Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-63/2023 23.11.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:40-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs–xx.xx.1992-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq 2023-cü ilin avqust ayında dəqiq günü yadında olmayan vaxtı Qax rayonu, Süskənd kəndi ərazisində gəzən zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarının üzərində olan yetişmiş hissələrini yığıb qurutmuş, daha sonra sellofan torbaya qablaşdırıb özünə məxsus olan “Tofaş Şahin” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ oturacağının alt hissəsində saxlayaraq daşımış, 15 sentyabr 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində idarə etdiyi “Tofaş Şahin” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun avtomobilinə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının alt hissəsindən 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 ədəd qırmızı rəngli sellofan torbada təmiz çəkisi 470 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Qax rayonu, Süskənd kəndi ərazisində gəzən zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarından yığaraq qurutduğu narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün üstündə daşımışdır. Marixuana tam qurumadığı üçün onu idarə etdiyi “Tofaş” markalı avtomoblində gəzdirmişdir. Hazırda əməlindən çox peşman olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi əvvəlcədən tanıyır. Onunla ədavətli münasibəti və düşmənçiliyi yoxdur. 15 sentyabr 2023-cü il tarixdə Qax şəhər sakini Adil adlı şəxsin narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olması, mütəmadi olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan tarixdə təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə əmr imzlanmış və qrup üzvləri yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində idarə etdiyi “Tofaş Şahin” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saxlanılaraq Qax rayon Polis Şöbəsinə gətirilmiş və avtomobil duracağa yerləşdirilmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra təhqiqatçının otağında hüquqlarının müdafiə edilməsi üçün ona müdafiəçi təyin edilmiş və mütəxəssisin çəkilişi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qeyriqanuni əşya və yaxud hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs onda hər hansı qeyri-qanuni əşya və ya narkotik vasitə olub-olmaması soruşulduqda o şəxsi avtomoblində narkotik vasitə olan qurudulmiuş marixuana olduğunu qeyd etmiş və tərəflərindən vaxt itirmədən qrup üzvlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilin ön oturacağının sağ alt hissəsindən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu deyərək qara sellofan torbanı təqdim etmişdir. Sellofan torba ilə narkotik vasitə olan qurududulmuş marixuananın çəkisi 500 qram təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o X4 Mərkəzində işləyir. Təqsirləndirilən şəxs tanımır. Onlar Qax rayonu Süskənd kəndində yerləşən yabanı halda bitmiş çətənə kollarının bitdiyi sahəyə baxış keçirmiş, həqiqətən də orada narkotik tərkibli bitkilərin bitməsi müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs aşkarlanan qurudulmuş marixuanaya bənzər bitkinin həmin sahədə yetişə bilməsi barədə rəy vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, işdə olan ekspertiza rəyləri, protokollarla və digər sübutlarla da tam sübuta yetirilmişdir. İşin 128-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin verdiyi ambulator məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1651 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 34-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin verdiyi məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 17/698 saylı rəyindən görünür ki, cinayət işi üzrə alınmış məhkəmə-bioloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli, 17/698 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “1 ədəd sellofan torbada aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütlələri” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd qırmızı rəngli sellofan torbada, təmiz çəkisi -470 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunadır. Tədqiqatdan sonra qalıq çəkisi 469.80 qram təşkil edir. İşin 33-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 34.55 manatdır. İşin 25-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 15 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Tofaş Şahin” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin qabaq sağ oturacağının alt hissəsindən 01 (bir) ədəd qara rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İşin 106-107-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 02 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus avtomobildən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən meşə sahəsindən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığdığı və qurutduğu yeri və şəraiti göstərmişdir. İşin 126-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş 03 oktyabr 2023-cü il tarixli aqronom rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax rayon X2 baş aqronomu Şahid3 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi yerə, yəni Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilmiş və həmin yerdə həqiqətən də yabanı halda narkotik tərkibli çətənə bitkilərinin yetişməsinin mümkün olması müəyyən olunmuşdur. İşin 110-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 03 oktyabr 2023-cü il tarixli əlillik haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. İşin 111-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RMX-nin verdiyi 02 oktyabr 2023-cü il tarixli, 18-1-50/2- 929/2023 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsinin narkoloji kabinetində Xronik alkololizm, asılılıq sindromu diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində isə qeydiyyatda deyildir. İşin 10-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 16:35-də tutulmuşdur. İşin 61-73-cü vərəqələrində olan Qax rayon məhkəməsinin 17 sentyabr 2023cü il tarixli 4(024)-28/2023 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində əvvəli 15 sentyar 2023-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin 81-82-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş müstəntiqin “maddi sübut kimi tanınma” haqqında qərarından görünür ki, 20 sentyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış 469,80 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Qax RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İşin 130-136-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Müstəntiqin xx.xx.2023-cü tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, 01 (bir) ədəd “DVD” diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 100-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 1822 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 101-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Qax şəhər İƏD-nin veridyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 90-91-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİ idarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Qax rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2, 232.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə, o, Qax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 1 il 8 ay 6 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 10 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci ildə Qax RPŞ-də Azərbayacn Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirici material olmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İİİ qrup əli olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan ləğv edilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi ilə əlaqədar ona məcburi müalicə tətbiq edilməsi ilə bağlı məsələyə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə 09 fevral 2006-cı il tarixli 39 saylı qərarının 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məcburi müalicə tətbiq edilməsindən imtina edilməli və o yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan və qalıq çəksi 469,80 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, 01 ədəd “DVD” diski cinayət işini materiallarında saxlanılmalıdır. İş üzrə olan ümumilikdə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347,349, 351, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə ümumilikdə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan və qalıq çəksi 469,80 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin və 01 ədəd “DVD” diski cinayət işini materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, elan edildiyi andan (həbsdə olan məhkum aldığı vaxtdan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №1(024)-63/2023
Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-63/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver