Məhkəmə qərarları › İş №1(024)-6/2025

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-6/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-6/2025 13.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Dövlət ittihamçısı, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Şəki şəhərində doğulmuş,evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvandaqeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Q.Məmmədov küçəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş -Kərimova Dilbər Həsən qızının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Qax rayonu, Qaxbaş kənd sakini Zərərçəkmiş şəxs iş elanı adı ilə aldadaraq onlayn şəkildə sosial şəbəkədə internet üzərindən məhsul satışı reklamını həyata keçirib müəyyən tapşırıqları yerinə yetirməklə əlavə gəlir əldə edəcəyinə inandırıb aldatmaqla etibarından sui-istifadə etmək yolu ilə Zərərçəkmiş şəxs istifadəsində olan «***-***-**-**» №li mobil nömrənin M10 hesabından özünə məxsus istifadəsində olan «***-***-**-**» №li mobil nömrənin M10 hesabına 25 iyun 2024-cü il tarixdə, saat 18:04 dəqiqədə göndərdiyi 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 18:58 dəqiqədə göndərdiyi 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:26 dəqiqədə göndərdiyi 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:33 dəqiqədə göndərdiyi 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:44 dəqiqədə göndərdiyi 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:50 dəqiqədə göndərdiyi 49 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:54 dəqiqədə göndərdiyi 79 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:59 dəqiqədə göndərdiyi 132 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:07 dəqiqədə göndərdiyi 244 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:13 dəqiqədə göndərdiyi 184 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:18 dəqiqədə göndərdiyi 283 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:22 dəqiqədə göndərdiyi 552 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:33 dəqiqədə göndərdiyi 786 manat, 25 iyun 2024-cü il tarixdə, saat 21:03 dəqiqədə göndərdiyi 630 manat, 25 iyun 2024-cü il tarixdə, saat 21:22 dəqiqədə göndərdiyi 1.267 manat və 25 iyun 2024-cü il tarixdə, saat 22:09 dəqiqədə göndərdiyi 500 manat pulu ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs 4.806 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməli törətmişdir. Lakin bu əməli imkansızlıqdan törətmişdir. ***-***-**-** saylı mobil nömrə və ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuşdur. Ona o qədər pul verilməyib. Maddi ziyanı ödəməyə maddi imkanı yoxdur. Əməlinə düzgün qiymət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cəmiyyəti 6 saylı X4 sahəsində su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işəyir. 25 iyun 2024-cü il tarixdə istifadəsində olan «***-***-**-**» №li mobil nömrəsini istifadə etdiyi «Samsung A52» markalı mobil telefonun ekranına onlayn iş elanı gəlmişdir. Bundan sonra həmin elana daxil olmuşdur. Elana daxil olan zaman orada olan «+228-70-02-74-09» №li mobil nömrə ilə whatsapp vasitəsilə əlaqə saxlamışdır. Həmin mobil nömrəyə whatsapp vasitəsilə yazaraq iş elanı barədə soruşmuşdur. Bundan sonra həmin mobil nömrədən yazan tanımadığı şəxsin ona mesaj yazaraq bu elanın gəlir imkanı əldə etdiyini, 20-30 dəqiqə ərzində 50-500 manat arası pul qazana biləcəyini dediyini bildirmişdir. Həmin şəxsə ona bu işi ətraflı izah etməsini demişdir, ona bu işin onlayn internet üzərində məhsulları reklam etmək olduğunu, məhsullar satılarsa əlavə gəlir əldə edəcəyini bildirmişdir. Daha sonra həmin şəxs əgər razısansa, ona sayt göndərəcəyini, həmin sayta daxil olub qeydiyyatdan keçməsini demişdir. Həmin şəxsdən bu işin yalan olub-olmadığını soruşmuşdur. Həmin şəxs bu işin yalan olmadığını bildirmişdir. Həmin şəxsə inanmış və razılaşmışdır. Bundan sonra həmin nömrədən ona https: /www. wildberriesmall.bond/#/ adlı sayt gəlmişdir. Həmin şəxs ona sayta daxil olub qeydiyyatdan keçməsini, tapşırıq yerinə yetirəcəyini və pul qazanacağını bildirmişdir. Sayta daxil olub qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçdikdən sonra qarşısına tapşırıq gəlmişdir. Tapşırıq 5 mərhələdən ibarət olmuşdur. Həmin tapşırıqdan keçməyə başlamışdır. Tapşırıqdan heç nə başa düşməmişdir. Oradan ekrana müəyyən sifarişlər gəlmiş və həmin sifarişlərdən keçmişdir. Bu işdən başı çıxmadığından həmin şəxs ona həmin sifarişlərlə bağlı şəkilləri skrin edib ona göndərmiş və hansı düyməyə basmalı olduğunu demişdir. Həmin şəxsin dediklərini etmişdir. Həmin şəxs ona «***-***-**-**» №li mobil nömrəni göndərib həmin nömrənin M10 hesabına 20 manat pul vurmasını demişdir. Həmin nömrənin M10 hesabına öz istifadəsində olan «***-***-**-**» №li mobil nömrəsindən 20 manat pul vurmuşdur. Həmin şəxs ona biraz sonra 28 manat manat pul qazandığını, ona kart hesabı göndərməsini və pulu karta vuracağını demişdir. Həmin şəxsə özünə məxsus Kapital Banka aid «4169 7388 1037 8525» №li kart hesabı göndərmiş, həmin şəxsdə 28 manat pulu karta göndərmişdir. Bundan sonra həmin şəxsə daha da inanmışdır. Bir az sonra həmin şəxsin ona mesaj yazaraq 2-ci tapşırığın yerinə yetirilməsi və pul qazanmasını demişdir. Bundan sonra 2-ci tapşırıqdan keçməyə başlamışdır. Həmin tapşırıqda ekrana müəyyən sifarişlər gəlmiş və həmin sifarişlərdən keçməyə başlamışdır. Şəxs ona «***-***-**-**» №li mobil nömrəni göndərib həmin nömrənin «M10» hesabına 20 manat pul pul vurmasını demişdir. Nömrənin «M10» hesabına öz istifadəsində olan «***-***-**-**» №li mobil nömrəsindən 20 manat pul vurmuşdur. Ona hər sifarişi yerinə yetirən zaman «***-***-**-**» №li saylı mobil nömrənin M10 hesabına pul vurmasını, pulun isə artacağını, əlavə gəlir əldə edəcəyini bildirmişdir. O da inanıb onun dediklərini etmişdir. «***-***-**-**» №li mobil nömrəsində pul olmadığından özünə məxsus «Kapital Banka» aid «4169 7388 1037 8525» №li kart hesabından öz nömrəsinə pul vurmuşdur. Daha sonra həmin pulu hissə-hissə «***-***-**-**» №li mobil nömrənin «M10» hesabına göndərmişdir. Sifarişləri yerinə yetirə-yetirə «***-***-**-**» №li mobil nömrənin «M10» hesabına 25 iyun 2024-cü il tarixdə hissə- hissə olmaqla ümumilikdə 4.806 manat pul göndərmişdiur. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 4.806 manat pulunu geri istəmişdir. Lakin Təqsirləndirilən şəxs onu aldatmış, 4.806 manat pulunu qaytarmamış və əlavə olaraq ondan 1.800 manat pul göndərməsini istəmişdir. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 avqust 2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan "xxxx" MMC-dən Qax RPŞ-yə daxil olmuş 24 iyul 2024-cü il tarixli, PPO-LEG/1147/2024 №li məktubdan görünür ki, +**********18 nömrəli «m 10» istifadəçisi tərəfindən 25 iyun 2024-cü il tarixində aparılmış maliyyə əməliyyatlarına dair çıxarış məktuba əlavə olunmuş, +**********18 №li «m 10» istifadəçisinin ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daxil olmuş məktubda "xxxx" MMC-yə məxsus bankomatlar olmadığı üçün pulu nağdlaşdıran şəxsin şəxsiyyəti, foto görüntüləri və həmin pulun çıxarıldığı bankomatın ünvanı barədə rəsmi məlumatın olmadığı göstərilmişdir. Məktuba əlavə edilmiş maliyyə əməliyyatlarında dair çıxarışda Zərərçəkmiş şəxs istifadəsində olan «***-***-**-**» №li mobil nömrənin M10 hesabından Təqsirləndirilən şəxs istifadəsində olan «***-***-**-**» №li mobil nömrənin M10 hesabına 25 iyun 2024-cü il tarixdə, saat 18:04 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 18:58 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:26 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:33 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:44 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:50 dəqiqədə 49 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:54 dəqiqədə 79 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:59 dəqiqədə 132 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:07 dəqiqədə 244 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:13 dəqiqədə 184 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:18 dəqiqədə 283 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:22 dəqiqədə 552 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:33 dəqiqədə 786 manat, 25 iyun 2024-cü il tarixdə, saat 21:03 dəqiqədə 630 manat, 25 iyun 2024-cü il tarixdə, saat 21:22 dəqiqədə 1.267 manat və 25 iyun 2024-cü il tarixdə, saat 22:09 dəqiqədə 500 manat pul köçürülməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Şəki Rayon Mərkəzi Xəstəxanası» X2 Qax RPŞ-yə daxil olmuş 28 avqust 2024-cü il tarixli, 18- 1-71/2-1252/2024 №li məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx xxxxxx 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki RMX PHŞ-in Poliklinika şöbəsinin Narkoloji və Psixiatrik kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan 16 (on altı) ədəd ödəmə qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan «***-***-**-**» №li mobil nömrənin M10 hesabından Təqsirləndirilən şəxs istifadəsində olan «***-***-**-**» №li mobil nömrənin M10 hesabına 25 iyun 2024-cü il tarixdə, saat 18:04 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 18:58 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:26 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:33 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:44 dəqiqədə 20 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:50 dəqiqədə 49 manat, 25 iyun 2024- cü il tarixdə, saat 19:54 dəqiqədə 79 manat, 25 iyun 2024-cü il tarixdə, saat 19:59 dəqiqədə 132 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:07 dəqiqədə 244 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:13 dəqiqədə 184 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:18 dəqiqədə 283 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:22 dəqiqədə 552 manat, 25 iyun 2024-cü il tarixdə, saat 20:33 dəqiqədə 786 manat, 25 iyun 2024-cü il tarixdə, saat 21:03 dəqiqədə 630 manat, 25 iyun 2024-cü il tarixdə, saat 21:22 dəqiqədə 1.267 manat və 25 iyun 2024-cü il tarixdə, saat 22:09 dəqiqədə 500 manat pul göndərilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxsin ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən-dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ibtidai istintaq dövründə 300 manat ziyan ödəməsini, «bu barədə qəbz cinayət işinin materiallarına əlavə edilmişdir) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza təyin olunarkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətin göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara diqqət yetirilməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət işinin materiallarında olan 12 noyabr 2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 noyabr 2024-cü il tarixdə tutulmuş və bu barədə protokol tərtib edilmişdir (səh.,99). Cinayət işinin materiallarında olan 01 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,93). Qax Rayon Məhkəməsinin 4(024)34/2024 №li, 14 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh., 131). Cinayət işinin materiallarında olan 14 noyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,139). Cinayət işinin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 4(107)99/2024 №li, 18 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Qax Rayon Məhkəməsinin 4(024)34/2024 №li, 14 noyabr 2024-cü il tarixli qərarı apellyasiya protestinə münasibətdə təmin edilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü, ibtidai istintaq dövründə 300 manat ziyan ödəməsini (bu barədə qəbz iş materiallarına əlavə edilmiş) və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 5 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdən,14 noyabr 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut olan 16 ədəd qəbz cinayət işinin materialları arasında saxlanmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs X1 Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdən,14 noyabr 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdəolduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «01» (bir) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəki şəhəri İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 5 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Maddi sübut olan 16 ədəd qəbz cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar