Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-61/2023 05.10.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və tərcüməçi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: X8–xx.xx.1978-ci ildə Qax rayonu, Qax-İngiloy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli,işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs X8 qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda əkmiş, yetişdirmiş və kultivasiya etmişdir. Belə ki, X8 qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2022-ci ilin avqust ayında Qax rayonu, Alatəmir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə yabanı halda bitmiş 1 ədəd narkotik tərkibli çətənə bitki kolunu qırıb yaşadığı evə gətirməklə saxlamış, həmin bitkini yaşadığı evin həyətində yerləşən mal tövləsində qurutmuş, daha sonra o, 2023-ci ilin aprel ayının əvvələrində qurutduğu narkotik tərkibli çətənə kolundan əldə etdiyi ümumilikdə 4 ədəd toxumdan 1-ni yaşadığı evin qarşısındakı gül toxumlarının içərisinə səpmiş, digər 3 ədəd toxumu isə yaşadığı evin həyətyanı sahəsindəki bostanda xiyar və pomidor şitillərinin arasına səpmiş, yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 10 avqust 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirəri zamanı sonuncunun yaşadığı evə baxış keçirilən zaman evin qarşısında yerləşən güllərin arasından 1 ədəd və evin həyətyanı sahəsindəki bostanda xiyar və pomidor bitkilərinin arasından isə 3 ədəd qanunsuz olaraq əkibbecərdiyi və xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda, yəni ümümi çəkisi 10 kq, 995,0 qram olan 220 sm-dən 360 sm-dək uzunluqda 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs X8 özünü CM-in 237.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının sonunda Alatəmir kəndinin yaxınlığınkı meşəlik ərazidən yabanı halda bitmiş 1 ədəd çətənə kolunu görmüşdür. Əvvəllər bir-neçə dəfə Gürcüstan Respublikasında olan zaman marixuanadan istifadə etdiyi üçün çətənə bitkisini tanıyır. Həmin çətənə kolundan əldə etdiyi toxumları 2023-cü ilin yayında yaşadığı evin həyətində əkərək, həmin toxumlardan bitən narkotik tərkibli bitkilərdən ağrıları olduğu üçün istifadə edəcəyini fikirləşmişdir. Həmin 1 ədəd çətənə kolunu yaşadığı evə aparıb evin həyətindəki tövlədə qurutmuş, ondan 4 ədəd toxum əldə etmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində isə 2022-ci ildə Qax rayonu Alatəmir kəndinin yaxınlığındakı meşəlik ərazidən yabanı halda bitmiş çətənə kolundan əldə etdiyi 4 ədəd toxumdan birini yaşadığı evin qarşısında sol tərəfdə əkdiyi gül toxumlarının içərisinə, digər 3 ədəd toxumu isə yaşadığı evin həyətyanı sahəsindəki bostanda xiyar və pomidor şitillərin arasında əkmişdir. Bir müddət sonra yaşadığı evin qarşısındakı sol tərəfdə əkdiyi gül bağçasının içərisindən 1 ədəd narkotik tərkibli bitki yetişmiş, yaşadığı evin qarşısındaki güllərə su verən zaman həmin 1 ədəd narkotik tərkibli bitkiyə və evin arxasında yerləşən bostandakı 3 ədəd narkotik tərkibli bitkilərə xiyar və pomidor şitillərinə qulluq edərkən su vermiş və qulluq etmişdir. Evin qarşısında gül bağçasının içərisində bitən 1 ədəd narkotik tərkibli bitkidən arada bir bədənində olan ağrılar üçün istifadə etmişdir. Əkdiyi narkotik-tərkibli bitkilərə aqro-texniki qaydada qulluq edərək mütəmadi olaraq sulamış, diblərini alaq otlarından təmizləmişdir. xx.xx.2023-cü il tarixdə Qax rayonu Əlibəyli kəndinin ərazisindən yaşadığı evə doğru gedən zamanı Qax RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə şübhəli olduğunu, Qax RPŞ-nə gedərək üzərinə şəxsi axtarış keçirəcəklərini demişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş, şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı yaşadığı evin həyətyanı sahəsində 1 ədəd çətənə bitkisinin, həmçinin yaşadığı evin bostanda xiyar və pomidor şitillərin arasında 3 ədəd çətənə bitkisini yetişdirdiyini etiraf etmişdir. Polis şöbəsində üstünə baxış keçirildikdən sonra RPŞ-nin əməkdaşları ilə birlikdə Qax rayonu Əlibəyli kəndindəki yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı yaşadığı 1 mərtəbəli evin sol tərəfində əkdiyi güllərin içərisindən 1 ədəd, evin həyətyanı sahəsində əkilmiş bostanda xiyar və pomidor şitillərin arasından 3 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin bitki kolları polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra bu barədə protokol tərtib edilmiş, özü və müdafiəçisi protokola imza etmişdir. Hazırda əməlindən çox peşman olmuşdur. Əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və qadın olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Qax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilidir. 10 avqust 2023-cü il tarixdə Qax rayonu, Əlibəyli kəndində yaşayan vətəndaş X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yaşadığı fərdi yaşayış evində narkotik xassəli çətənə bitkiləri əkibbecərməsi barədə əməliyyat məlumatının daxil olmuş, həmin məlumatın yoxlanılması, Liana Kasiaşvilinin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Qax rayonu, Əlibəyli kəndində yaşayan vətəndaş X2 cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirləri davam etmişdir. 