Məhkəmə qərarları › İş №1(024)-56/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-56/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-56/2023 07.09.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 10:40-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs-xx.xx.2002-ci ildə Qax rayonu İngiloy-Kötüklü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Vətən Müharibəsi iştirakçısı orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qax, rayonu Qax-İngiloy kəndində pasport qeydiyyatında olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan təkrar qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə, saat 18 radələrində ictimai yerdə yəni, Qax rayonu, İngiloy Kötüklü kəndinin mərkəzində heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, nalayiq söyüşlər söyərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək Qax rayonu, Qıpçaq kənd sakinləri Zərərçəkmiş şəxs1 və X8 ilə aralarında heç bir əsas olmadan baş vermiş dava-dalaş zamanı əvvəlcə Qax rayonu, Qıpçaq kənd sakini Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək Zərərçəkmiş şəxs1 sol göz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən yumruqla və təpiklə bir neçə dəfə vuraraq ona sol göz altında qançır, alt çənədə, boyunda, kürək nahiyədə, sol bazuda və sağ dirsək oynaqda sıyrıqlar xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq cinayətini törətmiş, cinayət törətməkdə iştirakı olmayan şəxslər tərəfindən ayrıldıqdan sonra Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirərək təkrarən Qax rayonu, Qıpçaq kənd sakini X7 qarşı zor tətbiq edərək Nicat Osmanlının sol göz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən yumruqla və təpiklə bir neçə dəfə vuraraq ona alnında və sağ gözaltında qançırlar xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə təkrar xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, 15 iyun 2023-cü il tarixdə, təxminən saat 18 radələrində yaşadığı Qax rayonu, İngiloy Kötüklü kəndində yolun kənarında ona məxsus olan “Opel” markalı, **-RX-*** nömrəli avtomobili ilə dayanan zaman adı yadında qalmayan kənd sakinləri ona bir-neçə nəfər şəxsin yolun kənarı ilə getdiyini və onların ünvanlarına söyüş söydüklərini demişlər. Bundan sonra həmin şəxslər olan yerə getmiş, kimin söyüş söydüyünü soruşmuşdur. Həmin şəxslərdən adı sonradan ona məlum olan və sonradan tanıdığı Elvin özünün söydüyünü demişdir. Elvindən nə üçün söyüş söydüyünü soruşduqda yaxşı etdiyini demişdir. Bundan sonra Elvinə hücum edərək onun sol göz nahiyəsinə 1 dəfə yumruqla vurmuşdur. Elvin bundan sonra onun sağ göz nahiyəsinə yumruq vurmuş, aralarında dava düşmüşdür. Dava zamanı o da Elvinin bədəninin müxtəlif nahiyələrindən təpiklə və yumruqla vurub ona xəsarət yetirmiş və yerə yıxmışdır. Elvini yerə yıxdıqdan sonra isə orada olan adını bilmədiyi şəxslər onları ayırmışlar. Bundan sonra təkrar olaraq Elvinin yanında olan adı sonradan ona məlum olan və sonradan tanıdığı Nicat adlı şəxsin üzərinə hücum edib onun sifət nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən təpiklə və yumruqla vurub ona xəsarət yetirmiş, daha sonra orada olan şəxslər və oraya gələn adları yadında qalmayan kənd sakinləri onları ayırmışlar. O, oradan uzaqlaşıb çıxıb getmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Nicat Osmanlıdan üzr istəyərək onlarla barışmışdır. Elvinlə Nicat da onu bağışlamışlar. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışdığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 15 iyun 2023-cü il tarixdə, təxminən saat 18 radələrində dostları Eltun, Məhəmməd, Nicat və Məhəmmədin tanımadığı tanışları adları sonradan ona məlum olan Əkrəm, Nəzir, Nurəddin, Vəli ilə birlikdə Qax rayonu, Qaratala kəndinə hovuza çimməyə getmişlər. Hovuzda çimdikdən sonra Qax rayonu, Qıpçaq kəndinə qayıtmaq istəmiş, Qax rayonu, İngiloy-Kötüklü kəndi ilə piyada hərəkət edib öz kəndinə getmişlər. Qax rayonu, İngiloy Kötüklü kəndində yolun kənarı ilə gedən zaman motosikletlə yolda hərəkət edən 2 nəfər şəxs onların yanından bir-neçə dəfə gedib-gələrək onlara sataşmışlar. Həmin şəxslərdən nə üçün belə etdiklərini soruşduqda yaxşı etdiklərini bildirmişlər. Həmin şəxslərlə aralarında sözlə mübahisə yaranmış, onlar sayca çox olduqları üçün həmin şəxslər çıxıb getmişlər. Onlar da öz yoluna davam etmişlər. Bir qədər getdikdən sonra Qax rayonu, İngiloy Kötüklü kəndində yolda “Opel” markalı, nömrəsi yadında qalmayan avtomobil onların qarşısını kəsmiş, avtomobildən bir-neçə nəfər şəxs düşmüşlər. Həmin şəxslərdən biri, adını sonradan bildiyi və tanıdığı Berdiya ona “kim söyüş söyüb” demiş, həmin şəxsə söyüş söymədiyini demişdir. Bu zaman Berdiya onun üzərinə hücum edərək onun sol göz nahiyəsindən yumruq vurmuş, o da Berdiyanın sağ göz nahiyəsinə yumruq vurmuş, Berdiya onun bədəninin müxtəlif nahiyələrindən təpiklə və yumruqla vurub ona xəsarət yetirmişdir. Bundan sonra onları ayırmışlar. Daha sonra Berdiya Nicatın üzərinə hücum edib onun sifət nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən təpiklə və yumruqla vurub ona xəsarət yetirmiş, daha sonra orada olan şəxslər və oraya gələn adlarını bilmədiyi kənd sakinləri onları ayırmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da Berdiyanı bağışlayaraq onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində göstərdi ki, 15 iyun 2023-cü il tarixdə, təxminən saat 16 radələrində dostları Eltun, Məhəmməd, Elvin və Məhəmmədin tanımadığı tanışları adları sonradan ona məlum olan Əkrəm, Nəzir, Nurəddin, Vəli ilə birlikdə Qax rayonu, Qaratala kəndinə hovuza çimməyə getmişlər. Hovuzda çimdikdən sonra Qax rayonu, Qıpçaq kəndinə qayıtmaq istəmiş, Qax rayonu, İngiloy-Kötüklü kəndi ilə piyada hərəkət edib öz kəndinə getmişlər. Qax rayonu, İngiloy Kötüklü kəndində yolun kənarı ilə gedən zaman motosikletlə yolda hərəkət edən 2 nəfər şəxs onların yanından bir-neçə dəfə gedib-gələrək onlara sataşmışlar. Elvin həmin şəxslərdən nə üçün belə etdiklərini soruşduqda yaxşı etdiklərini bildirmişlər. Elvinlə həmin şəxslər arasında sözlə mübahisə yaranmış, onlar sayca çox olduqları üçün həmin şəxslər çıxıb getmişlər. Onlar da öz yoluna davam etmişlər. Bir qədər getdikdən sonra Qax rayonu, İngiloy Kötüklü kəndində yolda “Opel” markalı, nömrəsi yadında qalmayan avtomobil onların qarşısını kəsmiş, avtomobildən bir-neçə nəfər şəxs düşmüşlər. Həmin şəxslərdən biri, adını sonradan bildiyi və tanıdığı Berdiya Elvinə “kim söyüş söyüb” demiş, Elvin həmin şəxsə söyüş söymədiyini demişdir. Bu zaman Berdiya Elvinin üzərinə hücum edərək onun sol göz nahiyəsindən yumruq vurmuş, Elvin də Berdiyanın sağ göz nahiyəsinə yumruq vurmuş, Berdiya Elvinin bədəninin müxtəlif nahiyələrindən təpiklə və yumruqla vurub ona xəsarət yetirmişdir. Bundan sonra Elvinlə Berdiyanı ayırmışlar. Daha sonra Berdiya onun üzərinə hücum edib onun sifət nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən təpiklə və yumruqla vurub ona xəsarət yetirmiş, o isə Berdiyanı vurmamış, ona xəsarət yetirməmişdir. Daha sonra orada olan şəxslər və oraya gələn adlarını bilmədiyi kənd sakinləri onları ayırmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da Berdiyanı bağışlayaraq onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 Müşfiq oğlu ifadəsində göstərdi ki, 15 iyun 2023-cü il tarixdə dostları Elvin, Eltun, Nicat, Əkrəm, Nəzir, Nurəddin və Vəli ilə birlikdə Qax rayonu, Qaratala kəndinə hovuza çimməyə getmişlər. Hovuzda çimdikdən sonra Qax rayonu, Qıpçaq kəndinə qayıtmaq üçün Qax rayonu, Kötüklü kəndində yolun kənarı ilə getmiş, həmin vaxtı motosikletlə yolda hərəkət edən 2 nəfər şəxs onların yanından bir neçə dəfə gedib-gələrək onlara sataşmışdır. Elvinin motosikleti sürən şəxsə niyə belə etdiyini soruşduqda aralarında mübahisə yaranmışdır. Həmin şəxslər onların sayca çox olduğunu görüb oradan getmişlər. Bir qədər getdikdən sonra yolda “Opel” markalı, nömrəsi yadında qalmayan avtomobil onların qarşısını kəsmiş, maşından bir-neçə nəfər şəxs düşmüşlər. Həmin şəxslərdən adının sonradan öyrəndiyi Berdiya kimin söyüş söydüyünü soruşduqda Elvinin Berdiyaya heç kimin söyüş söymədiyini bildirmişdir. Berdiya qəfildən Elvinin üzərinə hücum edib onunla dalaşmağa başlamış, Elvinin bədəninin müxtəlif nahiyələrindən yumruqla və təpiklə vurub xəsarət yetirmişdir. Elvin də həmçinin Berdiyanın göz nahiyəsinə yumruqla vurmuşdur. Orada olan şəxslərlə birlikdə Elvinlə Berdiyanı ayırmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahidlər Şahid2, X5, Şahid5 və Şahid6 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmişlər. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 65-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 91 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol gözaltında qançır, alt çənədə, boynunda, kürək nahiyəsində, sol bazuda və sağ dirsək oynağında sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni, xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür, sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşin 66-68-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 94 saylı rəyindən görünür ki, X6 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alnında və sağ gözaltında qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl və s.) təsirindən törənməsi mümkündür, sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. X2 adına tərtib edilmiş xəstəlik tarixində qeyd edilənlərə görə, nevropatoloqun müayinəsi zamanı xəstədə hər hansı bir nevroloji dəyişiklik aşkar edilməmişdir. İşin 167-170-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə, saat 18 radələrində Qax rayonu, İngiloy Kötüklü kəndinin mərkəzində ona qarşı zor tətbiq edərək sol göz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən yumruqla və təpiklə bir neçə dəfə vuraraq xəsarətlər yetirdiyini göstərmişdir. İşin 171-172-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X1 Berdiya Arçiloviçin 15 iyun 2023-cü il tarixdə, saat 18 radələrində Qax rayonu, İngiloy Kötüklü kəndinin mərkəzində onun sol göz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən yumruqla və təpiklə bir neçə dəfə vuraraq xəsarətlər yetirdiyini göstərmişdir. İşin 114-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX-dan daxil olmuş 05 iyul 2023-cü il tarixli, 6-50/2- 594/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Arçıloviç Qax RMX PHŞ-in Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyildir. İşin 80-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 138-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Əlibəyli kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayır. İşin 139-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Əlibəyli kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 162 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2022 müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən Müharibəsi” döyüşləri zamanı N №-li hərbi hissənin tərkibində dizelçi-elektrik vəzifəsində çalışmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş İ-7478 №-li medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısı və İ-16069 №-li medalın vəsiqəsinin surətindən görünür ki, “Cəbrayılın azad olunmasına görə”, 28 dekabr 2020-ci il tarixli vəsiqədən görünür ki, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif edilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisənin ümumi mənzərəsi və Təqsirləndirilən şəxs davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni təqsirləndirilən şəxs insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik-davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan mübahisə edərək zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında da nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməluni törətmiş, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibi vardır, həmin əməl Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Nicat Osmanlı ilə barışıq əldə etməsini CM-59.1.12,Vətən Müharibəsi iştirakçısı olmasını, medallarla təltif olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər cinayət törətməməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir. Onun əməlində cəzanı ağırlaşdıran halların olmaması bu nəticəyə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə islah işləri cəzasının təyin edilməsini, cəzasını iş yerində çəkməsini, cəzasının başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablanmasını, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanunu qüvvəyə minənədək dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar