Məhkəmə qərarları › İş №1(024)-62/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-62/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-62/2023 12.10.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 12:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1961-ci ildə Ağcabədi rayonu Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu Qaradağlı kəndində pasport qeydiyyatında olmaqla, faktiki Ağcabədi rayonu Sarıcalı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs еtibаrdаn sui-istifаdə еtmə və аldаtmа yоlu ilə özgənin əmlаkını ələ kеçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə ot biçən kənd təsərrüfatı texnikası almaq adı ilə Qax rayon sakini Zərərçəkmiş şəxs 10 mart 2023cü il tarixdə Qax rayonu Zəyəm kəndində yerləşən “milliÖn” aparatından ona məxsus Kapital Banka aid 4172 1153 3260 3745 nömrəli kart hesabına göndərdiyi 1850 (min səkkiz yüz əlli) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qax rayonu Zəyəm kənd sakini Elçini 4 ildir ki tanıyır. O, traktor ehtiyat hissələrinin və kənd təsərrüfatı texnikalarının alqı-satqısı ilə məşğul olur. Əvvəllər Elçinə kənd təsərrüfatı texnikası satmışdır. 2023-cü ilin mart ayında Elçin ona məxsus olan mobil nömrəyə zəng vuraraq ondan bir ədəd ot biçən və bir ədəd də ot toplayan kənd təsərrüfatı texnikası istəmiş, Elçinə həmin texnikanın özündə olduğunu bildirmişdir. Elçin ondan texnikanın qiymətinin neçəyə olmasını soruşduqda, 1850 manata olmasını bildirmiş, bundan sonra Elçin 10 mart 2023-cü il tarixdə ona məxsus olan 4172 1153 3260 3745 nömrəli kart hesabına 1850 manat pul göndərmiş, o da bundan sonra Elçinə söz verdiyi texnikaları göndərəcəyini demişdir. Bir-neçə gün sonra isə Elçinin vasitəsilə onun həmkəndlisi Qalib adlı şəxslə tanış olmuşdur. Qalib onunla mobil telefonla danışan zaman ondan otu biçmək üçün kənd təsərrüfatı texnikası istəmiş, Qalibə də onun istədiyi kənd təsərrüfatı texnikasının onda olmasını demişdir. Qalib həmin texnikanın neçəyə olması ilə maraqlanan zaman texnikanın 1870 manata olmasını demişdir. 24 mart 2023-cü il tarixdə Qalib ona məxsus olan 4172 1153 3260 3745 nömrəli kart hesabına 1870 manat pul göndərmiş, ona həmin texnikanı göndərəcəyinə söz vermişdir. 2023-cü ilin may ayında Elçin və Qalibin həmin texnikaları artıq istəmədiklərini pulları qaytarmalarını demiş, bundan sonra Elçin və Qalibə həmin pulları qaytaracağını demişdir. Bir-neçə gündən sonra Qalibə 1500 manat, şikayət edəndən sonra isə 370 manat pul göndərmiş, Elçinə isə onun adına olan texnikanı satandan sonra göndərəcəyini bildirmişdir. 2023-cü ilin iyul ayı ərzində Elçinə 400 və 500 manat olmaqla 900 manat pul ödəmiş, Elçin və Qalibdən aldığı pulları texnikaya xərcləmiş, onlar texnikalardan imtina etdikdən sonra başqa adamlara satmışdır. Hərəkətlərinə görə Zərərçəkmiş şəxs üzr istəyərək onlara vurduğu maddi ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, kənd təsərrüfatı ilə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs təxminən 4 ildir ki tanıyır. Cahidin əlaqə nömrəsini 4 il əvvəl internetdə elandan götürmüşdür. 2023-cü ilin mart ayında əkin sahəsində olan otu biçmək üçün Cahidlə əlaqə saxlamış, Cahid ona "xxxx"a məxsus kart nömrəsi göndərib karta 1850 manat pul vurmasını demiş, bundan sonra 10 mart 2023-cü il tarixdə Qax rayonu, Zəyəm kəndində yerləşən “milliÖn” aparatından Cahidin ona göndərdiyi "xxxx"a məxsus 4172 1153 3260 3745 saylı kart nömrəsinə 1850 manat pul göndərmişdir. Daha sonra Cahidlə əlaqə saxlamış, Cahid ona müxtəlif bəhanələr gətirərək kənd təsərrüfatı texnikasını gətirməmiş, 1850 manat pulunu aldadaraq ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi Elçinin vasitəsilə tanıyır. Cahidin əlaqə nömrəsini Elçindən götürmüşdür. Elçin ona Cahidin texnika satışı ilə məşğul olmasını demişdir. 2023-cü ilin mart ayında Cahidə məxsus olan mobil telefonla əlaqə saxlayaraq sahəsində olan otu biçmək üçün kənd təsərrüfatı texnikası lazım olmasını demiş, Cahid isə ona Kapital Banka məxsus kart nömrəsi göndərib karta 1870 manat pul vurmasını xahiş etmişdir. Bundan sonra 24 mart 2023-cü il tarixdə Cahidin ona göndərdiyi "xxxx"a məxsus 4172 1153 3260 3745 saylı karta oğlu Pərviz Seyidxanlının kartından 1870 manat pulu “Birbank” vasitəsilə göndərmiş, daha sonra Cahidlə əlaqə saxlamışdır. Cahidin ona müxtəlif bəhanələr gətirərək kənd təsərrüfatı texnikasını gətirməmiş, daha sonra Cahid onun pulunu tam qaytarsa da, Zərərçəkmiş şəxs aldığı pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidin ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin 80-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Ağcabədi rayon İHB-nın Sarıcalı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 38-40-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 06 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair materiala CPM-nin 40.3, CM-nin 73- 1.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair materiala CPM-nin 39.1.3-cü maddəsinə əsasən və xx.xx.2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsi tərəfindən CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair materiala CPM-nin 40.2, CM-nin 73.1-ci maddələrinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 49-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin 06 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, "xxxx" ASC-dən Qax RPŞ-yə daxil olmuş 01 sentyabr 2023-cü il tarixli, 157000/2-750 nömrəli məktub və 01 ədəd “DVD” diskinin maddi sübut kimi tanınıb cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. İşin 59-60-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ittiham elan edilməli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü ildə saat 17:15-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 77-78-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 16:50-də MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 85-87-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin 14 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 01 ədəd “DVD” diskin maddi sübut kimi cinayət işinə əlavə olunması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışsalar da, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin, onun barəsində olan materiala AR-sı CPM-nin 40.2, CM-nin 73.1-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edildiyi üçün CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən o cinayət məsuliyyətindən azad edilə bilməz. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxs heç bir vəzifəli şəxs deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxsnа cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngüləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxsnа təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hаllаrını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cinayət işi məhkəmənin icraatında olarkən tutulub həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və probasiya idarəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən Qax RPŞ-yə daxil olmuş 01 sentyabr 2023-cü il tarixli, 157000/2-750 nömrəli məktub və 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347- 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 26(iyirmi altı)gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Ağcabədu rayonu Sarıcalı kəndində yerləşən yaşayış yerinin hüdudlarını gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Ağcabədi rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən Qax RPŞ-yə daxil olmuş 01 sentyabr 2023-cü il tarixli, 157000/2-750 nömrəli məktub və 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar