Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-53/2023 24.08.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1984-cü ildə Laçın rayonu Qozlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Laçın rayonu Qozlu kəndində qeydiyyatda olan və həbs olunana qədər Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan və hazırda Şəki PM-in İstintaq Təcridxanasında saxlanılan, Qax Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Onun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, qəsdən, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 11 may 2023-cü il tarixdə saat 23:00 radələrində Qax rayonu, Ləkit kənd sakini Zərərçəkmiş şəxs1 məxsus sonuncunun yaşadığı kəndin kənarında Mamırlı şəlalə adlanan ərazidə yerləşən saxlanc sahəsinin, yəni çay evinin qapısındakı qıfılını yerdən götürdüyü daşla sındırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 10 litrlik mis materialından dəyəri 250 manat, 1 ədəd 5 litrlik mis materialından dəyəri 160 manat və 1 ədəd “Ural Zid“ markalı dəyəri 90 manat olan benzin ilə işləyən odun doğrayan mişarı gizli yolla talayaraq oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 500 (beş yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 11 may 2023-cü il tarixdə saat 00:00 radələrində Qax rayonu, Ləkit kənd sakini Zərərçəkmiş şəxs2 məxsus sonuncunun yaşadığı kəndin kənarında “Mamırlı” şəlalə adlanan ərazidə yerləşən saxlanc sahəsinin, yəni çay evinin qapısındakı qıfılını yerdən götürdüyü daşla sındırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 10 litrlik mis materialından dəyəri 250 manat olan samovarı gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 250 (iki yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrin nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, ona elan edilən ittiham üzrə ikinci epizodda göstərilən cinayət əməlini törətməmişdir və CM-nin 177.2.3-cü maddələri ilə də özünü təqsirli bilmir. Çünki birinci epizod üzrə 10 litrlik mis materialından və 1 ədəd 5 litrlik mis materialından olan samovarları və 1 ədəd “Ural Zid“ markalı benzin mişarını Qax rayonu Ləkit kəndində yerləşən Mamırlı şəlaləsinə gedən yolun kənarındakı çay evinin həyətindəki stolun kənarından götürmüş, həmin əşyaları Qax rayonu Turaclı kəndində yolun kənarına deyil, Ləkit kəndinin aşağısında yol kənarına atmışdır. O, Qax rayonu, Ləkit kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 10 litrlik mis materialından olan samovarı oğurlamamışdır. Oğurladığı əşyalar dediyi kimi açıq ərazidə olmuş, qapalı yerin qıfılın sındırmamış, heç bir saxlanc yerinə daxil olmamışdır. İbtidai istintaq zamanı işgəncələrə məruz qaldığı üçün törətmədiyi cinayət əməllərini etiraf etmək məcburiyyətində qalmışdır. Onu müstəntiq dindirməmiş, zorla ifadəsinə imza etdirmişlər. İstintaq orqanı 13 may 2023-cü ildə guya əməliyyat keçirərək onun oğurluq etməsi faktını aşkarladığın qeyd etsə də, o 12 may 2023cü ildə həbs olunmuşdur. Özünə işgəncə verilməsi ilə bağlı aidiyyatı orqanlara şikayət etməmişdir. Göstərdiklərini nəzərə alıb onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla təqsirli bilərək vermiş olduğu ifadəsində Şahid1 onun həyat yoldaşı olduğunu, onunla bir ay bundan əvvəl qeyri rəsmi olaraq ailə həyatı qurduğunu, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində və həyat yoldaşı Səmra ilə sonuncuya məxsus “Priora” markalı avtomobil ilə Balakən rayonuna gəzməyə getdiklərini, Balakən rayonundan sonra Zaqatala rayonuna getdiklərini, Zaqatala rayonundan sonra isə Qax rayonunun Ləkit kəndinə gəldiklərini, Qax rayonu Ləkit kəndinin ərazisində yerləşən Mamırlı şəlaləyə getdiklərini, Mamırlı şəlalənin ərazisini gəzdiklərini, həmin tarixdə saat 21 radələrində “Mamırlı” şəlaləsinin ərazisini tərk etdiklərini, Mamırlı şəlaləni tərk edən zaman Səmraya maşında oturub onu gözləməsini, şəlalədən su doldurub gələcəyini dediyini, Səmranın onu maşında gözlədiyini, özünün isə yenidən mamırlı şəlalə tərəfə qalxdığını, yenidən mamırlı şəlalə tərəfə qalxamağının məqsədi oradan oğurluq etmək olduğunu, saat 23 radələrində mamırlı şəlalə tərəfdə çay evlərinin birinə yaxınlaşıb onun qapısının qıfılnı yerdən götürdüyü daşla sındırdığını, içəri daxil olub həmin çay evinin içərisindən 2 ədəd samovar və 1 ədəd benzin ilə işləyən odun doğrayan mişarı götürüb çıxdığını, onları gəldikləri avtomobilin yanına apardığını, bundan sonra yenidən mamırlı şəlalə tərəfə qalxdığını, saat 00:00 radələrində orada olan digər çay evinin qapısındakı qıfılı yerdən götürdüyü daşla sındıraraq içərisinə daxil olub oradan 1 ədəd samovarı götürdüyünü, daha sonra həmin samovarı da gəldikləri avtomobilin yanına apardığın, bundan sonra oğurladığı samorları və elektrik mişarını avtomobilin arxasına yüklədiyini, maşına əyləşən zaman Səmranın ona avtomobilin arxasına nə qoyduğunu soruşduğunu, ona şəlalə tərəfdən tapdığı qablara su doldurduğunu, həmin suları qoyduğunu bildirdiyini, bundan sonra həmin ərazini tərk etdiklərini, Ləkit kəndinin çıxışına çatan zaman yolda saxlayan olar deyə avtomobili yolun kənarında saxlayaraq oğurladığı əşyaları gizlətmək qərarına gəldiyini, avtomobili yolun kənarında saxladığını, Səmranın ona nə etdiyini soruşan zaman ona su doldurduğu qabların çirkli olduğunu, yolda yenilərni alıb su dolduracağını dediyini, oğurladığı əşyaları yolun kənarında ağaclıq sahəyə atdığını, polis şöbəsində törətdiyi əməli səmimi olaraq etiraf etdiyini, Səmranın ona oğurluq etməkdə köməklik göstərmədiyini, Səmranın oğurluq hadisələrindən məlumatının olmadığını, həmin hadisələri tək törətdiyini, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyini, heç bir psixi xəstəliyinin olmadığını, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində özünü qismən təqsirli bilsə də onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğuna görə məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini sübut kimi qəbul edir, eləcə də Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Qax rayonu Ləkit kəndinin ərazisində yerləşən “Mamırlı” şəlaləsinin yaxınlığında özünə məxsus çay evi vardır. Həmin çay evində “Mamırlı” şəlaləyə gələn qonaqlara çay verir. Çay evində çay hazırlamaq üçün ləvazımatlar saxlayır. Həmin çay evinin içərisində 2 ədəd samovar vardır və həmin samovarların 1 ədədi 10 litr, digəri isə 5 litrdir. xx.xx.2023-cü il tarixdə həmin çay evinə yaşadığı evdən bir-neçə ədəd odunları doğramaq üçün özünə məxsus 1 ədəd benzin ilə işləyən odun doğrayan mişarı gətirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində çay evinin qapısını bağlayaraq evə getmiş, həmişəki kimi çay evində olan samovarları və digər ləvazimatları çay evinin içərisinə qoyaraq oranın qapısını bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində çay evinə qayıtdıqda qapısının sınıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olduqda orada olan 2 ədəd samovar və bir ədəd benzinlə işləyən odun doğrayan mişarın olmadığnıı görərək Qax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 500 manat maddi ziyan dəymiş, ilkin olaraq ona dəqiq məlum olmadığından 650 manat maddi ziyan dəydiyini bildirmiş, lakin sonradan dəqiqləşdirdiyi zaman 1 ədəd 5 litrlik samovarın qiymətinin 160 manat, 1 ədəd 10 litrlik samovarın qiymətinin 250 manat və 1 ədəd benzin ilə işləyən “Ural Zid “ markalı odun doğrayan mişarın qiymətinin 90 manat olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs oğurladığı əşyaları ona geri qaytarılmış və dəymiş maddi ziyan aradan qalxmışdır. Ona görə də, ona qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Qax rayonu Ləkit kəndinin ərazisində yerləşən “Mamırlı” şəlalənin yaxınlığında özünə və ailəsinə məxsus çay evi vardır. Həmin çay evində “Mamırlı” şəlaləsinə gələn şəxslərə atası və özü çay verir. Çay evində çay hazırlamaq üçün ləvazımatlar saxlayır və həmçinin həmin çay evinin içərisində 1 ədəd 10 litrlik samovar da vardır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evə getmiş, samovar və digər ləvazimatları çay evinin içərisinə qoyaraq oranın qapısını bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində atası çay evinə getdikdə giriş qapısının sınıq vəziyyətdə olduğunu görmüşdür. Çay evinin içərisinə daxil olanda orada olan 1 ədəd samovarın olmadığını görərək Qax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd 10 litrlik samovar ona geri qaytarılmış və dəymiş maddi ziyan aradan qalxmışdır. Ona görə də, ona qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Dilqəmlə faktiki olaraq evlənmişlər, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Dilqəmə məxsus “Priora” markalı avtomobillə Balakən rayonuna gəzməyə getmiş, Balakən rayonundan sonra Zaqatala rayonuna, oradan da Qax rayonunun Ləkit kəndinə “Mamırlı” şəlaləsinə getmişlər. Həmin günü saat 21 radələrində “Mamırlı” şəlaləsinin ərazisini tərk etmiş, Dilqəm ona maşında gözləməsini, şəlalədən su doldurub gələcəyini demiş, yorğun olduğundan onunla razılaşmışdır. Bir müddət sonra Dilqəm maşının yanına gəlmiş, yük yerini açaraq oraya nəsə qoymuşdur. Dilqəmdən yük yerinə nə qoyduğunu soruşduqda qablara su doldurduğunu, həmin qabları oraya qoyduğunu demişdir. Bundan sonra həmin ərazini tərk etmişlər. Ləkit kəndinin çıxışına çatan zaman Dilqəm maşını saxlamış, ondan nə səbəbə maşını saxladığını soruşan zaman dilqəmin ona su doldurduğu qabların çirkli olduğunu, yoldan yenilərini alıb su dolduracağını demişdir. Bundan sonra maşından düşərək yük yerindən nəsə götürüb yolun kənarına atmış, hava qaranlıq olduğundan Dilqəmin əlində nə olduğunu görə bilməmişdir. Qax rayon Polis şöbəsində Dilqəmin mamırlı şəlalə ərazisindən 3 ədəd samovar və bir ədəd benzinlə işləyən odun doğrayan mişarı oğurladığını öyrənmiş, onun oğurluq etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməli onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da məhkəmədə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən 11 may 2023-cü il tarixdə saat 00:00 radələrində Qax rayonu, Ləkit kənd sakini Zərərçəkmiş şəxs2 məxsus sonuncunun yaşadığı kəndin kənarında Mamırlı şəlalə adlanan ərazidə yerləşən saxlanc sahəsində, yəni çay evinin qapısındakı qıfılını yerdən götürdüyü daşla sındırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 10 litrlik mis materialından olan samovarı oğurlamadığını, eyni zamanda oğurladığı 1 ədəd 10 litrlik mis materialından olan, 1 ədəd 5 litrlik mis materialından olan iki ədəd samovarları və 1 ədəd “Ural Zid“ markalı benzinlə işləyən odun doğrayanı saxlanc yerindən deyil yol kənarından oğurlamasını, polis şöbəsində ona təzyiq göstərilərək törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edildiyi, polis işçiləri tərəfindən onla işgəncələr verilməsi barədə ifadəsində göstərdiyi xüsusatları onun ifadəsini ittihamı təkzib edən sübut kimi qəbul etmir. İşin 177-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 9/4134 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəində göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: -2 ədəd 10 litrlik mis materialından olan samovar-500,00 manat (2 ədəd x 250 manat); -1 ədəd 5 litrlik mis materialından olan samovar-160,00 manat -1 ədəd “Ural Zid” markalı benzinlə işləyən odun doğrayan mişar-90,00 manat İşin 176-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin 73-74-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə saat 23:00 radələrində Qax rayonu, Ləkit kənd sakini Zərərçəkmiş şəxs1 məxsus onun yaşadığı kəndin kənarında “Mamırlı” şəlaləsi adlanan ərazidə yerləşən çay evinin qapısındakı qıfılını yerdən götürdüyü daşla sındıraraq oradan 1 ədəd 10 litrlik mis materialından dəyəri 250 manat, 1 ədəd 5 litrlik mis materialından dəyəri 160 manat dəyərində olan 2 ədəd samovarları və 1 ədəd “Ural Zid“ markalı dəyəri 90 manat olan benzin ilə işləyən odun doğrayan mişarı, bundan başqa 11 may 2023-cü il tarixdə saat 00:00 radələrində Qax rayonu, Ləkit kənd sakini Zərərçəkmiş şəxs2 məxsus onun yaşadığı kəndin kənarında “Mamırlı” şəlaləsi adlanan ərazidə yerləşən çay evinin qapısındakı qıfılını yerdən götürdüyü daşla sındıraraq oradan 1 ədəd 10 litrlik mis materialından dəyəri 250 manat olan samovarı oğurladığı yeri və şəraiti göstərmişdir. İşin 6-9-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 11 may 2023-cü il tarixdə özünə məxsus Qax rayonu, Ləkit kənd kəndinin kənarında “Mamırlı” şəlaləsi adlanan ərazidə yerləşən çay evinin qapısının daşla sındırıldığını və çay evinin içərisindən 1 ədəd 10 litrlik mis materialından dəyəri 250 manat, 1 ədəd 5 litrlik mis materialından dəyəri 160 manat olan samovarların və 1 ədəd “Ural Zid“ markalı benzinlə işləyən mişarın oğurlandığını göstərmişdir. İşin 13-14-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 11 may 2023-cü il tarixdə Qax rayonu, Ləkit kəndinin kənarında “Mamırlı” şəlaləsi adlanan ərazidə özünə məxsus çay evinin qapısındakı qıfılın sındırılaraq 1 ədəd 10 litrlik mis materialından olan samovarın oğurlandığını göstərmişdir. İşin 21-23-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 17 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu, Ləkit kəndinin çıxışına ataraq gizlətdiyi 3 ədəd samovar və 1 ədəd benzinlə işləyən odun doğrayan mişarı atdığı yeri göstərmiş və həmin əşyalar aşkar olunaraq götürülmüşdür. İşin 139-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 17 iyun 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd 10 litrlik samovar maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İşin 140-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, o Qax RPŞ-də saxlanılan 1 ədəd 10 litrlik mis materialından olan samovarı istintaq orqanından təhvil aldığını göstərmişdir. İşin 142-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 22 iyun 2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxsə qaytarılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd 5 litrlik və 1 ədəd 10 litrlik samovar və 1 ədəd benzinlə işləyən odun doğrayan mişar maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İşin 143-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, o Qax RPŞ-də saxlanılan 1 ədəd 10 litrlik və 1 ədəd 5 litrlik mis materialından olan samovarları və 1 ədəd benzinlə işləyən odun doğrayan mişarı istintaq orqanından təhvil aldığını göstərmişdir. İşin 113-115-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 may 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 181.2.1, 185.2.1, 185.2.2 və 185.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq əmlakı müsadirə olunmamaqla 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm xx.xx.2009-cu ildə qanuni qüvvəyə minmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 2 il 6 aya endirilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 06 ay 15 gün vaxtından əvvəl şəti olaraq azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1, 69.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən həmin hökm dəyişdirilərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzdan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İşin 124-132-ci vərəqələrində olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 may 2009-cu il tarixli hökmündəın görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1, 181.2.1, 185.2.1, 185.2.2 və 185.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 170.1-ci maddəsi ilə 01 il müddətə, CM-nin 181.2.1-ci maddəsi ilə əmlakı müsadirə olunmamaqla 8 il müddətə, CM-nin 185.2.1, 185.2.2 və 1875.2.3-cü maddələri ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq əmlakı müsadirə olunmamaqla 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 153-161-ci vərəqələrində olan Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 162-174-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 54-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə saat 02:35-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 100-104-cü vərəqələrində olan “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Qax Rayon Məhkəməsinin 29 may 2023cü il tarixli 4(024)-18/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03(üç) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü tarixdən hesablanmışdır. İşin 134-137-ci vərəqələrində olan Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 4(107)-53/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və həbsdə saxlama müddətinin 03(üç) ay həddində müəyyən edilməsi barədə Qax Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli 4(024)-18/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 150-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Bərdə RİHB-nın Zümürxant kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 241 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, İmamqulubəyli kəndində qeydiyyatsız yaşayır və onun ailə tərkib onun özündən və anası X1 ibarətdir. Cinayət işinin 151-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Bərdə RİHB-nın Zümürxant kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin 184-188-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində CMnin 157-ci, X2 əməlində CM-nin 177, 194 və 307-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün barələrində həmin xüsusatlar üzrə cinayət təqibinə xitam verimişdir. “Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli qərarının 1-ci hissəsində göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Bu Qərarın 20-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından aslı olmayaraq, yaşayış tiklilərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 may 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 181.2.1, 185.2.1, 185.2.2 və 185.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq əmlakı müsadirə olunmamaqla 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 01 il 04 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. X3 qəsdən cinayət törətməyə görə əvvəllər üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla və yenidən qəsdən cinayət törətməklə cinayətin xüsusi təhlükəli residivini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.3-cü maddəsinə əsasən Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: Həmin Məcəllənin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Həmin Məcəllənin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin xüsusilə təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyətin nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəza çəkməsinin əvvəlinin onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübutlar olan və Qax RPŞ-nin aidiyyatı xidmət sahəsində saxlanılan 1 ədəd 5 litrlik və 1 ədəd 10 litrlik olmaqla cəmi 2 ədəd samovar və 1 ədəd benzinlə işləyən odun doğrayan mişarın Zərərçəkmiş şəxs1 və 1 ədəd 10 litrlik samovarın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CMP-nin 346- 349 və 351-353,356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar olan və Qax RPŞ-nin aidiyyatı xidmət sahəsində saxlanılan 1 ədəd 5 litrlik və 1 ədəd 10 litrlik olmaqla cəmi 2 ədəd samovar və 1 ədəd benzinlə işləyən odun doğrayan mişarın Zərərçəkmiş şəxs1 və 1 ədəd 10 litrlik samovarın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №1(024)-53/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-53/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver