Məhkəmə qərarları › İş №1(024)-69/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №1(024)-69/2023

24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 1(024)-69/2023 24.11.2023 QAX RAYON MƏHKƏMƏSİ saat 12:55-də Qax rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclası katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə. X3 Seymur Vəliyev, Rahib Məmmədov, Pəri Zərifova, Elmar Əminova, Habil İsmayılov, Zümrüd Əminova, İradə Hüseynova, Əhməd Əhmədli və İsmayıl Məsimli barəsində xüsusi ittiham qaydasında şikayətinə Qax rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Qax rayon Polis şöbəsinə müraciət edərək ona olunmuş haqsızlıqları, şər, böhtanları, səhhətinə dəymiş mənəvi zədəni, yeni yaranmış xəstəliyini və hərbiçi anası olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsini rəhbər tutaraq Seymur Vəliyev, Rahib Məmmədov, Pəri Zərifova, Elmar Əminova, Habil İsmayılov, Zümrüd Əminova, İradə Hüseynova, Əhməd Əhmədli və İsmayıl Məsimlinin haqqında qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Qax RPŞ-nin təhqiqat qrupunun baş təhqiqatçısı polis mayoru Zamir Xəlilovun 03 noyabr 2023-cü il tarixli qərarı ilə material araşdırılması üçün aidiyyəti üzrə Qax rayon Məhkəməsinə göndərilmişdir. Şikayət verən şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, o 2000-ci ildə X8 Teatrında işləyib. 2022-ci lin iyun ayında Mədəniyyət Nazirliyi tərəfindən teatra Seymur Vəliyev təyin olunmuşdur. İşlədiyi dövrdə işçilərlə davranış qaydalarını bilmədiyi üçün kollektivin narazılığı əsasında 15 dekabr 2022-ci ildə Mədəniyyət Naziri tərəfindən işdən azad edilmişdir. Seymur Vəliyev işlədiyi dörvrdə ona şər, böhtan, hədə-qorxu gələrək müxtəlif bəhanələrlə 31 oktyabr 2022-ci il tarixdə 47 saylı əmrlə qanunsuz işdən azad etmişdir. X5, Elmar Əminov, Pəri Zərifova, Habil İsmayılovu bir gün ərzində təktək otağına çağıraraq onun haqqında ərizələrə müxtəlif tarixlər qoyduraraq şikayət ərizələri yazdırmışdır. Onlar o işçilər idi ki, teatrın nizam-intizam qaydalarına riayət etməyərək tabel cədvəlinə imza atmayan və direktor Seymur Vəliyevin sağ və sol qolları idi. 24 sentyabrda Rahib Məmmədov işə gecikdiyi üçün tabel cədvəlinə imza qoya bilməmişdir. Rəhbərin göstərişi ilə tabel götürülmüşdür. Rahib ona “biz eyni gəmidənik, rəhbər gəldi-gedərdir” deyib nalayiq sözlərlə təhqir etmişdir. Səhhəti pozulduğu üçün işçilər təcili yardım çağırmışlar. Bundan başqa teatrda həmkarlar təşkilatının iclası olmadan saxta rəy yazmışlar. X2 Təşkilatının sədri Abdul Mustafazadənin xəbəri olmadan özbaşına yalandan Əhməd Əhmədlini həmkarlar təşkilatının sədri seçmiş və onu aldadaraq rəy yazmış və imzalatmışdır. 07 oktyabr 2022-ci il tarixdə saat 16:55-də Seymur Vəliyev ümumi iclas edərək onu xəbərdar etmədən kollektiv içərisində onu işdən azad etdiyini bəyan etmişdir. Bundan sonra teatra polis əməkdaşları gəlmişdir. İşçilərin dediyinə görə polisi rəhbərin sağ qolu Pəri Zərifova və ya həyat yoldaşı çağırmışdır. Polis əməkdaşları ondan izahat almış və onlarlıq heç nə olmadığını deyərək getmişlər. Pəri Zərifova işçilər arasında onun arxasınca “cındır”, “rədd elə getsin” sözlərini demişdir. 08 oktyabrda o işə gələrkən teatrın təlimatçısı Məsimli İsmayıl ona direktorun onu teatrın binasına buraxmaması barədə əmrinin olmasını bildirmişdir. O isə əmrin surətini ona verilmədiyini və işçi olduğunu bildirmişdir. Direktor saat 11:30da işə gələrək İradə Hüseynovanı, İsmayıl Məsimlini, Əhməd Əhmədlini və Tünzalə İsmayılovanı və onu otağına çağıraraq onun işdən öz ərizəsi ilə çıxıb getməsini istəmişdir. Əks halda Əmək Məcəlləsinin maddəsi ilə çıxaracağı ilə hədələmişdir. Dayanmadan üstünə şər böhtan yağdıraraq onu işdən çıxartmış səhhətinə zərər vermişdir. Ayılanda özünü xəstəxanada həkim nəzarətində görmüşdür. 10 oktyabr 2022-ci il tarixdən 24 oktyabr 2022-ci il tarixədək ambulator rejimdə müayinə olunmuş, xəstəlik vərəqəsi verilmişdir. 25 oktyabr 2022-ci ildə işə çıxmış, direktor onu iş otağına yox, aktyor otağına çağıraraq Rahib Məmmədov, İsmayıl Məsimli və Sürəyya Ramazanovanın yanında ondan işdən çıxıb-çıxmamasını soruşmuş, o isə yox cavabı vermişdir. Bir həftə işə çıxmış, ona heç bir iş tapşırmamış, onun otağında sağ əli olan Pəri Zərifovanı oturtmuşdur. Nəhayət 30 oktyabr 2022-ci ildə Pəri Zərifova onu otağa çığıraraq əmri ona təqdim etmiş və direktorun otağına keçməsini xahiş etmişdir. O, otağa daxil olarək orada Rahib Məmmədovu və tanımadığı bir nəfər şəxsi görmüşdür. Direktora işinin öhdəsindən gəldiyini, hansı əsasa görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxardığını soruşmuş, o isə belə məsləhət bildiyini və gedib hara istəsə şikayət etməsini demişdir. Tanımadığı şəxsdən özünün təqdim etməsini dedikdə o Qax RPŞ-nin ictimai Təhlükəsizlik Bölməsinin rəisi olduğunu bildirmişdir. O, Qax rayon Məhkəməsinə müraciət etmiş, haqq öz yolunu tapmışdır. Onun işdən çıxarılmasına səbəb Rahib Məmmədovun maraqları olmuşdur. Rahib Məmmədov, işçilərə o qızı, yəni onu işdən özünün çıxartdırdığını demişdir. Pəri Zərifova isə onun əmrinin verildiyi o biri günü məhkəməni gözləmədən həyat yoldaşının əmisi qızını, xala qızını, eltisini Seymur Vəliyevlə birləşərək işə qəbul etdirmişdir. Nəhayət Qax rayon Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə o işə bərpa edilmişdir. Ona olunmuş haqsızlıqları, şər, böhtanları, səhhətinə dəymiş mənəvi zədəni, yeni yaranmış xəstəliyini və hərbiçi anası olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsini rəhbər tutaraq Seymur Vəliyev, Rahib Məmmədov, Pəri Zərifova, Elmar Əminova, Habil İsmayılov, Zümrüd Əminova, İradə Hüseynova, Əhməd Əhmədli və İsmayıl Məsimlinin haqqında qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X4 məhkəmə iclasında öz şikayətinin məzmununa uyğun izahat verərək Seymur Vəliyev, Rahib Məmmədov, Pəri Zərifova, Elmar Əminova, Habil İsmayılov, Zümrüd Əminova, İradə Hüseynova, Əhməd Əhmədli və İsmayıl Məsimlinin haqqında qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3 və 299.3.3-cü maddələrinin məzmununa görə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin məzmununa görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin sovadı, adı. atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il. ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir: X1 Seymur Vəliyev, Rahib Məmmədov, Pəri Zərifova, Elmar Əminova, Habil İsmayılov, Zümrüd Əminova, İradə Hüseynova, Əhməd Əhmədli və İsmayıl Məsimli barəsində məhkəməyə verdiyi şikayət ərizəsinin məzmunundan görünür ki, şikayət vermiş şəxsin özü haqqında məlumatlar (doğulduğu il, yaşayış yeri) və Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən qeyd edilməsi zəruri olan bütün məlumatlar həmin şikayət ərizəsində öz əksini tapmamışdır. Qeyd olunan hüquq nomalarının tələblərindən də göründüyü kimi, qeyd edilən məlumatlar məhkəmə tərəfindən deyil, şikayət verən şəxs tərəfindən təqdim edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1 və 302.1.3-cü maddələrinin tələblərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi, şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina üçün əsasdır. Məhkəmə tədqiq edilmiş faktlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, X3 Seymur Vəliyev, Rahib Məmmədov, Pəri Zərifova, Elmar Əminova, Habil İsmayılov, Zümrüd Əminova, İradə Hüseynova, Əhməd Əhmədli və İsmayıl Məsimli barəsində xüsusi ittiham qaydasında şikayətinin, həmin şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması əsası ilə öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300.1.3 və 300.5-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 Seymur Vəliyev, Rahib Məmmədov, Pəri Zərifova, Elmar Əminova, Habil İsmayılov, Zümrüd Əminova, İradə Hüseynova, Əhməd Əhmədli və İsmayıl Məsimli barəsində xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim:Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar