksi kimi onu bir neçə dəfə Qax və Şəki şəhərlərində dediyi ünvnalara aparmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs üç il bundan əvvəl Bakı şəhərində tanımışdır. Bundan sonra Təqsirləndirilən şəxsla aralarında münasibət yaranmışdır. 2024-cü ilin yay aylarında Qax rayonunda olan zaman Təqsirləndirilən şəxs ona Qax rayonunda olduğunu onunla görüşmək istədiyini demişdir. Onunla razılaşmış və Qax şəhərində yerləşən kafelərin birində görüşmüşdür. Təqsirləndirilən şəxs ona foreks valyuta mübadiləsi işi ilə məşğul olduğunu, onun da həmin sistemə qoşulmağını, birlikdə pul qazanmalarını xahiş etmişdir. Onunla razılaşmamışdır. Ona pulunun olmadığını demişdir. Təqsirləndirilən şəxs Qax şəhərində özünə ofis açmışdır. Həmin yerə onunla görüşmüək üçün bir neçə dəfə getmişdir. Lakin onun konkret olaraq nə işlə məşğul olduğunu bilməmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs yanına tanımadığı vətəndaşların gəldiyini görmüşdür. 2024-cü ilin dekabr ayınından sonra təxminən 2-3 ay onunla əlaqə saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs Qax şəhəridəki ofisini tərk edib getmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş sənəd və qərarlar: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 01 aprel 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər BPİ-in istintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* №li cinayət işi üzrə 13 dekabr 2013-cü il tarixdə təqsiriləndirilən şəxs qismində cəlb edilmiş, Bakı İT-nin tərtib edilmiş 18 dekabr 2014-cü il tarixli protokola əsasən Cinayət Prosessual Məcəlləsinin 153.4, 162.5.1-ci maddələrinə əsasən həbsdə saxlanma müddəti uzadılmadığı üçün həbsdən azad edilmişdir. 16 may 2016-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan ********* №li cinayət işinin icraatına xitam verilmişdir. 02 iyun 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə ********* №li cinayət işi başlanaraq icraata qəbul edilməlidir (səh.,1). 04 iyul 2025-ci il tarixli ittihamın elan edilməsi üçün tutulması məqsədilə axtarışın elan edilməsi və cinayət işinin istintaq icraatının dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (səh.,99). Cinayət işinin materiallarında olan 14 avqust 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində saxlanılmışdır (səh.,102) Cinayət işinin materiallarında olan 15 avqust 2025-cii l tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhərində 15 avqust 2025-ci il tarixdə, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (səh.,108). Cinayət işinin materiallarında olan 04 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,98). Qax Rayon Məhkəməsinin 4(024)31/2025 №li, 16 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 avqust 2025-ci il tarixdən hesablanmaqla «01» (bir) ay, «15» (on beş) gün müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə, məhkəmə iclasında araşdırılmış digər sübutlar-dindirilmiş və elan edilmiş şəxsin ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Əməldə cinayətin obyekti kimi mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhətdən bu cinayətin törədilmə üsulu özünə məxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadə etmə nəzərdə tutur. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməyə görədörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73-1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyrimümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli bilinən şəxsə tətbiq olunur, həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş mərhumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun alternativ cəza ilə islah oluna bilməməsini, ona alternativ cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «14» avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən «03» (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «14» avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 220 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(024)-52/2025
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-52/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver