Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-6/2024 11.01.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 12:00-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1987-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, G.Əsədov küçəsi, ev 5-də qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməməkhaqqında iltizam qətimkan tədbiri seçilmiş. onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrini istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərvurmaya səbəb olan yol nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə saat 14 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonun Süskənd kəndi ərazisindən keçən 7-ci km-də etibarnamə əsasında idarə etdiyi BMW 528İ markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhərindən Zaqatala rayonu istiqamətində saatda 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hisəssinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən də hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada Zərərçəkmiş şəxs hər iki bazu sümüyünün cərrahi boynunun qapalı, yerdəyişmiş sınıqları və sol bazu oynağının çıxığı, sol incik sümüyünün qapalı, yerdəyişməyən sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmişcırılmış yarası, sağ gözyuvası ətrafı yumşaq toxumalarının hematoması və həmin gözün ağlı qişasına qansızma, sol bazunun və sol dirsək oynağı nahiyəsinin dərialtı hematomaları, üst çənədə sağdan İİ dişin tac hissəsinin hissəvi qopması və üst dodağın selikli qişasına qansızma, hər iki diz oynağı nahiyəsinin sıyrıqları, sol çiyin nahiyəsinin, hər iki əlin, sol budun, sağ diz oynağı nahiyəsinin qançırları ilə müşayiət edilən və sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Мəhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun sürücülük vəsiqəsi vardır. **-OM-*** nömrəli “BMW 528i” minik markalı avtomobil etibarnamə əsasında ona məxsusdur. 29 iyun 2023-cü il tarixdə saat 14 radələrində avtomobillə Qax rayonu Süskənd kəndi ərazisi ilə Balakən rayonu istiqamətində saatda 50-60 km sürətlə hərəkət etmiş, həmin vaxt bir nəfər şəxs qəfildən yola çıxmış, aralarında məsafə çox az olsa da əyləci basmış, lakin hadisənin qarşısına ala bilməmiş və həmin şəxsi vurmuşdur. Bundan sonra 103 xidmətinə zəng edib təcili tibbi yardım maşını çağırmış, həmin şəxsi xəstəxanaya yola salmışdır. Həmin şəxs Zərərçəkmiş şəxs olmuşdur. Hərəkətindən səmimi peşmandır. Zərərçəkmiş şəxsla razılıq əldə etmiş, onun müalicə xərcləri də daxil olmaqla ona dəyən maddi ziyanı ödəmişdir. Hərəktindən səmimi peşmandır. O, hərəkətindən peşman olmasını və zərərçəkmişlə şəxslə barışaraq razılıq əldə etməsini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 iyun 2023-cü il tarixdə saat 14 radələrində özünə məxsus “Mersedes E 240” markalı “**-KZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə ailə üzvləri-atası Məhərrəm, anası Firuzə, həyat yoldaşı Güllər və əmisi qızı Xanım ilə birlikdə Qax şəhərindən çıxıb Ləkit kəndinə qohumlarına qonaq getmişlər. Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən “Yeddi Bulaq” adlanan əraziyə çatan zaman idarə etdiyi avtomobili su doldurmaq üçün yolun üzü Ləkit kəndi istiqamətində sağ kənarına çıxarıb saxlamışdır. Avtomobilin yük yerindən su qabını götürüb su doldurmaq üçün yola çıxıb irəliləyən zaman Qax şəhəri istiqamətindən gələn “BMW” markalı avtomobil onu vurmuşdur. Bundan sonra onu təcili tibbi yardım avtomobili ilə Qax RMX-ya oradan da Bakı şəhərinə aparmışlar. Özünə gəldikdə Bakı şəhərində Neyrocərahiyə xəstəxanasında olduğunu görmüşdür. Bundan sonra onu “BMW” markalı avtomobillə vuran şəxsin Beyləqan rayon sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Hadisə zamanı hər iki qol, sol ayaq, baş, sol çiyin, diz, ağız nahiyələrindən xəsarət almışdır. O, məhkəmədə Təqsirləndirilən şəxs qarşı cəmi 12639 manat məbləğində mülki iddia qaldırmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, mülki iddiası İbatəd Nağıyev tərəfindən təmin edilmişdir. Onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. O, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 29 iyun 2023-cü il tarixdə saat 14 radələrində əri Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı avtomobillə Balakən rayonuna getmişlər. Avtomobildə özü və İbadət olmuşlar. Qax rayonu Süskənd kəndi ərazisi ilə saatda 50-60 km sürətlə hərəkətdə olarkən yolun sağ tərəfində əlində su qabı ilə bir nəfər onların yoluna çıxmış, İbadət əyləci basmış, lakin hadisənin qarşısını ala bilməmiş, həmin şəxsi vurmuşdur. Daha sonra Elnur adlı şəxsi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. 29 iyun 2023-cü il tarixdə saat 14 radələrində həyat Elnurun idarə etdiyi “Mersedes” markalı avtomobillə qaynatası Məhərrəm, qaynanası Firuzə və Elnurun əmisi qızı Xanım ilə birlikdə Qax şəhərindən çıxıb Ləkit kəndinə qohumlarına qonaq gedən zaman Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən “Yeddi Bulaq” adlanan ərazidə Elnur su doldurmaq üçün avtomobildən düşərək yolu keçmək istəmişdir. Bu zaman Qax şəhəri istiqamətindən gələn bir ədəd “BMW” markalı avtomobil Elnuru vurmuş və xəsarət almışdır. Elnuru əvvəllcə Qax RMX-ya sonra isə Bakı şəhərinə müalicəsini davam etdirmək üçün aparmışlar. Məhkəmə iclasında sahidlər Şahid2, Şahid5 və X1 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İşin 93-98-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş 29 iyun 2023-cü il tarixli 273 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışdır. İşin 5-9-cu vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə saat 14 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonunun Süskənd kəndi ərazisindən keçən 7-ci km-də etibarnamə əsasında idarə etdiyi BMW 528İ markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs vurmuşdur. İşin 52-56-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 278/MEŞ N-li məhkəmə-tibbi ekspertizasının rəyindən aşağıdakılar müəyyən edilmişdir:
1. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-hər iki bazu sümüyünün cərrahi boynunun qapalı, yerdəyişmiş sınıqları və sol bazu oynağının çıxığı, sol incik sümüyünün qapalı, yerdəyişməyən sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözyuvası ətrafı yumşaq toxumalarının hematoması və həmin gözün ağlı qişasına qansızma, sol bazunun və sol dirsək oynağı nahiyəsinin dərialtı hematomaları, üst çənədə sağdan İİ dişin tac hissəsinin hissəvi qopması və üst dodağın selikli qişasına qansızma, hər iki diz oynağı nahiyəsinin sıyrıqları, sol çiyin nahiyəsinin, hər iki əlin, sol budun, sağ diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Qax RMX-ya müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdilər.
2. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür.
3. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi onun müalicəsi tam başa çatdıqdan sonra, müalicəsi başa çatmadığı təqdirdə hadisə baş verən gündən (xx.xx.2023-cü il tarixdən) 120 gün keçdikdən sonra Zərərçəkmiş şəxs təkrar müayinəsi, instrumental müayinələr və travmatoloqun konsultasiyası keçirilməklə əlavə olaraq təyin ediləcəkdir. İşin 93-98-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 06/MEŞ Nli 278/MEŞ saylı rəyə əlavədən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-hər iki bazu sümüyünün cərrahi boynunun qapalı, yerdəyişmiş sınıqları və sol bazu oynağının çıxığı, sol incik sümüyünün qapalı, yerdəyişməyən sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözyuvası ətrafı yumşaq toxumalarının hematoması və həmin gözün ağlı qişasına qansızma, sol bazunun və sol dirsək oynağı nahiyəsinin dərialtı hematomaları, üst çənədə sağdan İİ dişin tac hissəsinin hissəvi qopması və üst dodağın selikli qişasına qansızma, hər iki diz oynağı nahiyəsinin sıyrıqları, sol çiyin nahiyəsinin, hər iki əlin, sol budun, sağ diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Qax RMX-ya müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvumaya aiddirlər.
2. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İşin 49-50-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 245 iyul 2023-cü il tarixli 8/2041 saylı ekspertiza rəyindən görünür ki, məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2041 saylı rəyindən aşağıdakılar müəyyən edilmişdir: 1-2. “BMW 528İ” markalı, **-OM-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hisəssinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin 48-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 85 (səksən beş) manat təşkil edir. İşin 38-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Şəki RQİ və TB şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16-6/2-309/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin Ağcabədi Regional Qİ və TB şöbəsindən xx.xx.2023-cü il tarixdə “BC” kateqoriyalı AE 900076 nömrəli xx.xx.2023-cü il tarixədək müddəti olan sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin BDYPİ-nin mərkəzi informasiya sistemində hər hansı bir məlumat qeydə alınmamışdır. İşin 41-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 111-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş maddi sübutun tanınması və cinayət işinə əlavə edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “BMW 528İ” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. İşin 113-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs imzaladığı qəbzdən görünür ki, o “BMW 528İ” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili istintaq orqanından təhvil almışdır. İşin 33-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Beyləqan şəhər İHB-nın şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 1649 saylı arayışdan görünür ki, Nağıyev X8 şəhəri, G.Əsədov küçəsi, ev 5-də yaşayır, onun ailə tərkibi onun özündən, atası X5, anası X3, arvadı X4 və övladı X2 ibarətdir. İşin 34-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Beyləqan şəhər İHB-nın şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 31-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş AZ-İV № 481939 nömrəli doğum haqqında şəhadətnanmənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə doğulmuşdur. İşin 32-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş AZ-İV № 419698 nömrəli doğum haqqında şəhadətnanmənin surətindən görünür ki, X9 xx.xx.2019-cu ildə doğulmuşdur. İşin 143-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Beyləqan RMX-nın PHŞ-in verdiyi xx.xx.2023-cü il tarixli 18-1- 29/2-1179/2023 saylı məktubdan görünür ki, Nağıyev X8 RMX-nın narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 346cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərərvurmaya görə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1-ci mаddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəmə iclаsındа Təqsirləndirilən şəxs оğlu Zərərçəkmiş şəxs ilə bаrışdığını, ona dəymiş zərəri aradan qaldırdığını, zərərçəkmiş şəxsin оndаn heç bir tələbi və şikаyəti оlmаdığını göstərərək bаrəsində оlаn məhkəməyədək sаdələşdirilmiş icrааt mаteriаlı üzrə cinаyət təqibinə xitаm verilməsini, cinayət məsuliyyətindən azad edilməsini xаhiş etdi və bu bаrədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs оğlu ilə bаrışdığını, təqsirləndirilən şəxsdən heç bir tələbi və şikаyəti оlmаdığını bildirərək Təqsirləndirilən şəxs оğlunun bаrəsində оlаn cinayət işi üzrə cinаyət təqibinə xitаm verilməsini xаhiş etdi və bu bаrədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası CM-in 263cü maddəsinin “Qeyd” hissəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Məhkəmə Təqsirləndirilən şəxs оğlunun məhkumluğunun olmamasını, Zərərçəkmiş şəxs ilə bаrışdıqlаrını və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı tamamilə ödədiyini nəzərə аlаrаq hesаb edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində Аzərbаycаn Respublikаsı CM-nin 263.1-ci mаddəsi ilə olan cinayət təqibinə CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin tələbinə əsasən xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “BMW 528İ” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyi üçün iş üzrə mülki iddiaya xitam verilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yоxdur. Yuxаrıdа göstərilənlərə əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı CPM-nin 40.2.2, 43.3, 321.2.1, 347 və 384.1-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
Qərаrааldı:
Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Respublikаsı CM-nin 263.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dаir cinayət işi üzrə cinаyət təqibinə həmin Məcəllənin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitаm verilsin və о cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə hər biri 85 (səksən beş) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “BMW 528İ” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı sahibinə qaytarılması nəzərə alınsın. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyi üçün iş üzrə mülki iddiaya xitam verilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yоxdur. Qərаrdаn elаn оlunduğu аndаn 20 gün müddətində Qax Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və аpellyаsiyа prоtesti verilə bilər. Qərardan göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün qərar qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.