10 avqust 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Qax rayonu, Əlibəyli kəndi ərazisində həmin kənd sakini Liana Kasiaşvili saxlanılaraq Qax RPŞnə gətirilmiş, bundan sonra X2 üstünə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqdsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edilmişdir. Şəxsi axtarış istintaq hərəkətini qeydə almaq üçün təhqiqatçı tərəfindən mütəxəssis dəvət edilmiş, sonra mütəxəssisin, vəkilin iştirakı ilə Liana Kasiaşvilinin üzərinə şəxsi axtarış keçirilmişdir. Liana Kasiaşvilinin üstünə keçirilən şəxsi axtarış zamanı saxladığı qeyri qanuni heç nə aşkar olunmamış, Liana Qax rayonu Əlibəyli kəndindəki evinin həyətyanı sahəsində yetişdirərək kultivasiya etdiyi narkotik tərkibli bitkilərin olduğunu bildirmiş, qeyd olunan faktın yoxlanılması məqsədilə ilə əməliyyat istintaq qrupunun üzvləri və mütəxəssis qismində dəvət olunmuş aqronom ilə birlikdə Liananın yaşadığı Qax rayonu, Əlibəyli kəndindəki evin həyətyanı sahəsinə gedilmişdir. Lianaya hər hansı bir tərkibində narkotik maddələri olan çətənə bitkiləri varsa həmin bitkiləri onlara təqdim etməsini təklif etmiş, Liana yaşadığı 1 mərtəbəli evin qarşısında sol tərəfdə gül-çiçək əkilən yerdə 1(bir) ədəd narkotik tərkibli bitkiyə bənzər bitki kolunu, sonra isə yaşadığı evin arxasında yerləşən bostanlıqda xiyar və pomidor şitillərin arasında 3(üç) ədəd narkotik tərkibli bitkiyə bənzər bitki kolunu onlara təqdim etmişdir. Lianadan aşkar olunan 4 (dörd) ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilərin kimə məxsus olduğunu soruşduqda Liana narkotik tərkibli bitkiyə bənzər 4 (dörd) ədəd bitkilərin ona məxsus olduğunu bildirmiş, mütəxəssis X9 həmin narkotik tərkibli bitkiyə bənzər 4 (dörd) ədəd bitkinin kollarını aqrotexniki qaydada qulluq olduğunu bildirmiş, 4 (dörd) ədəd bitki kollarının kökləri ilə birlikdə torpaqdan çıxartdıqdan sonra qablaşdırılıb şöbənin 108 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. X2 yaşadığı evin içərisində baxış keçirən zamanı oradan qeyri-qanuni narkotik tərkibli maddələr aşkar olunmamış, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmamış, özü və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 verdiyi ifadələrində Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Qax rayon Kənd Təsərrüfatı İdarəsində baş aqronom vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu Qax rayonu, Əlibəyli kəndinə baxış keçirilməsində aqronom kimi dəvət etmiş, birlikdə Qax rayonu, Əlibəyli kəndinə yollanmışlar. Polis əməkdaşları adı ona baxış zamanı məlum olan Qax rayonu, Əlibəyli kənd sakini X6 saxlamış, onun yaşadığı evin həyətyanı sahəsində hər hansı bir tərkibində narkotik maddələri olan çətənə bitkiləri varsa həmin bitkiləri onlara təqdim etməsini xahiş etmişlər. X1rı yaşadığı 1 mərtəbəli evin qarşısından sol tərəfdə gül-çiçək olan əraziyə aparmış, həmin güllükdə 1(bir) ədəd narkotik tərkibli bitkiyə bənzər bitki kolunu, sonra isə yaşadığı evin arxasında yerləşən bostanlığda xiyar və pomidor şitillərin arasında 3(üç) ədəd narkotik tərkibli bitkiyə bənzər bitki kolunu onlara təqdim etmişdir. Həmin aşkar olunan 4 (dörd) ədəd narkotik tərkibli bitkiyə bənzər bitkiləri Liana Kasiaşvilidən kimə məxsus olmasını soruşanda Liana narkotik tərkibli bitkiyə bənzər 4 (dörd) ədəd bitkilərin ona məxsus olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərdiyini bildirmişdir. Həmin narkotik tərkibli bitkiyə bənzər 4 (dörd) ədəd bitki kollarının kökləri ilə birlikdə torpaqdan çıxarılmış, qablaşdırılıb şöbənin 108 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Daha sonra bu barədə protokol yazılıb iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmamış özü və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da tam sübuta yetirilmişdir. İşin 54-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax Rayon Bitki Mühafizə Mərkəzinin baş aqronomu Şahid4 verdiyi rəydən görünür ki, Qax RPŞ-nin əməkdaşları tərəfindən X7 məxsus həyətyanı sahəsinə baxış keçirilən zaman onun həmin sahədə qanunsuz olaraq əkibbecərdiyi və xüsusi olaraq qulluq göstərdiyi 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kolları kökündən çıxarılaraq qablaşdırılmış və protokollaşdırılmışdır. Aşkar olunmuş şitillər ətrafları yumşaldılaraq kultivasiya edilmiş, onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 126-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmə-narkoloji ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 1440 N-li rəyindən görünür ki, X2 narkotik vasitə olan kannobinoidlərdən epizadik istifadə etmə hallar olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 64-65-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizasının 11 avqust 2023-cü il tarixli 17/601 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərində yapışdırılmış kağızda“ X4 Qax rayonu, Əlibəyli kəndində yaşadığı evin həyətində.... aşkar olunan 4 ədəd bitkilər” sözləri adlar və imzalar olan 03 (üç) ədəd sintetik kisələrin içərisindəki ümumilikdə 04 (dörd) ədəd uzunluqları 220 sm-dən 360 smdək yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 10 kq, 995,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşin 63-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 35.97 manatdır. İşin 51-53-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X2 yaşadığı evə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 03 ədəd sintetik torbanın içərisində 04(dörd) ədəd ümümi çəkisi 10 kq, 995, 0 qram olan 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üçün əhəmiyyət kəsb etdiyindən iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. İşin 122-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, X8 2022-ci ilin avqust ayında Qax rayonu, Alatəmir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə yabanı halda bitmiş 1 ədəd narkotik tərtkibli çətənə bitiki kolunu qırıb yaşadığı evə gətirdikdən sonra 2023-ci ilin aprel ayının əvvəllərində narkotik tərkibli çətənə kolunun 4 ədəd toxumlarının 1 ədədini yaşadığı evin qarşısındakı gül toxumlarnın içərisinə əkdiyi və digər 3 ədəd toxumu isə yaşadığı evin həyətyanı sahəsindəki bostanda xiyar və pomidor şitillərinin arasına səpdiyi, sonra isə aqrotexniki qulluq göstərdiyi yeri və şəraiti göstərmişdir. İşin 125-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 07 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 03 ədəd sintetik torbanın içərisində 04(dörd) ədəd ümümi çəkisi 10 kq, 995, 0 qram olan 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmışdır. İşin 17-18-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, X8 10 avqust 2023-cü il tarixdə saat 13:40-da tutulmuşdur. İşin 83-84-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” qərarından görünür ki, X8 12 avqust 2023-cü tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir İşin 109-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilmiş Qax RİHB-nın Əlibəyli kənd İƏD-sü üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, X8 Qax rayonu Əlibəyli kəndində qeydiyyatdadır. İşin 110-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Əlibəyli kənd İƏD-nin verdyi xasiyyətnamədən görünür ki, X8 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 202-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. İşin 104-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Qax RMX-da daxil olmuş xx.xx.2023-cü il tarixliPHŞ-6-5d2-783/2023 saylı məktubdan görünür ki, X8 Qax RMX-nın poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2№ li qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə-bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X2 əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, qadın olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X2 təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. X2 ibtidai istintaq zamanı 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023cü il tarixədək sübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olunduğu bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi dörd gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs X2 üzərinə yaşayış yeri olan Qax və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax rayonu Əlibəyli kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. X8 cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası X2 yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs X2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan, 03 ədəd sintetik torbanın içərisindəki 04 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, Liana Kasiaşvili yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxs Diana Kasiaşvilidən alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 354, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs X2 ibtidai istintaq zamanı 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Liana Kasiaşvilinin üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi alt) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. X2 üzərinə gün ərzində Qax və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Qax rayonunun yuxarı Əlibəyli kəndində yerləşən evinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X8 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Qax rayon polis şöbəsində saxlanılan, 03 ədəd sintetik torbanın içərisindəki 04 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat X5 alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Hökmün icrası təqsirləndirilən şəxs X2 yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-61/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-61/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver