Məhkəmə qərarları › İş №1(024)-65/2023

Qax Rayon Məhkəməsi Hökm — İş №1(024)-65/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(024)-65/2023 16.11.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 11:30-da Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs-xx.xx.1996-cı ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Qax şəhəri, M.Əmirov küçəsi, döngə 5, ev 1-də qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələdəzluq etmişdir. Belə ki, o qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Qorağan kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncudan xırdabuynuzlu heyvanlar alıb pulunu ödəyəcəyi barədə yalan vəd verib bunu etməyərək 21 iyul 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Qax rayonu, Qorağan kəndi ərazisində Zərərçəkmiş şəxs1 30 (otuz) ədəd 7 (yeddi) aylıq diri çəksi 37 (otuz yeddi) kq olan bir başının qiyməti 324,00 (üç yüz iyirmi dörd) manat, ümumi qiyməti 9720,00 (doqquz min yeddi yüz iyirmi) manat olan erkək xırdabuynuzlu, 10 (on) ədəd 7 (yeddi) aylıq diri çəkisi 37 (otuz yeddi) kq olan bir başının qiyməti 306,00 (üç yüz altı) manat, ümumi qiyməti 3060,00 (üç min altmış) manat olan dişi xırdabuynuzlu heyvanları alaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 12780 (on iki min yeddi yüz səksən) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Qorağan kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncudan xırdabuynuzlu heyvanlar alıb pulunu ödəcəyi barədə yalan vəd verib bunu etməyərək 21 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə cinayətdən xəbərsiz muravey sürücüsü olan tanışı Şahid vasitəsilə gətizdirdiyi heyvanları Qax rayonu, Qorağan kəndi ərazisində Zərərçəkmiş şəxs2 diri çəksi 37 (otuz yeddi) kq və 7 (yeddi) aylıq olan 20 (iyirmi) ədəd bir başının qiyməti 324,00 (üç yüz iyirmi dörd) manat ümumi qiyməti 6480,00 (altı min dörd yüz səksən) manat olan erkək xırdabuynuzlu, 6 (altı) ədəd 7 (yeddi) aylıq diri çəkisi 37 (otuz yeddi) kq olan bir başının qiyməti 306,00 (üç yüz altı) manat ümumi qiyməti 1836,00 (min səkkiz yüz otuz altı) manat olan dişi xırdabuynuzlu heyvanları alaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 8316 (səkkiz min üç yüz on altı) manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Qaratala kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncudan xırdabuynuzlu heyvanlar alıb pulunu ödəyəcəyi barədə yalan vəd verib aldadaraq 04 avqust 2023-cü il tarixdə Qax şəhəri ərazisində Zərərçəkmiş şəxs3 34 (otuz dörd) ədəd 7 (yeddi) aylıq diri çəksi 30 (otuz) kq olan bir başının qiyməti 270,00 (iki yüz yetmiş) manat ümumi qiyməti 9180,00 (doqquz min bir yüz səksən) manat olan erkək xırdabuynuzlu, 34 (otuz) ədəd 7 (yeddi) aylıq diri çəkisi 30 (otuz) kq olan bir başının qiyməti 255,00 (iki yüz əlli beş) manat ümumi qiyməti 8670,00 (səkkiz min altı yüz yetmiş) manat olan dişi xırdabuynuzlu heyvanları alaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs3 ümumilikdə 17860 (on yeddi min səkkiz yüz altmış) manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qax şəhərində yerləşən bazarda qəssablıq edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əvəllər də xırdabuynuzlu heyvan almış, pulunu ödəmişdir. xx.xx.2023-cü il tarixdə Şəhriyardan pulunu avqust ayında ödəmək şərti ilə nisyə olaraq 18 baş xırdabuynuzlu heyvan almışdır. Bundan sonra 24 iyul 2023-cü il tarixdə yenidən Şəhriyarın yaşadığı Qorağan kəndinə gələrək ondan nisyə olaraq 13 baş xırda buynuzlu heyvan alaraq satmış, daha sonra isə 29 iyul 2023-cü il tarixdə Şəhriyardan nisyə olaraq 9 baş xırdabuynuzlu heyvan almışdır. Lakin həmin heyvanların ümumi dəyəri olan dəyəri olan 12780 (on iki min yeddi yüz səksən) manat Şəhriyara ödəməmişdir. Bundan başqa 21 iyul 2023-cü il tarixdə Talehdən 12 baş, 01 avqust 2023-cü il tarixdə isə 14 baş xırdabuynuzlu heyvanı nisyə olaraq almış, Talehin ümumilikdə 8316 manat pulunu ödəməmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə Arzumandan 68 baş iribuynuzlu heyvanı ümumilikdə 18250 manata satacağını dedikdən sonra onunla razılaşmışdır. Şəhriyar, Taleh və Arzumandan aldığı heyvanların dəyərini anası xəstə olduğu üçün ödəyə bilməmiş. anasının müalicəsi üçün xərcləmişdir. Lakin istintaq dövründə zərərçəkmiş şəxslərə olan borcunu tam olaraq ödəmişdir. Hərəkətlərinə görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzr istəmiş, onlara dəyən maddi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslər onunla barışmışlar. Məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasını, gəncliyini, zərərçəkmiş şəxslərə dəyən maddi ziyanı ödəyərək onlarla barışıq əldə etməsini, əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs ondan dəyərini avqust ayında ödəmək şərti ilə 18 baş xırdabuynuzlu heyvan almışdır. Bundan sonra 24 iyul 2023-cü il tarixdə Məhəmməd yenə də nisyə olaraq 13 baş, 29 iyul 2023-cü il tarixdə isə 9 baş xırdabuynuzlu heyvan almışdır. Lakin Məhəmməd vədinə əməl etməmiş, aldığı heyvanların ümumi dəyəri olan 12780 manat pulu ödəməmişdir. Hazırda isə Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etmişdir. Ona görə də Məhəmmədi bağışlamışdır. Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Məhəmməd Məhəmmədli 21 iyul 2023-cü il tarixdə ondan nisyə olaraq 12 baş xırda buynuzlu heyvan almışdır. Bundan sonra 1 avqust 2023-cü il tarixdə Məhəmməd ondan yenə 14 baş xırdabuynuzlu heyvan Məhəmmədə aparması üçün təhvil vermişdir. Anar həmin heyvanları idarə etdiyi “Muravey” markalı nəqliyyat vasitəsinə yükləyərək aparmışdır. Daha sonra dəfələrlə Məhəmmədlə əlaqə saxlayıb ona ödəməli olduğu heyvanların dəyəri olan 8316 manat pulu tələb etsə də, Məhəmməd müxtəlif bəhanələrlə onu aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etmişdir. Ona görə də Məhəmmədi bağışlamışdır. Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu halda məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qax şəhər sakini Məhəmməd adlı şəxsi təxminən 10 ildir ki tanıyır. Əvvəllər Məhəmmədə dəfələrlə xırda buynuzlu heyvanlar satmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında tanışı Məhəmməd onun yaşadığı kəndə gələrək ondan 68 baş heyvan almaq istədiyini və pulunu isə 06 avqust 2023-cü il tarixdə verəcəyini demişdir. Məhəmmədə 68 baş heyvanı ümumilikdə 18250 manata satacağını demişdir. Həmin heyvanlar, 7 aylıq olmuş, 34 ədədi dişi, 34 ədədi isə erkək, çəkiləri isə 30 kq olmuşdur. Məhəmməd onunla razılaşmışdır. Bundan sonra həmin günü saat 14 radələrində özünə məxsus maşınla 68 baş xırdabuynuzlu heyvanı Qax şəhərinə apararaq Məhəmmədin işlədiyi yerdə ona təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə Məhəmmədə zəng edərək pulu tələb etmiş, Məhəmməd onu müxtəlif bəhanlərlə aldatmışdır. Məhəmməd ona qarşı dələduzluq etdiyi üçün polis şöbəsinə şikayət etmişdir. Həmin heyvanların qiyməti təxminən ümumilikdə 18250 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, özünə məxsus “Muravey” marklı yük daşıyan nəqliyyat vasitəsi ilə vətəndaşların sifarişi əsasında yük daşıyaraq ailəsini dolandır. Təqsirləndirilən şəxs tanıyır. 29 iyul 2023-cü il tarixdə tanışı Məhəmməd ona zəng edərək Qax rayonu, Qorağan kəndində yaşayan Şəhriyar adlı şəxsdən 9 baş xırdabuynuzlu heyvanı götürüb özünə məxsus Qax şəhərində yerləşən obyektə gətirməsini xahiş etmişdir. O da həmin kəndə gedərək Şəhriyardan 9 baş xırdabuynuzlu heyvanı təhvil almış və heyvanları Məhəmmədə məxsus Qax şəhərində yerləşən obyektə aparmışdır. 21 iyul 2023-cü il tarixdə tanışı Məhəmməd yenidən ona zəng edərək Qax rayonu, Qorağan kəndində yerləşən Taleh adlı şəxsin yaşadığı fermaya getməsini və oradan 12 baş xırdabuynuzlu heyvan gətirməsini xahiş etmiş, o Talehin yaşadığı kənddəki fermaya gedərək ondan 12 baş xırdabuynuzlu heyvanı təhvil alaraq Məhəmmədə məxsus Qax şəhərində yerləşən obyektə gətirmişdir. Bundan sonra 01 avqust 2023-cü il tarixdə yenidən Talehdən 14 baş xırdabuynuzlu heyvan götürərək Məhəmmədin Qax şəhərindəki obeyktinə gətirmiş, zəhmət haqqını almışdır. X11 arasında olan razılaşmadan məlumatı olmamışdır İşin 75-76-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş məhkəmə əmtəşünaslıq ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 9/6899 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin iyul-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 38946,00 manat müəyyən edilir. Həmin xırdabuynuzlu heyvanların ayrı-ayrılıqda çəkiləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 74-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərcinə dair bildirşdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manat təşkil edir. İşin 33-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon İHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 1347 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax şəhəri, M.Əmirov küçəsi, döngə 5, ev 1-də yaşayır və onun ailə tərkibi onun özündən, arvadı X5, oğulları X2 və X1 ibarətdir. İşin 32-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax rayon İHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 64-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs3 istintaq orqanına təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödədiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur. İşin 20-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi qəbzdən görünür ki, o Təqsirləndirilən şəxs 6050 manat pulu tam şəkildə almışdır. İşin 21-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi qəbzdən görünür ki, o Təqsirləndirilən şəxs 10384 manat pulu tam şəkildə almışdır. İşin 64-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs3 Şahin oğlunun istintaq orqanına təqdim etdiyi qəbzdən görünür ki, o Təqsirləndirilən şəxs 18250 manat pulu tam şəkildə almışdır. İşin 45-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 65-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş AZ-İV № 843979 nömrəli doğum haqqında şəhadətnanmənin surətindən görünür ki, X3 xx.xx.2023-cü ildə doğulmuşdur. İşin 66-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş AZ-İV № 532795 nömrəli doğum haqqında şəhadətnanmənin surətindən görünür ki, X2 xx.xx.2020-ci ildə doğulmuşdur. Cinayət işinin materiallaırna əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, təqsirləndirilən şəxs X4 onlara vurduğu maddi ziyanı ödədiyi və onunla barışdıqları üçün ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxs heç bir vəzifəli şəxs deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.14-cü, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmasına baxmayaraq, o cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmədiyi üçün onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxsnа cəzа təyin edərkən ona hаnsı növ cəzаnın təyin оlunmаsı məsələsinə baxaraq, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngüləşdirən halların məcmuyunu, habelə təyin olunacaq cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi mаddənin sаnksiyаsında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzа təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax şəhəri, M.Əmirov küçəsi, döngə 5, ev 1-də yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayş yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347- 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə gün ərzində Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də Qax şəhəri, M.Əmirov küçəsi, döngə 5, ev 1-də yerləşən yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Qax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən göstərilən müddətdə аpellyаsiyа şikаyəti və ya prоtesti verilmədikdə, həmin müddət bаşа çаtdığı vаxtdаn sоnrаkı gün hökm qаnuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar