Məhkəmə qərarları › İş №1(024)-60/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-60/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-60/2024 19.12.2024 QAX RAYON MƏHKƏMƏSİ saat 12:30-da Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Qax rayonu Güllük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əlilliyi olmayan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qax rayonu Güllük kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 27 noyabr 2024-cü il tarixə keçən gecə saat 24 radələrində Qax rayonu Güllük kəndindəki fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlər barəsində atası Şahid şikayətlənməsi səbəbindən aralarında yaranmış ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ilk öncə qəsdən baş nahiyəsinə iki dəfə yumruqla vurduqdan sonra stolun üzərində olan ütünü ona tərəf qəsdən ataraq ütünün sonuncunun başına dəyməsi nəticəsində ona sol alın-təpə nahiyəsində əzilmiş-cırılmış yara ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Leyla ilə faktiki olaraq ailə qurmuş, lakin rəsmi nikaha daxil olmamışlar. Hadisə 27 noyabr 2024-cü il tarixdə, gecə saat təxminən 12 radələrində baş vermişdir. xx.xx.2024-cü il tarixdə araq içib sərxoş olmuş, xx.xx.2024-cü il tarixə keçən gecə saat 00:20 radələrində içmək üçün araq axtarmışdır. Araqları hara qoyduğunu arvadı Leyladan soruşduqda Leyla otağı tərk edərək birinci mərtəbədə yaşayan atasına şikayət etmişdir. Ona görə də əsəbləşərək iki dəfə onun başına yumruqla vurmuş və ütü atmışdır. Ütü Leylanın başına dəymişdir. Təqsirini etiraf edir. Hazırda əməlindən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslə barışmışdır. Zərəçəkmiş şəxsə dəymiş bütün ziyanı ödəmişdir. Zərəçəkmişin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat işi materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə 27 noyabr 2024-cü il tarixdə saat 00-01 radələrində baş vermişdir. Asif həmin gün spirtli içki qəbul etmişdir. O, yorğun olduğu üçün evdə yatmışdır. Övladı Asifə anasının araq şüşəsindəki arağı yerə boşaltdığını demişdir. Asif də onu yuxudan oyadaraq onun araq şüşəsini nə üçün boşaltdığını soruşmuşdur. O, isə digər otağa keçmiş, Asif onu oradan da qovmuşdur. Bundan sonra aşağı düşmüş, Asif ona iki dəfə divanın yanında, iki dəfə isə qayınatasının yanında vurmuşdur. Bundan sonra isə ütü stolunun üstündən ütünü götürərək onun başına atmışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid təhqiqat orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qax rayonu Güllük kəndində yaşayır. Zərərçəkmiş şəxs onun gəlindir. O, oğlu Asif ilə 6 ildir ki, evlidir və bir övladları var. Rəsmi nikahları yoxdur. Hər ailədə olduğu kimi onların ailəsində də söz-söhbətlər olur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında oğlu Asif evdə oturub yemək yeyib araq içmişdir. O isə işdən gəlib yorğun olduğu üçün aşağı evə keçib orada yatmışdır. Gecə saatlarında səsə ayılmış, Asif və Leylanın mübahisə etdiyini eşitmişdir. Bu zaman nə baş verdiyini soruşanda Asifin sərxoş olduğunu görmüşdür. Həmin vaxt Leyla Asifin onu yatmağa imkan vermədiyini, yenə araq axtardığını bildirərək onu başa salmasını xahiş etmişdir. O, Asifi başa salmağa çalışsa da o ailəsinə qarışmamasını demişdir. Bu zaman Asif Leylanın üstünə gedib başına yumruq vurmuşdur. O araya girib Asifi kənarlaşdırmış, lakin Asif sakitləşməyib ütü stolunun üzərində olan ütünü götürüb Leylaya tərəf atmışdır. Ütü onun başına dəymiş və başından qan gəlməyə başlamışdır. Həmin anda başı yarılmışdır. Leyla başına dəsmal qoymuş və 102 xidmətinə zəng edib polis çağırmışdır. Polislər gəlib ondan ərizə alıb Asifi polisə dəvət edib aparıb getmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması və icraata qəbul edilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkib əlamətləri olduğundan HK-1/724 nömrəli material üzrə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞnin Qax Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 146 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sol alın-təpə nahiyəsində əzilmiş-cırılmış yara bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Qax RMX PHŞ-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi PHŞ Qax rayon X2 Hüquq Şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-50/2-1372/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Qax RİHB-nın Güllük kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 408 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Güllük kəndində qeydiyyatda olmaqla yaşayır. Qax RİHB-nın Güllük kənd İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı, ona dəymiş ziyanı tam ödədiyi üçün barəsin olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışdığı və ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyi üçün cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək göstərdi ki, Zərərçəkmiş şəxs döymüşdür. Təqsirini etiraf edir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəməyini və onunla barışmağını nəzərə alaraq barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan qərar elan olunduğu andan (həbsdə olan şəxs rəsmi qaydada aldığı andan) 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün qərar qаnuni qüvvəyə minir. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar