Məhkəmə qərarları › İş №1(024)-58/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-58/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-58/2023 07.09.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs:Təqsirləndirilən şəxs-xx.xx.1982-ci ildə Qax rayonunun Tasmalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Qax rayonu Tasmalı kəndində pasport qeydiyyatında olan və orada yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən Qax rayonu Tasmalı kəndində yol kənarında yerləşən çayxananın qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydaları normalarına saymamazlıq göstərərək, ictimai qaydanı kobudcasına pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, həmkəndlisi Zərərçəkmiş şəxs həyətyanı torpaq sahəsinə baxdığını bəhanə edərək ilk öncə sonuncuya qarşı ucadan nalayiq söyüşlər söydükdən sonra onun sol gözünə qəsdən yumruqla bir dəfə zərbə vurmuş, daha sonra o xuliqanlıq hərəkətlərini davam etdirərək hadisə yerinin yanında olan bulaq başında əl-üzünu yuyan Zərərçəkmiş şəxs yaxınlaşıb ona qarşı bir daha nalayiq ifadələr işlədib təpiklə bədən nahiyəsinə vurub yerə yıxdıqdan sonra yerdə olarkən yumruqla zərbələr vuraraq sol göz ətrafında şişkinlik, hematoma, gözün ağlı qişasına qansızma, sol gözündə görmə itiliyinin 0.6-ya enməsi ilə müşaiyət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Əvvəllər aralarında yol üstündə mübahisələri olmuşdur. 17 avqust 2023-cü il tarixdə saat 20 radələrində evin həyətində olan zaman qonşuluqda yaşayan Mansur motosikletlə oradan keçəndə evinin həyətinə baxmış, onun bu hərəkəti xoşuna gəlmədiyi üçün onun arxasınca getmişdir. Mansurun Turalın çayxanasının qarşısında dayandığını görüb ona yaxınlaşıb ondan həyətinə baxmağının səbəbini soruşmuş, Mansur da pis niyyətlə baxmadığını demişdir. Özü də ona nalayiq ifadələr işlətdikdən sonra Mansurun yaxasından tutmuş və araya həmkəndliləri girib onları aralamışdır. Lakin Mansura yaxınlaşıb sifətinə yumruqla zərbə vurmuş və bu zaman yenə onları ayırmışlar. Həmin vaxtı Mansur həyətinə yenə baxacağını deyib əl-üzünü yumaq üçün bulağın başına getmişdir. Onun yanına gedib elə bir söz işlətməsinin səbəbini soruşduqdan sonra ilk öncə dizi ilə qarın boşluğuna vurmuş, daha sonra isə Mansur yerə yıxılmış və yerdə də ona bir neçə dəfə yumruqla bədəninə vuran zaman yenə onları ayırmışlar. Həmin vaxtı o ünvanına nalayiq ifadələr işlətdiyi üçün özü də onu söymüş və ara sakitləşdiyi üçün çıxıb evinə getmişdir. Hadisə çayxananın qarşısında küçədə baş vermiş, həmin vaxtı orada bir neçə nəfər həmkəndliləri olmuş, hadisə zamanı çox əsəbi olduğundan kimlər olduğu və kimlərin ayırdığı yadında qalmamışdır. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmışdır. Mansur da onu bağışlamışdır. Hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmasa da yol üstündə mübahisələri olmuşdur. 17 avqust 2023-cü il tarixdə saat 20 radələrində özünə məxsus motosikletlə kəndin içərisindən keçərkən arxaya baxan zaman Təqsirləndirilən şəxs həyətinə baxıb keçmişdir. Motosikleti sürüb çayxanasının qarşısında dayanan zaman Elşən yanına gəlmiş və ondan məhləsinə baxmağının səbəbini soruşmuşdur. Özü də təsadüfən baxdığını və pis niyyəti olmadığını demişdir. Lakin Elşən anidən yumruğu ilə sol gözünə vurmuş, bundan sonra özü arxaya çəkilmiş və çayxanada olan həmkəndliləri araya girib onları aralayan zaman ünvanına nalayiq ifadələr işlətmişdir. Ona etirazını bildirəndə Elşən nalayiq söyüşlər söymüşdür. Kənara çəkilib bulaq başına yuyunmağa getmişdir. Təzəcə yuyunmağa başlayan zaman Elşən yanına gəlib təpiklə ayağına vurub onu yerə yıxmış və yerdə də yumruqlarla bədəninə vurmuşdur. Bu zaman yenə həmkəndliləri yanlarına gəlib onları ayırmışlar. Elşən aralanıb bir daha ucadan ünvanına nalayiq ifadələr işlətmişdir. Özü orada dayanmayıb çıxıb evinə getmişdir. Hadisə 10-15 dəqiqə davam etmiş, hadisə yerinə çoxlu sayda insanlar toplaşmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da Elşəni bağışlayaraq onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qax rayonu Tasmalı kəndində yerləşən Tural Masıyevə məxsus çayxanada işləyir. 17 avqust 2023-cü il tarixdə saat 20 radələrində çayxanada olan zaman Mansur içəriyə girmiş, aradan 2-3 dəqiqə sonra Elşən gəlmiş və onlar çayxananın qarşısında söhbət edən zaman Elşən yumruqla Mansurun sifətinə vurmuş və tez onlara yaxınlaşıb ayırmışdır. Bu zaman müdiri Tural da yaxınlaşıb onlara çıxıb getməsini demişdir. Onlar aralaşıb yaxınlıqda bulaq tərəfə getmişlər. Mansur üz-gözünün qanını bulaq başında yuyan zaman Elşən ona yaxınlaşıb onun bədəninə vurub yerə yıxıb yerdə onu döyməyə başlayanda yaxınlıqdakı həmkəndliləri onları aralaşdırmışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, ətrafda insanlar toplaşmış, ancaq kimlər olduğu yadında qalmamışdır. Elşən həmin vaxtı Mansura qarşı nalayiq sözlər demişdir. Məhkəmə iclasında şahid X3 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 11-12-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 140 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol göz ətrafında şişkinlik, hematoma, gözün ağlı qişasına qansızma, sol gözündə görmə itiliyinin 0.6-ya enməsi - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sol göz nahiyəsinə yumruqla vurulma nəticəsində törənməsi mümkündür və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin 29-30-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçrilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 20 radələrində Qax rayonu Tasmalı kəndində yol kənarında yerləşən çayxananın qarşısında Zərərçəkmiş şəxs həyətyanı torpaq sahəsinə baxdığını bəhanə edərək ilk öncə sonuncuya qarşı ucadan nalayiq söyüşlər söydükdən sonra onun sol gözünə qəsdən yumruqla bir dəfə zərbə vurmuş, daha sonra o xuliqanlıq hərəkətlərini davam etdirərək hadisə yerinin yanında olan bulaq başında əl-üzünu yuyan Zərərçəkmiş şəxs yaxınlaşıb ona qarşı bir daha nalayiq ifadələr işlədib təpiklə bədən nahiyəsinə vurub yerə yıxdıqdan sonra yerdə olarkən yumruqla zərbələr vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etdiyini göstərmişdir. İşin 60-61-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ İdarəsinin verdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 43-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Qax RİHB-nın Tasmalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 490 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Tasmalı kəndində yaşayır və onun ailə tərkibi onun özündən, arvadı X1, oğlu xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü qızı X4 ibarətdir. İşin 44-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİHB-nın Tasmalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisənin ümumi mənzərəsi və cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik-davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan mübahisə edərək zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında da nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzər alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində 1 (bir) nəfər azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanın növü və həddini müəyyən edərkən məhkəmə cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Sadələşdirilmiş icraat materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli tördən şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsas görmür. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldığı gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Hökmün icrası cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar